Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə42/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   38   39   40   41   42   43   44   45   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

853



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

KÖŞƏ YAZILARININ DİLİNDƏ DAHA ÇOX RAST GƏLİNƏN                

BƏDİİ TƏSVİR VƏ İFADƏ VASİTƏLƏRİ 

 

Fərid İBRAHİMLİ 

Qafqaz Universiteti 



feridletter@gmail.com 

AZƏRBAYCAN 

 

Bədii yaradıcılıq nümunəsi olan köşə yazılarının əsas fərqləndirici xüsusiyyəti istifadə etdiyi dil 



materialıdır.  İstifadə  olunan  dil  geniş  mənada  bədii-publisistik  dildir.  Bədii-publisistik  dil  isə  həyatı 

obrazlı, emosional, ekspressiv əksetdirmə vasitəsidir. Bədii-publisistik mətndə obrazlılıq, emosionallıq 

yaradan əsasən bədii təsvir və ifadə vasitələridir. Bədii publisistik forma hesab olunan köşə yazılarında 

da dil materialını bədii təsvir və ifadə vasitələrsiz təsəvvür etmək mümkün deyil.  

Müqayisə  və  bənzətmələr.  Köşə  yazılarında  müqayisə  və  bənzətmə  yaratmaq  üçün  müxtəlif  dil 

vahidlərindən  istifadə  olunur.  Köməkçi  sözlər  vasitəsilə,  sanki  bağlayıcısı,  kimi,  tək(təki),  nisbətən, 

əvəzinə sözləri və s. vasitələrlə mətndə müqayisə və bənzətmələr yaradılır. Müqayisə və bənzətmələr 

təsvir edilən hadisə və əhvalatla bağlı təsəvvürü dərinləşdirir, emosional təsiri gücləndirir.  

Metaforalar.  Metafora  bədii  əsərlərdə  xüsusilə  işləkdir.  Ancaq  köşə  yazılarında  metaforalara 

digər  mətbuat  janrlarından  daha  çox  rast  gəlinir.  Metaforalar  mətnin  bədiilik  gücünün  artmasına, 

ifadəliliyə  şərait  yaradır.  Təbii  ki,  yerli-yersiz  işlədilən  metaforalar  lazım  olduğundan  artıq  pafos 

yaradır.  “...“Böyük  dayaq”  filminin  qəhrəmanı  Rüstəm  kişini  xatırladım.  Ona  düzgün  məsləhətlər 

verən  partkom  Şirzadı  hər  zaman  sancır,  axırda  lal  hüseynlərin  qəzəbinə  tuş  gəlir.  Onun  dediyi  bir 

ifadə də var: “Sən nə əfi ilanmışsan əəə...” Zəmanəmizin Rüstəmi də günün birində bu sözü ünvanına 

deyəcək, barmağını ilana zəhər verən “kərtənkələlər”ə tuşlayacaq, amma gec olacaq...” (Elşad Paşasoy 

“Sən nə əfi ilanmışsan  əəə...”, Yeni Müsavat, səh.6, 20.01.2014) Burada “kərtənkələlər” sözü rəmzi 

mənada işlənmişdir. 

Epitetlər.  Epitet  özündən  sonra  gələn  sözü  bədii cəhətdən təyin edir.  Epitetin sintaktik  təyindən 

fərqi  ondadır  ki,  birləşmə  daxilində  məcazilik  yaradaraq,  obrazlılıq  yaradır.  “Epitet  təsvir  edilən 

hadisənin  bu  və  ya  digər  xarakter  əlamətlərinin  meydana  çıxmasında,  onun  qiymətləndirilməsində 

mühüm  rol  oynayır,  haqqında  bəhs  edilən  əşyaya  aydınlıq,  obrazlılıq  verir,  onun  haqqında  canlı 

təsəvvür  yaradır”.  (Z.İ.Budaqova.  Məcazlar  sistemi.  “Azərbaycan  bədii  dilinin  üslubiyyatı/oçerklər”, 

səh.130.)  “...Amma  mənim  dediyim  başqa  bir  şeydir.  Azərbaycanda  yenicə  varlanan  hər  bir  kəsin 

arzusu  yekə,  lap  yekə,  qocaman  maşın  almaqdır.  Qoy  kasıbın  gözü  çıxsın,  onlara  sözün  həndəsi 

mənasında  yuxarıdan  aşağı  baxa  bilsinlər,  qaz  verəndə  o  biri  sürücülər  qorxudan  mayasını  udsun.” 

(Sevinc  Telmanqızı  “Dörd  təkər  üstündə  dördayaqlı...”,  Yeni  Müsavat,  səh.3,  16.03.2014)  Bu 

nümunədə “qocaman maşın”, “həndəsi məna” birləşmələri bədii təyin yaratmışdır. “Qocaman maşın” 

ifadəsində qocaman sözü həm sintaktik, həm də, bədii təyin rolunda çıxış edir. “Həndəsi məna” ifadəsi 

isə,  “sözün  həndəsi  mənasında”  şəklində  işlənərək,  üçüncü  növ  təyini  söz  birləşməsi  kimi  tərəfləri 

arasına söz daxil olmuş və həmin sözlə birlikdə cümlənin bir üzvü kimi götürülür. Birləşmə daxilində, 

həndəsi sözü məna sözünün təyinedicisi olsa da, cümlə daxilində sintaktik təyin hesab olunmur. Bədii 

təyin funksiyasında olan həndəsi sözü obrazlılıq yaratmış, lakin müəllifin bədii təfəkkürünün gücü ilə 

yaranmış olan bu təyin, oxucu üçün anlaşılmaz ola bilərdi, ancaq müəllif “yuxarıdan aşağı” ifadəsini 

işlədərək, işlətdiyi bədii təyinin ifadə etdiyi mənaya aydınlıq gətirir.  

Frazeoloji  vahidlər.  Köşə  yazılarının  dili  frazeoloji  vahidlərin  işlədilməsi  baxımından  çox 

zəngindir.  Xalq  dilinin  zənginlikləri  əsasında  formalaşmış  frazeoloji  vahidlər  canlı,  koloritli,  obrazlı 

köşə dilinin formalaşmasına yardımçı olur. Frazeoloji vahidlər sırasında atalar sözü və məsəllərin də, 

işlədilməsini  nəzərdən  keçiririk.  Atalar  sözü  və  məsəllər  müəllifin  üslubundan  və  mətnin 

məzmunundan  asılı  olaraq,  ya  olduğu  kimi,  bir  çox  hallarda  isə  müəyyən  hissəsi,  bəzən  müəllifin 

məqsədindən  asılı  olaraq  tamamilə  dəyişdirilir,  yeni  məzmun  və  forma  verilərək  yeni  tərzdə  işlənir. 

“Çox  populyar  Şərq  pritçalarından  biri  gözünün  qabağındakını  görməyib  hansısa  uzaq işlərdən  bəhs 

edən  insan  haqdadır.  Müxtəlif  variantları  var,  məsələn,  biri  belədir  ki,  gopçu  molla  süfrə  arxasında 

oturduğu an qəfildən böyrü üstdə dayanır, “Ayy...” eləyir, deyirlər nə oldu, deyir əşşi, heç nə, indicə 

Təbrizdə  bir  araba  aşırdı,  çiynimi  verdim,  saxladım.  Ev  yiyəsi  bu  misilsiz  gopu  ifşa  eləmək  üçün 




IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

854



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

hamıya plov gətirəndə mollaya çatası toyuq ətini düyünün altında gizlədir. Molla qəzəblənir, deyir, bu 

nədir,  hamıya  ət  verilib,  mənə  isə  yox.  Bu  zaman  ev  yiyəsi  əti  düyünün  altından  çıxardır, deyir,  bəs 

sən burda toyuğu aşın altında görmürsən, necə olur Təbrizdə aşan arabanı gördün? 

Bunun  başqa  populyar  variantından  isə  atalar  sözü  yaranıb:  “İsfahan  uzaqdadır,  yüz  iynə  boyu 

burdadır”.  Həmin  variantda  İsfahanda  yüz  iynə  boyu  hündürlükdən  tullandığını  iddia  edən  şəxsdən 

bəhs olunurdu.” (Zamin Hacı “Qrenlandiyadan qayıtmaq”, Yeni Müsavat, səh.8, №80, 01.04.2014) Bu 

nümunədə  müəllif  atalar  sözünü  və  lətifəni  öz  bədii  təfəkkürünün  məhsuluna  çevirərək  üstalıqla 

işlətmişdir.  Burada  işlənən  atalar  sözü  tərkib  etibarilə  frazeoloji  vahid  xüsusiyyəti  daşımır.  Mətndə 

işlənən feli birləşmələr sərbəst birləşmələrdir. Mətndə feli frazeoloji birləşməyə rast gəlinmir. Deməli, 

müəllif  öz  köşəsini  yazarkən,  leksik  vahidləri  ifadə  etdiyi  mənaya  görə  seçir.  Mətnin  ideya  və 

məzmununa  uyğun  ifadə  vasitələri  seçilir.  Frazeoloji  vahidlərdən  istifadə  obrazlılıq  yaradır.  Ancaq 

müəllif obrazlılıq yaratmaq üçün yalnız sözlərin məcazi variantlarını seçmir. Nümunədə əyani olaraq 

görünür ki, müəllif məcazilik semantikasına enmədən obrazlı bir dillə fikirini çatdırmağı bacarmışdır. 

Bədii parçalar. Hər hansı bədii əsərdən, özündən əvvəl yaşamış tanınmış insanların fikirlərindən 

sitat gətirməklə müəllif öz düşüncələrinə haqq qazandırmağa çalışmaqla köşəsini daha inandırıcı edir. 

Həmçinin  bədii  parçalardan  keçmişdə  də  mövzunun  aktual  olduğunu  nəzərə  çatdırmaq  üçün  istifadə 

edilir. Bu məqamda bədii parçalar köşə yazılarında təsvir olunan hadisələrin və fikirlərin əyaniliyini, 

vizuallığını artırır. Həmçinin bədii parçalar köşələrin ümumi dil mənzərəsini zənginləşdirir. Canlı, əyani, 

koloritli, inandırıcı dil və bədii-publisistik təfəkkür ortaya çıxır. “...Birinci məktubda görkəmli filoloq 

alimlərimizdən  biri  yazır  ki,  əslində  tuman  məsələsi  yüzillərdir  bizim  ellərdə  aktualdır.  Misal  olaraq 

güneyli şairimiz Mirzəli Möcüzün 1920-ci illərdə qələmə aldığı bir şeiri göstərir: “İngilis, həm fransız, 

 Hər ikisi imansız. 

 Sabah iynə verməsə, 

 Qalacağıq tumansız.” 

Əgər bir millət 100 il ərzində tuman istehsalını qaydaya sala bilməyibsə, ondan daha nə gizləyəsən? 

Çox acınacaqlı haldır. İndi də çinlilərdən asılı vəziyyətdəyik, onlar da imansız camaatdır.” (Zamin Hacı 

“Milli şiş var imiş!”, Yeni Müsavat qəzeti, səh.8, 18.03.2014) Verilmiş bu nümunədə müəllifin istifadə 

etdiyi  bədii  parça  mövzunun  tarixən  aktuallığını  göstərir  və  mətnin  ümumi  məzmunu  ilə  səsləşir. 

Həmçinin bədii parçada işlənmiş “imansız” təyini müəllifin dilinə daxil olmuş, mövzunun aktuallığını 

qabartmış və keçmişlə indiki vəziyyətin bədii-publisistik təfəkkürlə müqayisəsini aparmışdır.  

Köşə yazılarında üslubi cəhətdən bədii parçalardan, frazeoloji vahidlərdən, xalq deyimlərindən, 

sadə danışıq dilindən istifadə olunması onların vahid üslubi sistemdə birləşməsini təmin edir. Elə bir 

köşə  yazısı  yoxdur  ki, orada  bu ifadə  vasitələrindən ən  azı  bir  neçəsindən  istifadə  edilməsin.  Bədii-

publisistik forma və janrlar içərisində dil və üslub imkanlarına görə köşə yazıları daha zəngindir. Bu 

baxımdan  köşə  yazıları  mətbuat  dilinin  inkişafı  üçün  laboratoriya  rolunu  oynamaqla,  dilin  inkişafı 

üçün əlverişli mühit yaradır. 

 

 



AZƏRBAYCAN ANTROPONİMİKASINDA ADVERMƏ ƏNƏNƏSİ 

 

Heyran CÜMŞÜDOVA 

Sumqayıt Dövlət Universiteti 



ceyhunə.huseyn@mail.ru 

AZƏRBAYCAN 

 

İ

nsanlara  məxsus  adlar  necə  yaranır?-  Uşaq  dünyaya  göz  açır  və  həmin  uşağa  valideyinləri  ad 



qoyur.  Ata  və  ana  belə  desək  ki,  təzə  dünyaya  gələn  övladına  hər  hansı  adı  qoymaq  istəyir.  Bu  adı 

valideyinlər kimlərdənsə eşitmiş ola bilərlər və ya istədikləri bir insanin adi ilə bağlı ola bilər.Uşağa ad 

qoyulandan  sonra  ətrafındakı  hər  kəs  uşağı  bu  adla  çağırır.  Şair  Osman  Sarıvəlli  “Baban  belə 

demişdir”şeirində obrazlı şəkildə advermə ənənəsini belə təsvir etmişdir: 

 Məclis ahəngini bir az dəyişir 

 Qonaqlar söz alıb danışır ba-bir 

 Dünyada hər kəsdən şirindir övlad. 

 Bizim xalqımızın fəxridir bu ad- 




Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə