Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə55/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   51   52   53   54   55   56   57   58   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

879



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

“OĞUZNAMƏ”DƏ İNDİKİ ZAMANIN SİNTAKTİK                                          

VƏ ÜSLUBİ XÜSUSİYYƏTLƏRİ 

 

Günay İMAMƏLİYEVA 

Sumqayıt Dövlət Universiteti 

gunay.imamaliyeva@gmail.com 

AZƏRBAYCAN 

 

Keçmiş zamanla müqayisədə indiki zaman çox az sintaktik xüsusiyyətlərə malikdir. Maraqlıdır 



ki,  zaman  kateqoriyasını  tədqiq  edən  dilçilərdən  A.Axundov,  Z.Budaqova,  B.Xəlilov,  G.Fəxrəddin 

qızı  indiki  zamanın  sintaktik  xüsusiyyətlərinə  ümumiyyətlə  toxunmayıblar.  Ola  bilsin  ki,  onların 

tədqiq  etdikləri  yazılı  abidələrdə  indiki  zamanın  sintaktik  xüsusiyyətlərinə  aid  nümunələr 

işlənməmişdir. Ancaq S.Əlizadənin “Oğuznamə”sində isə az da olsa işlənmişdir. İndiki zamanın malik 

olduğu sintaktik xüsusiyyətləri aşağıdakı kimi qruplaşdırmaq olar: 

1) İndiki zaman feillərlə ifadə olunaraq xəbər vəzifəsində çıxış edir. Aşağıdakı nümunələrə nəzər 

yetirək: 

Uzağ-uzağ  yer  salımın  yollar  bilür;  Çoban  ata  binəcək  kəndüzini  bəg  sanur;  Ulular  sözin 

tutmayan ulayu qalur; Çapuk quş iki ayağından tutulur; Toğrudan gedən gec gəlür, tolamaçdan tez 

gəlür; Qurd toyduğı yeri qırq kərrə dolanur; Yeyən bilməzsə, toğrayan bilür

2) İndiki zaman ol(maq) sözü ilə işlənə bilir. Aşağıdakı nümunələrə nəzər yetirək: 



Əsir geyən əsirgənçi olur; Adəm oğlanı yaşadıqca canı tatlu olur; Əxi ocağı küllü olur; El içində 

qatı  söyləmə,  divar  ardında  qulaq  olur;  Bəxşiş  bəglərdə  olur;  Çağa  yavrının  ağzı  böyük  olur;  Taş 

qopduq yerdə ağır olur; Qışın çırağı qurı olanının, yazın tamağı qurı olur; Yiğitlik eşək alığı kibi qat-

qat olur

Ümumiyyətlə,  tədqiq  olunan  S.Əlizadənin  “Oğuznamə”sinin  təxminən  60%  yalnız  ol(maq) 

köməkçi feilinin vasitəsi ilə ifadə olunur. 

3) -ır



4

 – omonim şəkilçidir. Bu şəkilçi feil kökünə qoşularaq isim düzəldir. Aşağıdakı nümunəyə 

nəzər yetirək: 

Bilməzsən, bir bilürdən sor. 

4) Cümlədə tamamlıq vəzifəsində çıxış edir. Aşağıdakı nümunələrə nəzər yetirək:  

Bir bilürə tanış, bildügün işlə; Nə qədər bilürsən, bir bilürətanış. 

5)Cümlədə mübtəda vəzifəsində çıxış edir. Aşağıdakı nümunəyə nəzər yetirək: 

Uyur ardınca oyanuq olur. 

Bu  nümunədə  sözün  kökü  “uyu”  feilidir.  “uyu+r”  formasındadır.  Demək  ki,  -ır



4

  indiki  zaman 

şəkilçisinin saiti ixtisara düşüb və -r formantı vasitəsi ilə ifadə olunub. 

Cümlədə tərzi-hərəkət zərfliyi vəzifəsində işlənmişdir. Məsələn: 



Qara  qayğulu  vaqiə  gördüm,  yumruğumda  talbınan şahin bənim  quşumu  alur  gördüm,  göydən 

ildırım  ağ-ban  evim  üzərinə  şaqın  gördüm,  düm  qara  pusarıq  ordumun  üzərinə  tökülür  gördüm, 

qarğu  kibi  qara  saçım  uzanır  gördüm,  uzanuban  gözümü  örtər  gördüm,  biləgimdən  on  barmağımı 

qanda gördüm

“Kitabi-Dədə  Qorqud”  yazılı  abidəsindən  fərqli  olaraq  bu  sintaktik  xüsusiyyətə  S.Əlizadənin 

“Oğuznamə”si, Ə.Bahadır xanın “Şəcərei-Tərakimə” əsərində rast gəlmədik.  

Keçmiş və gələcək zaman kimi feilin indiki zamanı da bir sıra üslubi xüsusiyyətlərə malikdir. 

İndiki  zaman  ümumiyyətlə,  işin  icra  zamanı  ilə  haqqında  xəbər  verilmə  zamanının  eyni 

olduğöunu bildirir. Lakin indiki zaman şəkilçisi söz söylənilmədən əvvəl başlanmış işi də, söylənmə 

zamanı  başlayıb  ondan  sonra  davam  edən  işi  də  ifadə  edə  bilir.  –ır

indiki  zaman  şəkilçisi  üslub 

sahələrinə görə müxtəlif məqam və məna çalarlığında işlənir.  

Feilin  zaman  kateqoriyasını  tədqiq  edən  dilçilərimizdən  A.Axundov,  Z.Budaqova,  G.Fəxrəddin 

qızı indiki zamanın üç üslubi xüsusiyyətini, B.Xəlilov 1 üslubi xüsusiyyətini, Q.Mustafayeva, 6 üslub 

xüsusiyyətini Ə.Bağırov 3 üslub xüsusiyyətini, Ç.Hüseynzadə isə 4 üslubi xüsusiyyəti olduğunu qeyd 

etmişlər. 

S.Əlizadənin  “Oğuznamə”  yazılı  abidəsində  də  indiki  zamanın  üslubi  xüsusiyyətlərinə  aid 

nümunələr işlənmişdir. İndiki zamanın üslubi xüsusiyyətlərini aşağıdakı kimi qruplaşdırmaq olar: 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

880



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

1)  –r  formantı  vasitəsi  ilə  ifadə  olunur.  E.Əzizov  -r  formantının  həm  indiki,  həm  də  gələcək 

zaman məzmunu ifadə edə bildiyini qeyd etmişdir. 

Aşağıdakı nümunələrdə -r formantı indiki zaman məzmununu ifadə edir: 



Ac ilə dost olayım dersən, qarnın doyur; Oğlanın tüyi üşür, yigidin təni üşür, qocanın iligi üşür

Siçanın toyı bitdükcə üşür; Hər kişidə dəlülik tamarı vardır, “dəlü” dedikcə ol tamar böyür; Yılan nə 

dənlü əgri bögri yürürsə, ini qapusuna gəlicək toğrulur

Göründüyü  kimi,  bu  nümunələrdəki  feillər  –  “de+r”,  “üşü+r”,  “böyü+r”,  “yürü+r” 

formasındadır. 

Qeyri-qəti gələcək zamanın indiki zaman məzmunu ifadə edir. Aşağıdakı nümunələrə nəzər yetirək: 



Odunsuz ocaq olur, külsüz ocaq  olmaz; Çoq yaşayan çoq  bilməz, çoq gəzən çoq  bilür; Şimdiki 

zamanda asıl anılmaz, altun – incü anılur; Şol kişi neyləsün ki, yuqarı asarsa, is olur, aşağı qoyursa

pas  olur,  urup  öldürürsə,  yas?!;  Qaravaşa  ton  geyürsən,  qadın  olmaz;  Yar  bir  olur,  iki  olmaz;  iki, 

zinhar, olmasun!; Yunluyı basarlar, yunsuzı qoyu verirlər

Yigit necə yürürsə, yaraşır, 

Yigit necə geyərsə, yaraşır.  

İşin  indiki  zaman  şəkilçisi  ilə  ifadəsində  şahidlik  çalarlığı  və  danışan  şəxsin  işdə,  hökmdə, 

hadisədə  bu  və  ya  digər  şəkildə  iştirakı  ifadə  olunur.  Qeyri-qəti  gələcək  zaman  şəkilçisində  isə  bu 

çalarlıqlar, deməkm olar ki, yoxdur.  

3)  -a, -ə  şəkilçisi  vasitəsi ilə  indiki  zaman  məzmunu  ifadə  olunur.  Aşağıdakı  nümunələrə  nəzər 

yetirək: 



Qul, qulluğun andan bilə ki, kəndü didügi olmıya; Vətən sevmək imandandır, vay ana kim, içində 

olmaya; Vay ol kişiyə kim, Tanrıdan qorqmaya; Vay ol kişiyə kim, günahın bilməyə

Burada asanlıqla (olmıya – olmur, olmaya – olmur, qorqmaya – qorqmur, bilməyə - bilmir–a, -ə 

şəkilçisini  –ır, -ir,  -ur,  -ür  indiki  zaman  şəkilçisi ilə əvəz  etmək  olur.  E.Əzizov  da  -a, -ə  şəkilçisini 

indiki zaman şəkilçilərinin içərisində göstərmişdir. 

4)  -maqda,  -məkdə  şəkilçisi  vasitəsi  ilə  ifadə  olunur  və  hərəkətin  hələ  davam  etdiyini  göstərir. 

Lakin  S.Əlizadənin  “Oğuznamə”sində  bu  şəkilçi  ümumiyyətlə  işlənməmişdir.  -maqda,  -məkdə 

şəkilçisi müasir ədəbi dilimizdə də geniş işlənmə tezliyinə malikdir. 

“Azərbaycan  dilində  bir  sıra  vasitələr  də  vardır  ki,  bunlar,  əsasən,  başqa  məna  və  vəzifə  üçün 

işlənilməklə  bərabər,  indiki  zaman  mənası  da  ifadə  edir  və  beləliklə,  indiki  zaman  şəkilçisi 

işlənilmədən də indiki zaman ifadə oluna bilir. Belə vasitələr başlıca olaraq aşağıdakılardan ibarətdir: 

Xəbər şəkilçisi 

Şəxs sonluqları 



var, yox, deyil kimi xüsusi tipli sözlər”.  

 

 

CƏNUBİ QAFQAZ XALQLARI İLƏ TÜRKİYƏNİN QARS                  

VİLAYƏTİ OYKONİMLƏRİNDƏ PARALELİZM 

 

Çinarə SALAHBANOVA  

Mingəçevir Dövlət Universiteti 



schinare@mail.ru 

AZƏRBAYCAN 

 

Bir  ölkə  tərkibində  və  ya  başqa  ölkələrdə  oykonim  paralelliyi  həm  tarixilik,  həm  də  müasirlik 



baxımından maraqlı dil hadisəsidir. Zaman keçdikcə eyni adlara daha geniş və müxtəlif areallarda rast 

gəlinir. Belə bir tarixi fakt diqqəti çəkir ki, eramızdan əvvəl VII – VIII əsrlərdə Türk etnosları Türkiyə 

və  Cənubi  Qafqaz  torpaqlarında  yaşamış  və  yerli  aborigen  xalq  olmuşdur.  Bu  səbəbdən  də  Cənubi 

Qafqaz və Türkiyədə toponimlər arasında etnos adları eyniliyi dediklərimizi təsdiq edir.  

Araşdırmanın  başlıca  məqsədi  Türkiyənin  Qars  vilayəti  və  Cənubi  Qafqaz  xalqlarının  yaşadığı 

ölkələrdə mövcud olan areal oykonimlərin qarşılaşdırılması, onların areal xüsusiyyətlərinin öyrənilmə-

sidir. 



Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə