Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə46/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   42   43   44   45   46   47   48   49   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

861



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

yavaltur-  “əhilləşdirmək,  sakitləşdirmək,  ram  etmək”,  yavaş  “yumşaq,  məzlum”  (DTS),  yavaşlan- 

(DTS),  yavaşlık  “sakitlik”  (DTS),  yavuzla-  “pis  hesab  etmək,  pisləmək”  (DTS),  yavğan  “yavan” 

(DTS). Yavğan sözünün “pis” mənası da var. Onun yavız ilə birlikdə işlənməsinə də təsadüf olunur: 

yavğan yavız “pis” (DTS). Bu da həmin sözlərin mənşə eyniliyi fikrini irəli sürməyə imkan verir. 

Yuxarıda verilmiş sözlərdə məna fərqləri var, ancaq həmin fərqlər bu qrupa daxil olan eyni bir 

sözün inkişafı zamanı da meydana çıxır. Məsələn, yablak sözü Orxon abidələrində “pis, zəif” mənaları 

ifadə  edirsə,  M.Kaşğari  onu  “möhkəm”  mənasında  təqdim  edir,  yaxud  Orxon  abidələrində  “pis,  az, 

zəif”  mənaları  ifadə  edən  yabız  sözü  sonralar  “qəddar”  mənası  da  bildirməyə  başlayır.  Bunu  məna 

genişlənməsi  kimi  başa  düşmək  lazımdır.  Yablak  sözünün  əsas  mənasının  “pis”  olduğunu  göstərən 

C.Kloson  həmin  sözün  mənasının  genişləndiyini  və  “çox”,  “həddindən  artıq”,  “faydasız”  mənaları 

bildirməyə  başladığını  yazmışdır.  Türk  dillərində  yablak/yavlak  sözünün  ifadə  etdiyi  mənalar  çox 

genişdir: “pis”, “kobud, “düşmən”, “qorxaq”, “lazımsız”, “dəyərsiz”, “böyük”, “əzəmətli”, “qorxunc”, 

“qəribə”, “sərt”, “payız” və s. Eynilə yabız/yavuz sözünün də “pis”, “qəddar”, “vəhşi”, “sərt”, “aşağı”, 

“lazımsız”, “zəif”, “arıq” kimi mənaları var. Bunların hər biri yuxarıda göstərilən sözlərin mənalarına 

yaxındır. 



Yabız sözündəki *yab kökünün feil, yablak və yabrıt- sözlərindəki *yab kökünün isə ad olduğunu 

söyləmək  olar,  yəni  *yab  sinkretik  kökdür,  həm  ad,  həm  də  feil  kökü  kimi  çıxış  etmişdir.  Bu  kök 

Orxon abidələrinin dilində olduğu kimi türk dillərinin sonrakı inkişaf dövrlərində də bir sıra sözlərin 

yaranmasında iştirak etmişdir. 



 

 

TOFİQ HACIYEVİN ELMİ YARADICILIĞINDA                                        

ƏDƏBİ DİLİN DÖVRLƏŞMƏSİ MƏSƏLƏSİ 

 

Vüsalə AĞAYEVA 

Azərbaycan Dillər Universiteti 



agayeva144@gmail.com 

AZƏRBAYCAN

 

 

Azərbaycan  ədəbi  dili  tarixi  türk  xalqlarının  ədəbi  dili  kontekstində  özünəməxsus  yer  tutur. 



Tədqiq  mövzusu  tarixi  qrammatika  ilə  eyni  olan  ədəbi  dil  tarixinin  tədqiqat  dairəsi  genişdir.  Tarixi 

qrammatikadan  fərqli  olaraq,  dil  faktlarını  mətndaxili  öyrənən,  morfoloji,  sintaktik  faktların  daxili 

potensialını aşkar edən ədəbi dil tarixinin dövrləşdirilməsi məsələsi XIX əsrdən etibarən bu günümüzə 

kimi tədqiq olunub və müasir dövrdə də bu tədqiqat sahəsi öz aktuallığını itirməyib. 

Ədəbi dil tarixinin dövrləşdirilməsində müxtəlif prinsiplərdən çıxış edən dilçi alimlərimiz bir-biri 

ilə səsləşən  müxtəlif fikirlər  irəli  sürərək  bu  məsələyə  hər  bir  dil  tarixçisi-alim  özünəməxsus  şəkildə 

müxtəlif  rakurslardan  yanaşıblar.  Belə  ki,  Ə.Dəmirçizadə  ədəbi  dil  tarixini  1938-ci  ildən  1971-ci 

ilədək olan dövrü beş mərhələ kimi qruplaşdırıb. Ədəbi dil tarixini XV-XIX əsrlər, XIX-1905-ci il və 

ondan sonrakı dövrdən ibarət olduğu qənaətində olan B. Çobanzadə isə ədəbi dil tarixini üç mərhələyə 

ayıraraq dövrləşdirib. 

Ədəbi dil tarixini müxtəlif prinsiplər əsasında dövrləşdirən dilçi alim professorlarımızdan biri də 

türk  dünyasında  güclü  qələmi  ilə  sayılıb-seçilən  Azərbaycan  dilçilik  elminin  fenomen  şəxsiyyəti, 

görkəmli alimi, dil tarixçisi, türkoloq akademik Tofiq Hacıyevdir. “Ədəbi dil tarixinin dövrləşdirilməsi 

xalqın dili ilə tarixi, mənəviyyatı ilə maddi mədəniyyəti, təfəkkür tərzi ilə iqtisadi həyat şəraiti, bədii 

düşüncəsi  ilə  əqli-zehni  səviyyəsi  arasındakı  əlaqələri  müəyyənləşdirilməsi  kimi  elmi-nəzəri 

əhəmiyyətə  malikdir”-deyən  akademik  T.  Hacıyev  elmi  araşdırmalarının  çox  hissəsini  ədəbi  dil 

tarixinin tədqiqinə həsr edib. Ədəbi dilin baş atributunun “norma” olduğu qeyd edərək alim ədəbi dili 

seçmə  fonetik,  leksik  və  qrammatik  faktların  sistemi  kimi  səciyyələndirir.  Müəllifə  görə,  ədəbi  dilin 

dövrləşməsi təsnifatında mərhələlərin bölgüsündə “ədəbi dilin üslubi təzahürlərinin kəmiyyəti, onların 

qarşılıqlı münasibətlərinin, ictimai vəzifələrinin xarakteri, bu təzahürlərin əsasında duran struktur və 

funksional  əlamətlərin  səciyyəsi,  ədəbi  dilin  quruluşu,  həcm  və  ictimai  funksiyaları  ilə  dilin  qeyri-

ədəbi təzahürlərinin münasibəti” sistem olaraq əsasdır. Alim “Azərbaycan ədəbi dili tarixi” kitabında 

Azərbaycan ədəbi dili tarixinin təsnifatında ona xas olan bəzi məsələləri ümumiləşdirərək qeyd edir ki, 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

862



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

“ədəbi dil öz inkişafında həmişə ümumxalq dilini qabaqlayır, onun avanqardı kimi çıxış edir. Xalq dili 

ümumən  dildaxili  qanunlarla  bağlı  olduğu  halda,  ədəbi  dil  dilxarici  faktorlara  daha  çox  həssasdır. 

Ədəbi  dilin  mütəhərrikliyə  meyli  ədəbi  norma  sistemində  yenidən  qurulma  çevikliyində  öz  əksini 

tapır. Buna görə də xalq dilinin və ya milli dilin bir dövrü ədəbi dilin bir neçə mərhələsini ehtiva edə 

bilir”. O, ədəbi dilin dövrləşməsi təsnifatında yazı faktorunu, xalqın formalaşma və yüksəliş tarixini, 

dilə və üslublara olan münasibətini, təsir gücünü nəzərə alaraq Azərbaycan-türk ədəbi dili tarixini iki 

dövrə ayırır:  

Yazıyaqədərki dövr 

Yazılı dövr 

E.ə. II əsrdən eramızın VI əsrinə qədərki olan dövrü görkəmli alimimiz yazıyaqədərki dövr heasb 

edir.  Şumer  tarixi,  Göy  Türk  dövlətinin  yazılı  abidələrini  yazı  mədəniyyətimizin  yazıyaqədərki 

dövrünə aid nümunələr kimi dəyərləndirir.  

Ədəbi dilimizin yazılı mərhələsini üç dövrə bölən müəllif onu haqlı olaraq, VII-XII əsrlər, XIII-

XVI  əsrlər,  XVII-XXI  əsrlər  kimi  qruplaşdırır.  Yazılı  dövrün  başlanğıc  nöqtəsini  “Dədə  Qorqud 

kitabı”ndan başlayan T.Hacıyev sonuncu dövrü isə XX əsrin 30-cu illərindən sonrakı dövrə aid edərək 

yazılı dövr mərhələsini yekunlaşdırır.  

 “Dədə Qorqud kitabı”nın dili ilə başlanan bu mərhələsində T. Hacıyev bu abidəni ədəbi dilimizin 

yazılı  dövrümüzün  ilk  nümunəsi  sayır.  VII  və  XII  əsrləri  əhatə  edən  dövrü  alim  yazılı  dövrümüzün 

birinci  mərhələsi  sayaraq  “Dədə  Qorqud  kitabı”ndan  İ.Həsənoğlu  yaradıcılığına  kimi  olan  yazı 

nümunələrini bu dövrə aid edir.  

Divan ədəbiyyatı dilinin hakim dil kimi fəaliyyəti dövrünü alim iki pilləyə ayırır: 1) Divan ədəbiy-

yatı dilinin başlanğıcı və ədəbi dilin Nəsimi dili ilə yekunlaşdırdığı XIII-XIV əsrlər; 2) Divan ədəbiy-

yatı dilinin intibah, yüksəliş dövrü və milli ədəbi dilimizin müəyyənləşməsi dövrü (M.Füzuli dövrü). 

Tofiq Hacıyev milli ədəbi dilimizin yeni mərhələsini isə üç dövrdən ibarət olduğunu qeyd edir. I 

dövrü XVII- XVIII əsrlər hesab edən alim ədəbi dil normasının milliləşməsi, xəlqiləşməsi dövründən 

başlayıb realist ədəbiyyatı dilinin hakim mövqe kimi bərqərar olduğu dövr ilə yekunlaşdırır. Müəllif 

ikinci dövrü isə üslubların yenidən təşkil olunduğu dövr – XIX-XX əsrlər hesab edir. O, III dövrü isə 

üslubların sabitləşməsi və müasir ədəbi dilin formalaşdığı dövr hesab edərək XX əsrin 30-cu illərindən 

sonrakı dövrə aid etmək qənaətinə gəlir. 

Dilçiliyin tədqiqi tarixində ədəbi dilin dövrləşməsi məsələsi həmişə aktual mövzu olaraq bir çox 

alimlər tərəfindən araşdırılıb. Bu elmi araşdırmaların nəticəsində bir çox konsepsiyalar meydana gəlib. 

Lakin  müasir  dövrümüzdə  ədəbi  dilin  dövrləşməsi  ilə  bağlı  irəli  sürülən  və  təsdiqini  tapan  doğru 

konsepsiya  türk  dilçilik  salnaməsinin  görkəmli  alimi  olan  Tofiq  Hacıyevə  məxsusdur.  Akademiki 

ədəbi  dilin  dövrləşdirilməsi  məsələsi  həmişə  düşündürmüş  və  bir  çox  tədqiqatlar  aparmağa  sövq 

etmişdir. Bu elmi araşdırma isə düzgün təsnifat bölgüsü ilə diqqəti çəkir. 

 

 

 



ANTROPONİMLƏRİN YARANMASINDA                                                      

NİTQ HİSSƏLƏRİNİN ROLU 

 

Ceyhunə HÜSEYNOVA, Yeganə RƏHİMZADƏ 

Sumqayıt Dövlət Universiteti 



ceyhune.hüseyn@mail.ru 

AZƏRBAYCAN 



 

Müxtəlif  xalqların  adları  onların  tarixini  əks  etdirir,  mədəniyyətindən  xəbər  verir.  Adlar 

mədəniyyətdən xəbər verdiyi kimi bəzən ayrı-ayrı şəxslərin düşüncə tərzini, bəzən etnik göstəricilərini 

çatdırır.  

Azərbaycan,  ümumiyyətlə  türk  xalqlarının  təfəkküründə  belə  bir  fikir  vardır  ki,  adlar  insanın 

gələcək  taleyini  həll  edir.  Deməli,  adlar  insana  verilmiş  ilk  ən  gözəl  hədiyyədir.  Qədim  türk 

mədəniyyətində belə bir qanun da vardır ki, uşaqlar ərənlik göstərmiyincə onlara ad verməzdilər. Ad 

insana, insan da ada yaraşmalı idi. Ad qoyma məhz bu sujetlərə görə mədəniyyət hesab olunur. 




Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə