Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə35/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   31   32   33   34   35   36   37   38   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

839



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Türk  xalqlarının  milli-mənəvi  dəyərlərinin  daşıyıcısı  olan  qədim  türk  yazılı  abidələrinin  dilinə 

nəzər  salsaq,  burada  işlənən  arxaizmlərin  müxtəlif  türk  xalqlarının  dastanlarının,  oğuznamələrinin 

dilində təzahürünü aydın müşahidə etmək olar.Lakin bu arxaizmlər zaman keçdikcə müxtəlif fonetik, 

leksik,  semantik  dəyişikliyə  uğrayaraq  dilimizə  gəlmişdir.  Məs:  Ud  sözü  qədim  türk  yazılı 

abidələrində on iki illik qədim türk təqviminin bir ili kimi inək anlamında işlənmişdir: ud yıllıq-inək ili 

.Eyni semantikada M.Kaşğarinin “Divan”ında  sığır, inək kimi izah olunur.Lakin hər iki mənbədə ud 

həmçinin 



yuxu 

mənasında 

verilmişdir:tiyin,  türk  bodun  üçüntün  udımadım,  küktüz 

olurmadım(deyin,türk  xalqının  yolunda  gecə  yatmadim,gındız  dincəlmədim).  Ud  sözünün  yuxu 

formasinda  təzahüründə  fono-semantikanin  izləri  daha  aydin  müşahidə  olunur.Belə  ki  u  səsi  qədim 

dildə  həm  xitab  kimi  işlənmiş,  həm  də  yuxu  anlamını  ifadə  etmişdir.Hazırda  türk  dillərində  eyni 

semantikada istifadə olunan uyku, yuxu sözləri əyani göstəricilərdir. 

“Kitabi  Dədə  Qorqud”un  və  “Oğuznamə”lərin  dilində  isə  ud  semantik  differensiasiya  ilə 

müşahidə olunaraq abır-həya sözlərini ifadə etmişdir.Ensklopedik lüğətdə udlu sözü utanmaq sözünün 

derivatı kimi izah olunur.Fars dilində isə əl ud-ağac anlamında işlənməkdədir. Hazırda isə sözün çalğı 

aləti və udmaq feli semantikasından istifadə edirik. 



Uçmaq  sözü  qədim  abidələrdə  ölmək,  buxarlanmaq,  uçmaq  (hazırkı  semantikada)  mənalarında 

verildiyi  halda.  “Kitabi-Dədə  Qorqud”un  dilində  və  S.  Əlizadənin  “Oğuznamə”sində  behişt,  cənnət 

sözünü  ifadə  edir:ağ  saqallu  baban  yeri  uçmaq  olsun.  Qədim  miflərə  görə  (inanclara  görə)  insan 

ölərkən onun ruhu bədənindən  ayrılaraq  göyə  qalxır, uçur. Məsələyə  bu  aspektdən  baxsaq, bu  sözün 

semantikasının  o  qədər  də  dəyişikliyə  uğramamasını  deyə  bilərik.  Müasir  dilin  lüğət  tərkibində  isə 

uçmaq ancaq göyə uçmaq formasında istifadə olunur. 

“Kitabi  Dədə  Qorqud”un  dilində  Güyəgü  ,göygü  şəklində  işlənən  fonetik  arxaizmi  hazırda 

qohumluq  termini  olan  kürəkən  anlamında  dilimizdə  işlənməkdədir:kül  təpəcik  olmaz,güyəgü  oğul 

olmaz.  Bu  sözün  qalığı  olaraq  dialektlərdə  kürəkən  sözü  göy(mənim  göyüm  göyərmiş  heç  bir  işin 



qulpundan  yapışmır(Tovuz)),  gev  (  qızımın  ərinə  diirəm  (Culfa))  kimi  istifadə  olunur.  Qədim  türk 

yazılı  abidələrinin  dilinə  nəzər  salsaq  bu  terminin  semantikasını  bu  cür  izah  etmək  olar.Belə  ki,  kü 



sözü  xəbər,  səs,ad,san,şöhrət  mənasında,  küdənsözü  qonaq  mənalarında  işlənmişdir.Bu  mənalara 

əsaslanaraq  belə  qənaətə  gəlmək  olar  ki,  abidələrin  dilində  küdəgü  kimi  verilən  kürəkən  sözü”  evə 

gəlib  sonradan  qohum-əqraba  arasında  məhşurlaşan  şəxs”anlamındadır.  Güdəgü  sözündə  cingiltili 

samitlərin ahəngi daha aydın nəzərə çarpır.  

Dildə  olan  arxaizmlərdə  bu  cür  semantik  ayrılmanın  səbəbini  çox  güman  ki,  dilin  fonetik 

qabığında müxtəlif hadisə və qanunların təzahür etməsi ilə əlaqələndirmək olar.  

 

 

GEOONOMASTİKA VƏ İNSAN COĞRAFİYASI PROBLEMİ 



 

Yedgar CƏFƏROV 

AMEA Nəsimi adına Dilçilikİnstitutu 



yedgar@yandex.ru 

AZƏRBAYCAN 



 

Dil, müəyyən  mənada, həm də təhtəlşüur hadisəsi olduğundan, hər hansı bir insanın danışarkən 

seçdiyi  sözlərlə  onun  düşüncəsinin  mənzərəsini  canlandırmaq  olar.  Bu  vasitə  insan  və  cəmiyyəti 

qarşılıqlı  əlaqədə,  həm  də  bir  tərəfdən  psixoloji,  digər  tərəfdən  isə  sosial  yöndən  öyrənməyə  imkan 

verir.  Yəni,  bir  psixoloq  bu  metodun  köməyi  ilə  konkret  fərdin  dünyagörüşünü,  mədəni  səviyyəsini, 

mühitin təsirlərinə münasibətini müəyyən edə bildiyi kimi, bir sosioloq da publik-mediatik dildə baş 

verən  yenilik  və  dəyişikliklərin  işığında  cəmiyyətdə  gedən  hansısa  proseslər  haqqında  müəyyən 

nəticələrə gələ bilər.  

İnsanların öz övladlarına qoyduqları adların statistik analizi, bu baxımdan, ictimai şüurun inkişaf 

meyllərinin  aydınlaşdırılmasından  ötrü  əsaslı  istiqamətlər  verir.  Ayrı-ayrı  fərdlərin,  ümumilikdə  isə 

toplumun  müxtəlif  məsələlərlə  bağlı  düşüncələrini,  münasibətini  müəyyən  etmək,  adətən,  çox  çətin 

olur  və  bundan  ötrü  böyük  tədqiqat  qurumları  fəaliyyət  göstərir.  Bu  məqsədlə  keçirilən  sorğular, 

cəmiyyətin mikromodelini yaratmaqla aparılan analizlər bir çox hallarda ictimai həyatda gedən latent 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

840



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

proseslərin  izlənməsi  üçün  kifayət  etmir.  Çünki  ünvanlanmış  sorğulara  fərdlərin  cavabları  sırf 

subyektivizm  məsələsidir  və  bu  cavablar  onların  əsl  münasibətini  əks  etdirməyə  də  bilər.  Amma 

övladlara qoyulan adlar insanlar üçün bir mənəvi dəyərdir və digər mental xüsusiyyətlər kimi onlar bu 

dəyərə münasibətdə də tam səmimidirlər. Bu baxımdan xüsusi adlar sosial informasiya daşıyıcılarıdır. 

Adların  xüsusi  məqsədlərlə  statistik  analizi,  adların  işlənmə  tezliyi  üzrə  müvafiq  nisbətlərin 

müəyyənləşdirilməsi bizə cəmiyyət haqqında maraqlı informasiyalar əldə etmək imkanı verir.  

Ad  sistemində  konkret  informasiyanın  assosiativ  işarəsinə  çevrilmiş  adlar  vardır.  Məsələn, 

Məhəmməd,  Fatimə,  Zəhra  və  s.  adlarında  İslam  dininin,  Əli,  Həsən,  Hüseyn  adlarında  İslamın  bir, 

Ömər, Osman adlarında digər bir təriqətinin, İsa, Məryəm adlarında xristianlığın, İsrail, Binyamin və 

s. adlarında iudaizmin, Yusif adında dinlərin qarşılıqlı əlaqəsinin ifadə olunduğu məlumdur. Əlbəttə, 

bütün  bu  adların  körpələrə  qoyulması  müəyyən  istisnalarda  sırf  təsadüf  də  ola  bilər.  Amma  əksər 

hallarda bu adlar seçilərkən, onların assosiativ mənaları da mütləq nəzərə alınır və beləliklə bu adların 

bölgələr üzrə artıb azalan nisbəti cəmiyyətdə gedən proseslərin təhlili üçün maraqlı material verir.  

Adlarda bəzən regionlar xüsusiyyətlər də əks olunur. Belə ki, konkret bir region üçün xarakterik 

olan adlar, soyadlar vardır və bu onomastik vahidlərə diqqət yetirməklə bu adı, yaxud soyadı daşıyan 

şəxsin regional mənsubiyyəti haqqında ilkin qənaət formalaşır.  

Azərbaycanda soyadların, regiondan asılı olmayaraq ümumi standart formantlar  əsasında müəy-

yənləşməsi  belə  bir  soyad  xəritəsinin  hazırlanmasına  imkan  verməsə  də,  bir  çox  ölkələrdə,  məsələn, 

Gürcüstanda  soyad  sonluqlarının  regional  xarakteri  maraqlı  proseslərin  izlənməsinə  şərait  yaradır. 

Gürcüstanda -dze, - şvili, - ani, - ia, - ua, -ava, - uli, - uri, - ti kimi onlarca belə soyad formantları var-

dır  ki,  bunlar  ayrı-ayrı  coğrafi  ərazilərə  mənsub  əhalini  digər  ərazilərin  adamlarından fərqləndirmək 

imkanı verir. Məsələn, Tiflisdə əhalinin 45 faizi -idze, Kaxetiyanın 90 faizi -işvili, Tuşetiyanın 76 faizi 

-idze, Svanetiyanın 84 faizi -ani, Mesxetanın 72 faizi -işvili formantlı soyad daşıyır. 

Əgər nəzərə alsaq ki, müstəqillik dövründə Azərbaycanda da oğlu, qızı, zadə, -lı

4

 formantlarından 



istifadəyə icazə verilmiş və vətəndaşlar arasında soyadların milliləşdirilməsinə meyl güclənmişdir, son 

illər üzrə soyadların dəyişməsi statistikasını izləməklə hansı regionun bu məsələdə daha fəallıq göstər-

diyinin və hansı formantın seçildiyinin müəyyənləşdirilməsi maraqlı nəticələrlə müşayiət edilə bilər.  

Şəxs  adları  və  soyadlarla  yanaşı,  coğrafi  adların  (toponimlər)  də  ərazidəki  mikrotoponimlər 

fonunda  statistik  analizi,  yer  adlarının  rəqəmli  məlumat  bazalarının  başqa  ölkələrdə,  xüsusilə  də 

türkdilli  ölkələrdə  mövcud  olan  analoji  məlumat  bazaları  ilə  çarpazlaşdırılması,  xalqların  hərəkət 

trayektoriyalarının müəyyənləşdirilməsi, indiyə qədər mübahisəli qalan bir çox tarixi həqiqətlərin üzə 

çıxarılması baxımından son dərəcə faydalıdır.  

Azərbaycan  ərazisindəki  adların  statistik  metodların  köməyi  ilə  öyrənilməsi  multikulturalizm 

ideyası baxımından da əhəmiyyətlidir. Çoxmillətli ölkə olan Azərbaycanda xüsusi adların müqayisəli 

şəkildə  analizi,  bu  sahədə  mədəniyyətlərin  bir-birinə  qarşılıqlı  təsirlərinin  üzə  çıxarılması,  inkişaf 

meyllərinin müəyyənləşdirilməsi multikulturalizm təşəbbüslərinə böyük töhfə verərdi.  

İnformasiya-kommunikasiya  texnologiyalarının  bu  cür  statistik  analizlərin  aparılmasına 

möcüzəvi  imkanlar  yaratdığı  müasir  dövrümüzdə  cəmiyyətin  idarə  olunmasında  adlardan  istifadə 

amilindən  irəli  gələrək  yeni  bir  elm  sahəsi  kimi  insan  coğrafiyasının  (human  geography)  dünyanın 

müxtəlif elm mərkəzləri üçün populyarlığı get-gedə artmaqdadır.  

İnsan coğrafiyası cəmiyyətləri, onların xarakterik xüsusiyyətlərini, fəaliyyətlərini, bu cəmiyyətə 

xas  ictimai  düşüncə  tərzini  onların  bağlı  olduqları  coğrafi  çevrə  ilə  əlaqəli  şəkildə  öyrənən  elmi 

istiqamətdir.  

Ərazinin tarixi-coğrafi xüsusiyyətləri ilə əhali tərkibi arasındakı münasibətlərin müəyyənləşdiril-

məsi,  məskunlaşmaların  bölgələr  üzrə  paylanmasına  təsir  göstərən  təbii  və  bəşəri  amillərin  üzə 

çıxarılması,  bu təsirlərin müasir dövrdə də izlənməsi zamanı onomastik vahidlər  maraqlı materiallar 

təqdim  etdiyindən  onomastikanın  çoxsaylı  terminləri  sırasında  son  illər  geoonomastika  termini  çox 

tez-tez  nəzərə  çarpmaqdadır.  Geoonomastikaya  müəyyən  ərazilərdə  xüsusi  adların  necə  törəməsi 

faktlarını sistemləşdirən bir elm sahəsi kimi yanaşa bilərik. Bura aşağıdakılar aid edilməlidir: 

-geoonomastika  -  xüsusi  adların  əmələ  gəlməsini  coğrafiya  ilə  əlaqəli  şəkildə  öyrənən  bir  elm 

sahəsi; 

-geoonomast,  geoonomastikian,  yaxud  geoonomatologist  –  xüsusi  adları  coğrafiya  ilə  əlaqəli 

şəkildə öyrənən şəxs; 

-geoonomastikon  -  bir  və  ya  daha  çox  ərazi  hüduduna  aid  xüsusi  adlar  siyahısının,  terminlərin 

toplandığı onomastik lüğət;  



Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə