Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə66/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   62   63   64   65   66   67   68   69   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

900



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

uca  addan  işıqdan  doğulmuş  deməkdir.  Dastanın  ən  rəzil  obrazlarından  biri  Keçəl  Həmzədir  . 

Həmzənin adı ərəb adı sayılır. Anlamı- iti və kəsicidir. Sözü ilkin şəklinə salsaq Qanızat alınar. Qanı-

ruh;  zat-nəsil  deməkdir.  Qış  təbiətin  ölüm  dövrü  sayılır  torpaq  ağaclar  və  kollar  qışda  keçəlləşir. 

Nağıllarda göstərilir ki ,keçəllər bütün işləri kişi kimi üz-üzə yox hiylə və bicliklə görürlər. Buna görə 

də keçəl şərin rəmzi sayılır. Beləliklə, Keçəl Həmzə şər ruhundan doğulmuş deməkdir. 

 

 

 



DÜNYA DİLLƏRİNDƏ SİNTETİKLİYİN DƏRƏCƏSİ 

 

Aygül MİRZƏYEVA 

AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu 



mirzeli89@mail.ru 

AZƏRBAYCAN 



 

Dünya  dilləri  qrammatik  mənaların  ifadəsində  istifadə  olunan  vasitələrin  müxtəlifliyi,  onların 

sintetikliyi baxımdan analitik, sintetik və polisintetik olmaqla bir-birindən fərqlənir. Analitik quruluşlu 

dillərdə  cümlə  və  söz  birləşməsi  daxilindəki  sözlər  arasındakı  əlaqə  köməkçi  sözlər  və  söz  sırası 

(köməkçi  fel,  sözönü,  artikl),  sintetik  quruluşlu  dillərdə  söz  kökünün  müxtəlif  tərəflərindən  ona 

qoşulan  affikslər  (prefiks,  infiks,  suffiks),  polisintetik  (“poli”-  çox,  “sintetik”-  birləşmə)  dillərdə  isə 

inkorporasiya  (holofrasis,  inkapsulyasiya,  aqlomerasiya,  inkorporlaşma  terminləri  ilə  də  adlandırılır) 

yolu  ilə  həyata  keçirilir.  Yəni  bir  neçə  sözün  az  və  ya  çox  dərəcədə  bir  söz  tərkibində  morfoloji 

cəhətdən birləşməsi nəticəsində cümlə əmələ gəlir. 

Bu bölgüyə əsaslanaraq analitik dillərə Çin, tai, annam, ingilis, slavyan dillərindən bolqar dili və 

s. sintetik dillərə alman, yunan, rus, türk, fin-uqor, monqol, tunqus-mancur və s., polisintetik dillərə isə 

Asiyanın  şimal-şərqində  yaşayan  bir  sıra  xalqların  (eskimoslar,  çukotlar,  amutlar  və  s.),  Şimali 

Amerika hindularının dilini aid etmək olar.  

Cümlədə  söz  sırasının  sabitlik,  yaxud  sərbəstlik  dərəcəsi  həmin  dilin  qrammatik,  xüsusilə  də 

morfoloji quruluşundan asılıdır. Dildə morfoloji quruluş nə qədər zəngin olsa, söz sırası da bir o qədər 

sərbəst  olar.  Morfoloji  quruluş  zəif  olduqda  isə  söz  sırası  sabit  olur.  Sintaktik  əlaqənin  söz  sırası  ilə 

ifadə edilməsi həmin dildə danışmağın asanlığını təmin edən başlıca əlamət kimi görünə bilər. Lakin 

həm  cümlədə,  həm  də  söz  birləşmələrində  sözlər  arasında  sintaktik  əlaqənin  söz  sırası  ilə  ifadə 

edilməsi  lazım  olan  mənanı  əldə  etmək  üçün  sözləri  düzgün,  yerli-yerində  işlətmək  zərurəti  yaradır. 

Əks  təqdirdə  cümlənin,  söz  birləşməsinin  semantikası  dəyişir.  Məsələn,  bir  sıra  hallarda  cümlədə 

mübtəda  ilə  vasitəsiz  tamamlığın  yerdəyişməsi  həm  cümlə  üzvlərinin  sintaktik  funksiyasını,  həm  də 

cümlənin semantikasını dəyişir. 

The teacher teaches the pupil - Müəllim şagirdi öyrədir. 

The pupil teaches the teacher - Şagird müəllimi öyrədir. 

Verilmiş  nümunələri  müqayisə  etdikdə  məlum  olur  ki,  həmin  vahidlərin  arasında  mövcud  olan 

sintaktik və semantik fərq yalnız üzvlərin yerdəyişməsinə əsaslanır.  

Söz sırasını dəyişməklə mənanın dəyişilməsinə daha bir nümunə Çin dilindən gətirə bilərik. Belə 

ki, “xao” sözünün işləndiyi yerdən asılı olaraq ifadə etdiyi mənalara diqqət yetirdiyimiz zaman “xao 



jen”  dedikdə  yaxşı  adam,  “siyu  xao”  dedikdə  yaxşılıq  etmək,  dzio  xao”  dedikdə  isə  qədim  dostluq 

mənasını bildirdiyini görürük. 

Qeyd edək ki, dildə söz sırasının sabitlik və sərbəstlik məsələsi ismin qrammatik kateqoriyaları, 

xüsusən  ismin  hal  kateqoriyası  ilə  sıx  surətdə  bağlıdır.  İsmin  hal  kateqoriyası  zəif  olan,  yaxud  heç 

olmayan dillərdə söz sırası sabitləşmək məcburiyyətində qalır, ismin hal kateqoriyasının funksiyasını 

daşımalı olur, sözlər arasındakı qrammatik əlaqələri ifadə edir. Sintetik dillər kimi müəyyənləşdirilən 

dillər hal kateqoriyasına malik olsa da, analitik dillərdə bu kateqoriya ya tamamilə özünü göstərmir, ya 

da hallanmanın müəyyən əlamətləri nəzərə çarpır. 

Bu dillərdə sözlə cümlə arasındakı sərhədi müəyyən etmək çətindir. Eyni bir nitq kəsiyi həm söz, 

həm cümlə, həm də ibarə ola bilər. 

Dillərdə  sintetikliyin  dərəcəsindən  danışarkən  qeyd  etmək  mütləqdir  ki,  belə  bir  təsnifat  şərti 

xarakter daşıyır. Bu şərtilik dil sisteminin olduqca mürəkkəb quruluşa malik olması və eləcə də dilin 




IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

901



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

inkişafı prosesində müəyyən dəyişikliklərə uğramasına əsaslanır. Belə ki, dilləri səciyyələndirən əsas 

əlamət  və  xüsusiyyətlər  dillərin  əzəli  əlamətləri  deyil.  Hər  hansı  bir  dil  üçün  əsas  götürülən  əlamət 

dilin inkişafı, təkmilləşməsi nəticəsində öz əhəmiyyətini itirə bilər. Buna misal olaraq, roman dillərinin 

analitikliyə doğru inkişafını və sintetik əlamətlərini müəyyən qədər itirməsini göstərmək olar. Analitik 

hesab  olunan  hər  hansı  bir  dildə  sintetizm  əlamətləri  mövcuddur  və  əksinə.  Buna  görə  də  konket 

bölgüdən deyil, sintetizm və ya analitizmin dərəcəsindən danışmaq daha məqsədəuyğundur.  

Əsasən, sintetik quruluşlu dillərə aid edilsə də, rus dilində də analitik quruluş  əlamətləri özünü 

göstərməkdədir. Məsələn, rus dilində sifətin dərəcələri və felin gələcək zaman forması analitik tərzdə 

yaranır. Lakin eyni zamanda rus dili analitik dillərdən fərqli olaraq zəngin hallanma sisteminə malikdir 

ki, bu da onu sintetik dil hesab etməyə imkan verir. 

Analitik dillərə əsas nümunə hesab olunan ingilis dilində də bəzi qrammatik mənaların ifadəsində 

sintetizm  ünsürləri  özünü  göstərməkdədir.  Buna  misal  olaraq  sifətin  dərəcə  kateqoriyalarını,  qaydalı 

fellərin keçmiş qeyri-müəyyən zaman formasını, isimin kəmiyyət kateqoriyasını göstərmək olar. Belə 

ki,  azhecalı  sifətlərin  müqayisə  dərəcəsini  ifadə  etmək  üçün  sözün  sonuna  -er  (cleverer,  happier, 

narrower ), üstünlük dərəcəsini ifadə etmək üçün –est (cleverest, happiest, narrowest) şəkilçisi artırılır. 

Qaydalı  fellərin  keçmiş  qeyri-müəyyən  zaman  formasını  düzəldərkən  sözün  sonuna  -ed  (wanted, 

talked,  moved),  isimlərin  cəmini  düzəldərkən  bir  neçə  isim  istisna  olmaqla  -s,  -es  (gardens,  foxes, 

benches, books) əlavə olunur. Azərbaycan dili sintetik dillərin sırasına daxil olsa da, bu dildə də bəzi 

qrammatik  mənaların  ifadəsində  analitizmin  ünsürləri  (söz  sırası,  köməkçi  fel,  qoşma)  özünü 

göstərməkdədir.  

Bundan  başqa,  onu  da  qeyd  etmək  lazımdır  ki,  hər  hansı  bir  qrammatik  mənanın  ifadəsində 

analitik  və  sintetik  üsul  müştərək  şəkildə  iştirak  edə  bilir.  Məsələn,  analitik  dil  olan  ingilis  dilində 

indiki  davamedici  zamanı  ifadə  edərkən  həm  analitik  üsulun  ifadə  vasitəsi  olan  “to  be”  köməkçi 

sözünün formalarından, həm də sintetik üsulun göstəricisi olan -ing şəkilçisindən istifadə olunur (I am 

reading, you are reading, he  is reading və s.). Azərbaycan dilində isə buna nümunə olaraq qoşmanın 

ismin adlıq, yiyəlik, yönlük və çıxışlıq halına qoşularaq müəyyən məna çaları yaratmasını göstərmək 

olar (sənin üçün, şəhərə tərəf, ondan başqa). 

Dillərin tədqiqi tarixində analitik və ya sintetik dillərin inkişafın ən yüksək pilləsi hesab olunması 

mübahisəli mövzu olmuşdur. Müasir dövrə belə bir ortaq məxrəcə gəlmək olur ki, dillərin inkişafı düz 

xətt  üzrə  deyil,  sanki  dairəvi  xətt  üzrə  gedir.  “Hər  hansı  bir  dildə  sözün  morfoloji  inkişafı  leksem  – 

köməkçi  söz  –  affiks  istiqamətində  gedir.  Bu  isə  o  deməkdir  ki,  analitizm  üçün  başlıca  şərt  olan 

köməkçi söz, sözün morfoloji inkişafı prosesində orta mövqe tutur, dildə leksemin affiksə çevrilməsi 

prosesində keçid mərhələ təşkil edir. buradan isə başqa bir məntiqi nəticəyə gəlmək mümkündür: bir 

halda ki analitizm üçün başlıca şərt olan köməkçi nitq hissəsi sözün morfoloji inkişafı prosesində orta 

mövqe  tutur,  o  halda  demək  olar  ki,  köməkçi  sözlə  dialektik  vəhdətdə  olan  analitizm  də  dilin,  hətta 

sözün morfoloji inkişafında son hədd deyil, olsa-olsa orta mərhələ hesab oluna bilər”. Sintetik dilləri 

inkişafın son pilləsi hesab edilməməsinin səbəbi isə belə izah oluna bilər ki, köməkçi sözdən yaranmış 

affiks tədricən dildən sıxışdırılıb çıxarılır və yenidən analitik quruluş əmələ gəlir.  

 

 

KOMİZM YARADAN VASİTƏLƏR 

 

Almara EYUBOVA

 

Bakı Slavyan Universiteti 



almis.az@gmail.com 

AZƏRBAYCAN 



 

Satira  və  yumor  qolları  üzərində  dayanan  böyük  bir  qüvvənin  ümumi  adı  komizmdir.  Komizm 

gerilik  və  ətalətin,  zülm  və  zorakılığın,  avamlıq  və  cəhalətin,  bədxahlıq  və  şər qüvvələrin  qənimidir, 

qamçısıdır.  İnsanın  başqalarından  fərqli  mənəvi  üstünlüyünün  ölçüsüdür,  göstəricisidir.  Komizm 

insanın təbiətindən doğur; o xalqın ruhundadır, qanındadır. Ustadların yaradıcılığına da xalqdan, onun 

folklorundan  süzülüb.  Usta  sənətkar  onu  xalqdan  alıb  cilalayır  və  xalqın  özünə  qaytarır.  Komizm 

gözəllik,  yüksəklik,  tragiklik  və  qəhrəmanlıqla  yanaşı,  estetikanın  ən  mühüm  və  mürəkkəb 



Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə