20
10 il öncə başlanan yol
barədə məlumatlar alırlar.
Yeri gəlmişkən, maraqlı daha bir faktı da xüsusi qeyd edək ki, o zaman ölkədə
əslində bir idman qəzeti çıxırdı. İndi isə bu sahədə qəzetlər xeyli çoxalıb, onların
dəqiq sayını, ümumi tirajını müəyyən etmək belə, çətindir. Aydındır ki, od olma-
yan yerdən tüstü çıxmaz. Bu gün tam əminliklə demək olar ki, hazırda ölkədə ən
çox alınıb-oxunan idman qəzet-jurnallarıdır.
MOK-un yeni prezidenti açıq bildirirdi ki, istənilən halda, xüsusən də, azad
bazar iqtisadiyyatı şəraitində idmanın durumu, bütövlükdə bu sahəyə və ayrı-
lıqda hər bir idmançıya nə kimi iqtisadi-maliyyə dəstəyi verilməsindən, onun və
ailəsinin, başqa peşələrə nisbətən çox erkən başlayan idmandan sonrakı sabahı-
na necə təminat yaradılmasından asılıdır. Sovetlər birliyinin süqutu və respublika-
da hərtərəfli böhran hökm sürdüyü, iqtisadiyyatın az qala sıfır həddinə düşdüyü
ilk müstəqillik illərində məhz sözügedən səbəbdən ən yaxşı idmançılar dolanışıq
dalınca xaricə üz tutmalı olmuşdular. Ona görə, MOK prezidenti İlham Əliyev bu
məsələlərdə hər vasitə ilə, mümkün qədər tezliklə dönüş yaratmaq niyyətini və
iradəsini ortaya qoydu. Azərbaycan dövlətinin ümumi iqtisadi durumu yaxşılaş-
dıqca, bütün sahələr kimi idmanda da sürətli dönüşə nail olundu.
Hakimiyyətə qayıdışının lap əvvəlindən ulu öndər Heydər Əliyevin idmana,
idmançılara, bütövlükdə bu sahənin inkişafına böyük qayğısı göz qabağında
idi; çatışmayan, sahənin özündən, onun başçılarından gəlməli təşəbbüs və
təkliflərin verilməsində çətin ki, kimsə İlham Əliyevlə bəhsləşə bilərdi. O, birinci
növbədə qarşısına qoyduğu məqsədlər-vəzifələr sırasında xaricdəki istedadlı,
ölkənin adına şərəf gətirəcək idmançıların Vətənə qayıdışına nail olmağı, burada
da onların iqtisadi cəhətdən həvəsləndirilməsi, onlar üçün layiq olduqları maddi,
Prezident İlham Əliyev Ağdaş şəhərində
stadionun açılışına toplaşanları salamlayır
21
məişət və əlbəttə, idman uğurlarını davam etdirib artıra bilmələrinə münasib
təlim-məşq şəraiti yaradılmasının həlledici amil olduğunu yaxşı bilirdi. Qabiliyyətli
idmançıların, hakimlərin, mütəxəssislərin, təminatı ilə bərabər, mənəvi cəhətdən
də həvəsləndirilməsi, onlara fəxri adlar, Prezident təqaüdləri verilməsi - bütün
bunlar külli miqdarda maliyyə xərcləri tələb etməklə yanaşı, olduqca böyük
diqqət, çoxlu vaxt, hədsiz enerji - qüvvə, maksimum səy istəyirdi. MOK preziden-
ti imkanlarını, gücünü-enerjisini əsirgəmədi. Bunu başqalarından da tələb edirdi.
Onun Sidney olimpiadasından bircə il keçmiş, ciddi şəkildə işlətdiyi bir ifadə bu
baxımdan - idmançılar üçün bir həftənin, bircə günün də itirilməməli olması
mənasında, ölkənin idman ictimaiyyəti arasında az qala gündəlik iş devizinə çev-
rildi: “Növbəti Olimpiya Oyunlarına cəmi 3 (!) il qalır”. İlham Əliyev bu sahədəki
fəaliyyətinin lap əvvəllərində dəfələrlə və israrla vurğulayırdı ki, ölkədə idman
hərəkatının, ümumən idmanın müvəffəqiyyətli inkişafı üçün iqtisadi-sosial amillərlə
bərabər, daha bir neçə bazis şərtə önəm verəcəkdir. Bunlar uşaq və yeniyetmə
idmanının, idmanın kütləviliyinin diqqət mərkəzinə çəkilməsi, mövcud olan idman
qurğularında bərpa-yenidənqurma işləri aparılması və çağdaş dünya tələblərinə
uyğun yenilərinin tikilməsi, bir də deyilənlərdən heç də az əhəmiyyətli olmayan
- beynəlxalq olimpiya və idman qurumları ilə sıx əlaqələr qurulması, getdikcə ar-
tan əməkdaşlıqdır. Qeyd etdiyimiz başqa məsələ və problemlər kimi, bu sonun-
culara dair də ayrıca proqramlar hazırlanıb, bənd-bənd, addım-addım həyata
keçirilməyə başlandı. Onlar haqqında bir qədər sonra ətraflı danışılacaq. Burada
isə qısa və ümumi qeydlərlə kifayətlənirik.
Cəmi bir neçə il ərzində uşaq və yeniyetmə idmanı, demək olar, yenidən
təşkil edilərək kütləviləşdirildi. Ayrı-ayrılıqda respublika uşaq və yeniyetmə oyunları
keçirilməsi ənənəyə çevrildi, bunlar müvafiq beynəlxalq yarışlarla əlaqələndirildi,
hər birində Azərbaycan fərəhli qələbə və nəticələr qazandı.
Əvvəlki idman qurğularının təmiri və yenidən qurulması, təzə idman qurğuları-
nın inşası, onların müasir avadanlıqla təchiz edilməsi ilə yanaşı, vur-tut 3-4 il ərzində
paytaxtımızla yanaşı, ölkənin əksər bölgələrində də dünya standartlarına uyğun,
MOK prezidenti İlham Əliyev
Bakı Olimpiya İdman Kompleksinin
açılış mərasimində
10 il öncə başlanan yol...