27
Milli Olimpiya Komitəsinə prezident seçildiyi ilk günlərdən İlham Əliyev bütün
ehtiyatları səfərbər edib düzgün istiqamətə yönəltmək, ölkə idman qurumları ara-
sında sıx əməkdaşlıq yaratmaq, onların vahid proqram əsasında Azərbaycanda
bu sahənin tərəqqisinə xidmət etməsi yönündə işə girişmişdi. Məhz bunlar ölkə
idmanının, Olimpiya hərəkatının beynəlxalq miqyasda nüfuz qazanmasına real
imkanlar açdı.
İdmançılarla şəxsi görüşlər, tanışlıqlar, problemləri ilə gündəlik, əməli məşğul
olmaq, onların yüksək məqsədlər uğrunda mübarizə əzmini artırır, onları hər bir
yarışa daha məsuliyyətlə hazırlaşmağa kökləyirdi.
MOK-un yeni prezidenti ilk görüşünü ölkəmizin tanınmış idmançıları ilə, 1997-ci
il sentyabrın 25-də Gənclər və İdman Nazirliyində keçirdi. Azərbaycanı beynəlxalq
yarışlarda şərəflə təmsil etdiklərinə görə idmançılara minnətdarlığını bildirərək,
çox keçmədən onlara hər cür şərait yaradılacağını bəyan etdi. Bunun ardınca,
bütün federasiya prezidentlərinin iştirakı ilə toplantı keçirildi.
Cəmi 3 ay sonra - dekabrın 25-də idmançılarla yeni görüşü zamanı isə il
ərzində fərqlənənləri mükafatlandırmaq, onların mənzil təminatını yaxşılaşdırmaq
ənənəsinin əsasını qoydu. MOK-un yeni prezidentinin qayğısından ilk bəhrələnən
ağır atletika üzrə dünya çempionatının gümüş mükafatçısı Asif Məlikov və sərbəst
güləş üzrə Avropa ikincisi Namiq Abdullayev oldu.
Beləliklə, idmançıları qəbul edib, problemlərini dinlədikdən sonra funksionerlərlə
görüşməklə hər bir məsələni kökündən öyrənib həll etmək istiqaməti əsas fəaliyyət
mexanizminə çevrildi.
1998-ci ildə idmançılarla, mütəxəssis və federasiya rəhbərləri ilə bir neçə dəfə
görüşən İlham Əliyev qarşıda duran problemlərin həlli, MOK-un dövlətlə və mil-
li federasiyalarla fəal işbirliyini yaratmaq yönündə bir sıra əməli addımlar atdı.
İcraiyyə komitəsinin dekabrın 26-dakı iclasında idmançılar ilin yekunlarına görə
mükafatlandırıldı. MOK rəhbəri ilin ən yaxşı idmançısı, stend atıcılığı üzrə dün-
ya kubokunun qalibi, dünya rekordçusu Zemfira Meftəhəddinovaya və Namiq
Abdullayevə avtomobil, Zemfiranın məşqçisi Hafiz Cəfərova və Olimpiya çempi-
onu Nazim Hüseynovun məşqçisi Ağayar Axundzadəyə yeni mənzillərin açarlarını
Qusar Olimpiya İdman Mərkəzinin
təməlqoyma mərasimində iştirak edən
prezident İlham Əliyevi rayon sakinləri
sevinclə qarşılayırlar
İdmançıların ən yaxın dostu
29
Tez-tez idmançılarla, onların məşqçiləri və federasiya rəhbərləri ilə görüşən,
problemləri ilə maraqlanan, hər bir məsələnin vaxtında həllinə çalışan MOK pre-
zidenti İlham Əliyev beləliklə, hər bir idmançının ən yaxın dostuna, himayədarına
çevrildi. Ötən illər ərzində beynəlxalq yarışlardan, dünya və qitə çempionatla-
rından uğurla dönən idmançıları qəbul edib mükafatlandıran İlham Əliyevin,
MOK İcraiyyə Komitəsinin hər ilin sonunda keçirilən iclasında onlarla idmançıya,
mütəxəssisə yeni mənzil orderləri təqdim etməsi artıq ənənə halını alıb.
MOK İK-in 2003-cü ildə keçirilən prezident seçkilərindən iki gün öncəki icla-
sında onun: “Əgər oktyabrın 15-də Azərbaycan xalqı mənə etimad göstərərsə,
yenə də idmandan ayrılmayacağam. Əgər idmançılar tərəfindən razılıq olarsa,
mən bundan sonra da bu vəzifəmi saxlayacağam” deməsi, idman ictimaiyyətinin
böyük sevincinə səbəb oldu. Çünki çoxları İlham Əliyevin dövlət başçısı seçiləcəyi
təqdirdə MOK prezidentliyindən imtina edəcəyini düşünürdü. Amma idmandan,
idmançılardan ayrı qalmağı düşünmədiyini bəyan edən İlham Əliyev bununla ha-
mının nigarançılığına son qoymuş oldu.
Həmin iclasdakı çıxışında ölkəmizdə idmanın inkişaf tempindən razı qaldığını
vurğulayan İ.Əliyev deyirdi: “Hazırda ölkəmizdə olimpiya hərəkatı geniş vüsətlə
inkişaf edir. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları medal-
ların sayı ildən-ilə artır. 1997-ci ildən bu günə qədər bütün beynəlxalq yarışlarda -
dünya, Avropa çempionatlarında, olimpiya oyunlarında, rəsmi yarışlarda mindən
çox medal qazanılmışdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan idmanı inkişaf
edir, respublikamız dünyanın aparıcı idman ölkəsinə çevrilir. Bunu nəinki biz deyi-
rik, bütün beynəlxalq idman qurumları nailiyyətlərimizi təsdiqləyir”.
İdmançılarımızın 2004-cü il Yay Olimpiya Oyunlarına səmərəli hazırlığına şərait
yaradılması üçün böyük işlər görən MOK prezidenti İlham Əliyev artıq həm də
dövlət rəhbəri kimi onların problemlərini vaxtında həll etməklə, əslində, Afina
uğurlarının əsasını yaratdı. Avqustun 4-də Zuğulbadakı “Gənclik” Beynəlxalq Tu-
rizm Mərkəzində, XXVIII Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan id-
mançılarının yolasalma mərasimində o, məhz bunlardan geniş danışmaqla, öz
növbəsində, olimpiyaçılarımızın da xalqımızı, vətənimizi sevindirməli olduqlarını
Otüstü hokkeyçilərin xatirə hədiyyəsini
yığma komandanın kapitanı
Zeynəb Nuriyeva MOK prezidentinə
təqdim edir
İdmançıların ən yaxın dostu