Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə53/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   49   50   51   52   53   54   55   56   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

875



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

dərslikdə  verilmiş  mətnlər  üzrə  işlə  dərinləşdirilməli,  onun  Dövlət  dili  kimi  hüquqi  tərəfləri  təhlil 

edilməlidir. Dərsliklə paralel müəllimin işinə birbaşa kömək edən metodik vəsait tədris işinin düzgün 

qurulmasına yardımçı olur. Orta məktəbdə tədris olunan Azərbaycan dili fəninin məzmununa və təlimi 

vəzifələrinə  iki  istiqamətdə  yanaşılır:  fənnin  tədrisi  üçün  Azərbaycan  Respublikasının  Təhsil 

Nazirliyinin  təsdiqlədiyi  “Ümumi  məktəblərin  V-XI  sinifləri  üçün  Azərbaycan  dili  proqramı”na  və 

Ümummilli  Təhsil  Konsepsiyası  -  Milli  Kurikuluma.  Orta  ümumitəhsil  məktəblərinin  mövcud 

Azərbaycan  dili  proqramının  təhlili  göstərir  ki,  bu  fənnin  məzmunu  və  strukturu  əvvəlki  illərlə 

müqayisədə  köklü  dəyişikliyə  uğramışdır.  Yeni  kurikulum  proqramına  əsasən  Azərbaycan  dilindən 

sistematik  kursun  tədrisi  artıq  V-IX  siniflərdə  deyil,  V-VIII  siniflərdə,  dil  və  dilçilik,  Azərbaycan 

dilinin  quruluşu  və  tarixi,  nitq  mədəniyyəti  və  üslubiyyat  məsələlərinin  tədrisi  isə  IX-XI  siniflərdə 

nəzərdə  tutulmuşdur.  Vaxtilə  V  sinif  dərsliyinin  əvvəlində  verilmiş  “İbtidai  siniflərdə  keçilmişlərin 

təkrarı”  (20  saat)  və  “Sintaksis  və  durğu  işarələri”  (39  saat)  bölmələri  təlim  materialları  sırasından 

çıxarılaraq, hazırki dərsliklərdə müxtəlif dil qaydaları ilə əvəz edilmişdir. 

Yeni  Kurikulumlarla  təşkil  olunan  Azərbaycan  dili  tədrisi  yalnız  dilçilik  elminin  əsaslarını 

mənimsətmək deyil, həm də şagirdin cəmiyyətdə ünsiyyət rahatlığın təmin etməkdir. Ənənəvi təhsildə 

isə dərs daha çox nitq bacarıqları üzərində deyil, nəzəri-praktik dilçilik üzərində qurulurdu. 

Göründüyü  kimi  fənn  kurikulumları  hər  bir  fənn  üzrə  məqsəd,  vəzifə,  məzmun,  texnologiya  və 

qiymətləndirmə  məsələlərini  əlaqəli  şəkildə  ümumiləşdirir.  Azərbaycan  dili  fənn  kurikulumunda  da 

əks  olunmuş  təlim  nəticələri  biri  digərini  tamamlayaraq,  möhkəmləndirərək,  davam  etdirərək  şagird 

şəxsiyyətinin formalaşmasını və inkişafını izləməyə şərait yaradır. 

 

 

TARİXİ ÖZÜNDƏ YAŞADAN DƏRBƏNDİN “TATLAR VƏ 

“QARADAĞLAR” ETNOOYKONİMLƏRİ 

 

Elnarə ƏHMƏDOVA 

Sumqayıt Dövlət Universiteti 



ahmedovaelnara03@gmail.com 

AZƏRBAYCAN 



 

Dərbənd  toponimlərinin  böyük  bir  qismini  etnotoponimlər  təşkil  edir.  Həmin  etnotoponimlərin 

mənşəyinin, semantikasının və strukturunun araşdırılması ərazinin ümumi toponimik mənzərəsini əks 

etdirmək  baxımından  əhəmiyyətlidir.  Göstərilənləri  nəzəri  alaraq  Tatlar  və  Qaradağlar 

etnooykonimlərinin qısa etimologiyasını və onların leksik-semantik xüsusiyyətlərini nəzərdən keçirək. 

Tatlar.  Dərbənd  şəhərinin  31  kilometrliyindəki  Xəzərsahili  çökəklikdə  Ulluçayın  yaxınlığında 

yerləşən  kəndin  adıdır.  Əhalisi,  əsasən,  tərəkəmələrdən  və  tatlardan  ibarətdir.“Tat”  toponimiyada  iz 

qoymuş etnoslardan birinin adıdır. Azərbaycan onomastikasında coğrafi adların formalaşmasında “tat” 

etnonimi  zənginliyi  ilə  diqqəti  cəlb  edir.Tatların  milli  kimliyi,  eləcə  də  “tat”  etnonimi  haqqında 

müxtəlif fikirlər mövcuddur. Tədqiqatçıların əksəriyyəti tatları farsdilli tayfa kimi qəbul edirlər.Tatlar 

b.e.  təxminən  527-ci  ilidən  başlayaraq  Sasanilər  tərəfindən  İranın  mərkəzindən  və  cənubundan 

köçürülmüş, Zaqafqaziyada - indiki Azərbaycan və Dağıstan ərazisində yerləşdirilmişlər. Dərbənd və 

Dərbənd ətrafındakı kəndlərdə tat dilində danışanların kəmiyyətcə çoxluğu bunu deməyə əsas verir ki, 

tatların Zaqafqaziyaya ilk axınları zamanı onlar məhz bu torpaqlarda məskən salmışlar. 

Dağətəyi  ərazilərdə  məskunlaşmış  tatların  bir  qismi  qısa  müddətdə  Zaqafqaziyada  xristian 

dinindən  olan  digər  xalqlara(gürcü,  erməni,  udin)  uyğunlaşmış,  xristian  dinini  qəbul  etmişlər.  XIX 

əsrin  sonu,  XX  əsrin  əvvəllərində  onların  bir  qrupu  etnik  köklərindən  uzaqlaşıb  tamamilə 

erməniləşdilər. Hazırda onların bir hissəsi Rusiyada və Ermənistanda yaşayırlar. 

Tatların  digər  qismi  Xəzər  sahilindən  Azərbaycana,  eləcə  də  Qafqazın  içərilərinə  doğru  - 

Qaraçay-Balkar,  Çeçenistan  ərazilərinə  köç  etdilər.  Onlar  Daglıq  yerlərdə  ayrıca  birliklər  şəklində 

yaşayırdılar.  Yerli  dağlı  xalqlarla  (əsasən,  musəvi  dağlılarla)  tez  bir  zamanda  qaynayıb-qarışdılar. 

İudizmi  qəbul  etdikdən  sonar  onlarla  eyni  dindən  olanlarla  nikah  əlaqələrinə  də  imkan  yaradırdılar. 

Din  dəyişikliyi  və  qan  qarışıqlığı  nəticəsində  dağlı  tatlar  tədricən  yəhudiləşdi  və  özlərini  “dağ 

yəhudiləri”  adlandırdılar.  Lakin  bu  etnonim  Qafqaz  xalqları  arasında  vüsət  tapa  bilmədi  və  musəvi 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

876



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

tatları  öz  qonşuları  “cuhud”,  “cuxur”,  “dağ  cuhud”  və  s.  kimi  terminlərlə  adlandırdılar.  Hal-hazırda 

İsraildə,  ABŞ-da,  Rusiyada,  Qazaxstanda,  Azərbaycanın  şimalında  Quba  rayonun  “Qırmızı  qəsəbə” 

adlanan yaşayış məntəqəsində, Oğuz rayonunda Dağıstanda yaşayırlar. 

VII-IX  əsrlərdə  ərəblər  Azərbaycanı  işğal  etdikdən  sonra  yerli  əhalinin  kütləvi  şəkildə 

müsəlmanlaşdırılması  burda  yaşayan  tatlardan  da  yan  keçmədi  və  onların  böyük  bir  hissəsi  islam 

dinini  qəbul  etdi.  998-ci  ildə  Dərbənd  əmirliyinin,  Xursan  və  Tabasaranın  Şirvanşahlar  dövlətinə 

birləşdirilməsindən sonra Şirvanda ayrı-ayrı etnik qruplar yerli türklərlə qaynayıb-qarışdılar. XI əsrdə 

oğuz-səlcuqların  Mərkəzi  Asiyadan  Aralıq  dənizinə,  Dərbənddən  İran  körfəsinə  qədər  olan  əraziləri 

əhatə  edən  böyük  Səlcuq  İmperiyası  yaradıldı  və  Azərbaycan  torpaqları  bütövlükdə  bu  imperiyanın 

tərkibinə  daxil  edildi.  Səcuqlar  zamanında  müsəlman  tatlar  bütün  Cənubi  Qafqazda  və  Ön  Asiyada 

başlıca etnik qüvvəyə çevrilmiş türk səlcuqlarla yaxın dostluq əlaqələri qurmuşdular. Oğuzlar, qeyri-

türk mənşəli müsəlman tatlar və talışların bir hissəsi azərbaycanlıların tərkibində əsas etnik qrupları 

təşkil  edirdilər.  Uzunmüddətli  birgə  yaşayış  nəticəsində  bu  xalqlar  bir-birinin  məişətinə, 

mədəniyyətinə təsir göstərmişlər. Oğuz-səlcuq dili əsasında Azərbaycan ümumxalq dili formalaşdı və 

bu  dil  tatlar  arasında  da  yayılmağa  başladı.  Baş  verən  tarixi-ictimai  hadisələr  müsəlman  tatların  da 

etnik təfəkkürünə təsir göstərdiyindən onların bir qismi tat dilindən tamamilə imtina etmiş, digər bir 

qismi  isə  öz  milli  dilini  qoruyub  saxlamışdır.  Müsəlman  tatlar  Qazaxıstanda,  Qırğızıstanda, 

Dağıstanda, Abşeron yarımadasında, Quba, Xaçmaz, Dəvəçi, rayonlarında yaşayırlar. 

Səlcuqlar  zamanında  Zaqafqaziyada,  eləcə  də  Azərbaycanda  qeyri-türk  mənşəli  etnosları  “tat” 

termini  ilə  adlandırırdılar.  Etnonim  mənşəcə  türk  dillərinə  mənsubdur.  Sözün  mövcud  xalqın  adı 

olması  fikri  mübahisəlidir.  Bəzi  tədqiqatçılara  görə,  bu  ad  etnosun  sosial  vəziyyəti,  həyat  tərzi  ilə 

əlaqədar olaraq verilmişdir və “oturaq həyat tərzi keçirən”,”qul” kimi mənalar ifadə edir .Bu fikir öz 

elmi təsdiqini tapmamışdır. Türk dilinin cağatay dialektində tat “qara qüvvələrə xidmət edən” anlamını 

vermişdir. Türkmənlər Türküstanda yaşayan türkdilli xalqları tat adlandırmışlar. 

Türkologiya  elminin  təməlini  qoymuş  M.  Qşqarlı  “Divani  luğat-it-türk”  əsərində  bəzi 

etnonimlərin ilkin formasını və məna yükünü izah edərkən “tat” terminindən də bəhs edib. Divanda 

oxuyuruq:  “Tat-  bütün türklərə  görə,  farsca  danışan  adam.  tatığ  közrə, tigənig  türpə  -  tatın  gözünə 



vur,  tikanını  dibindən  üz.  Toğsı  və  yağma  dillərində  uyğur  kafirlərinin  adı...  Bu  məsəl  farslar 

haqqında olduğu kimi, çinlilər və uyğurlar barədə də söylənilir..” Deməli, tarixən türklər təkcə farsları 

deyil, özlərindən (öz tayfalarından, ya da dinlərindən) olmayanları da tat adlandırmışlar. 

“Kitabi-Dədə Qorqud”da da tatların adı çəkilir: “ Saqqalı uzun tat əri banladıqda...” Guman ki, 

dastanda tat deyərkən “yadelli, “gəlmə”, ya da “kafir” nəzərdə tutulur.  

Beləliklə,  tat  sözü  türk  dillərində  başqa  yerdən  köç  edən,  eləcə  də  qeyri-türk(xüsusilə  İran 

kökənli) tayfalara verilən ad olmuş və “yabancı”, “gəlmə”mənalarını ifadə etmişdir. Hazırda Ağdaş, 

Kəlbəcər  rayonlarında  Tatlar,  Dağıstanda  Tatlar,  Tatavul,  Gürcüstanda  Tatuşağı  kənd  adları 

mövcuddur. 



Qaradağlar kəndi Dərbənd şəhərindən şimal-qərbdə Ulluçay sahilində yerləşir. Əhalisi tərəkəmə 

türklərindən ibarətdir. 

Toponim, çox böyük ehtimal ki, əvvəllər ağqoyunlu, səfəvi və şahsevən, XVI əsrdə isə qızılbaş 

tayfa birliyinə daxil olan qaradağlı tayfasının adından götürülmüşdür. Bu tayfa Səfəvilər hakimiyyəti 

uğrunda  mübarizədə  böyük  rol  oynamışdır.  “Azərbaycan  toponimlərinin  ensiklopedik  lüğəti”ndən 

oxuyuruq:  “Tayfa  öz  adını  Cənubi  Azərbaycanın  Qaradağ  mahalının  adından  almışdır.Səfəvilər 

hakimiyyətə  keçdikdən  sonra  qaradağlılar  müxtəlif  ərazilərə  yayılmışlar.  Qaradağlı  adlı  kəndlər  də 

məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir”. 

Qaradağlılar oğuz-səlcuqların kəngərli tayfasının qaraxanbəyli tirəsindəndir. Cənubi Azərbaycan 

Orta  Asiyadan  gəldikləri  ehtimal  olunan  qaradağlılar  bu  ərazidə  XIII  əsrdə  məskunlaşmışlar.  Bu 

tayfanın  Cənubi  Azərbaycandan  Şimali  Azərbaycan  torpaqlarına  köçürülməsi  Səfəvi  şahı  I  Şah 

Abbasın  adı  ilə  bağlıdır.  Qaradağlılar  müxtəlif  ərazilərə  yayılmış  və  yaşadıqları  yerlərə  öz  adlarını 

vermişlər. Tayfanın adını əks etdirən toponimlər də məhz bu yolla yaranmışdır. Qaradağlıların daha 

çox  Azərbaycanın  şimal  ərazilərndə  məskunlaşdığını  nəzərə  alsaq,  güman  etmək  olar  ki,  Dərbənd 

rayonuna  daxil  olan  Qaradağlar  kəndi  də  məhz  həmin  tayfa  üzvlərinin  burda  yaşaması  ilə  əlaqədar 

olmuşdur. 

Qaradağlar  toponimi  “qara”,  “dağ”  sözləri  ilə  “-lar”  morfoformantının  birləşməsindən 

yaranmışdır. Bildiyimiz kimi, “qara” sözü əski türkcədə bir çox mənalar ifadə etmişdir. “Qara/kara” 

rəng anlamından başqa güclü, böyük anlamlarını da vermiş, hətta şimal istiqamətini təyin etmək üçün 



Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə