Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə58/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   54   55   56   57   58   59   60   61   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

885



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

“Sabirin tənqid hədəfləri niyə azalmır, əksinə, artır? Çünki ədəbiyyat dərdi göstərir, yaxşı ifadə 

edir,  ancaq  onu  aradan  qaldırmaq  isə  insanlardan  hünər  istəyir.”  Doğrudan  da,  Sabir  dərd  şairidir. 

Ümumiyyətlə,  bütün  dönəmlər  üçün  Sabirin  satiraları  hər  zaman  aktual  olacaq.  O  zaman  ki,  şairin 

tipləri  azalacaq,  həyatda  qalmayacaq,  biləcəyik  ki,  onun  dərdinə  dərman  tapılıb.  “…Əlli  il  bundan 

əvvəl Sabir kimi bir ədib bizdə zühur etsə idi, yazıları indiki kimi xalq tərəfindən qəbul edilsə idi, biz 

əlli il qabaq düşmüş olardıq.”  

 Mirzə  Ələkbər  Sabir  çox  vaxt  qəzəbini  boğa  bilmirdi,  öldürücü,  ifşaedici  satiradan  bol-bol 

istifadə  edirdi,  hətta  vulqar  sözləri  işlətməkdən  belə  çəkinmirdi.  Məqsəd,  amal  isə  birdir:  millətin 

intibahı. O, keçmişdə yazsa belə, sanki, bu günümüzdən danışır, çünki indi həmin satiralar yazılsaydı, 

onun tənqid hədəfləri daha çox olardı. İnsan özüylə üz-üzə qalmalı, özünü yaratmağı bacarmalıdır. Nə 

qədər ki, millət olaraq ayılmamışıq, var ola bilməyəcəyik. Var olmaq imkanımız isə var. O imkanı üzə 

çıxarmalıyıq. 

 

 

 

MÜRƏKKƏB SİNTAKTİK BÜTÖVLƏRİN                               

YARANMASINDA SÖZ SIRASININ ROLU 

 

Dürdanə TARIVERDİYEVA 

Bakı Slavyan Universiteti 



pearl087@hotmail.com 

AZƏRBAYCAN

 

 

Bildiyimiz kimi mətn komponentlərinin əlaqələndirilməsində sintaktik vasitələrin rolu böyükdür. 



Sintaktik vasitələrə söz sırası, təkrarlar, paralellizm və s. daxil edilir. Söz sırası MSB-nin cümlələrində 

sözlərin qanunauyğun və ardıcıllıqla yerləşməsi, düzülüşüdür. Söz sırası mürəkkəb sintaktik bütövlərin 

komponentlərini  bağlamaqla  yanaşı,  dildə  qrammatik-semantik  və  üslubi  funksiyaları  yerinə  yetirir. 

Prof.  K.Abdullayev  mətn  haqqında  yazır:  “mətn  elə  bir  sintaktik  kompleksdir  ki,  başqa  sintaktik 

kompleksin, yəni cümlənin onun məna nöqteyi-nəzərindən nisbi qeyri-bitkinliyini, müəyyən semantik 

naqisliyini aradan götürür”. Bir cəhəti də nəzərə almaq lazımdır ki, sintaktik bütövü təşkil edən hər bir 

komponentdə sözlərin sırası mətnin qurulma texnikasına daxil olduğu kimi, hər bir komponentin sırası 

da  bu  prosesdə  fəal  sintaktik  gücə  malikdir.  Ona  görə  də  “sıra”  anlayışını  mətn  sintaksisindən 

danışarkən  həm  sözlərin,  həm  də  komponentlərin  sırası  kimi  anlamaq  lazımdır. Eyni  zamanda  mətn 

daxilində “söz sırası” anlayışı ilə “cümlə üzvlərinin sırası” anlayışları da fərqli anlayışlardır. Söz sırası 

dedikdə biz tək cümlə üzvlərini yox, onlarla yanaşı ara söz, xitab, qoşma, bağlayıcı, ədat və nidaların 

da cümlədə yerini nəzərdə tuturuq. Cümlə üzvlərinin hər birinin özünəməxsus mövqeyi onların sırasını 

müəyyən  edir.  Cümlə  üzvlərinin  sırası  pozulduqda  cümlənin  mənası  ya  tamamilə,  ya  da  qismən 

dəyişildiyi kimi, bəzən də mənasızlığa yol verilir. Bütün bunları aydın təsəvvür etmək üçün onları bir-

birilə  əlaqədə  nəzərdən  keçirmək  lazımdır.  Prof.  Fəxrəddin  Veysəlli  “Struktur  dilçiliyin  əsasları” 

kitabında yazır: “Söz sırası ənənəvi mənada sözlərin düz xətt boyunca düzülüşü kimi başa düşülür. Söz 

sırası  anlayışı  cümlə  qurmaq,  ünsiyyətə  girməklə  bağlı  olduğundan  burada  sintaktik  əlaqələr  nəzərə 

alınmalı, ona görə də onun izahı sintaksislə birgə götürülməlidir”.  

Məlumdur ki, ayrıca götürülmüş, yəni mətndə tamamilə təcrid edilmiş söz heç də həmişə konkret 

bir məna bildirmir. O yalnız cümlə daxilində konkret bir məna əldə edir. Sözlər müəyyən mövzu ilə 

bağlı cümlələr yaradır, cümlələr isə öz növbəsində daha böyük sintaktik vahidlər əmələ gətirir. Prof. 

Q.Kazımov  söz  sırası  haqqında  yazır:  “söz  sırası  mətnin  təşkilində  həm  qrammatik,  həm  də  üslubi 

funksiya  daşıyır”.  Yəni,  söz  sırası  həm  bilavasitə  əlaqələrin  yaranmasına,  komponentlərin  bir-birilə 

qrammatik əlaqəsinə kömək edir, həm də emosionallığa xidmət edir. 

Söz sırası həm də üslubi vasitədir. Buna görə də söz sırası ədəbi dildə cümlələrin yaranmasında 

mühüm rol oynayır. Söz sırasının üslubla bağlı dəyişməsi dinamik vurğu nəticəsində mümkün olur. 

Söz sırası MSB-ni təşkil edən formal-qrammatik (sintaktik) vasitələrdəndir. Bu məsələ ilə bağlı 

əsas bu cəhətlər özünü göstərir: cümlələr arasında əlaqə, cümlənin akual üzvlənməsi, müəyyənlik və 

qeyri-müəyyənlik, yarımçıqlıq.  



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

886



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Mürəkkəb sintaktik bütövün cümlələri mətndən asılı olaraq bir neçə cür sıralana bilir. Bu zaman 

cümlələr arasında əlaqə sözlərin sırasına təsir göstərir. 

Mürəkkəb  sintaktik  bütövün  komponentlərini  təşkil  edən  cümlələr  eyni  hüquqlu  deyil.  Bütövü 

təşkil edən, mətndə sıralanan cümlələrdən biri mərkəzi rol oynayır. Sıralanmada növbəti cümlələrdən 

biri həmin mərkəzi cümlədə qoyulan fikri açmağa, onu tamamlamağa xidmət göstərir. Fikrin mənanın 

açılması  prosesində  sonrakı  cümlənin  strukturunda  müəyyən  dəyişkənlik  baş  verir,  yəni  cümlə 

inversiyaya məruz qalır. 

Dil  vahidlərinin  sırası  kateqoriyaların  bir-birinə  olan  qarşılıqlı  münasibətindən  doğur.  Lakin 

semantik əsaslar üzrə sıralanma bəzən qrammatik formalarda təsbit olunur, bəzən isə təsbit olunmur, 

cümlədə  sözlərin  sıralanmasının  göstəriciləri  dedikdə  qrammatik  formalarla  təsbit  olunan  sıralanma 

nəzərdə tutulur. 

Əlbəttə,  bu  fikir  birinci  növbədə,  dil  vahidlərinin  sıralanmasına  aiddir.  Çünki  sistem  və  sıra 

anlayışları  bir-birinə  yaxındır.  Biz  sistem  dedikdə  vahidlərin /ünsürlərin/  müəyyən  sırasını,  ardıcıllı-

ğını nəzərdə tuturuq. Dil vahidlərinin sıralanması sistemi dilin istər böyük, istərsə də kiçik ünsürləri 

arasındakı  əlaqəni  nizama  salır,  onu  tənzim  edir.  Dilin  bütün  sistemlərində,  bir  növ  ahəng  yaradır. 

Beləliklə,  dildə  vahid  sıra  sistemi  meydana  çıxır.  Vahid  sıra  sistemi  isə  müəyyən  qanunlar  əsasında 

cərəyan  edir.  Prof.  Əbdürəhman  Cavadov  yazır:  “Dildə  sabit  və  vahid  sıralanma  sisteminin 

qanunauyğunluqlarını meydana çıxarmaq üçün bir sıra şərtlər olmalıdır. Bu şərtlərdən birincisi həmin 

sıra sisteminin necə müəyyənləşdirilməsi məsələsidir”. 

Dildəki  sıra  sistemini  açıb  göstərmək  üçün  həm  morfoloji,  həm  də  sintaktik  vahidlərin 

sıralanması  qarşılıqlı  şəkildə  öyrənilməlidir.  Morfoloji,  xüsusilə  sintaktik  vahidlərin  sıralanma 

qanunlarını müəyyənləşdirmək üçün inversiyaya məruz qalmayan formalara müraciət etmək lazımdır. 

Başqa  sözlə  desək,  dil  vahidlərinin  sıralanması  qanunauyğunluqlarını  aşkara  çıxarmaq  üçün 

inversiyaya məruz qala bilməyən vahidlər bir-biri ilə tutuşdurulmalı, alınan nəticə ümumi qanun kimi, 

norma kimi qəbul edilməlidir. İnversiya oluna bilməyən vahidlərə ona görə müraciət etmək lazımdır 

ki, bunlar dilin potensial imkanlarını əks etdirir, dilin daxili qanunları əsasında yaranır.  

Dil vahidlərinin sıralanması da başqa dil hadisələri kimi dilin daxili qanunları əsasında baş verir. 

Bu o deməkdir ki, mən evə gedirəm və ya mən evdən gəlirəm cümlələrində yönlük və çıxışlıq halları 

dilin  daxili  qanunları  əsasında,  felin  tələbinə  görə  işləndiyi  kimi,  bu  cümləyə  daxil  olan  sözlər  də 

müəyyən  qanunlar  əsasında  sıralanmışdır.  Yaxud,  gedirəm  felində  kök  və  şəkilçilər  müəyyən  qanun 

əsasında düzülmüşdür.  

Dünya dillərində söz sırasının iki mühüm funksiyası vardır: 

− Sintaktik-semantik funksiya; 

− Üslubi funksiya 

Sintaktik-semantik funksiya dedikdə cümlədə sözlərin yeri dəyişdikdə həm cümlənin mənasının, 

həm  də  sözün  sintaktik  vəzifəsi  dəyişir.  Azərbaycan  dilində  bu  halda  yalnız  mübtəda  ilə  qeyri-

müəyyənlik bildirən vasitəsiz tamamlığın münasibətində rast gəlirik. 

Söz  sırasının  üslubi  funksiyası  isə  o  deməkdir  ki,  cümlədə  sözlərin  yeri  dəyişdikdə  sözün 

sintaktik funksiyası və cümlənin mənası dəyişmir, bu və ya digər üzv aktuallaşdırılaraq daha qabarıq 

nəzərə çarpdırılır. 

Sıralanma dil qatlarının hamısını əhatə edir. 

Sıralanmanın  əhatə  etdiyi  sahələrdə  sıra  ilə  yanaşı,  hər  bir  sahənin  /sistemin/  özünəməxsus 

qanun-qaydaları  da  vardır.  Ayrı-ayrı  qatlara  məxsus  qanun-qaydaları  da  vardır.  Ayrı-ayrı  qatlara 

məxsus qanun-qaydalar ancaq o qat daxilində dövr edir, o sistem daxilində qüvvədədir. 

Söz sırası da intonasiya kimi cümlə strukturunun və onun invariantlarının əmələ gəlməsini təmin 

edən dil vasitəsidir. Tədqiqatımız göstərir ki, MSB-nin cümlələrində adi söz sırası aşağıdakı kimidir. 

Sintaktik bütövün birinci cümləsi söyləmin çıxış nöqtəsi (əsası) – sonuncu cümlə söyləmin nüvəsidir. 

Mənanın  açımı  söyləmin  çıxış  nöqtəsindən  söyləmin  nüvəsinə  doğru  gedir.  Bəzən  inversiya 

nəticəsində  mətnin  cümlələrində  söyləmin  çıxış  nöqtəsi  və  nüvəsi  öz  mövqelərini  dəyişirlər.  Birinci 

qrup söz sırasını – normal söz sırasını V.Matezius “Çex dilində söz sırasının əsas funksiyası” əsərində 

“obyektiv”, ikincini isə “subyektiv sıra” adlandırmışdır. 

Söz sırası semantik strukturların iştirakı ilə MSB-də cümlənin elementlərini elə yerləşdirir ki, hər 

bir element informasiyanın inkişafında, genişlənməsində, cümlənin tema və remaya ayrılmasında əsas 

rol oynayır. 



Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə