Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə54/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   50   51   52   53   54   55   56   57   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

877



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

cəhət  mənasında  da  işlənmişdir.  “Dağ”  leksemi  yüksəklik  mənasını  ifadə  edir.  Türkdilli  xalqların 

yaşadığı  geniş  coğrafiyaya  nəzər  saldıqda  onların  daha  çox  dağlıq  ərazilərdə  yaşadıqlarını  görmək 

olar.  Bu  baxımdan  dağ  sözü  həmin  ərazilərdə  bir  sıra  toponimlərdə  öz  əksini  tapmışdır.  Qaradağlar 

toponimin tərkib hissələrinin məzmunu ayrılıqda aydınlaşdıraraq sözü “güclü dağlı” kimi izah etmək 

olar. Türklər hər zaman özlərini güclü bir xalq kimi tanımış və tanıtmışlar. Hətta türk sözünün əsas 

mənalarından  biri  kimi  “güclü”  sözü  göztərilir.  Müstəsana  gücə  malik  olan  bu  tayfa  üzvlərinin  də 

dağlıq  ərazilərdə  qərarlaşdıqları  üçün  özlərini  “qaradağli”-“güclü  dağlı”  adlandırmaları  həqiqətə 

uyğundur. 

Bu toponimə Azərbaycanda Ağsu, Gədəbəy, Ağdam, Ağdaş , Füzuli, Tərtər, Ucar rayonlarında 

oykonim, Xaçmaz rayonunda Qaradağlı Buduq oykonimi, Cənubi Azərbaycanda vilayət adı kimi rast 

gəlinir. 

 

 

SƏBƏB-MƏQSƏD MƏZMUNLU QOŞMALAR 



 

Günay İBIİŞOVA 

253 № li tam orta məktəb 



ibishova.gunay@mail.ru 

AZƏRBAYCAN 

 

Dünya dillərində ən qədim söz qrupları içərisində köməkçi nitq hissələri özünəməxsus yer tutur. 



Azərbaycan qrammatikasında da köməkçi nitq hissələri tədqiq olunan obyektlərdən biridir. Bu sözlər 

köməkçi vəzifə ifadə etmələrinə baxmayaraq, dildə mühüm rol oynayır. 

Azərbaycan  dilçiliyində  köməkçi  nitq  hissələri  tərkibində  qoşmalar  ifadə  etdiyi  rəngarəng 

mənaları  ilə  və  spesifik  fərqli  xüsusiyyətləri  ilə  seçildiyinə  görə  hər  zaman  diqqət  mərkəzində 

olmuşdur.  

Qoşmaların digər köməkçi nitq hissələrindən fərqlənən əsas cəhəti budur ki, qoşulduqları sözlərlə 

birlikdə  müxtəlif  məna  çalarları  yaratmaqla  yanaşı,  yaranan  çalarlıq  əsasında  müxtəlif  sintaktik 

münasibətləri də əks etdirir.  

 F.Zeynalovun fikrinə əsaslanaraq bildirmək istərdim ki, elə qədim dövrlərdən qoşmalar, adətən, 

hal  şəkilçilərinin  ifadə  edə  bilmədikləri  münasibətləri  bildirməyə,  bu  şəkilçilərin  ifadə  etdiyi 

xüsusiyyətləri dəqiqləşdirməyə xidmət etmişdir.  

 Müasir  Azərbaycan  dilində  qoşmalar  müəyyən  dəyişikliklərə  uğrayaraq  formalaşmışdır.  Bu 

lüğəvi  mənası  olmayan  sözlər  yalnız  adlıq,  yiyəlik,  yönlük  və  çıxışlıq  halda  olan  leksik  vahidlərə 

qoşularaq  bir  məna  ifadə  edir.  Bu  baxımdan  qoşmaların  qrammatik  mənaları  aid  olduqları  sözlərlə 

birlikdə reallaşır. 

S.Ə.Cəfərovun fikrinə əsasən qoşmalar isimlərin, əvəzliklərin və ya substantivləşmiş feil, sifət və 

sayların vasitəli hal şəkilçiləri ilə feillər arasındakı sintaktik əlaqələri göstərən qrammatik kateqoriyadır.  

 F.Zeynalov  da  qoşmaların  adlar  və  adlarla  feillər  arasında  müxtəlif  sintaktik  münasibətləri  əks 

etdirməyə  xidmət  edən  bir  kateqoriya  olduğunu  bildirir.  Bu  kateqoriyaya  daxil  olan  sözlər  əsas  nitq 

hissələrinin məzmununu bu və ya digər cəhətdən tamamlamağa, zənginləşdirməyə xidmət edir.  

 Qoşmalar içərisində, əsasən, üçün, ötrü, görə qoşmaları səbəb-məqsəd bildirən qrammatik məna 

çalarlığını  əks  etdirməkdə  xüsusi  əhəmiyyət  kəsb  edir.  Məsələn:  Qanun  özü-  insanlıq  üçün  borc 

ödəməkdir!(B.Vahabzadə) 

 Qoşmalar,  adətən,  sinonim  olaraq  bir-birini  əvəz  edə  bilir,  ancaq  hər  zaman  yox,  çünki  hal 

şəkilçiləri qoşmaların daşıdığı hər hansı bir məna çalarlığını bütünlüklə əhatə edə bilmir. Bu baxımdan 

sinonimlik bütün qoşmalara şamil edilə bilməz.  

 Hətta üçün, ötrü, görə qoşmaları hər zaman əvəzetmə funksiyasını daşımadığına görə bütünlüklə 

səbəb məzmununu da ifadə edə bilməz.  

 Üçün  qoşması,  əsasən,  adlıq  və  yiyəlik  halda  olan  sözlərə  artırılaraq  səbəb  və  məqsəd 

mənalarıını ifadə edir: Mənə elə gəldi ki, vətənim üçün dağı dağ üstünə qoya bilərəm! (İ.Əfəndiyev); 

Bu da uşaqdır, bu da insandır, ehsanlıq tut əslən bunun üçün, yetimlər, aclar üçün əkilib. (M.Cəlal) 

 Lakin  bu  qoşmanın  etimologiyasını  araşdırarkən  onu  səbəb  və  məqsəd  məzmunu  ilə  yanaşı, 

müəyyən qədər də nəticə və aidlik bildirən qoşma da adlandırmaq olur. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

878



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

 F.Zeynalov isə belə iddia edir ki, ümumən türk dillərində üçün qoşması aidlik mənasında bəzən 

istinad, and içmək, bəzi məqamlarda isə mücərrədlik və istehza mənalarını ifadə edən, qismən də olsa, 

zaman münasibətini bildirən qoşmadır. 

 Qeyd  etmək  istərdim  ki,  Azərbaycan  dilçiliyində  üçün  qoşması  səbəb  yox,  daha  çox  məqsəd 

məzmunundan çıxış edir: Səni görmək üçün gəlmişəm; Cahandar ağa qaraltı alovun işığına çıxan kimi 

nişan  almaq  üçün  barmağı  tətikdə  hazır  dayandı.(İ.Şıxlı)  –  nümunələrindən  də  aydın  olur  ki, 

gəlməyimin məqsədi səni görmək, tətikdə hazır dayanmağının məqsədi nişan almaqdır.  

 Bu qoşma, adətən, məsdər və məsdər tərkiblərinə qoşularkən məqsəd məzmununu əks etdirir və 

cümlənin məqsəd zərfliyi vəzifəsində: Sanki dincəlmək üçün deyil, bu baxışları ilə ürəyindəki əlacsız 

dərdlərini  həmvətənlərinə  söyləmək  üçün  oturmuşdur.  (M.Cəlal);  Cavan  padşah  öz  səltənətini 

düzəltmək  və  nizama  salmaq  üçün  böyük  zəhmətlər  çəkməli  oldu.(M.F.Axundov);  feili  sifət  və  feili 

sifət tərkiblərinə qoşulduqda isə səbəb məzmununu ifadə edir və cümlənin səbəb zərfliyi vəzifəsində 

çıxış edir: Elçin qorxduğu üçün qaçdı. Ağabəyim ağa da dərin zəka sahibi olduğu üçün şah onu baş 

hərəm, yəni Şahbanu təyin etmişdi.(İ.Əfəndiyev)  

Dilçilikdə  görə  qoşması  işlənmə  dairəsinin  genişliyi  ilə  seçilir.  Bu  qoşma  yalnız  yönlük  hal 

şəkilçisi  qəbul  etmiş  söz  və  ya  söz  birləşmələrinə  artırılarkən  iş  və  hərəkətin  icra  səbəbini  və  ya 

məqsədini  aydınlaşdırır.  Bu  halda  onu  üçün  qoşmasının  sinonimi  saymaq  olar.  Məsələn:  ona  görə, 

dediyinə  görə,  sizə  görə  və  s.  Nə  olub,  yoxsa  mənim  çəkdirdiyim  arxı  uçurdub  dağıtmağına  görə 

(dağıtdığın üçün) ürəyin nazilib? (İlyas Əfəndiyev); ...Sonra Səfəviyyə nəslindən bir şahzadəni təxtə 

oturdaq ki, bari nəcabətinə görə (nəcabəti üçün) təxtü-taca səzavar olsun?! (M.F.Axundov)  

Görə  qoşması  tək  səbəb  və  məqsəd  anlayışlarını  bildirməyə  xidmət  etmir,  bunlarla  yanaşı 

müqayisə  mənasında,  bəzən  də  isnad  bildirən  qoşma  mövqeyindən  çıxış  edir.  Məsələn:  Arifə  görə 

Vahid cavan görünürdü. 

Bu  qoşma  yönlük  hal  şəkilçisi  qəbul  etmiş  əvəzliklərlə  əlaqədə  olduqda  isə  qoşmalıq 

vəzifəsindən uzaqlaşır, səbəb məzmununu ifadə edən bağlayıcıların yaranmasına xidmət edir. Belə ki, 

səbəb  bağlayıcıları  da  tabeli  mürəkkəb  cümlələrin  növlərindən  olan  səbəb  və  məqsəd  budaq 

cümlələrinin yaranmasında fəal iştirak edir. 

Müasir  Azərbaycan  dilində  ötrü  qoşması  da  öz  funksiyası  ilə  diqqət  mərkəzindədir.  Dilçilik 

ədəbiyyatında bu qoşma haqda müxtəlif fərziyyələr irəli sürülmüşdür. 

Ötrü  qoşması  isə  çıxışlıq  halda  olan  sözlərə  qoşularaq  səbəb  çalarını  yaratmaq  xüsusiyyətinə 

malik olur, məsələn: dostundan ötrü, sizdən ötrü və s. O, istəklərini bacısından ötrü həyata keçirmədi.  

Həmçinin bu qoşmanın digər qoşmalar kimi yalnız səbəb məzmununa malik olmadığı ifadə edilir, 

bəzən  qoşulduğu  sözlə  birlikdə  məqsəd,  nəticə,  müəyyən  qədər  aidlik  mənalarının  da  əks  edildiyi 

düşünülür.  

M.Hüseynzadə  ötrü  qoşmasını  çıxışlıq  hal  şəkilçisi  qəbul  etmiş  məsdərlərlə  işləndikdə  məqsəd 

anlamını,  bəzən  isə  isim  və  əvəzliklərlə  işləndikdə  aidlik  mənasını  ifadə  etdiyini  bildirmişdir:  Ona 

binaən meyvələri çox saxlamaqdan ötrü yaxşıdır onları havadan mühafizət edəsən... ( “ Əkinçi” 1875, 

20 sentyabr, № 5) 

Dilimizdə çox az miqdarda işlənən dolayı və sarı qoşmaları həmçinin səbəb-məqsəd münasibətini 

yaratmaq iqtidarındadır və bu qoşmalar da üçün, ötrü qoşmalarına sinonim səciyyəlidir. 

Qoşmalar  sintaktik  vahidlərin  yaranmasında  mühüm  rol  oynayır.  Belə  ki,  onlar  əlaqədə olduğu 

sözlərlə birlikdə (xüsusilə səbəb-məqsəd çalarını ifadə edənlər) müxtəlif cümlə üzvü vəzifəsində çıxış 

edir.  Səbəb–məqsəd  məzmunlu  qoşmalar  cümlənin  tamamlığı,  səbəb  və  məqsəd  zərfliyi,  bəzən  də 

xəbəri vəzifəsində işlənir: 

 1. Tamamlıq vəzifəsində - Mən sizin üçün çiçək gətirəcəyəm. (C.Cabbarlı)  

 2.  Zərflik  vəzifəsində  -  Cahandar  ağa  səhər  tezdən  atın  örtüyünü  dəyişdirmək  üçün  dəyədən 

çıxdı.(İ.Şıxlı)  

 3. Xəbər vəzifəsində -Bu hədiyyə sənin üçündür. 

Müasir  Azərbaycan  dilinin  materialları  üzərində  apardığımız  tədqiqatın  nəticəsi  göstərir  ki, 

dilimizdə  səbəb,  məqsəd  və  bir  sıra  başqa  mənaları  ifadə  edən  qoşmaların  əsaslı  mahiyyəti  vardır. 

Onları şərh etməyə yardım edə biləcək qədər nümunələrimiz də mövcuddur.  

 

 



Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə