Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə78/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   74   75   76   77   78   79   80   81   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

923



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

daxilində  iki  samitin  yanaşı  işlənməsi  səciyyəvi  deyildir.  Yalnız  alınma  sözlərdə  eyni  morfem 

daxilində samit  birləşmələrinə rast  gəlmək  olar.  Fonem  birləşmələrində  kəskin məhdudiyyət  morfem 

başlanğıcı üçün daha səciyyəvidir. Məsələn, Azərbaycan dilində /nt/ (sonant+samit) kombinasiyasına 

morfem başlanğıcında rast gəlinmir. Lakin morfem sonunda belə birləşmələr mümkündür. 

Dilin  fonoloji  sistemi  fonem  və  qarşılaşmaların  sadəcə  yığını  deyil,  fonoloji  vahidlər  arasında 

müəyyən münasibətlər strukturudur və hər bir qarşılaşmanın təyin edilməsində onun üzvləri arasında 

münasibətlərin  tipini  müəyyən  etmək  zərurəti  yaranır.  Dilin  fonoloji  sisteminin  təsvirində,  fonem 

inventarının  müəyyənləşdirilməsində  tək  fonem  və  fonem  birləşmələrinin  öyrənilməsi  də  vacibdir. 

Monofonematik  kimi  yalnız  o  səs  birləşmələri  dəyərləndirilə  bilər  ki,  müəyyən  dildə  onların  tərkib 

hissələri iki hecaya ayrıla bilmir və onlar vahid artikulyasiya hərəkətilə yaranır.  

Dilin  fonem  inventarının  təyin  edilməsində  əsas  məsələ  səslərin  mono-  və  ya  bifonemliyi 

məsələsidir.  Səs  birləşməsinin  tərkib  hissələri  iki  hecaya  bölünmədikdə  ayrılıqda  götürülmüş  bir 

fonemin reallaşması kimi qiymətləndirilə bilər, məsələn, ispan dilində 14 fonetik diftonqun [ay], [aw], 

[ey],  [ew],  [oy],  [ow],  [ya],  [ye],  [yo],  [yu],  [wa],  [we],  [wi],  [wo]  olduğu  qeyd  edilir:  “aire,  causa, 

seis, reuma, sois, hacia, tierra, viuda, cuerda, cuita, menguó”. İspan dilində 14 diftonqdan 11 – i (bütün 

qalxan  diftonqlar  və  [aw],  [ew],  [ow])  bu  müddəanın  tələblərinə  cavab  verir,  yəni  onlar  ayrı-ayrı 

hecalara üzvlənmir. Digər enən diftonqlar: [ay], [ey], [oy] ayrı-ayrı hecalara bölünür, “rey  – re-yes”, 

“hoy – hoy es – tarde - [oyes-tar-de]”və s. Lakin hecalanma əksər fonemli dillərdə olduğu kimi, ispan 

dilində  də  avtonom,  ritmyaradıcı  funksiyanı  yerinə  yetirən  fonetik  xarakter  daşıdığından  bu  və  ya 

digər  səsin  birləşməsinin  fonoloji  dəyrələndirilməsinin  kriteriyası  ola  bilməz.  Madam  ki,  fonologiya 

ümumi fonetikanın funksional aspektidir, yəni həmin vahidlərin funksiyalarını öyrənir, fonemin əsas 

funksiyası isə morfemin, onun eksponentinin “tikinti materialı” kimi çıxış etməkdən ibarətdir, onda bu 

və  ya  digər  səsin  fonoloji  statusu  həmin  vahidin  yerinə  yetirdiyi  əsas  funksiyası  –  morfemləri 

formalaşdırmaq funksiyasına  əsaslanmalıdır. Bu və ya digər səs birləşməsinin yeganə meyarı onların 

arasından  morfoloji  sərhədin  keçib-keçməməsidir.  Başqa  sözlə,  fonoloji  seqmentasiya  morfoloji 

seqmentasiyadan  (üzvlənmədən)  asılıdır.  [ay],  [ey],  [oy]  diftonqlarının  daxilindən  heca  sərhədi 

keçdiyinə  görə  deyil,  morfoloji  cəhətdən  üzvləndiklərinə  görə  bifonem  birləşmələr  kimi 

dəyərləndirirlər.  Məsələn,  “baile  –  Ana  y  Pablo”,  “veinte  –  come  –  y  vete,  hoy  –  cielo  –  y  tierra”. 

Analoji  şəkildə  digər  enən  diftonqların  [aw],  [ew],  [ow]  bifonemliyini  sübut  etmək  olar,  məsələn: 

“causa – toma un t ”, “deuda - toma un t ”və s. 

Qalxan  diftonqların  fonoloji  statusunu  morfoloji  meyarla  nəzərdən  keçirməzdən  əvvəl,  həmin 

birləşmələrdən  birinin  –  yarımsait  və  ya  yarımsamitin  –  [j],  [i

 ],  [w],  [ṷ]  fonoloji  statusunu 

müəyyənləşdirmək  lazımdır.  Akustik  (və  ya  artikulyator)  baxımdan  yaxın  səs  eyni  bir  mövqedə 

işlənmirsə,  onda  onlar  eyni  bir  fonemin  kombinator  variantlarıdır.  İspan  dilində  [i],  [i

 ]  və  [j],  [y] 

səsləri  eyni  bir  fonetik  mövqedə  işlənmirlər.  İspan  dilində  diftonqların  “zəif”  komponenti  -  [ŷ],  [w] 

samit  təbiətinə  istinadən  onları  bifonem  birləşmələr  hesab  edirik.  Məsələn:  [ya]  piano  –  ¿Y  Ana 

viene?,  [ye]  «viejo  –  el  lápis  y  el  papel»;  [yo]  «canción–  gris  y  oscuro»;  [yu]  «ciudad  –  y  usted 

también»; [wa] «cuaderno – tu abanico»; [we] «fuente – tu edificio»; [wi] «cuidado  – tu Inés»; [wo] 

«antiguo  –  su  orario»  və  s.  Deməli,  ispan  dilindəki  diftonqların  daxilindən  morfem  sərhədi 

keçdiyindən onları bifonem birləşmələr adlandırmaq daha məqsədəuyğundur.  

 

 

ZAQATALA DİALEKTİNDƏ FEİLLƏRİN MÜXTƏLİF                          

ZAMAN FORMALARINDA AHƏNG QANUNU 

 

Sərxan HACIYEV 

Qafqaz Universiteti 



shaciyev@std.qu.edu.az 

AZƏRBAYCAN

 

 

Ahəng  qanunu  qədim  tarixə  malik  olan  qanundur.  Bu  qanun  hələ  qədim  yazılı  abidələrimizdə 



mövcud  olmaqla,  bu  gün  də  özünü  qoruyub  saxlamışdır.  Türk  dillərində  olduğu  kimi,  Azərbaycan 

dilində  də  morfoloji  quruluş  iltisaqi  olduğundan  ahəng  qanununun  vacibliyi  xüsusi  əhəmiyyət  kəsb 

edir.  Həm  söz  köklərində,  həm  də  söz  köklərinə  şəkilçilər  qoşulduqda  köklə  şəkilçi  münasibətində 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

924



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

ahəng qanunu mühüm rol oynayır. Ahəng qanunu dilimizdə ən möhkəm qanundur. Azərbaycan dilinin 

müxtəlif  şivələrində  bu  və ya  digər  şəkildə  ahəng  qanunun  pozulmasına  baxmayaraq,  ədəbi  dildə  bu 

qanun  müəyyən  dərəcədə  yaşayır  və  öz  hökmünü  saxlayır.  Dialekt  və  şivələrimizdə  ahəng  qanunu 

ədəbi  dilə  nisbətən  bir  o  qədər  möhkəm  deyildir.  Bir  çox  hallarda  dialekt  və  şivələrimizdə  ahəng 

qanunu  pozulur.  Bunlardan  maraq  doğuranlardan  biri  də  Zaqatala  dialektidir.  Bu  hal  özünü  feilin 

müxtəlif zaman formalarında və məsdər şəkilçilərində göstərir. Ədəbi dildə elə sözlər var ki, onlarda 

ahəng qanunu pozulmur ,amma, həmin sözlərin Zaqatala dialektindəki tələffüzündə bu halın əksi baş 

verir. Feilin məsdər şəkilçiləri Azərbaycan dilində -mək və -maq-dır. İncə saitli feillərin kökünə - mək 

şəkilçisini artıranda bu şəkilçi Zaqatala dialektində -max kimi təzahür edir. Məsələn, sürmək (sürmax), 

gəlmək  (gəlmax),  gülmək  (gülmax)  Göründüyü  kimi,  feilin  müxtəlif  formalarında  baş  verən 

pozulmaların çoxu I şəxs cəm şəkilçisində özünü göstərir . Verilən materiallara diqqət yetirsək görərik 

ki,  bunların  hamısında  (k  →  x),  (q  →  x)  ya  da  (y  →  ğ)  dəyişmələri  baş  veribdir.  Bilirik  ki,  x,  ğ 

samitləri  ağız  boşluğunun  arxasında  törənir,  elə  buna  görə  də  bunlardan  əvvəldə  gələn  sait  bu 

xüsusiyyətini  (arxa  xüsusiyyəti)  təsiri  altında  incə  saitdən  qalın  saitə  dəyişiir.  Misal  üçün:  veririk  ( 

verirıx), gedəcək (gedəcax) yemək ( yimax ) gülmək ( gülmax)Buradan belə qənaətə gəlmək olar ki, 

bu hal özünü daha çox feillərdə göstərir.Bu barədə Məmməd ağa Şirəliyev yazır: “Bu qrupa daxil olan 

dialekt  və  şivələrin  əksəriyyətində  ön  sıra  saiti  olan  sözlərə  arxa  sıra  saiti  olan  şəkilçilər  qoşulur. 

Bununla da ədəbi dildən fərqli olaraq dialektdə ahəng qanunu pozulur.” Feilin müxtəlif zamanlarından 

asılı olmayaraq bu sözlərdə ahəng qanunu pozulur. Buna feilin bütün zaman formalarında az və ya çox 

dərəcədə təsadüf olunur: 

İndiki zaman 

Gələcək zaman 

Keçmiş zaman 

 İndiki  zamanı  ifadə  etmək  üçün  dialekt  və  şivələrimizdə  bir  çox  şəkilçilər  işlənir  ki,  bunlara 

ədəbi dildə təsadüf edilmir. Bildiyimiz kimi, Azərbaycan dilində indiki zamanın şəkilçiləri –ir, -ır, -ur, 

və -ür - dür. Misal üçün: dərirəm, gedirəm. Bu şəkilçilərdən ancaq birinci şəkilçini feilin kökünə (incə 

saitli  köklərə)  artıranda  I  şəxs  cəm  formasında  Zaqatala  dialektində  ahəng  qanunu  pozulur:  (dərirıx) 

(gedirıx).  Məmməd  ağa  Şirəliyev  yazır:  “Zaqatala-Qax  şivəsində  indiki  zaman  –  iy  şəkilçisi  ilə  də 

ifadə edilir.Həmçinin,Zaqatala- Qax şivəsində bu şəkilçəyə ahəng qanunu tabe olaraq dörd variantda ( 

-iy, -ıy, -uy,- üy) rast gəlmək mümkündür.” Misal üçün: geliy, geliyk, geliysiniz.  

Belə  ki,  Azərbaycan  dilində  qəti-gələcək  zamanın  şəkilçiləri  -əcək  və  -acaq-dır.  Bu  zamanın 

şəkilçilərindən  sonra  sait  ilə  başlanan  şəkilçi  gəlsə,  k  samiti  y-ya,  q  samiti  isə  ğ-  ya,  ya  da  y-  ya 

dəyişər.  Misal  üçün:  gələcəyəm,  alacağam/  alacayam.  Bu  şəkilçilərdən  birinci  şəkilçini  (-əcək)  incə 

saitli feillərin kökünə artıranda I,  III şəxs tək və I şəxs cəm formalarında Zaqatala dialektində ahəng 

qanunu  pozulur.  Bu  zaman  şəkilçilərində  və  şəxs  sonluqlarında  da  özünü  göstərir.  (k  samiti  x-ya 

dəyişir): 

I şəxs tək: diyəcağam, biləcağam 

I şəxs cəm: gedəcəyıx, gedəciyıx 

III şəxs tək: gedəcax, verəcax, öpəcax, süpürəcax.  

Buradan  belə  qənaətə  gəlmək  olar  ki,  bu  hal  özünü  daha  çox  feillərdə  göstərir.  Feilin  müxtəlif 

zamanlarından asılı olmayaraq sözlərdə ahəng qanunu pozulur.  

 Nəqli  keçmiş  zaman  şəkilçiləri  dialekt  və  şivələrimizdə  ədəbi  dilə  nisbətən  zəngindir.  Ədəbi 

dildə  nəqli  keçmişi ifadə  etmək  üçün  –mış,-miş,  -muş,-müş  və  -ıb

4

  şəkilçiləri  işlənirsə,  nəqli  keçmiş 



şəxslər üzrə ahəng qanunundan asılı olaraq dialekt və şivələrimizdə dörd və ya ikivariantlı şəkilçilərlə 

ifadə  edilir.  Belə  ki,  bu  zamanda  incə  saitli  feillərin  I  şəxs  cəm  formasında  ahəng  qanunu  pozulur: 

görmüşux, vermişıx, yemişıx. Zaqatala dialektində nəqli keçmiş I şəxs cəm, II şəxs ( tək və cəm ), III 

şəxs ( tək və cəm ) -ıf,-if,-uf,-üf şəkilçiləri ilə ifadə olunur. Misal üçün: 

I şəxs cəm: işdəmişıx, gəlmişıx – (şəxs şəkilçisinin pozulması): ik-ıx. 

II şəxs tək: işdiyifsən, görüfsən 

II şəxs cəm: işdiyifsiniz,görüfsünüz 

III şəxs tək: işdiyif, görüf 

III şəxs cəm: işdiyiflər,görüflər 

Şühudi keçmiş zamanın şəkilçiləri Azərbaycan dilində -di,-dı,-du və -dü dür. Misal üçün: qaçdım, 

yazdım, baxdım. Bu şəkilçilərdən üçüncü yəni –dı,-du, və - dü şəkilçilərini feilin kökünə artıranda III 



Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə