Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə51/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   47   48   49   50   51   52   53   54   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

871



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Sözlərin  mənalarının  dəyişməsi  əsas  götürülərək  semasiologiyanın  elmi  problematik  məqsədi 

leksik  mənanın  təbiətinin  müəyyənləşdirilməsi,  leksik  vahidlərin  məna  quruluşunun  ayrı-ayrı  leksik 

ünsürlərinin qarşılıqlı  münasibətinin  öyrənilməsi,  leksik  məna  tiplərinin  və sözlərin  məna  inkişafının 

qanunauyğunluqlarının  müəyyən  edilməsi,  sinonimlik,  antonimlik,  çoxmənalılıq  və  omonimlik  kimi 

problemlərin üzə çıxarılması olmuşdur. Bununla yanaşı, sözlərin mənaca inkişafının etimologiya üçün 

çox  əhəmiyyəti  olduğu  halda,  omonimliyin  və  çoxmənalılığın  mahiyyətinin  müəyyənləşdirilməsi 

leksikologiyanın  tədqiqi  üçün  əsas  götürülə  bilər.  Burada  isə  dilin  yaşadığı  ictimai  mühit  və  bu 

mühitin  tarixi  inkişaf  prosesində  dəyişməsi,  ilk  növbədə,  dilin  mənaca  dəyişməsinə,  həm  də  leksik-

semantik zənginliyinə müsbət təsit göstərir. 

Semantik inkişaf nəticəsində yaranan çoxmənalılıqla omonimliyi fərqləndirmək məqsədi ilə bəzi 

metodik vəsaitlər də çap edilmişdir ki, bunların da tətbiqi müəyyən qədər özünü doğrultmamışdır. Bu 

məsələnin  şərhi  ilə  əlaqədar  irəli  sürülən  fikirlərdən  biri  budur  ki,  bu  kateqoriyaları  fərqləndirmək 

üçün  çoxmənalı  vahidlərin  ayrı-ayrı  tip  və  növlərini,  sözlərin  mümkün  olan  digər  semantik 

variantlarını  öyrənmək  daha  düzgün  olardı.  Belə  olduqda,  omonimlərin  çoxmənalı  sözlərdən 

fərqləndirməsi üsulunun qanunauyğunluğunu daha aydın şəkildə öyrənmək mümkün olar.  

Azərbaycan  dilçiliyində,  çoxmənalılıqla  omonimliyin  fərqi  məsələsi,  əsasən,  leksik  vasitələrin 

qarşılaşdırılması  üsulu  ilə  müəyyənləşdirilir;  məsələn,  belə  hesab  edilir  ki,  çoxmənalı  sözlərdə  hər 

hansı sözün ifadə etdiyi bütün mənalar, bir məna ətrafında toplaşaraq, onun müxtəlif cəhətdən məna 

çalarlarını ifadə etdiyi halda, omonim olan sözlər iki və daha çox, bəzən məntiqcə yaxın – Ay (fəza 

cisminin adı), ay (30 gün), bəzən də heç bir yaxınlığı olmayan – biz (I şəxs əvəzliyininin cəmi), - biz 

(çəkməçilikdə işlənən alət) müxtəlif mənaları ifadə edir.  

Sözlər  ayrı-ayrı  nitq  hissələrinə  aid  olaraq,  aralarında  məna  əlaqəsi  mövcudsuzluğu  da  nəzərə 

çarpa  bilər.  Qeyd  etməliyik  ki,  sözlərin  belə leksik-semantik  inkişafı  –  çoxmənalılıqdan  omonimliyə 

keçidi  sosiolinqvistik  proses  kimi  dildaxili  invariantlığı  da  müəyyənləşdirir.  Yəni  sözlər  həm 

intralinqvistik,  həm  də  ekstralinqvistik  amillərin  təsiri  ilə  öz  məzmununu  nitq  prosesində,  kontekst 

daxilində müəyyənləşdirir, semantik dəyişmələrə məruz qalır. 

Müqayisə  edək:  biz  (isim-alət),  biz  (əvəzlik);  qan  (isim),  qan  (fel)  və  s.  bu  tipli  sözlərdə  məna 

əlaqəsi hiss olunmur: qabar (isim - şiş), qabar (fel – şişmək); gün (isim – Günəş), gün (isim – bir gün) 

kimi sözlərdə isə məna əlaqəsi müəyyən dərəcədə mühafizə olunsa da müstəqilləşməyə doğru meyil də 

özünü biruzə verir.  

Türk  dillərinin  tarixi  leksikologiyası  haqqında  yazılmış  tədqiqat  əsərlərindən  bizə  belə  məlum 

olur ki, bu dillərdə işlənən, geniş işləklik dairəsinə malik olan milli sözlər əsrlər boyu inkişaf etdikcə 

fonetik dəyişikliyə uğrayaraq müəyyən morfonoloji quruluşa uyğunlaşmış, həmçinin müxtəlif leksik-

semantik dəyişmələrə də məruz qalmışdır. Orxon-Yenisey abidələrindən tutmuş son XVIII əsrin yazılı 

qaynaqlarında da açıq-aydın hiss olunan semantik dəyişmələr bütün türk dillərinin lüğət fondunda öz 

əksini tapmışdır. 

Qədim türk dilində sözlərin əksəriyyəti semantik cəhətdən ümumilik ifadə edib [2, 344]. Zaman-

zaman  türk  dillərində  çoxmənalılığa  doğru  inkişaf  prosesi  gedib  və  qədim  türk  dilində  -  sırf  türk 

mənşəli  sözlər  digər  alınma  sözlərlə  sintaktik  əlaqə  nəticəsində  yeni  semantik  mənalar  ifadə  edib. 

Hesab etmək olar ki, cəmiyyət inkişaf etdikcə, yeni proseslər və anlayışlar ortaya çıxdıqca sözlərin də 

yeni anlamları, işarələmə imkanları ortaya çıxır. Türk-rus dil əlaqələrinin tarixi çox qədimlərə gedib 

çıxır.  Bu  məsələdə  başlıca  amil  ərazi  faktoru  olmuşdur.  Qıpçaq  mənşəli  polovestlərlə  rusların  tarix 

boyu  kontaktı,  rusiyada  çar  hakimiyyəti  yarandıqdan  sonra  türk  xalqlarına  təzyiqin  artması,  zorla 

xristianlaşdırma  siyasətinin  aparılması,  mədəni-siyasi  əlaqələr  bu  xalqların  dillərində  öz  izlərini 

buraxmışdır. 

Rusların  “İqor  polku  haqqında”  dastanında  kifayət  qədər  türkizmlərin  işlənməsi  qədim  tarixi 

əlaqələrdən  xəbər  verir.  Təsadüfi  deyil  ki,  türkoloq  N.A.Baskakov  rus  dilində  işlənən  300  rus 

soyadının türk mənşəli olduğunu sübut etmişdir.  

Azərbaycan  və  rus  dillərinin  bir-birinə  münasibətləri  dil  kontaktları  ilə  bilavasitə  bağlı  olan  bir 

məsələdir.  Tipoloji  və  geneoloji  cəhətdən  fərqli  olan  bu  dillərin  ərazi,  ictimai-siyasi  cəhətdən  tarixi 

əlaqələrinin mövcudluğu nəticəsində analoji leksik-semantik xüsusiyyətlər yaranmışdır. Hər iki dilin 

lüğət tərkibinin zənginləşməsində qarşılıqlı sözalma prosesi mühüm rol oynamışdır. Rus dilçiliyində 

dil  əlaqələri  ilə  bağlı  müxtəlif  səviyyəli  tədqiqatlar  aparılmışdır.  İ.A.Boduen  de  Kurtene,  L.V.Şerba, 

N.S.Trubeskoyun yaradıcılığında dil əlaqələri probleminə tez-tez müraciət olunmuşdur.  



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

872



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Çoxmənalılıq (polisemiya) geniş yayılmış semantik prosesdir. Məsələn, baş sözü Orxon-Yenisey 

abidələrində insanın ən  yuxarı,  idarəedici bədən  üzvü  kimi  verilsə  də,  həmin  söz  əsas  olmaqla  tarixi 

inkişaf  nəticəsində  ictimai-siyasi,  mədəni,  əxlaqi  həyatımızı  bəlli  edən  xeyli  sayda  semantik 

dəyişmələrə də şərait yaradaraq yeni ayrı-ayrı söz və ifadələrin yaranmasına səbəb olmuşdur. Deməli, 

baş  sözü  leksik  vahid  olaraq  bədən  üzvünü,  fizioloji  termini  anladan  söz  olmuş,  sonralar  ictimai, 

maddi, siyasi həyatımızda gedən dəyişikliklər əsasında semantik dəyişmələrə də şərait yaratmışdır. Bu 

halı da baş sözünün mənaca inkişafı, mənaca artması, genişlənməsi, dəyişməsi kimi düşünmək daha 

düzgün olardı. Polisemiyanın özü də dilin semantik zənginliyini üzə çıxaran dil prosesidir. 

Leksik vahid və termin yaradıcılığında Azərbaycan dilindəki baş sözü həm sadə formasında, həm 

də morfoloji şəkilçilər vasitəsilə tərkiblərdə iştirak edir və leksik vahidlər yaradır, bunlar da semantik 

məna zənginliyinə xüsusi təsir göstərir. 

Dildəki  sözlərə  yalnız  nominativ  vahid  kimiyanaşan  araşdırıcılara  müəyyən  etirazını  bildirən 

İ.Məmmədov  yazır:  “Genetik  cəhətdən  çox  yaxın  olan  dillərin  belə,  leksik-semantik  təkamülü  həm 

sözün formal-fonetik həm də əşyavi-məntiqi məna istiqamətində müxtəlif yolla gedə bilər”.  

Deməli,  sözün  semantik  inkişafı  bütün  dil  yaruslarını  əhatə  edərək  əsasən  əşyavi-məntiqi  məna 

istiqamətinə yönələrək yeni mənanı ifadə etməyə meyllənir. Burada sözün ilkin-dominant mənasından 

uzaqlaşması, motivləşməsi halı da mümkündür.  

 

 

AZƏRBAYCAN DİLİNİN CULFA ŞİVƏLƏRİNDƏ FEİLİ FRAZEOLOJİ 

BİRLƏŞMƏLƏR VƏ MÜRƏKKƏB FEİLLƏR 

 

Rəşad ZÜLFÜQAROV 

AMEA Naxçıvan Bölməsi 



reshadzulfugarov@yahoo.com

 

AZƏRBAYCAN 

 

Danılmaz  bir  həqiqətdir  ki,  feillər  dilimizin  milli  xüsusiyyətlərinin  əsas  daşıyıcılarıdır.  Hazırda 

dialekt və şivələrimizdə işlənən feil formalarının müasir dilçilik aspektində tədqiqi isə olduqca maraqlı 

faktların ortaya çıxarılmasına imkan verir. Müasir Culfa şivələrində işlənən feillərin bir qismini feili 

frazeoloji  birləşmələr  və  mürəkkəb  feillər  təşkil  edir.  Frazeoloji  birləşmələr  Azərbaycan  dilinə  aid 

dilçilik  ədəbiyyatlarında  sabit  söz  birləşmələri  adlandırılır.  Yəni  bu  birləşməni  təşkil  edən 

komponentlər birlikdə bir leksik  mənanı ifadə edir. Belə söz birləşmələri parçalandıqları zaman  əsas 

ifadə  xüsusiyyətini  itirir.  Müasir  Culfa  şivələrində  işlənən  bir  sıra  frazeoloji  birləşmələrə  diqqət 

yetirək. 

Anası:n damağın yandırmax – Bu frazeoloji birləşmə müasir Culfa şivələrində “peşman etmək” 

mənasında işlənir. Məs.: O ki həylə elədi day u:n anas:n damağın yandırmax ma: borc o:sun (Bən.)  



Tütə:yin dilni içəri çəx'məx' – “Susmaq, dinməmək” mənasında işlənən bu frazeoloji birləşməyə 

daha  çox  Culfa  rayonun  Gal  kənd  şivəsində  rast  gəlinmişdir.  Kənd  əhalisi  arasında  geniş  şəkildə 

istifadə olunur. Məs.: Bi işi bilmiyəndə gərəx' tütə:yin dilni içəri çəkəsən ki biyabır olmuyasan (G.). 

Basarağı//pasarağın  basmax  –  Bu  frazeoloji  birləşmə  müasir  Culfa  şivələrində  “tərəfin 

saxlamaq,  tərəf  çıxmaq,  qorumaq”  mənalarında  işlənir.  Məs.:  Sən  bı  qızın  pasarağın  çox  basma  ha 

so:ra başa: bəla olar (Göy.). 

Ürəynə dağdağa gətirməx' –Müasir Culfa şivələrində qeyd edilən frazeoloji birləşmə “qorxmaq, 

narahat olmaq” mənalarında işlənir. Məs.: Ay bala hər şeydən ötrün ürəyə: dağdağa gətirmə (Sal.). 

Başıaçıx  qoymax  –Culfa  şivələrində  “dul  qoymaq,  dul  qalmaq”  mənasında  işlənir.  Məs.:  Sa: 

qurban o:m mə: başıaçıx qoyma, ehdiyatdı ol (K.) 

Culfa  şivələrində  işlənən  mürəkkəb  feillər  də  maraq  doğurur.  Azərbaycan  dilinin  dialekt  və 

şivələrində işlənən mürəkkəb feillərin formaları haqqında R.Rüstəmov yazır: “Azərbaycan dili dialekt 

və  şivələrində  işlənən  mürəkkəb  feilləri  komponentlərinin,  xüsusən  hansı  nitq  hissəsindən  ibarət 

olmasına  görə  iki  qrupa  bölmək  olar  1)  Hər  iki  komponenti  feil  olan  mürəkkəb  feillər  2)  Birinci 

komponenti  ad,  ikinci  komponenti  feil  olan  mürəkkəb  feillər”.  Qeyd  etmək  lazımdır  ki,  mürəkkəb 

feillər  onları  təşkil  edən  komponentlər  arasındakı  leksik  və  qrammatik  cəhətdən  əlaqə  nəticəsində 



Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə