Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə63/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   59   60   61   62   63   64   65   66   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

895



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

«Klassik  elementlərə  gəlincə  onların  müəyyən  hissəsi  leksik  varlıqdan  tam  uzaqlaşaraq,  yalnız 

morfoloji formant kimi öz dəyərini saxlamışdır» [2, 34]. 

Məsələn,  latın  mənşəli  -izm,  -ist,  -al,  -ura,  -er,  -tor,  -or,  -ial,  -  ioner,  -it  elementləri  ilə  düzələn 

yeni  leksik  vahidlər  müxtəlif  semantik  mənal  terminlər  yaradır:  romantizm,  general,  kapital, 

aspirantura, debitor, senator, komendatura və s. 

Postpozitiv elementlərin bir qismi canlı Avropa dillərinə məxsusdur, bir qismi isə ölü dillərin – 

yunan və latın dili şəkilçilərinin başqa Avroраdillərində deformasiya olunmuş variant formasıdır. Mə-

sələn, -aj formantı fransız, -jor, -ment, -sion, -er formantları isə latın mənşəli olsalar da -aj və -yor ele-

mentləri fransız (məsələn: ajiotaj, drenaj, rezonyor, rafinyer) və s. sözdüzəldici funksiyada normallaş-

mışdır. 

Terminoloji  sistemlərdə  sintaktik  üsulla  yaranan  terminlər  mürəkkəb  terminlər  və  termin  söz 

birləşmələri  şəklində  formalaşır.  Bunların  arasında  oxşar  və  fərqli  cəhətlər  vardır.  Bəzən  ən  incə 

cəhətləri nəzərdən keçirmədən onları bir-birindən ayırmaq çətin olur.  

Mürəkkəb  terminlərlə  termin-söz  birləşmələrini  fərqləndirən  əsas  xüsusiyyət  -«mürəkkəb  sözün 

komponentləri  monolitləşir  və  onların  mənsub  olduqları  nitq  hissələrinə  xas  olan  xüsusiyyətlərini 

tamamilə  itirir,  mürəkkəb  söz  başqa  sözlərlə  əlaqədə  sadə  sözlərin  əlaqəsinə  xas  olan  xüsusiyyətlər 

kəsb edir» [6, 200]. 

Mürəkkəb terminlərin bir qismini kalka edilən terminlər təşkil edir. Ümumiyyətlə, mürəkkəb ter-

minlər iki və daha artıq sözün birləşməsi nəticəsində əmələ gəlir. Belə terminlər bitişik, ayrı və defislə 

yazıla  bilir.  Məsələn:  makrohəndəsə,  qammakvant,  xalq  hakimi,  milli  gəlir,  beynəlxalq  vəziyyət, 

fövqəladə vəziyyət, komendant saatı, elmi-tədqiqat işi, beta-zərrəcik, beta-sistem, qram-molekul və s. 

 

 

 

STRUKTUR DİLÇİLİYİN KLASSİK MƏKTƏBLƏRİ                  

ARASINDAKI MÜNASİBƏTLƏR 

 

Aysel AŞRƏLİYEVA 

Bakı Slavyan Universiteti 



s.vusala@mail.ru 

AZƏRBAYCAN 



 

XX  əsrin  20–ci  illərindən  dilçilik  elmi  Ferdinand  de  Sössürün  əsas  tezislərinin  təsiri  ilə  inkişaf 

edirdi. XX əsrdə yaranmış müxtəlif dilçilik cərəyanları içərisndə ən görkəmli yeri strukturalizm tutur. 

Strukturalizm  dil  haqqında  elmin  müasir  mərhələsində  son  dərəcə  geniş  yayılmış  cərəyandır. 

Dilçilikdə  strukturalizm  cərəyanının  üç  əsas  məktəbi  vardır:  1.  Amerika  strukturalizm  məktəbi.  2. 

Praqa strukturalizm məktəbi. 3. Kopenhagen strukturalizm məktəbi Bu məktəblər Sössürün çoxcəhətli 

təliminə müxtəlif cəhətdən yanaşmaq əsasında yaranmışdır. 

Strukturalizmin  funksional  dilçilik,  qlossematika  və  deskriptiv  dilçilik  cərəyanları  arasında 

ümumi cəhətlər də, fərqli cəhətlər də vardır. Əvvəlcə ümumi, sonra fərqli cəhətləri nəzərdən keçirək. 

1. Hər şeydən əvvəl bu ümumilik struktur dilçilik məktəblərinin ideyalarının gənc qrammatiklərin 

əleyhinə  çevrilməsində  özünü  göstərir.  Gənc  qrammatiklər  dili  tarixi  baxımdan,  struktur  dilçilər 

müasir vəziyyət baxımından tədqiq etməyi əhəmiyyətli hesab edirdilər. Gənc qrammatiklərin tarixizmi 

öz  yerini  struktur  dilçilərin  sinxronik  dilçiliyinə  verir.  Struktur  dilçilər  dili  sinxronik  aspektdə 

öyrənməyi dilçiliyin əsas vəzifəsi elan edir. 

2. Müasir dilçiliyin ən görkəmli nümayəndəsi Martine bütün struktur dilçiləri birləşdirən belə bir 

ümumi  postulat  irəli  sürür  ki,  struktur  dilçilərin  fikrincə,  hər  bir  dil  hər  şeydən  əvvəl  ayrı  –  ayrı  dil 

vahidləri  arasında  təsadüfi  oxşarlığa  nisbətən  daha  böyük  əhəmiyyəti  olan  xüsusi  şəkildə  daxili 

quruluşa malik olması ilə səciyyələnir (dil strukturudur ). 



3. Struktur dilçilik məktəblərini birləşdirən ümumi cəhətlərdən biri də onların dilçilik təhlillərini 

formalaşdırmaları  və  dili  təhlil  və  tədqiq  etmək  üçün  obyektiv  metodları  axtarmaqdır.  Həm  də  bu 

zaman struktur dilçiliyin hər üç məktəbi dilin səviyyə səciyyəli olması müddəasından çıxış edir. 

4.Dilçiliyin  psixologiya,  fiziologiya,  məntiq  və  sosiologiyanın  konqlemeratından  ibarət  hesab 

edən gənc qrammatiklərdən fərqli olaraq, struktur dilçilər dilçiliyi dil işarəsinə istinad edən müstəqil 

elm hesab edirlər. 




IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

896



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Metadoloji baxımdan struktur dilçilik fəlsəfi əsasına görə bir sıra hallarda neopozivitizm və ona 

bənzər  fəlsəfi  cərəyanlara  yaxınlaşan  məntiqi  dilçiliyin  müasir  cərəyanlarından  biridir.  Metodika 

baxımından isə struktur dilçilik məktəblərinin əsas xüsusiyyəti müşahidə və konstrukt səviyyələrinin 

fərqləndirilməsidir (nitq və dil, mətn və sistem, davranış və modellərin fərqləndirilməsi).Həmçinin bu 

məktəbləri  paradikmatikada  müxalifət  (qarşıdurma)  üsullarının,  sintaqmatikada  isə  distrubutiv 

üsulların ümumiliyi birləşdirir. 

Bu  ümumi  cəhətlərlə  yanaşı  ayrı  –  ayrı  struktur  dilçilik  məktəbləri  arasında  xeyli  fərqli 

xüsusiyyətlər də mövcuddur. İlk əvvəl onu qeyd etmək lazımdır ki, struktur dilçiliyin bütün məktəbləri 

dilə  struktur  baxımdan  yanaşır,  ancaq  dili  eyni  mövqedən  izah  etmir.  Struktur  dilçiliyin  müxtəlif 

məktəblərinin mövcudluğu da məhz bundan irəli gəlir. 

Dilçilikdə belə bir ümumi rəy mövcuddur ki, funksional dilçiliklə qlossematika struktur dilçiliyin 

qanadlarını,  cinahlarını  təşkil  edir,  deskriptiv  dilçilik  isə  bu  iki  cərəyan  arasında  orta  aralıq  mövqe 

tutur.  Qeyd  etmək  lazımdır  ki,  bəzi  ümumi  xüsusiyyətlərinə  görə  funksional  dilçilik  deskriptiv 

dilçiliyə yanaşır, lakin eyni zamanda bəzi xüsusiyyətlər funksional dilçiliklə qlossematikanı birləşdirir 

və  onları  deskriptiv  dilçiliyə  qarşı  qoyur.Bu  cərəyanları  ayrı  -  ayrılıqda  müqayisə  etsək  belə  nəticə 

alınar: 

Funksional dilçilik və qlossematikanın müqayisəsi: 

Bu dilçilik məktəblərini birləşdirən ümumi xüsusiyyət hər iki cərəyanın funksiya anlayışını qəbul 

etməsidir.  Ancaq  funksiya  anlayışı  fərqli  mənada  işlənir.  Funksiyanı  qlossematiklər  riyazi  anlamda  , 

funksional dilçilər isə mənanı yaxud məna vahidlərini fərqləndirmək üçün işlədir. 

Qlossematika öz nəzəriyyəsinin dil gerçəkliyindən azadlığını vurğulayırsa, funksional dilçilər öz 

tədqiqatlarında  dilin  gerçəkliyə  münasibətinin  coxcəhətliliyinə  diqqət  yetirir.  Qlossematiklərin  əsas 

tədqiqat  prinsipi  emprizimdirsə,  funksional  dilçilər  dilin  sosial  cəhətdən  təcrid  edilmiş  şəkildə 

tədqiqinə qarşı çıxır. 

Qlossematiklər  tədqiqatda  deduktiv  prinsipə  əsaslandığı  halda  ,  funksional  dilçilər  induktiv 

prinsipdən istifadə edirdilər. 

II. Funksional dilçiliklə deskriptiv dilçiliyin müqayisəsi 

Funksional  dilçiliklə  deskriptiv  dilçiliyi  birləşdirən  ümumi  xüsusiyyət  kimi  hər  iki  məktəbin 

fonologiyada  fonem  anlayışını  qəbul  etməsini  qeyd  etmək  olar.  Ancaq  deskriptiv  dilçilik  fonemin 

distributiv xüsusiyyətinə, funksional dilçilər isə dinstinktiv əlamətlərinə diqqət verirdilər. 

Funksional  dilçilik  fonem  və  morfemin  mənafərqləndirici  fnksiyasını  əsas  meyar  hesab  edirsə, 

deskriptiv dilçilər semantik meyarı qəbul etmirlər. 

Funksional  dilçilər  transformasion  metodun  dilə  statik  yanaşdığını  qeyd  edirlər  və  həmçinin 

deskripitiv dilçiliyin irəli sürdüyü müstəqim tərtibçilər haqqındakı müddəasını da qəbul etmirdilər. 

Funksional  dilçilər  dilin  boşluqda  deyil,  dil  kollektivində,  cəmiyyətində  mövcud  olmasını  və 

cəmiyyətdə kommunikativ və ekspressiv funksiya yerinə yetirdiyini göstərdiyi halda deskriptiv dilçilər 

dillə cəmiyyət arasındakı qarşılıqlı munasibətləri nəzərə almırlar. 

III. Qlossematika ilə deskriptiv dilçiliyin müqayisəsi 

Struktur  dilçiliyin  qlossematika  və  deskriptiv  dilçilik  məktəblərinin  də  ümumi  cəhətləri 

mövcuddur.  Hər  iki  məktəbi  dilçilik  müddəalarının  tərtibini  riyaziləşdirilməsi,  ənənəvi  dilçilik 

terminlərini  qəbul  etməməsi  və  özlərinin  metadilini  yaratması  birləşdirir.Həmçinin  bu  iki  məktəb 

ikiüzvlü bölgü prinsipi adlanan prinsipə əsaslanır: Qlossematiklər də, deskriptiv dilçilər də söyləmi iki 

hissəyə,  sonra  hər  hissəni  yenidən  iki  hissəyə  və  s.  bölür  və  bu  əməliyyat  sonuncu  tərtibçiyə  qədər 

davam  etdirirlər.Qlossematika  dilçilik  məktəbinin  nümayəndələri  bunu  deduktiv  metod,  deskriptiv 

dilçilər isə müstəqim tərtibçilər metodu adlandırırlar. 

Bu ümumi cəhətlərlə yanaşı bu iki dilçilik məktəbi arasında fərqlər də mövcuddur. 

Deskriptiv  dilçilər  qarşılarına  dilin  təsviri  modellerini  yaratmaq  məqsədini  qoyur  və  hər  dilin 

təsviri  proseduru  əsas  dilçilik  anlayışlarını  əvəz  edir.  Deskriptiv  dilçilərdən  fərqli  olaraq 

qlossematiklər dili ziddiyyətsiz, müfəssəl təsvir edilməli mətnlər dəsti ilə əvəz edirlər. 

Deskriptiv  dilçilər  mətnin  strukturlaşmasını  dilçiliyin  son  məqsədi  hesab  etdiyi  halda, 

qlossematiklərin son məqsədi dildə daimi və sabit olanı axtarmaqdır. 

Struktur  dilçiliyin  hər  üç  məktəbinin  dilçiliyin  inkişafında  öz  yeri  vardır.Bu  dilçilik  məktəbləri 

hər  şeydən  əvvəl  köhnə  tədqiqat  metodlarının  kamil  olmadığını  aşkara  çıxartdı  və  yeni  üsulların 

meydana gəlməsi üçün şərait yaratdı. 

 



Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə