Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə45/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   41   42   43   44   45   46   47   48   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

859



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

“gələjəm”,  “gedifdi”  kimi  dialektizmlərdən  istifadə  etmirdi.  Sadəcə,  bəzi  sözlərin  semantikasında 

dialektizmlərin  təsiri  nəticəsində  təhriflərə  yol  verilir,  ədəbi  dil  normaları  gözlənilmir.  “Qumluq”, 

“susuz”, “düzənlik”, “səhra”, “biyaban” mənası daşıyan çöl sözü (müq. et: Ağcaqum çölü, çölpişiyi, 

çöldonuzu,  çölbuğdası  və  s.)  “bayır”,  “dışarı”,  “eşik”  mənasında  işlədilməyə  başlanmışdır: 

“Xəstəxananın  çölündə  çoxlu  adam  yığışmışdı”,  “BDU-nun  çölündə  metro  çıxışı  inşa  edilir  (–  ?!), 

mahnıda: “Çölüm sakit, içim yanır” və s. Üzərində sözü rus dilindəki над önqoşması ilə 100 % üst-

üstə 


düşür: 

Самолётлетитнадморем“Təyyarə 

dənizin 


üzərində 

uçur”, 


надгородомсобралосьмноготуч  “Şəhərin  üzərində  çoxlu  bulud  yığılıb”  və  s.  Nədənsə,  bu  söz 

üstündə  sözünün  yerində  işlədilməyə  başlanmışdır:  “Cinayətkarın  üzərində  silah  aşkar  edilmişdir”, 

“Masanın üzərində cürbəcür yeməklər qoyulmuşdu” və s. 

Sintaktik  normada  aktual  məsələlərdən  biri  də  cümlədə  söz  sırasıdır.  Söz  sırasının  dəyişməsi 

cümlədə  ifadə  olunan  fikri  təhrif  etmiş  olur.  Məs:  “Milli  raketdən  müdafiə  sistemi”.  Düzgün  variant 

belə  olmalı  idi  :  “Raketdən  milli  müdafiə  sistemi”.  Dilimizin  qrammatik  qaydalarına  görə  qeyri-

müəyyən  say  olan  yerdə  isim  cəm  şəkilçisi  qəbul  etmir.  “Bir  çox  nümayəndələr  Bakıya  ilk  dəfə 

gəlmişdi.” (“Bir çox nümayəndə...”) kimi cümlələr 

Reklam  mətnlərini  nəzərdən  keçirdikdə, 

əsasən  ,  qrammatik  baxımdan  normanın  pozulması  və  mənanın  müxtəlif  cür  anlaşılmasına  şərait 

yaradan inversiya və kalka üsulu ilə tərcümə olunmuş mətnlərin qüsurlu və səhv tərcüməsi diqqəti cəlb 

edir.  Məsələn:  Jacobs  monarch  –  yakobs  monarx  –  zövqətir  qüvvəsi;  Вкус-1.  Zövq  2.  ləzzət,  dad; 

Elseve  -  “İnqilabi  inqrediyent  olan  süd  turşusu  saçın  10-cu  layına  nüfuz  edir;  Snikers  –  dayanma, 



snikerslə!; Losk - “Ləkələr məni artıq dayandırmayacaq”. (İnversiya) 

Televiziya kütləvi informasiya vasitələrinin elə bir növüdür ki, onunla vasitəsilə müxtəlif sosial 

tərkibli  auditoriyaya,  tamaşaçıların  şüuruna,  davranışına  daha  effektli  təsir  etmək  mümkündür. 

Televiziya və radio birbaşa xalqın dilinin, mədəniyyətinin və mənəviyyatının zənginləşməsinə xidmət 

edir.  

Təəssüflə  qeyd  etmək  lazımdır  ki,  teleradio  məkanında  aparıcının  tələffüzündə  çoxlu 



nöqsanlara yol verilir. Kamera və mikrafon qarşısında danışan diktorlar böyük bir məsuliyyət daşıyır. 

Verilişlərin gedişi zamanı diktorların mətnlə əvvəlcədən tanış olmadıqlarını asanlıqla müəyyən etmək 

olur. 

Araşdırmalardan  belə  nəticəyə  gəlirik  ki,  Azərbaycanda  fəaliyyət  göstərən  televiziya  və 



radiolarda  nitq  mədəniyyəti  və  etika  qaydaları  pozulur.  Bu  səhvlərə  TV”dəki  şou  verilişlərində  daha 

çox rast gəlinir. Bu normativ səhvlərin qarşısını almaq üçün Milli Televiziya və Radio Şurası dəfələrlə 

ayrı-ayrı  verilişlər,  o  cümlədən  də  aparıcılar  barədə  iradlarını  bildirib.  Lakin  buna  baxmayaraq,  bu 

nöqsanlar  hələ  də  aradan  qaldırılmayıb.  Bu  cür  nöqsanların  qarşısını  almaq  üçün  tamaşaçılardan  və 

dinləyicilərdən müsahibə götürülməli, onların irad və təklifləri nəzərə alınmalıdır. Başqa yolla bunun 

qarşısını almaq üçün aparıcılar, diktorlar, müxbirlər - bir sözlə, televiziya və radioyaya işə bəbul edilən 

şəxslər  bir  neçə  sınaq  mərhələsindən  keçməli  və  ya  onlara  ümumi  nitq  mədəniyyəti  təlimləri 

keçirilməlidir. 

   

 

 



ORXON ABİDƏLƏRİNİN DİLİNDƏ *YAB KÖKÜ                                   

VƏ ONUN TARİXİ İNKİŞAFI 

 

Aysel ƏHMƏDOVA 

AMEA Nəsimi adına Dilçilik İnstitutu 



aysel_009@mail.ru 

AZƏRBAYCAN 



 

Morfoloji  yolla  söz  yaradıcılığını  tədqiq  edərkən  qarşıya  çıxan  problemlərdən  biri  sözün 

tərkibində  şəkilçinin  aydın  hiss  edilməsinə  baxmayaraq,  kökü  müəyyən  etməyin  çətin  olmasıdır.  Elə 

sözlər  var  ki,  onlarda  semantik  yaxınlıq  və  fonetik  oxşarlıq  görünür.  Belə  sözlərin  dilin  müəyyən 

inkişaf dövründə leksik mənasını və müstəqil işlənmə qabiliyyətini itirmiş qədim bir kökdən yarandığı 

ehtimalını irəli sürmək olar. Belə köklərə ölü köklər də deyilir. 

Orxon abidələrinin dilində də belə sözlər var. Bu sözlər arasında yablak, yabız və yabrıt- sözlərini 

göstərə  bilərik.  Bunlardan  ikisi  sifət,  biri  isə  feildir.  Həmin  sözlər  ortaq  semantikaya  malikdir,  hər 




IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

860



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

birinin əsasında “pis”, “zəif” mənası durur, yəni hamısı mənfi çalara malikdir. Bu mənanın *yab kökü 

ilə  bağlı  olduğunu  güman  etmək  olar.  Bu  kök  haqqında  türkoloji  ədəbiyyatda  müxtəlif  fikirlər 

söylənmişdir. C.Kloson yavğan, yavrı- və yavız sözlərini eyniköklü saymış və işləkliyini itirmiş *yav 

kökündən yarandığını göstərmişdir. A.Qaben isə yavğan, yavız və yavlak sözlərinin eyniköklü olduğu 

qənaətinə  gəlmişdir.  F.E.Korş  yabız,  yablak,  yabal,  yaman  sözləri  arasında  əlaqə  görmüşdür.  Burada 

çətinlik törədən məsələ həmin kökün ad, yoxsa feil olmasıdır. 

Yablak sözü abidələrin dilində kifayət qədər işləkdir: ...biligsiz kağan olurmıs erinç, yablak kağan 

olurmıs  erinç  “...biliksiz  xaqan  olmuş,  pis  xaqan  olmuş”  (Kül  tigin,  şərq,  5);  Irak  ersər  yablak  ağı 

birür, yağuk ersər edgü ağı birür “Uzaq olsa pis hədiyyə verər, yaxın olsa yaxşı hədiyyə verər” (Kül 

tigin, cənub, 7). 

Bu  söz  “pis,  zəif”  mənaları  ifadə  edir.  -lak  şəkilçisi ilə  bağlı  müxtəlif  fikirlər  var.  Müasir  türk 

dillərində  -lak,  -laq  şəkilçisi  addan  ad  düzəldən  şəkilçidir  və  qışlaq,  yaylaq,  otlaq  kimi  sözlərin 

yaranmasında  iştirak  edir.  Orxon  abidələrinin  dilində  bu  şəkilçi  hələ  formalaşmamışdır.  Yalnız 

göytürk  əlifbası  ilə  yazılmış  uyğur  abidələrindən  biri  olan  “Irk  bitik”də  -lak  şəkilçisini  həmin 

funksiyada  görürük.  -lak  şəkilçisinin  yablak  sözündə  yerinə  yetirdiyi  funksiya  onun  nə  qışlaq  və 

yaylaq, nə də otlaq sözündəki funksiyasına uyğundur. Burada -la və -k şəkilçilərinin birləşməsindən də 

danışmaq  olar.  V.Banq  bu  sözün  *yabıla-  feilindən  yarandığını  göstərmişdir.Digər  qədim  türk 

abidələrində yavla- “pislik gətirmək, zərər vermək” feili işlənmişdir. Bu zaman -la addan feil düzəldən 

şəkilçi, -k isə feildən ad düzəldən şəkilçidir. Burada *yab kökü feil deyil, ad kimi çıxış edir. 



Yablak/yavlak  sözünə  sonrakı  dövr  yazılı  abidələrində  və  müasir  türk  dillərində  də  təsadüf 

olunur:  yavlak  (qədim  uyğur  abidələri,  cağatay  dili,  türk  dilinin  dialektləri),  yolak  (qədim  uyğur 

abidələri)  və  s.  “Türk  dillərinin  etimoloji  lüğəti”ndə  “düşmənin  olduğu  yer”  mənası  bildirən  yavlak 

sözünün  də  mövcudluğu  göstərilir.  Bu  söz  Orxon  abidələrindəki  yablak  sözü  ilə  eyni  deyil,  *yab 

kökündən  -lak  şəkilçisi  ilə  yaranmışdır  və  buradakı  -lakotlaq  sözündəki  şəkilçi  ilə  eyni  funksiyanı 

yerinə yetirir. 



Yabız  sözü  də  Orxon  abidələrində  işlənmişdir:  Yadağ  yabız  boltı  tip  alğalı  kəlti  “Piyadalar 

zəiflədi deyib tez gəldi” (Bilgə kağan, şərq, 32); Biz az ertimiz, yabız ertimiz “Biz az idik, zəif idik” 

(Bilgə kağan, şərq, 32). 

Bu  söz  də  “pis,  zəif”  mənaları  ifadə  edir.  -ız  feildən  ad  düzəldən  şəkilçidir.  Türk  dillərindəki 



quduz  (qudurmaq),  semiz  “kök”  (semir-  “kökəlmək”),  uz  “ustalıq”  (u-  “bacarmaq”),  alız  “arıq,  zəif” 

(alın-  “arıqlamaq”),  kübəz  “məğrur”  (kübən-  “fəxr  etmək”),  avlaz  “ov  həvəskarı”  (avla-  “ovlamaq”) 

kimi  sözlər  də  -ız  şəkilçisi  ilə  düzəlmişdir.  -ız  şəkilçisinin  artırılması  *yab  kökünün  burada  feil 

olduğunu göstərir. Yabız sözü Kül tigin abidəsində yablak sözü ilə yanaşı da işlənmişdir: İçrə aşsız, 

taşra tonsız,  yabız, yablak bodunka üzə olurtım “İçəridə yeməksiz, çöldə paltarsız, zəif xalqa hakim 

oldum” (KT ş 26). Bu da həmin sözlərin əlaqəsini təsdiq edir. 



Yabız/yavuz  sözü  sonrakı  inkişaf  dövrlərində  də  işlənmişdir:  yabus,  yavus  (qədim  uyğur 

abidələri),  yabız  (türk  dilinin  dialektləri),  yavuz  (cağatay,  türk,  uyğur),  yovuz  (özbək),  javız  (qazaz, 

qaraqalpaq), su os (yakut). 

Başqa  bir  fikrə  görə,  yabız/yavuz  sözü  yağı  “düşmən  sözündən  yaranmışdır.  E.V.Sevortyan 



yablak/yavlak  sözünü  də  yav  “düşmən”  kökü  ilə  bağlamışdır.  Ancaq  yabız  sözünün  yağ  “müharibə, 

düşmən”,  yağı  “düşmən”  sözləri  ilə  bağlılığını  tam  təsdiqləmək  mümkün  deyil.  Bu  fikrə  bir  neçə 

cəhətdən etiraz etmək olar: 1. Müasir türk dillərində v samiti ilə işlənən sözlərin bir qisminin ən qədim 

variantı  ğ  samitli  olsa  da,  həmin  sözlər  Orxon  abidələrində  də  ğ  samitli  formada  işlənmişdir.  Yabız 

sözü isə abidələrdə samiti ilə işlənir. Yəni bu sözün qədim variantında ğ samitinin olması təsdiqini 

tapmır. 2. Yağı “düşmən” sözü heç vaxt “zəif” mənası və ya buna yaxın məna ifadə etməmişdir. 



Yabrıt-  “zəiflətmək,  gücsüzləşdirmək”  feili  də  yablak  və  yabız  sifətləri  ilə  eyniköklüdür:  Süsin 

anta sançdım, yabrıtdım “Ordusuna orada zərbə vurdum, zəiflətdim” (Bilgə kağan, şərq, 31). 



-t  təsirli  feil  yaradır.  Bunu  qədim  türk  yazılı  abidələrində  yavrı-,  yabrıl-/yavrıl-  feillərinin 

işlənməsi  də  sübut  edir.  Geniş  yayılmış  fikrə  görə,  -rı  addan  feil  düzəldən  şəkilçidir.  Türkiyə 

türkcəsindəki yıpranmak feili də bu sözlə bağlı ola bilər. 

*Yab  kökü  türk  dillərinin  sonrakı  dövrlərində  də  söz  yaradıcılığında  iştirak  etmişdir.  Məsələn, 

yaba “vəhşi” (DTS),  yabay “vəhşi, yabanı” (qaqauz, qırğız),  yava (uyğur), yapa (noqay),  yava “boş, 

lazımsız”  (DTS),  yavalığ/yavalık  “cəfəngiyat”  (DTS),  yaval-  “sakitləşmək,  mülayimləşmək”  (DTS), 




Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə