Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə32/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   28   29   30   31   32   33   34   35   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

833



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

2.işin inkişafını göstərən: gəlmək (məsələn:davam edib gəlmək) 

3.işin hala çevrilməsini  göstərən: qalmaq (məsələn: donub qalmaq, yıxılıb qalmaq)   

4.işin tam icra olunmasını göstərən: qurtarmaq, çıxmaq, çatmaq (məsələn:işləyib qurtarmaq, içib 

qurtarmaq) 

5.işin icra olunmağa başlanmasını gğstərən : başlamaq (işləməyə başlamaq, getməyə başlamaq) 

Zərifə  Budaqova  birinci  tərəfi  feili  bağlama  ilə  ifadə  olunan  sintaktik  və  tərz  birləşmələri 

arasındakı oxşar və fərqli xüsusiyyətlərin elmi izahını vermişdir. Alim qeyd edir ki, birinci tərəfi feili 

bağlama  ilə  ifadə  olunan  sintaktik  birləşmələrin  tərəfləri  arasına  başqa  söz  daxil  olduqda  yenə  də 

tərəflər öz əvvəlki lüğəvi  və qrammatik mənalarını saxlayır. Belə birləşmələrdə feili bağlama inkarlıq 

kateqoriyası  üzrə  də  dəyişir.  Belə  birləşmənin  tərəfləri  cümlənin  ayrı-ayrı    üzvü  vəzifəsində  işlənir. 

Birinci  tərəfi  feili  bağlama  ilə  ifadə  olunan  lüğəvi  birləşmələr,  əsasən,  feili  bağlama  ilə  tam  lüğəvi 

mənaya malik feildən ibarət olur. Belə lüğəvi birləşmələrin  tərəfləri sərbəst olmur, tərəflər arasına söz 

daxil olduğu zaman onlar əvvəlki lüğəvi və qrammatik  mənalarını itirir. Həmçinin belə birləşmələrdə 

feili bağlama inkarda ola bilmir. Məsələn: qaynayıb-qarışmaq frazeoloji xarakterli sözün birinci tərəfi 

inkarlıq əlamətini qəbul etmir. Lüğəvi  birləşmələrin hər iki tərəfi  birlikdə cümlənin bir üzvü olur. 

Zərifə Budaqova tərz birləşmələrindən bəhs edərkən onların aşağıdakı xüsusiyyətlərini qeyd edir: 

1.əksər tərz birləşmələrinin tərəfləri arasına lüğəvi birləşmələrdə olduğu kimi, başqa söz daxil ola 

bilməz. Məsələn: baxa-baxa qalmaq, yana-yana qalmaq və s. Belə birləşmələrin tərəflərini bir-birindən 

ayırmaq mümkün deyil. 

2.tərz birləşmələrinin hər iki tərəfi birlikdə cümlənin bir üzvü vəzifəsində işlənir. 

Alim bunu da sübut edir ki, tərkibinə qurtarmaq, qaçmaq, çatmaq, yetirmək və başlamaq feilləri 

daxil olan birləşmələrdən başqa, qalan tərz birləşmələrinin ikinci tərəfi öz həqiqi mənasını itirir, yəni 

sözdüzəldici  bir  ünsürə  çevrilir.  Məsələn:  həll  olunub  gedəcəkdi  birləşməsinin  tərkibindəki  getmək 

feili öz müstəqil lüğəvi mənasını itirərək, tərz kateqoriyasına məxsus olan bu və ya digər mənanı ifadə 

edən qrammatik ünsürə çevrilmişdir. Getmək feili işin son həddini bildirir. 

Dilçi-alim durmaq, çırpınmaq, deyinmək, döyünmək, gəzinmək, söylənmək kimi feillərin qayıdış 

növ  şəkilçisini  qəbul  edərək  işin  davamlı  şəkildə  icra  olunduğunu  bildirdiyini  diqqətə  çatdırır.  İşin 

“inkişafını”  göstərən  tərzdən  söhbət  açarkən  getmək  köməkçi  feilinin  –ıb

4

//-yıb



4

  şəkilçili  feili 

bağlamalarla yanaşı gəlib, feili bağlamanın mənası ilə bağlı olaraq, aşağıdakı məna çalarlıqlarını ifadə 

etdiyini  bildirir.  Müəllif  getmək  köməkçi  feilinin  birləşmə  tərkibində  inkarda  işlənərkən  işin  eyni 

vəziyyətdə qalmasını bildirdiyini də diqqətə çatdırır. 

Zərifə  Budaqova  feilin  tərzlərinin  özünəməxsus  ifadə  üsuluna  malik  olduğunu  da  qeyd  edir.O, 

feilin  zaman  formalarında    öz  əksini  tapan  tərz  mənalarını  ayrıca  tərzlər  kimi  verməyi  doğru  hesab 

etmir. 


 

 

DİL VƏ DÜŞÜNCƏ MÜNASİBƏTLƏRİNDƏ "3D" MEXANİZMİ 

 

CeyhunəHÜSEYNOVA 

Sumqayıt Dövlət Universiteti 



ceyhune.huseyn@mail.ru 

AZƏRBAYCAN 



 

"İnsan və dil" linqvistik problemi dilçilik elmi qarşısında duran ən aktual və mürəkkəb məsələlər-

dəndir. Problemin əsasında "dil və düşüncə", "düşüncə və nitq","dil və nitq" kimi  məsələlər dayanır. 

Bu  problem  yalnız  linqvistik  deyil, eyni  zamanda  psixoloji  müddəalarla  əlaqələndirildiyindən  məsə-

ləyə hər iki elmin vəhdət təşkil etdiyi  əsaslarla aydınlıq gətirilməlidir. Bəzən dil və təfəkkür anlayışı 

yanlış olaraq "dil və düşüncə" problemi ilə eyniləşdirilmişdir. Lakin problemin daha dərin köklərinə 

vardığımızda təfəkkürün düşünmə prosesinin müəyyən bir sahəsini təşkil etdiyini söyləyə bilərik. 

Düşüncə-  real  varlığın  insan  beynində  inikasının  bütün  proseslərini  əhatə  etdiyi  halda  təfəkkür 

real varlığın anlayış, mühakimə və əqli nəticə formasında inikası prosesidir. 

Düşüncə  geniş  anlayış  olub  varlıq  və  ya  hadisənin  dərk  olunmasının  bütün  formalarını  özündə 

cəmləşdirən  mexanizm  kimi  öz  ifadəsini  dildə  tapır.  Hər  bir  fikrin  əsasında  dil  vasitələri  dayanır. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

834



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Danışarkən sözləri tələffüz edir, eşidirik, düşündüyümüzdə isə sözləri təsəvvür edirik. Beləcə hər bir 

düşüncənin varlığı sözlə, ifadə ilə mövcud olur. Bu mexanizmin formalaşmasında dilin xüsusi rolunu 

nəzərə alaraq dilsiz düşüncənin mövcud olmaması qənaətinə gəlirik. Hətta dünya dilçiliyində düşüncə 

və  dilin  sərhədlərinin  müəyyənləşməsində  Humbolt  və  Müller  kimi  dilçilərin  bu  anlayışları 

eyniləşdirmək, Sössür və Benvenistin isə düşüncə və dilin tamamilə fərqli anlayışlar olması kimi ikili 

fikirləri  formalaşmışdır.  Müasir  dilçilikdə  isə  bu  anlayışlar  bir-birilə  vəhdətdə  formalaşan,  biri 

digərinin mövcudluğunu labüd edən, bir sistemin fərqli tərfləri kimi fəaliyyət göstərən psixolinqvistik 

amillər  kimi  tədqiq  olunur.  Belə  olan  halda  dil  -  düşüncə  qarşılıqlı  münasibətini  "2  d"  formatlı 

mexanizm  kimi  qəbul  etsək,  o  zaman  prosesin  üçüncü  tərəfi  olan  duyğu  faktorunu  kölgədə  qoymuş 

oluruq.  

Digər canlılardan fərqli olaraq insanın ali xüsusiyyəti - düşünmək və düşünərək-danışma prosesi 

beyində  getdiyindən  problemi  psixoloji  aspektdən  araşdırmaq  mütləqdir.  Psixologiyada  idarəedici 

funksiya  daşıyan  beynin  düşünmək,  hiss  etmək  və  xatırlamaq  kimi  üç  funksiyası  göstərilir.Gənc 

psixoterapevt  Şəbnəm  Sadıqova  bu  anlayışlar  üzərində  analiz  apardıqdan  sonra  "3  d  formatlı" 

mexanizm ideyası irəli sürərək beynin funksiyasının düşüncə, duyğu və davranış kimi daim hərəkətdə 

olan  və  insanı  idarə  edən  sistemdən  ibarət  olduğunu  təsbit  etdi. Və,  beləliklə  hər  hansı  hadisə  və  ya 

əşyanın beynimizdəki inikası olan düşüncənin duyğu yaradaraq davranışımıza dəlalət etdiyini söyləyə 

bilərik.Əksər  hallarda  düşüncə,  duyğu  və  davranışın  sərhədlərinin  düzgün  müəyyənləşdirilməməsi 

fərqinə varmadan yanlış davranışa gətirib çıxarır. Ən böyük problem insanların düşüncələrini ifadə edə 

bilməməsidir.  Hər  hansı  bir  hadisənin  hansı  duyğu  yaratdığını  soruşduqda  əksər  hallarda  insanlar 

düşüncələrini  və  yaxud  əksinə  olaraq  düşüncələrini  soruşduqda  ya  duyğularını,  ya  da  davranışlarını 

ifadə  edərlər.  Bu  yanlışlıq  insanların  öz  düşüncələrinə  hakim  kəsilə  bilməməklərinə,  düşüncələrin 

onlarda  yaratdığı  duyğularının  təsiri  altında  meydana  gələn  davranışlarında  idarəetməni  itirmələrinə 

səbəb olar. Bəzən düşüncələrimizdə yanlışlıq ola bildiyindən sonradan peşman olacağımız davranışlar 

meydana  çıxar.  Biz  yaxın  dostumuzdan  borc  istədiyimizdə  onun  pul  verməkdən  imtina  etməsini 

düşüncəmizdən  asılı  olaraq  pozitiv  və  ya  neqativ  duyğularla  davranışımıza  yansıtmış  olacayıq. 

Dostumuzun  pul  verməkdən  imtina  etməsini  "var  idi,  bilərəkdən  ya  xəsisliyindən  vemədi"  kimi 

düşünsək, o zaman beynimizdə qəzəb, kin, nifrət, ədavət və.s kimi duyğular yaranacaq və biz otuz illik 

dostumuzla münasibətə son qoyacayıq.Yaxud əksinə "onun həqiqətən də pulu olmadığını, olsa mütləq 

verərdi"  fikrini  düşünsək  bizdə  əmələ  gələn  sədaqət,  inam,  mehribanlıq,  əminlik  kimi  duyğuların 

təsirilə  dostluq  münasibətlərini  davam  etdirəcəyik.  Davranışımızı  şərtləndirən  istər  zahiri,  istərsə  də 

daxili  nitq  məhsulu  olan  dil  duyğularımızın  davranışımıza  ötürülməsində  bir  vasitədir.  Beləliklə 

düşüncənin  ifadə  alətinin  dil  olmasını  nəzərə  alaraq  "3  d"  mexanizmini  "dil  və  düşüncə"  prosesinə 

tətbiq etsək, o zaman prosesin gölgədə qalmış "duyğu" amilini rahatlıqla görər və bu prosesin düşüncə

duyğu və dil kimi qarşılıqlı dinamik bir mexanizm olduğunu söyləyə bilərik. 

Duyğu indiki anda hiss üzvlərinə təsir edən əşya və hadisələrin ayrı-ayrı keyfiyyət və xassələrinin 

beyində inikasıdır. 

Deməli biz maddi aləmi düşüncəmizdə əks etdirir, duyğular vasitəsilə onun əlamətləri haqqında 

məlumat  alır  və  bu  məlumatlar  müxtəlif  dil  hadisələrində  əks  olunur.  Bu  prosesdə  dil  və  düşüncə 

münasibətlərində  özünü  göstərən  dialektik  əlaqə  dil  düşüncəsiz,  düşüncə  dilsiz  yarana  bilməz 

hökmünü  ortaya  qoyur.  Dil  və  düşüncə  asılılığı  fikrin  ifadəsi  üçün  lazımi  sözlərin  seçilərək  nitqdə 

təzahür  etməsinə  gətirib  çıxarır.  Beləliklə  düşüncəmizdən  doğan  duyğularımız  təfəkkür  süzgəcindən 

keçərək öz mənbəyini dildə tapan nitq aktında təzahür edir. Lakin varlığı nitqdə əks olunan dil ümumi 

olur,  nitq  isə  insan  təfəkküründən  asılı  olaraq  fərdi  xüsusiyyət  qazanır.  O  zaman  fərd  düşüncələrini 

götür-qoy  etməli,  duyğularının  fərqinə  varmalı  ki,  qüsursuz  nitq  aktını  həyata  keçirsin.  Düşüncə  və 

duyğularımızı idarə edə bilməsək də nitqimizdə təzahür edən dilimizi nizamlamaq imkanına malikik. 

Hər  hansı  hadisəyə  baxışımızdan  asılı  olaraq  pozitiv  və  ya  tamamilə  əksinə  olaraq  neqativ  duyğu 

yaranacaq və bu duyğu nitqimizdə də öz çalarını büruzə verəcək. Şüuraltından sızan gerçək duyğular, 

düşüncə  və  niyyətlər  dil  sürüşmələri  şəklində  ortaya  çıxacaq.  Nitqimizlə  ətrafımıza  hansı  mesajı 

veməyimizdən  asılı  olaraq  özümüz  haqqında  fikir  formalaşdırmış  olacaq  və  bizi  əhatə  edən  maddi 

aləmdən, dostlardan eyni emosiyaları qəbul edəcəyik.  



 

 


Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə