Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə61/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   57   58   59   60   61   62   63   64   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

891



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Xalq  yazıçısı  Mirzə  İbrahimov  kitabı  hamıya  lazım  olan  kitab  adlandırmışdır.  Bu  əsərdə  türk 

(Azərbaycan)  dili  fars  dili  ilə  müqayisə  zamanı  şərh  edilir  və  türk  dilinin  xüsusiyyətləri  müxtəsər 

şəkildə aydınlaşdırılır. Kitabın sonunda 1750 azəri türkcəsi sözünün siyahısı verilmişdir ki, fars dilində 

onlar üçün müstəqil sözlər yoxdur və çarəsizlikdən çox vaxt ərəb sözlərindən istifadə olunur, ya da bir 

neçə sözlə ifadə edilir. Eləcə də bir çox türk (Azərbaycan) sözləri eynilə, yaxud onların tələffüzündə 

bir qədər dəyişiklik əmələ gətirmiş halda işlədilir. 

Cavad  Heyət  əsərdə  qeyd  edir  ki,  analitik  dillərdən  biri  olan  və  ondakı  sözlərdən  feli  ifadə  və 

istilahları  düzəltmək  üçün  çox  yararlı  hesab  edilən  fars  dili  eyni  halda  bu  kimi  söz  tərkiblərinin 

düzəlişi və işlədilməsi etibarilə türk dilindəki imkan və dolğunluğa malik deyildir. Türk (Azərbaycan) 

dilində  təkcə  insanın  bədən  üzvləri  ilə  bağlı  :  baş,  göz,  ağız,  ayaq  və  onun  kimi  yüzlərlə  istilah  və 

deyim  vardır.  Məsələn,  dil-ağız  etmək,  dil  açmaq,  dil  boğaza  salmaq,  dil  vermək,  dilə  tutmaq,  dili 

ağzına sığmamaq, dildə tük bitmək, dili dolaşmaq, dili tutulmaq, dilini saxlamamaq, dillərdə gəzmək, 

dillərə düşmək və s. nümunələri sözsüz ki, artırmaq da olar. 

Kitabın  sonunda  fars  dilində  sadə  və  müstəqil  şəkildə  qarşılığı  olmayan  türk  sözləri  öz  əksini 

tapır:  Acınacaqlı,  axın,  addımlamaq,  azuqə,  azmaq,araşdırmaq,  alışqan,  aldatmaq,  ağlaşma,  alışmaq, 

əsnəmək,  əsməcə,  əski,  əmizdirmək,  çimmək,  çimdikləmək,  oxlov,  lovğa,  söndürmək,  islanmaq, 

usanmaq, ovuc, inam, burcutmaq, küsüşmək, marçıldatmaq, mürgüləmək, gurultu və bu kimi bir çox 

sözlərin fars dilində bilavasitə qarşılığı yoxdur. Və bu bir daha Azərbaycan dilinin zənginliyini sübut 

edən mühüm faktordur.  

Azərbaycan  dilini  özəlliklərindən  biri  də  budur  ki,  bu  dildə  müxtəlif  heyvan  və  təbiət 

varlıqlarının  səsləri  üçün  xüsusi  sözlər  işlənir:  Su  şırıltısı,  yarpaq  xışıltısı,  ot  pıçıltısı,  quş  civiltisi, 

inəklərin böyürməsi və s. Halbuki fars dilində bu cür incəliklərə rast gəlinmir. 

Eləcə  də  Türkcə  (Azərbaycanca)  fellər  növ,  şəkil  və  zamana  görə  çox  müxtəlifdir,  dilimizdə 

oxşar sözlər, yaxud müxtəlif mənası olan eyni formalı sözlər çoxdur ki, şeir və ədəbiyyatda cinas və 

eyham üçün işlənir: “at” heyvan və “at” tullamaq mənasında olduğu kimi.  

Farsca  “kəndən”  (qazmaq)  sözünün  qarşılığı  üçün  türk  (Azərbaycan)  dilində  altı  söz  vardır  ki, 

onlardan  hər  biri  xüsusi  yerdə  və  mövqedə  işlənir:  “qazmaq”  yeri  qazmaq,  “yolmaq”  tükü,  otu 

kökündən  çıxarmaq,  “soymaq”  dərisini  çıxarmaq,  yol  kəsmək,  “oymaq”  ağac  və  onun  kimiləri 

üzərində oyma işi görmək, “qoparmaq” bir şeydən bir hissəni güclə ayırmaq. Bu ifadələrin hamısının 

fars dilində yalnız bir qarşılığı vardır. 

Əsərdə o da qeyd edilir ki, fars dilində sadə sözlər azlıq təşkil edir, buna görə də zaman keçdikcə 

onların  çoxu  unudulub  söz  sıralarından  düşür.  Fars  dilindəki  sözlər  elmi  anlayışları  bildirmək  üçün 

yararlı deyildir. Mütərcimlər bu ağır nöqsanı hərzaman duyur və bundan əziyyət çəkirlər. 

Şübhəsiz  ki,  Cavad  Heyətin  əsərindən  çıxış  edərək  bu  cür  nümunələrin  sayını,  türk  dilinin 

zənginliyini sübut edən digər faktorları artırmaq mümkündür. Cavad Heyət haqlı olaraq qeyd edir ki, 

söz dilin zənginliyinə səbəb olsa da, ancaq dilin zənginliyi sözdüzəldicilik, yeni anlayışları ifadə etmək 

və  anlatmaq  qabiliyyətindən,  mücərrəd  anlayışların  bolluğundan,  eləcə  də  ifadə  tərzinin 

rəngarəngliyindən  və  söz  çalarlarını ifadə  etmək  bacarığından  daha  çox  asılıdır ki,  türk  dilində  qeyd 

etdiyimiz xüsusiyyətlərin hamısı vardır. 

Beləliklə,  aydın  olur  ki,  Doktor  Cavad  Heyət  Ana  dilimizin  böyük  qayğıkeşi,  böyük 

təəssübkeşidir  və  onun  əsərlərinin  hər  biri  ayrı-ayrılıqda  Azərbaycan  ədəbiyyatının,  Ana  dilinin 

tədqiqinə, araşdırılmasına həsr olunan, böyük əhəmiyyət kəsb edən nümunələrdir. 

 

 



 

 

 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

892



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

KONVERSİYANIN FİKRİN İFADƏSİNDƏ ƏHƏMİYYƏTİ 

 

Ceyhunə HÜSEYNOVA, Əfsanə ƏLİYEVA  

Sumqayıt Dövlət Universiteti 

ceyhune.huseyn@mail.ru 

AZƏRBAYCAN 

 

Bilirik ki, sözlər müəyyən nitq hissəsinə aid olur. Bəzi sözlər aid olduğu nitq hissəsindən başqa, 



digər nitq hissəsinin də yerində çıxış edə bilir. Tədqiqatçılar bunu konversiya adlandırırlar. Konversiya 

nədir?  Konversiya  termini  latın  dilində  ”conversio”sözündən  götürülmüş,  hərfi  mənası  dəyişmə, 

çevrilmə deməkdir. İlk dəfə konversiya ilə maraqlanan, ona əsərlər həsr edən A.İ.Smirnitski olmuşdur. 

Azərbaycan  dilçiliyində  də  bu  məsələ  diqqətdən  kənar  qalmamışdır  Konversiyayla  bağlı  C.Cəfərov, 

Q.Kazımov,  B.Xəlilov,  M.Hüseynzadə  və  başqaları  fikirlərini  söyləmişlər.  Q.Kazımov  qeyd  edir  ki, 

konversiya  elə  bir  prosesdir  ki,  burada  bir  nitq  hissəsi  öz  xüsusiyyətlərini  saxlamaqla  başqa  nitq 

hissəsinin  də  xüsusiyyətlərini  qəbul  edir.  Demək  olar  ki,  bütün  əsas  və  köməkçi  nitq  hissələrində, 

onların  arasında  konversiya  baş  verir.  Keçid  prosesində  substantivləşmə,  adyektivləşmə, 

adverbiallaşma və.s baş verir. 

İsimlər keçid prosesində adyektivləşərək, adverbiallaşaraq, nidalaşaraq dəyişir. Məs: qızıl üzük, 

taxta  qaşıq  birləşmələrində  qızıl,  taxta  sözləri  sifətləşmiş  və  təyin  vəzifəsində  çıxış  etmişdir.  Bəzi 

isimlər  vardır  ki,  (ox,  ah,  ay)  onlar  keçid  prosesində  nidalaşır:  Ahın  dağlara  ,  bala.  Ah,  sənli 

günlərim...  Ah  sözü  birinci  nümunədə  gördüyümüz  kimi  isim,  ikinci  nümunədə  isə  nidadır.  Bəzi 

zaman məzmunlu isimlər cümlədə adverbiallaşaraq zərf də olur: Biz gecə yola düşdük. 

Burada  ah  sözü  üzərində  dayansaq,  birinci  cümlədə  isim  olmaqla  təsəlliverici  məna  ifadə  edir, 

ikinci cümlədə isə insan hisslərinin emosional ifadə olunmasına xidmət edir. 

Sifətlər  bildiyimiz  kimi  adətən  cümlədə  isimdən  əvvəl  gəlir.  Bəzən  sifətlər  ismini  itirərək 

substantivləşir,  ismin  xüsusiyyətlərini  qəbul  edirlər:  Qoca  ağır  addımlarla  youna  davam  etdi. 

Nümunədə qoca sözü substantivləşmiş sifətdir. Sifətlər xəbərlik şəkilçisi qəbul edərək cümlədə xəbər 

olurlar.  Q.Kazımov  bəzən  bunu  gizli  substantivləşmə  də  adlandırır:  Onun  yazdığı  məqalə  çox 

maraqlıdır.  Bəzən  sifət  cümlədə  feilə  aid  olur  bu  zaman  o  adverbiallaşır:  O,  mətndəki  sözləri  yaxşı 

tələffüz edirdi. Q.Kazımov qeyd edir ki, sifətlərdə substantivləşmə ilə adverbiallaşmanın struktur fərqi 

var. Substantivləşmədə sifət özündən sonrakı ismi itirir,mübtəda olur.Adverbiallaşmada isə sifət ismin 

başı üzərindən adlayaraq felin qarşısına düşür : Gözəl qız oxuyur - Qız gözəl oxuyur və.s. C.Cəfərov 

sifətlərin  nidalaşmasını  da  qeyd  edir:  Aciz...sən  öz  haqqını  da  tələb  edə  bilmirsən.  Aciz  sifəti 

nidalaşaraq  nəinki  ittiham  emosiyası  ifadə  edir,  eyni  zamanda  fikrin  bu  cür  ifadə  olunması  ittiham 

olunanı hərəkətə gətirmək üçün bir vasitədir. 

Keçid  prosesində  saylar  da  özünəməxsus  xüsusiyyətləri  ilə  seçilir.  Onlar  da  substantivləşir, 

adverbiallaşır,  xəbərlik  şəkilçisi  qəbul  edərək  xəbər  vəzifəsində  çıxış  edir.  Həm  müəyyən  miqdar, 

qeyri-müəyyən  miqdar,  həm  də  sıra  sayları  cümlədə  isimdən  əvvəl  gələrək  adyektivləşir,  təyin  olur: 

Birinci sırada əlaçılar əyləşib. Bəzən saylar cümlədə özündən əvvəl gələn ismi itirərək tək işlənir. Bu 

zaman  özü  ismin  xüsusiyyətlərini  qəbul  edir  (cəmlənir,  mənsubiyyətə  görə  dəyişir  və.s):  Birimiz 

Səkinənin  arxasınca  getməliyik.  Saylar  cümlədə  xəbərlik  şəkilçiləri  qəbul  edərək  xəbər  vəzifəsində 

çıxış  edir:  Bu  məqalələrin  sayı  beşdir.  Keçid  prosesində  saylar  adverbiallaşa  da  bilir.  Bu  zaman 

cümlədə  feldən  əvvəl  gəlir  əsasən  kəmiyyət  zərfləri  yaradır:  az  danışmaq,  çox  işləmək  və.s. 

Adverbiallaşmış saylar fikrin intensivliyini artırır. 

Əvəzliklər bildiyimiz kimi heç bir sintaktik vəzifə daşımır. Hansı nitq hissəsini əvəz edirsə onun 

sintaktik  vəzifəsini  qəbul  edir.  Əvəzliklər  də  substantivləşməyi,  adyektivləşməyi,  adverbiallaşmağı, 

feili,  sayı  əvəz  etməyi  bacarır.  Şəxs  əvəzlikləri,  qeyri-müəyyən  əvəzliklər,  inkar  əvəzlikləri,  qayıdış 

əvəzliyi adətən ismi əvəz edərək substantivləşir: Hamı eyni qaydada geyinmişdi. Mən dərs əlaçısıyam 

və.s.  İşarə  əvəzlikləri,  təyini  əvəzliklər,  sual  əvəzlikləri  adyektivləşir  və  cümlədə  təyin  olur:  O  daş 

binadır. Hansı kitabı istəyirsən? Hər güldən bahar olmaz. İşarə əvəzlikləri həmçinin adverbiallaşa da 

bilir:  Heç  vaxt  elə  danışma.  Əvəzliklər  xəbərlik  şəkilçisi  qəbul  edərək  xəbər  vəzifəsində  çıxış 

edir::Bütün  bunları  deyən  odur.  Əvəzliyin  məna  növlərinə  diqqət  yetirsək  onlar  arasında  keçid 

olduğunu, yəni bir növün digərinə keçdiyini müşahidə edə bilərik. Bunnla bağlı Q.Kazımov qeyd edir: 



Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə