Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə50/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   46   47   48   49   50   51   52   53   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

869



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

XIX ƏSR DRAMATURGİYA DİLİNDƏ MÜRƏKKƏB CÜMLƏNİN 

MODALLAŞMAĞA DOĞRU TRANSFORMASİYASI 

 

Səkinə ŞƏRİFOVA 

AMEA Nəsimi adına Dilçilik İnstitutu 



sekine.serifova@mail.ru 

AZƏRBAYCAN 

 

Canlı danışıq dilində xüsusən monoloq və dialoqlardan ibarət səhnə dilində intonasiya, məntiqi 



vurğu,  jest  və  mimika  fikrin  ifadəsi  üçün  başlıca  amildir.  Bu  amillər  istər  mətn,  istərsə  də  cümlə 

şəklində təqdim olunan mürəkkəb bütövlərdə danışanın ifadə etdiyi fikrə münasibətini formalaşdıraraq 

modallaşmanın inkişafına yol açır. 

Təkrarolunmaz personajlar müəllifi Mirzə Fətəli Axundzadə yaratdığı obrazların hər birinin dilini 

elə  real  şəkildə  canlandırmışdır  ki,  oxucu  həmin  obrazın  səs  tonunu,  intonasiyasını  eşidir,  jest  və 

mimikasını  görür,  rejissor  və  aktyor  truppası  olmadan  da  "səhnəyə"  tamaşa  edir.  Bu  baxımdan 

müəllifin  personajların  dili  ilə  təqdim  etdiyi  mürəkkəb  bütövlər  daha  maraqlıdır.  Belə  ki, 

modallaşmağa  doğru  meylin  güclü  olması  mürəkkəb  bütövləri  reduksiyaya  uğradaraq  sadə  cümləyə 

doğru  transformasiya  edir.  Dilin,  ümumiyyətlə,  qənaətə  meyilli  olması,  reduksiyaya  uğrayan 

kompopnentdə modal mənanın olması və tədricən inkişaf edərək üstünlük qazanması tabeli mürəkkəb 

cümlənin sadə cümləyə transformasiyasının əsas əlamətlərindəndir (1, 31). 

Mübtəda  budaq  cümləli  tabeli  mürəkkəb  cümlələrin  baş  cümləsində  modallıq  anlayışı  xüsusilə 

hiss olunur. Bu baxımdan həmin cümlələri üç qrupa bölmək olar: 

 

1) modallıq anlayışına daha çox yaxınlaşan cümlələr



 

2) modallıq baxımından ikilik hiss olunan cümlələr; 

 

3) modallıq anlayışından uzaqlaşan cümlələr. 



 

"Aid  olduğu  nitq  hissəsinin  struktur-semantik  xüsusiyyətlərini  müəyyən  dərəcədə  saxladığı 

üçün... sözlərin bir qisminin baş cümlə və ya ara söz kimi işləndiyini müəyyənləşdirmək bəzən çətinlik 

törədir" (2, 255).  

M.F.Axundzadənin  əsərlərində  modallaşmağa  meylin  müxtəlif  təzahür  formalarını  müşahidə 

etmək  mümkündür.  Məsələn:  "Şahbaz,  doğrudur  ki,  Parijə  getmək  istəyirsən?"  (3,  51)  cümləsində 

Şahbazın  Parijə  getmək  istəyinin  həqiqət  olub-olmadığının  müəyyənləşdirilməsi  üçün  aktuallaşan 

hissə ("doğrudur ki") semantik cəhətdən ikili paylaşmaya məruz qalmışdır: 1) Şahbaz, sən, həqiqətən, 

Parijə getmək istəyirsən? 2) Şahbaz, doğru deyirlər ki, sən Parijə getmək istəyirsən? 

"Hekayəti-Müsyö  Jordan  həkimi-nəbatat  və  Dərviş  Məstəli  şah  caduküni-məşhur"  əsərindən 

götürülmüş bu nümunədə əsərin ümumi məzmunundan, hadisələrin gedişindən aydındır ki, 2-ci cümlə 

semantik  cəhətdən  mətnə  uyğun  gəlir.  Çünki  Şəhrəbanu  xanım  Şahbazın  Parijə  getmək  istəyini 

Şərəfnisədən öyrənmiş, bu eşitdiyinin doğru olub-olmadığını bilmək üçün Şahbaza müraciət etmişdir. 

Buna görə də "Şahbaz, doğrudur ki, Parijə getmək istəyirsən?" cümləsi modallaşmaya  meyl etsə də, 

mübtəda budaq cümləsi hesab olunur. 

Bu baxımdan digər 2 cümlənin də təhlili maraq doğura bilər: 1) Amma yəqinimdir ki, Bab dəxi bu 



növ  pərpuçatı  bir  özgə  libasa  geydirib  meydana  çıxıbdır  (4,  107).  2)  Mənə  yəqin  hasil  olubdur  ki, 

bizdə hər adət və xasiyyət var isə, əksi Parij əhlindədir (3, 51). 

Hər  iki  cümlənin  birinci  komponenti  (yəqinimdir,  mənə  yəqin  hasil  olubdur)  ifadə  baxımından 

fərqlənsə  də,  semantik  cəhətdən  eynidir.  Cümlələrin  hər  ikisində  birinci  komponent  baş,  ikinci 

komponent isə mübtəda budaq cümləsidir. 

Təqdimat baxımından 1-ci cümlədəki "yəqinimdir" sözü xəbər, 2-ci cümlədəki "yəqin" sözü ara 

söz  kimi  işlənsə  də,  baş  cümlənin  hər  ikisi  mənə  aydındır  ki,  mənə  aydın  oldu,  mənə  məlum  oldu 

ifadələrinin sinonim variantı kimi çıxış edir. 

Bəzən  modallıq  (münasibət)  ilə  gerçəklik  (fikrin  özü)  arasında  elə  bir  yaxınlıq  olur  ki,  onun 

incələnməsi böyük diqqət tələb edir: 1) Görükür ki, bir cavan, xoşsurət oğlansan (3, 86). 2) Görükür 

ki, qoçaq oğlandır (3, 97). 3) Heydər, görükür ki, məndən soyumusan (3, 127). 

Bu cümlələrdə "görükür ki" ifadəsi həm baş cümlə, həm də cümlə ara söz kimi anlaşıla bilər. 

Bu,  "görükür"  sözünün  leksik  mənasından  uzaqlaşaraq  modallaşmağa  doğru  meyil  etməsi  ilə 

bağlıdır,  lakin  tam  modallaşma  baş  vermədiyi  üçün  bu  cümlələr  mübtəda  budaq  cümləli  tabeli 




IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

870



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

mürəkkəb cümlə kimi də başa düşülə bilər. Budaq cümlələrin sadələşmə variantına nəzər salaq: 1) Bir 

cavan, xoşsurət oğlan olduğun üz-gözündən görünür; 2) Qoçaq oğlan olduğun əməlindən görünür; 3) 

Məndən soyumağın hərəkətindən görünür. Bu cümlələrə üz-gözündən, əməlindən, hərəkətindən sözləri 

müdaxilə olunmasa, 3-cü cümlənin modallaşmağa daha çox məruz qaldığı hiss olunar. 

"Hekayəti-xırs quldurbasan" əsərində divanbəyinin dili ilə verilən bir cümləyə də nəzər salaq: 

"Gərəkdir,  tez  işi  isti  ikən  həqiqət  eləmək,  amma  hələ  gərək  bir  dəftərxanaya  getmək"  (3,  86). 

Buradakı  "gərəkdir"  ifadəsini  mübtədası  çatışmayan  baş  cümlə,  yaxud  modallıq  anlayışına  malik 

cümlə ara söz kimi düşünmək olar. Bunun bir səbəbi də üçüncü komponentdə (amma hələ gərək bir 

dəftərxanaya  getmək)  gərək  sözünün  işlənməsidir.  Müəllif  qeyri-millətdən  olan  şəxsin  danışığı 

şəklində  qurduğu  bu  cümlədə  modallıqla  yanaşı,  predikativliyin  başa  düşülməsinə  də  şərait 

yaratmışdır: İşi tez, isti ikən həqiqət eləmək, amma hələ (əvvəlcə) dəftərxanaya getmək gərəkdir

Modallıq  qarışıq  tipli  mürəkkəb  cümlələrin  yaranmasına  və  ya  əksinə,  qarışıq  tipli  mürəkkəb 

cümlələrin sadələşməsinə də şərait yaradır: 1. Doğru deyirsən, baba dərviş, amma nə əcəb olurdu ki, 

bu  xəbər  elə  bu  saatda Müsyö Jordana  çataydı,  başımızdan  olaydı  (3,  65).  2.  Bəhər-hal  gərəkdir  ki, 

Şölə xanıma inandırmaq ki, Teymur ağa çəndan güclü deyil, o basdığı uşaqlar tamam çolma-çocuq 

idilər,  bəlkə,  bu  tədbir  ilə  dəxi  Teymur  ağanın  vəsfi  onun  dilinə  gəlməyə  (3,  101).  3.  Bu  surətdə 

gərəkdir  ki,  divlərə,  ifritələrə  əmr  edim  ki,  Pariji  xarab  etsinlər,  altını  üstünə  çevirsinlər  ki,  Şahbaz 

bəy  dəxi  ora  getmək  niyyətindən  düşsün,  yainki  Mərrix  ulduzuna  hökm  edim  ki,  müsyö  Jordanın 

boynunu  vursun  ki,  Şahbaz  bəyi  aparan  olmasın  (3,  59).  4. 

‒   Gərəkdir  ki,  gələn  həftənin  başında 



pullar hazır ola, yola düşək Molla İbrahimxəlilin hüzuruna, Xaçmaz dağlarına (3, 35). 

1-ci cümlənin ümumi məzmununda mübtəda budaq cümləli tabeli mürəkkəb cümlə yerləşmişdir: 

"nə  əcəb  olurdu"  baş  cümlə,  "bu  xəbər  elə  bu  saatda  Müsyö  Jordana  çataydı,  başımızdan  olaydı

ikikomponentli yaxud səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlə əsasında qurulmuş mübtəda budaq 

cümləsidir.  "Amma"  bağlayıcısı  vasitəsilə  cümlənin  ümumi  məzmununa  qarşılaşdırma-ziddiyyət 

mənası da qatılmışdır. 

Deməli,  cümlədəki  "amma"  bağlayıcısı  cümlənin  tam  modelini  qurmaqda  önəmli  rola  malikdir. 

Əgər  bu  cümlədə  "amma" bağlayıcısı işlənməsə,  birinci  komponent  doğru deyirsən  →  doğrudur → 



doğrudan da istiqamətində dəyişərək cümlə funksiyasını itirə də bilər. 

Digər cümlələrdə mübtədası çatışmayan baş cümlələr (bəhər-hal gərəkdir kibu surətdə gərəkdir 



ki,  gərəkdir  ki)  həm  də  modallıq  anlayışına  malik  olmaqla,  ardınca  gələn  zəncirvari  qarışıq  tipli 

mürəkkəb cümləyə sahib olmuşdur. 

Cümlənin qrammatik yükünü baş üzvlər daşısa da, semantik yükünü akktuallaşmış üzvlər daşıyır. 

Cümlənin modallaşmağa doğru transformasiyasında isə məhz aktuallaşma mühüm rol oynayır. 



 

 

 

AZƏRBAYCAN DİLİNİN SEMANTİKASININ ASPEKTLƏRİ 

(POLİSEMİYA VƏ OMONİMİYA) 

 

Günel ALLAHVERDİYEVA 

Bakı Slavyan Universiteti 



al_gunel@mail.ru 

AZƏRBAYCAN 



 

Dilin əsas funksional-struktur vahidi olan söz, müxtəlif semantik çalarlara malikdir. Hər hansı bir 

dildə sözlərin leksik-semantik inkişafı və funksionallaşması milli dilin daxili zənginliyini  əks etdirən 

hadisələrdən  biri  kimi  təzahür  edir.  Dildə  hər  hansı  əşya,  hadisə,  əlamət  adı  olan  bir  sözdən  başqa 

əşya, hadisə, əlaməti əks etdirmək üçün də istifadə olunur. Eyni zamanda, nəzərə almaq olar ki, “dildə 

olan  sözlər  sistemin  ünsürləri  kimi  bir-birindən  təcrid  olunmuş  şəkildə  deyil,  qarşılıqlı  əlaqə  və 

münasibətdədir”  [2,  5].  İ.Məmmədovun  bu  fikri  onu  təsdiqləyir  ki,  sözlərin  leksik-semantik  inkişafı 

digər sözlərlə sintaktik əlaqədə meydana çıxır. Burada daha çox nəzərə çarpan sözlərin semantik əhatə 

dairəsi  əldə  etməsidir.  Eyni  zamanda,  çoxmənalılıq  da  bədii  üslubda  özünə  mühüm  yer  qazanır, 

ekspressivlik və emosionalliq, obrazlılıq yaradan vasitələrdən biri kimi özünü göstərir. 




Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə