Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə67/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   63   64   65   66   67   68   69   70   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

902



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

kateqoriyalarındandır. Komizm dedikdə həm təbii hadisələr, obyektlər və onların arasındakı əlaqələr, 

həm də müəyyən yaradıcılıq növü nəzərdə tutulur. 

Təbii  komik  hadisənin-komizmin  ən  mühüm  göstəricisi  və  eyni  zamanda  nəticəsi  gülüşdür.  Bu 

nəticə özünü bəzən islahedici dost kimi, bəzən amansız və kəskin silah kimi göstərir. Buna görə də ko-

mizm gülüş çalarlarının fərqlənməsinə, gülüş qammasının müxtəlif çalarlarda təzahürünə səbəb olur. 

Məlumdur  ki,  bədii  ədəbiyyatda  komizmi  dil  ilə  bağlayan  amillər  onu  reallaşdıran  vasitələrdir, 

onun bəzi təzahür formalarıdır.   Komizmin  vasitə  və  üsulları  haqqında  J.Borev,  A.N.Luk,  B.Dzemi-

dov  geniş  tədqiqatlar  aparmışlar.  Komizmin  vasitə  və  üsullarının  nəzəri  şəkildə  öyrənilməsi  ilə 

Azərbaycan  filologiyasında  daha  az  məşğul  olmuşlar.  Onlardan  biri  də  Ə.Cavadovdur  ki,  o  komizm 

vasitələrinin  aşağıdakı  növlərini  göstərmişdir:  -intonasiya,  mətnə  başqa  üsluba  məxsus  sözün  daxil 

edilməsi,  kalamburlar,  cümlə  quruluşunun,  cümlədə  sözləri  sırasının,  cümlələr  arasında  ardıcıllığın 

pozulması,  dialektizmlər,  müəyyən  bir  surətə  məxsus,  daha  doğrusu,  surətin  "özü  yaratdığı"  kobud 

ifadələr,söz yaradıcılığı, parodiya, bir-birini başa düşməklə komik effekt yaratmaq, frazeoloji vahidlər. 

Fonetik-sintaktik  vasitə  kimi,  şübhəsiz,  intonasiyanın  satira  dilində  rolu  böyükdür.  İntonasiya 

komizmin  hər  cür  təzahür  hallarında  deyil,  başlıca  olaraq  kinayə,  eyham,  istehza  və  sarkazmın 

yaranmasına  xidmət  edir.  Komizm  yaradan  ifadə  vasitələrindən  biri  kimi  intonasiyanı  Qarabağ 

lətifələrininbirindəizləyək:Gecənin  bir  yarısı  Talıb  xanın  tabeçiliyində  olan  kəndlərdən  biri  qəflətən 

hücuma  məruz  qalır.Səsdən,çığırtıdan  az  qala  qulaq  tutulur,kənd  camaatı  arasında  çaxnaşma, 

vəlvələdüşür.Hamı  yarıçılpaq,  yarıyuxuluhalda  çölə  çıxırgörsünki,  nə  bəla  üzverib.Lakinheç  bir 

şeyanlamaqolmur.  Nəhayət,  hay-küy  kəsiləndən  sonra  aydınlaşır  ki,  kəndə  soxulanlar  Talıb  xanın 

dəstəsidir.  Kənd  əhlindən bir  nəfər  cəsarət  edib  etirazını  bildirir  ki,  axı  xan  özgə  kəndləri  qoyub,  öz 

kəndinə niyə hücum edir? Xanın yavəri onun sözünü ağzında qoyub,amiranə şəkildə qışqırır: 

 

-Kəs,xan kənd çapmaq qaydasını öyrənir!   



Azərbaycan  dilinin  komizm  imkanları  son  dərəcə  zəngindir,  tükənməzdir.  Satirik  yazıçının 

vəzifəsi  bu  imkanlardan  maksimum  dərəcədə  istifadə  etməyi  bacarmaqdır.  Komizmin  vasitə  və 

üsullarını  müəyyənləşdirmək  üçün  kiçik  bir  yumoristik  hekayənin  linqvistik  təhlili  nəticə  verməz. 

Yalnız zəngin dil faktlarını özündə cəmləşdirmiş güclü satirik əsərlərin sənətkarlıq xüsusiyyətlərinin 

nəzərdən keçirilməsi bu sahədə geniş təsəvvür yarada bilər.Satirik əsərdə komizmi hər bir elementdə-

adi  sözlərdən,  adlar  və  ləqəblərdən,  ifadə  və  ibarələrdən,atalar  sözü  və  məsəllərdən,  tizfəhmlik 

aforizmlərindən, komik təkrirlərdən, məcazın trop növlərindən başlamış, ədəbi sitatlara, ara söz və ara 

cümlələrə,  təqdir  bildirən  sözlərə,  epiqraflara  qədər  çox  rəngarəng  vasitələrdə  görmək  mümkündür. 

Komizmin  vasitə  və  üsulları  bir-biri  ilə  ayrılmaz  vəhdətdədir.  "Komizm  vasitələri"  anlayışı  dar  və 

geniş mənada başa düşülə bilər. Komiklik yaradan hər cür vasitə geniş mənada komizm vasitəsi hesab 

olunur. Komizm vasitələrindən belə geniş mənada danışarkən bir çox vasitələri, məsələn, komik əşya 

detallarını  da  nəzərdə  tutmaq  mümkündür.  Lakin  biz  "komizm  vasitələri"  dedikdə,  birinci  növbədə, 

komizmin dil vasitələrini nəzərdə tuturuq. Belə olduqda,"vasitə" anlayışı nisbətən konkretləşir. 

Komizmin  dil  vasitələri  kiçikdən  böyüyə  dilin  mənalı  vahidlərindən-sözlərdən,  ifadələrdən, 

birləşmələrdən, cümlə və mətnlərdən ibarətdir. Bunlardan hər birinin komizmə xidmət imkanı sonsuz 

və  hüdudsuzdur.  Bütün  sabit  cümlələr–  atalar  sözləri,  məsəllər,  ibarələr,  hikmətli  sözlər,  aforizmlər, 

ştamplar və s. bədii əsərə komizm vasitəsi kimi daxil edilmir. Bunlar sənət əsərlərinin dilinə bədiilik 

prinsiplərinin  ümumi  tələbləri  ilə  bağlı  daxil  olur.  Lakin  yumoristik  və  satirik  əsərlərin  dilində 

epizodik  hadisə  və  obrazların  xarakterindən,  əsərin  komik  pafosundan  asılı  olaraq,  sabit  cümlələrin 

komik rəngdə, komizm vasitəsi kimi işlədilməsinə güclü meyl olur, ümumxalq təfəkkürünün məhsulu 

olan  atalar  sözləri  və  məsəllər  satira  dilində  mühüm  komizm  vasitələrindən  biri  kimi  çıxış  edir, 

rəngarəng  söz  qrupları,  frazeoloji  vahidlər,  gözlənilməz  müqayisələr  və  tropun  digər  növləri  ilə 

birlikdə  komik  təhkiyə  və  dialoqların  formalaşmasında  öz  zəngin  imkanları  ilə  əvəzsiz  rol  oynayır. 

Burasını  da  qeyd  etməliyik  ki,  məhsuldar  və  intensiv  işlənmə  imkanlarına  görə  atalar  sözləri  və 

məsəllər, ibarələr və şablonlar, hikmətli sözlər və aforizmlər digər komizm  vasitələri ilə müqayisədə 

məhdud olsa da, mənalılıq və komik situasiyanı gücləndirmək baxımından bəzən nəzəri daha çox cəlb. 

Atalar  sözləri  və  məsəllərin  hamısı  komik  çalara  malik  deyildir,  satira  və  yumor  semantikası  ilə 

yüklənməmişdir. Atalar sözləri və məsəllərin böyük bir qisminin satira və yumor vasitəsinə çevrilməsi 

mətndən, intonasiyadan asılı olur. 

Məsəllər  və  atalar  sözlərinin  bir  qismi  dildə  komik  məzmunda  formalaşmış  olduğunundan 

intonasiya və mətndən asılı olmadan da komizm vasitəsi kimi çıxış edir, ümumi komik fonun, komik 

mühit  və  detalların  təşəkkülündə  mühüm  rol  oynayır.  Əslində  kiçik  komik-satirik  əsərlər  kimi 




Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə