Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə64/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   60   61   62   63   64   65   66   67   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

897



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

İSMAYIL ŞIXLININ ƏSƏRLƏRİNDƏ LEKSİK                     

DİALEKTİZMLƏRİN LİNQVİSTİK XÜSUSİYYƏTLƏRİ 

 

Gülnar RƏHİMLİ

 

Bakı Slavyan Universiteti 



p.rahimli_85r@mail.ru 

AZƏRBAYCAN 

 

Ədəbi dilin lüğət tərkibinin zənginləşməsi mənbələrindən biri də dialekt leksikasıdır. Azərbaycan 



dilinin tərkib hissəsinin bu layını təşkil edən dialektlər bütün inkişaf mərhələlərində ədəbi dillə əlaqədə 

olmuş, onun leksik, qrammatik normalarının formalaşmasında müəyyən rol oynamışdır.  

Qeyd  edək  ki,  dialekt  sözlərinin  ədəbi  dilin  lüğət  tərkibinə  daxil  olması  üçün  bədii  ədəbiyyat 

keçid  rolunu  oynayır.  Odur  ki,  xalq  dilinə  bağlı  olan  yazıçılar  əsərlərində  yeri  gəldikcə  dialekt 

sözlərindən  istifadə  etmiş,  bədii  əsərin  dilinə  yerli  kolorit  gətirməklə  yanaşı  tiplərinin  dilini  də 

fərqləndirmişlər. Deməli, dialekt sözlərin bədii dilə gətirilməsi bilavasitə şair və yazıçıların fəaliyyəti 

ilə bağlıdır.  

Azərbaycan  ədəbi  dilinin  lüğət  tərkibinin  dialektizmlər  hesabına  zənginləşməsində  mühüm 

xidmətləri olan belə yazıçılardan biri də İsmayıl Şıxlıdır.  

Məlumdur ki, bədii dilə dialektlərin təsiri, əsasən, leksik cəhətdən özünü göstərir. Bu baxımdan 

İ.Şıxlının əsərlərində işlənən leksik dialektizmləri aşağıdakı şəkildə qruplaşdırmaq olar: 

Geniş  dairədə  işlənən  leksik  dialektizmlər:  qahmar  (qəhmər),  doqqaz,  dədə,  irişmək,  çimir, 



nəmər,  ərəmik  və  s.  Gör  nə  günə  qalmışam  ki,  mənim  döydüyüm  adam  mənə  qəhmər  çıxır,  mənə 

yazığı  gəlir.  Bu  nümunədə  işlənən  qahmar  sözü  çıxmaq  feli  ilə  birgə  işlənərək  tərkibi  fel  əmələ 

gətirmişdir. Qahmar: qahmar çıxmaq – tərəfdar çıxmaq; Atlılar doqqazda dayandılar. Doqqaz – kənd 

küçəsi, əsas yoldan məhəllələrlə ayrılan yol. 

Məhdud  dairədə  işlənən  leksik  dialektizmlər:  qıymaça,  eymənmək,  soğulmax,  yaxmax,  faqqılıx, 

cələ  və  s.  Allahyarın  həmişə  olduğu  kimi,  indi  də  bu  dərəyə  çatanda  sümüyü  eyməndi.  Eymənmək – 

qorxmaq ehtiyat etmək.  

Termin  səciyyəli  dialektizmlər.  İ.  Şıxlının  romanlarının  dilində  xalqın  gündəlik  həyatı,  məişəti, 

təsərrüfatı və s. sahələrlə bağlı aşağıdakı termin səciyyəli söz qrupları işlənmişdir: 

Geyim, bəzək əşyalarının adlarını bildirən söz-terminlər: qıymaça, postal. Rüstəm kişi başına bir 

qıymaça çəkmişdi. Qıymaça – üçkünc və dördkünc baş yaylığı. 

Yemək adlarını bildirən söz-terminlər: qulançar.Deyəsən, qucağında qulançar var idi. Qulançar 

– yeməli yabanı bitki adı. 

Gündəlik məişət və təsərrüfatla bağlı əşya adlarını bildirən söz-terminlər: cürdək, yaxdan, zirəzə, 



nəmi, tejən, irəşmə və s. Əlindəki saxsı cürdəyi salıb sındırdı. Cürdək – darboğazlı su qabı; Kimsə qara 

gün  üçün  yaxdanda  saxladığı  kəfənliyini  gətirdi,  cənazəyə  qoydular  və  üstünə  kəlağayı  örtdülər. 



Yaxdan – sandıq. 

Coğrafi terminlər: cala, şıldır, gədik, bələn və s. Bilirdilər ki, onların kəndi əldən-ayaqdan uzaq 

yerdədir,  dağ  gədiklərinin  arxasında  yerləşən  bu  kəndə  gəlmək  üçün  bələnlər  aşıb,  dərələr  keçmək 

lazımdır.  Gədik  –  aşırım,  dağ  keçidi;  Bələn  –hündür  yer,  təpə,  dağ  aşırımı;  Gecələr  o  taydan  üzüb 

keçən  və  kəndə  soxulub,  toyuq-cücə  oğurlamağa  çalışan  ac  çaqqallar  çox  zaman  bu  adadakı  cələyə 

toplaşır, qaranlıq qarışan kimi səs-səsə verib ulaşırdılar. Cala – çay sahilində meşə.  

Bunlardan əlavə romanların dilində çoxlu sayda omonim, sinonim, antonim söz qruplarına da rast 

gəlmək  olar:  tejən,  irəşmə,  nəmər,  yaxmax,  bələn,  şax,  nəmi,  lopa,  bələn  (təpə)-dərə,  şinəmax,  dəyə, 



şıvırtı, mətəris, təntimək, lüməkləməg, söz-gap (söhbət) və s. 

Omonimlər. Fonetik tərkibinə görə eyni, mənaca müxtəlif olan omonimlər tarixi kateqoriya kimi 

dildə  həmişə  mövcuddur.  Omonim  sözlər  ədəbi-bədii  yaradıcılıqda  geniş  istifadə  edilən  bədii  ifadə 

vasitələrindəndir.  Yazıçılar  omonimlər  vasitəsilə  dildə  ahəngdarlıq,  musiqilik  yaradır  və  dili  bədii 

şəklə  salırlar.  Omonimlər  leksik-semantik  söz  qrupu  kimi  sinonimlərlə  də  sıx  bağlıdır.  Dialekt 

leksikası  da  hər  hansı  bir  yazıçının  dilinə  omonim  məna  qazandırır,  bu  mənalar  çox  vaxt  yazıçının 

üslubu, obrazların dilinin fərdiləşdirilməsi ilə bağlı olur. 

İsmayıl  Şıxlının  bədii  əsərlərində  aşağıdakı  omonim  sözlər  diqqəti  cəlb  edir:  tejən,  nəmər, 



yaxmax,  bələn,  şax,  lopa,  şıvırtı,  təntimək.  Şamxalın  iməkləməsi,  dəyələrin  qabağında  tumançaq 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

898



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

qaçması,  arabir  anasının  gözündən  oğurlanıb  nəmiyə  girməsi,  camdakı  süd  üzünü  başına  çəkib 



tejənlərin  ağzını  açması  məgər  yaddan  çıxardımı?!  Bu  nümunədə  tejən  –  qatıq  və  ya  süd  saxlamaq 

üçün  dəri,  tuluq  mənasında  işlənmişdir.  Bununla  yanaşı  tejən  –  şor;  qoca  qadın  döşü;  çoxlu 

mənalarında da işlənir. Yaxmax – batmaq (günəşə aiddir); salmaq, döşəmək; lovğalanmaq; uydurmaq, 



goplamaq.  Bələn  –  dağ  aşırımı;  pusqu  yeri;  hündür  yer,  təpə.  Şax  –  qədim  asma  tərəzinin  qolu, 

tərəzinin  gözləri  asılan  ağac;  təzəbəy  və  ya  gəlin  üçün  yaxın  dostları  tərəfindən  hədiyyə  olaraq 

gətirilən  üzəri  şirniyyyat  və  meyvə  ilə  bəzədilmiş  budaq;  silos  basdırmaq  üçün  istifadə  olunan 

qarğıdalı  gövdəsi,  yaşıl  kütlə;  ağaclıq;  lobya  bitkisinin  sarmaşıb  qalxması  üçün  onun  dibinə 

basdırılan ağaclar. Lopa – məşəl; evin üstünə döşəmək üçün yonulmuş ağac; sabun bişirilərkən çıxan 

qalıq, çöküntü, tullantı; hissə, topa, parça; ot topası; manqalda yandırmaq üçün yumrulanmış kömür 

xəkəsi.  Şıvırtı  –  nazik  çubuq;  sızaq.  Təntimək  –çaşmaq,  özünü  itirmək,  nə  edəcəyini  bilməmək; 

darıxmaq. 

Sinonimlər.  Sinonimlər  tarixi  kateqoriya  olaraq  bütün  dillərdə  mövcuddur.  Müxtəlif  fonetik 

tərkibə  malik  olan  sinonimlər  dilin  lüğət  tərkibinin  əsas  məna  kateqoriyasından  biri  kimi  ümumi  bir 

məna ilə əlaqədardır. Dilin zənginliyi sinonimlərin zənginliyi ilə ölçülür. Fikrin ekspressiv-emosional 

ifadəsinə  xidmət  edən  sinonimlərdən  bədii  əsərlərdə  daha  çox  istifadə  olunur.  Bədii  dildə  fəaliyyəti 

daha  da  genişlənən  sinonim  cərgələrin  zənginləşməsi  mənbələrindən  biri  də  dialekt  və  şivələrdir. 

İ.Şıxlının əsərlərinin dilində işlənmiş və dialekt sözlər hesabına genişlənmiş sinonim cərgələr əsasən 

ad və fellərdən ibarətdir: söz-gap, yolmaq-lüməkləməg, nazilmək-yuxalmaq, məsləhətləşmək-gənəşmək, 



xalxal-tövlə-dəyə,  kolluq-fızıllıq,  şıvırtı-ucaboy-hündür,  qımqımı-zümzümə.  Çox  sözlü-gaplı  kənddi. 

Göz işlədikcə uzanan düzlərin üzərinə yorğan kimi sərilən qar nazilir, bəzi yerlərdə isə yuxalıb xal-xal 

olurdu. 

Antonimlər. Dilin lüğət tərkibində mövcud olan sözlərin bir qismi öz mənalarına görə bir-biri ilə 

ziddiyyət  təşkil  etdikləri  üçün  müəyyən  semantik  sistem  yaradır  ki,  belə  sözlər  antonim  adlanır. 

Yazıçılar əsərlərində təzadlı lövhələr yaratmaq, əşya və hadisələr arasında münasibətlərin daha dəqiq 

müəyyənləşdirilməsi üçün antonim sözlərdən istifadə edir. Antonimlər yazıçının təsvir dilini daha da 

cavanlaşdırır, onun ifadə təsirini artırır. İ.Şıxlının əsərində rast gəldiyimiz belə bir nümunəni nəzərdən 

keçirək: Bilirdilər ki, onların kəndi əldən-ayaqdan uzaq yerdədir, dağ gədiklərinin arxasında yerləşən 

bu kəndə gəlmək üçün bələnlər aşıb, dərələr keçmək lazımdır. Bələn –təpə. 

Göründüyü  kimi,  İ.Şıxlı  bədii  əsərlərində  zəngin  leksik  dialektizmlərdən  istifadə  edərək  bu 

dialektizmlərlə  təsvir  etdiyi  obraz  və  personajları  daha  dərindən  və  aydın  şəkildə  açmaq,  əsərlərində 

üslub  rəngarəngliyi  yaratmaq  və  bədii  surətdə  onun  nitqi  vasitəsilə  qabarıq  səciyyələndirmək 

məqsədilə müraciət etmişdir. 



 

 

“KOROĞLU” DASTANINDA ONOMASTİK VAHİDLƏR 

 

Ayşən AĞAYEVA 

Gəncə Dövlət Universiteti 

mehdi_ahmadov@mail.ru 

AZƏRBAYCAN 

 

Azərbaycan ədəbi dilinin  bədii  üslubunun  lüğət  tərkibini  onomastik  vahidlər  zənginləşdirir. 



Müasir  dilçilikdə  hərtərəfli  tədqiqə  ehtiyacı  olan  bölmələrdən  biri  də  onomastikadır.  Onomastikanın 

əsas tədqiqat obyekti olan xüsusi adları öyrənmək üçünona müxtəlif istiqamətdən yanaşmaq lazımdır.  

Onomastika bütövlükdə 

xüsusi  adların  toplusudur.  Xüsusi  adlar  isə  öz  vəzifə  və  mənalarına 

görə ümumi adlardan kəskin surətdə fərqlənir. Azərbaycan ədəbi dilinin bədii üslubunun onomastikası 

ilk növbədə ümumxalq  dilinin  xüsusi  adlar  məcmusudur  sonra  isə  xüsusi  adların  bədii  ədəbiyyatda 

işlənmə  məqamı  poetik  onomastikadır.  Onomastikanının  əsas  və  ən  geniş  yayılmış  sahəsini 

antroponimika  təşkil  edir.  Bu  termin  dilçilikə  insan  haqqında  elm  mənasında  işlənir.  Antroponimika 

insan adlarının əmələ gəlməsini inkişafını adların keçmişini və müasir vəziyyətini öyrənir. Azərbaycan 

dilçiliyində  onamastikanın  müxtəlif  sahələrindən  bəzi  qrammatika  kitablarında,  monoqrafiyalarda, 

dərsliklərdə danışılmasına və geniş izah verilməsinə baxmayaraq, onomastikanın ədəbi dilimizin bədii 



Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə