Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə68/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   64   65   66   67   68   69   70   71   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

903



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

formalaşmış bu cür məsəllər, atalar sözləri iri satirik və yumoristik əsərlər üçün təbii dil materialına 

çevrilir.Komik  keyfiyyətdə  formalaşmış  atalar  sözləri  və  məsəllərin  təsir  gücü  danışanın  ahəng  və 

intonasiyasından,  vəziyyətindən,  təhkiyəçinin  və  ya  obrazın  əhvali-ruhiyyəsindən  asılı  olaraq  artıb-

azala  bilir.Atalar  sözü  və  məsəllərin  komizm  vasitəsi  kimi  çıxış  etdiyi  bir  neçə  Qarabağ  lətifəsinə 

nəzər yetirək:   

 

1.Bir  rus  mühəndisi  ilə  Məşədi  Abbasın  mübahisəsi  düşür.  Axırda  mühəndis  üzr  istəyib 



Məşədi Abbasdan xahiş edir ki, onun çəkdiyi layihəyə qol çəksin. Məşədi Abbas onun xahişini rədd 

edib deyir: -Net, maya qlaza, tvaya qlaza vada ne piyot.   

 

2.Vaqifi Qarabağda gözü götürməyənlər, onun paxıllığını çəkənlər də az deyildi. Çünki o, əsil-



nəsəbi,malı,mülkü  olmaya-olmaya  vəzirlik  mərtəbəsinə  qalxmış,  həm  də  nadan  və  bacarıqsız 

nücəbaların  saraya  ayaq  açmasına  yol  verməmişdi.  Buna  görə  də  düşmənləri  onun  hər  addımını 

izləyib, el arasında nüfuzunu qırmağa çalışmışdılar. 

Bir dəfə xanlıq nəslinə mənsub olan bir şəxs 

böyük  məsciddə  Vaqif üçün  ayrılmış  hücrəyə  soxulub  namaz  qılmağa  təşəbbüs  göstərəndə,  xidmətçi 

onu  saxlayıb,  bu  yerin  vəzirə  məxsus  olduğunu  söyləyir.  Lakin  bu  adam  xidmətçinin  etirazına 

əhəmiyyət verməyib özünü içəri salmağa çalışır. Xidmətçi: - Ay ağa, başa düşün, bu yerin sahibi var, - 

deyə onu içəri buraxmır. Şəxs sual edir: - Söylə, o, vəzir olduğu üçünmü belə canfəşanlıq göstərirsən? 

Xidmətçi:  -  İndi  nə  etmək  olar?  Hər  kəsə  bir  şey  nəsib  olanda,onun  payına  da  vəzirlik  düşüb,-deyə 

cavab verir. Şəxs: - O vəzirdirsə, mən də xanam, -deyib lovğalandıqda, xidmətçi saymazyana söyləyir: 

-Ağa, ad insanı ucaltmaz, insan adı ucaldar. Şəxs: - Sən onun elminə işarə vurursansa, bəlkə də mən 

ondan  çox  oxumuşam,  -deyir.  Xidmətçi  səbr  edə  bilməyərək,  sözün  cavabını  aşağıdakı  məntiqlə 

tamamlayır: 

 

 



-Üzr istəyirəm,ağa,axı hər oxuyan da Molla Pənah olmaz! 

 

 



BƏKİR ÇOBANZADƏNİN “TÜRK DİLİ SƏRFLƏRİNİN ÜMUMİ 

QÜSURLARI” MƏQALƏSİNDƏ AZƏRBAYCAN DİLİNİN                   

TƏDRİSİ MƏSƏLƏLƏRİ 

 

Mərziyə QASIMOVA 

Bakı Dövlət Universiteti 



merziyeibrahim@gmail.com 

AZƏRBAYCAN 



 

Türk dünyasının görkəmli alimi, Azərbaycan dilçiliyi akademik məktəbinin banisi professor Bəkir 

Çobanzadənin  elmi  yaradıcılığı  türk  xalqlarının  dil  və  ədəbiyyatlarının  müxtəlif  problemlərinə  həsr 

olunmuşdur.  

 Alimin  yaradıcılığında  əsas  yerlərdən  birini  ana  dili  və  ədəbiyyatın  tədrisi  məsələləri  tutur. 

Xüsusilə onun Azərbaycan dilinin tədrisinə həsr olunmuş araşdırmaları diqqətə layiqdir. Bu mənada, 

tədqiqatçının  “Türk  dili  sərflərinin  ümumi  qüsurları”  məqaləsi  böyük  maraq  doğurur.  Bu  əsərində 

müəllif  Azərbaycan  dilinin  tədrisi  ilə  bağlı  müxtəlif  problemlərə  toxunur,  onların  həlli  ilə  bağlı  öz 

fikirlərini irəli sürür. Məqalənin başlığındakı “sərf” terminini isə dilçi alim geniş mənada işlədir. Belə 

ki, sərf dedikdə, buraya dilçiliyin bütün şöbələri daxil edilir: dilin səs sistemindən mürəkkəb cümləyə 

qədər bütün məsələlər araşdırılır, problemlərin həlli üçün çıxış yolları təklif edilir.  

 “Türk dili sərflərinin ümumi qüsurları” məqaləsində B.Çobanzadə dilin tədrisi ilə bağlı aşağıdakı 

məsələlərə toxunmuşdur: 

Dilin varlığının dərki və sevdirilməsi; 

Dilin öyrədilməsi üsulları. Bunun da iki mərhələdə baş verdiyi göstərilir: a) dilin öyrədilməsində 

ailə mühitinin əhəmiyyəti; b) dilin öyrədilməsində məktəblərin rolu;  

Türk sərfçilərinin əsas məqsəd və vəzifələri;  

Türk dilinə həsr olunmuş sərf kitablarının ümumi vəziyyəti;  

Sərf kitablarının nöqsanlı cəhətləri;  

Türk sərflərinin yazılmasında diqqətə alınacaq əsas elmi-metodiki məsələlər;  

Sərf terminlərinin mövcud vəziyyəti.  



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

904



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Məqalənin əvvəlində dilçi alim qeyd edir ki, hər hansı təşkilatda, müəssisədə yazılan, nəşr olunan 

kitablar,  jurnallar  gözdən  keçirilsə,  bütün  məsələlərin  mərkəzində  ana  dili  və  onun  sərfi  məsələsinin 

dayandığını görərik. Bunun iki səbəbi vardır: 1) Əvvəllər yalnız şairlərə lazım olan dilin artıq bütün 

pedaqoqlara və ixtisas sahiblərinə vacib, zəruri vasitəyə çevrilməsi; 2) Bu dili öyrədən sərf kitablarının 

ehtiyacları qarşılamaması.  

B.Çobanzadə qeyd edir ki, günü-gündən artmaqda olan elmi kəşflərdən, elmi-texniki nailiyyətlər-

dən  xəbərdar  olmaq  üçün  bizə  zəngin  və  mükəmməl  dil  lazımdır.  Eyni  zamanda,  inkişaf  etmiş 

xalqlardan biri olmaq üçün mükəmməl dillə yanaşı, dilin sərfinə, yəni qrammatikasına ehtiyac vardır. 

Bu  isə  yalnız  dilimizin  akademik  səviyyədə  tədqiq  və  təhlili  nəticəsində  əldə  ediləcək  uğurlar 

sayəsində  baş  tutacaqdır.  Müəllifə  görə,  sərfin  tərtibində  əsas  amillərdən  biri  olan  üsul,  yəni  metod 

məsələsini  aydınlaşdırmaq  lazımdır.  Dili  iki  üsulla  öyrənmək  olar:  1)  Təcrübə  yolu  ilə.  Bu  növ 

öyrənmənin əsası etiyad, yəni adət etmə, alışma, vərdiş etmədir. Buna ana dili deyilir. 2) Elmi yolla. 

Bu növ öyrənmə insanın öz dilini şüurlu surətdə bilməsi, öyrənməsidir ki, bu, “sərf dili” adlanır. Hər 

hansı  bir  dilin  sərfini  yazanlar  üçün  yalnız  o  dili  “əzbərdən  bilmək”,  oxumaq,  anlamaq  deyil,  eyni 

zamanda  o  dili tədqiq etmək  lazımdır.  Buradan  isə  belə  bir sual  ortaya  çıxır: “Türk  sərfçilərinə  nəyi 

bilmək lazımdır?” Müəllif bu suala belə cavab verir:  

Psixologiya,  fiziologiya,  tarix,  ictimaiyyət,  iqtisadiyyat  və  statistika  kimi  elmləri  dərindən 

bilmək; 

Dilin tarixinə bələd olmaq, yaxud tarixi sərfi bilmək; 

Təsviri sərfi bilmək; 

Təkamül qanununun dil sahəsindəki cilvələrinə aşina olmaq; 

Dili digər dillərlə müqayisəli şəkildə araşdırmaq. 

Həm  nəhv  (sintaksis),  həm  də  bu  beş  bənddə  qeyd  edilən  məsələləri  həll  etmək  üçün  sərfçilər 

müqayisəli və nəzəri dilçilik elmləri ilə məşğul olmalıdırlar. 

Sərf  kitablarının  çatışmazlıqlarından  biri  də  səs  və  hərfin,  yazılı  nitqlə  şifahi  nitqin 

qarışdırılmasıdır. Tədqiqatçının fikrincə, dilçilər bu xüsusda aşağıdakıları bilməlidir: 

1. Ağızdan, boğazdan, digər səs üzvlərindən heç bir zaman hərf yaranmaz, səs meydana gələr. 

Hərf səsin yazıdakı şərti işarəsindən başqa bir şey deyildir.  

Dilin səsləri durmadan dəyişir, hərflər isə olduğu kimi qalır. 

Yazı və dil məsələsində yeganə mənbə canlı dil olmalıdır. 

Sərf  kitablarında  sərfçilər  söz  şəkillərinə  (morfologiya)  əhəmiyyət  vermirlər.  Müəllif  bunu 

nöqsan  hesab  edir,  sərfçilərin  şəkliyyat  (morfologiya)  sahəsində  görməli  olduqları  işlərə  aydınlıq 

gətirir. Məktəb sərflərində rast gəlinən uzun cədvəllər şagirdləri yalnız hafizə ilə çalışmağa, dili şüur 

və mühakimə ilə deyil, təqlid və etiyad ilə öyrətməyə xidmət edir. Tədqiqatçı bunu da sərf kitablarının 

naqisliyi hesab edir.  

Bəkir  Çobanzadənin  fikrincə,  dilin  öyrədilməsi  hər  şeydən  əvvəl  damar  (kök)  və  şəkilçini 

ayırmaqla, onları tədqiq etməklə başlanmalıdır. Bu yolla uşaqlar dili daha tez anlayar və sevərlər. Türk 

dili  sərfinin  başlıca  çərçivəsi  belə  olmalıdır:  1)  səs;  2)  damar:  sadə  və  mürəkkəb;  3)  şəkilçi:  canlı, 

cansız. Hər hansı sərf kitabını təsvir etsək, onda belə bir model yaranar: 1) istilah (ərəbcə, farsca); 2) 

qayda; 3) misallar. Alim bu məsələyə də belə bir təklif verir ki, sərf kitabları əslində belə qurulmalıdır: 

1) misallar, lövhələr, materiallar; 2) təsniflər, nəticələr, qaydalar, təriflər. Qayda və nəticələri də uşaq 

özü tapmalı, tərifləri isə qurmaqda müəllim ona kömək etməlidir.  

 Sərf  kitablarında  problemli  məsələlərdən  biri  də  istilah,  yəni  termin  məsələsidir.  Şagirdlər 

izafətlərin,  zərflərin,  feil  şəkillərinin,  halların,  hətta  hərflərin  adlarını  bilmək  üçün  əlifbaya,  səslərin 

tədqiqinə  başladığı  zaman  yüzlərcə  ərəb  mənşəli  terminləri  əzbərləməli  olur.  Belə  sözlər  hətta  öz 

yurdları olan ərəb-fars xalq dillərində belə arxaizm halına gəlmiş, “kiflənmiş” sözlərdir. Adlar, sözlər 

bir  şeyi  anlamaq,  yadda  saxlamaq  üçündür.  Buna  görə  də  sadə,  anlaşıqlı  və  qısa  olmalıdır.Yəni 

istilahları  tamamilə  ortadan  qaldırarar  bunların  yerinə  tədqiq,  təsnif,  tərif  işlərini  qoymaq  daha 

doğrudur.  Müəllif  problemdən  çıxış  yolunu  məhz  bunda  görür  və  belə  bir  sitat  gətirərək  fikrini 

yekunlaşdırır: “Əsasən məşhur lisançılardan birisi: “Hər şeyə ad taxmaq həvəsi düşüncə tənbəlliyidir”, 

-deyir”. Bu sitat isə Bəkir Çobanzadənin termin haqqında fikirlərinin ümumi qayəsini təşkil edir. 

 Beləliklə,  Bəkir  Çobanzadə  ana  dili  dərsliyini  hazırlayan  mütəxəssislərə  olan tövsiyələrini  belə 

sistemləşdirir:  

- Sərfçi lisaniyyat üsullarına bələd olmalıdır.  

- Sərfçi canlı dili bilməlidir. 




Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə