Cover press ucun



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə5/62
tarix21.06.2018
ölçüsü4,8 Kb.
#50741
1   2   3   4   5   6   7   8   9   ...   62


İdmançıların ən 
yaxın dostu
Azərbaycan idmançıları müxtəlif beynəlxalq 
yarışlarda - Avropa və dünya çempionatlarında, 
Olimpiya oyunlarında qələbələr qazanırlar, ölkəmizi 
ləyaqətlə təmsil edirlər və Azərbaycanı güclü id-
man dövlətinə çeviriblər.
İlham Əliyev



27
Milli Olimpiya Komitəsinə prezident seçildiyi ilk günlərdən İlham Əliyev bütün 
ehtiyatları səfərbər edib düzgün istiqamətə yönəltmək, ölkə idman qurumları ara-
sında sıx əməkdaşlıq yaratmaq, onların vahid proqram əsasında Azərbaycanda 
bu sahənin tərəqqisinə xidmət etməsi yönündə işə girişmişdi. Məhz bunlar ölkə 
idmanının,  Olimpiya  hərəkatının  beynəlxalq  miqyasda  nüfuz  qazanmasına  real 
imkanlar açdı.
İdmançılarla şəxsi görüşlər, tanışlıqlar, problemləri ilə gündəlik, əməli məşğul 
olmaq, onların yüksək məqsədlər uğrunda mübarizə əzmini artırır, onları hər bir 
yarışa daha məsuliyyətlə hazırlaşmağa kökləyirdi.
MOK-un yeni prezidenti ilk görüşünü ölkəmizin tanınmış idmançıları ilə, 1997-ci 
il sentyabrın 25-də Gənclər və İdman Nazirliyində keçirdi. Azərbaycanı beynəlxalq 
yarışlarda  şərəflə  təmsil  etdiklərinə  görə  idmançılara  minnətdarlığını  bildirərək, 
çox keçmədən onlara hər cür şərait yaradılacağını bəyan etdi. Bunun ardınca, 
bütün federasiya prezidentlərinin iştirakı ilə toplantı keçirildi.
Cəmi  3  ay  sonra  -  dekabrın  25-də  idmançılarla  yeni  görüşü  zamanı  isə  il 
ərzində fərqlənənləri mükafatlandırmaq, onların mənzil təminatını yaxşılaşdırmaq 
ənənəsinin əsasını qoydu. MOK-un yeni prezidentinin qayğısından ilk bəhrələnən 
ağır atletika üzrə dünya çempionatının gümüş mükafatçısı Asif Məlikov və sərbəst 
güləş üzrə Avropa ikincisi Namiq Abdullayev oldu.
Beləliklə, idmançıları qəbul edib, problemlərini dinlədikdən sonra funksionerlərlə 
görüşməklə hər bir məsələni kökündən öyrənib həll etmək istiqaməti əsas fəaliyyət 
mexanizminə çevrildi.
1998-ci ildə idmançılarla, mütəxəssis və federasiya rəhbərləri ilə bir neçə dəfə 
görüşən İlham Əliyev qarşıda duran problemlərin həlli, MOK-un dövlətlə və mil-
li  federasiyalarla  fəal  işbirliyini  yaratmaq  yönündə  bir  sıra  əməli  addımlar  atdı. 
İcraiyyə  komitəsinin  dekabrın  26-dakı  iclasında  idmançılar  ilin  yekunlarına  görə 
mükafatlandırıldı.  MOK  rəhbəri  ilin  ən  yaxşı  idmançısı,  stend  atıcılığı  üzrə  dün-
ya kubokunun qalibi, dünya rekordçusu Zemfira Meftəhəddinovaya və Namiq 
Abdullayevə avtomobil, Zemfiranın məşqçisi Hafiz Cəfərova və Olimpiya çempi-
onu Nazim Hüseynovun məşqçisi Ağayar Axundzadəyə yeni mənzillərin açarlarını 
Qusar Olimpiya İdman Mərkəzinin 
təməlqoyma mərasimində iştirak edən 
prezident İlham Əliyevi rayon sakinləri 
sevinclə qarşılayırlar 
İdmançıların ən yaxın dostu


28
10 il öncə başlanan yol
təqdim etdi. Və həmin vaxtdan da MOK perspektivli idmançılara xüsusi təqaüdlər 
verməyə başladı.
1999-cu  ildə  əsas  diqqət  Sidney  Olimpiadasına  lisenziyalar  qazanılmasına 
yönəldildi. İdmançıların hazırlığı, Milli Olimpiya Komitəsi ilə Gənclər və İdman Na-
zirliyinin birgə planına uyğun olaraq, federasiyalarla qarşılıqlı əməkdaşlıq şəraitində 
həyata keçirilirdi. Lisenziya qazanan və bu sahədə perspektivli sayılan idmançılar 
MOK prezidentinin təşəbbüsü ilə olimpiya təqaüdü ilə təmin olunurdular.
İlham Əliyevin MOK rəhbəri kimi fəaliyyəti 2000-ci ildə - Sidney Yay Olimpiya 
Oyunlarında öz parlaq əksini tapdı. İdmançılarımızdan Zemfira Meftəhəddinova və 
Namiq Abdullayev olimpiya zirvəsinə yüksəldilər, gənc boksçu Vüqar Ələkbərov 
bürünc  medal  qazandı.  Sidneydən  qalib  kimi  dönən  Azərbaycan  olimpiya  ko-
mandasının üzvləri Vətəndə qəhrəman kimi qarşılandılar. Qaliblərin bu uğurları 
yüksək qiymətləndirilərək həm idmançılar, həm də məşqçiləri mükafatlandırıldı. 
Oktyabrın  18-də  Prezident  sarayında  olimpiyaçıları  qəbul  edən  dövlət  başçısı 
Heydər Əliyev təkcə medalla qayıdanlara deyil, Sidneydə Azərbaycanın şərəfini 
qorumuş bütün idmançılara müxtəlif pul mükafatları təqdim etdi. Olimpiya çem-
pionları Namiqlə Zemfira və onların məşqçiləri “Şöhrət” ordeni, Vüqar Ələkbərov 
və məşqçisi “Tərəqqi” medalları ilə təltif olundular.
Oktyabrın 29-da isə Milli Olimpiya Komitəsi Bakı Əyləncə Mərkəzində idman-
çıların şərəfinə ziyafət təşkil edərək onların hər birini mükafatlandırdı. Tədbirdə 
çıxış  edən  MOK  prezidenti  İlham  Əliyev  qeyd  etdi  ki,  idmançılarımız  Sidneydə 
əldə etdikləri qələbə ilə müstəqilliyimizi daha da möhkəmləndirdilər, bütün dün-
yaya Azərbaycan idmançılarının, Azərbaycan vətəndaşlarının nəyə qadir olduq-
larını sübut etdilər. Sidneydə Azərbaycanın bayrağı qalxdı, Azərbaycanın dövlət 
himni səsləndi. MOK prezidenti çıxışını bu sözlərlə tamamladı: “Siz, əziz idmançılar, 
çempionlar,  hesab  edirəm  ki,  gənc  nəsil  üçün,  uşaqlar  üçün  örnək  olmalısınız. 
Onlar sizin qələbələrinizə baxıb idman bölmələrinə gəlməlidirlər. Mən Sidneydə 
yaşadığım o qələbəni, xoşbəxt anları bir daha yaşamaq istəyirəm. Hesab edirəm 
ki, siz də bunu istəyirsiniz. Əminəm ki, belə də olacaq. 2004-cü ildə Afina olimpi-
adasında da Azərbaycan böyük uğurlar əldə edəcək.”
Prezident İlham Əliyev 
uşaq şahmatçılarla 


29
Tez-tez idmançılarla, onların məşqçiləri və federasiya rəhbərləri ilə görüşən, 
problemləri ilə maraqlanan, hər bir məsələnin vaxtında həllinə çalışan MOK pre-
zidenti İlham Əliyev beləliklə, hər bir idmançının ən yaxın dostuna, himayədarına 
çevrildi.  Ötən  illər  ərzində  beynəlxalq  yarışlardan,  dünya  və  qitə  çempionatla-
rından  uğurla  dönən  idmançıları  qəbul  edib  mükafatlandıran  İlham  Əliyevin, 
MOK İcraiyyə Komitəsinin hər ilin sonunda keçirilən iclasında onlarla idmançıya, 
mütəxəssisə yeni mənzil orderləri təqdim etməsi artıq ənənə halını alıb.
MOK İK-in 2003-cü ildə keçirilən prezident seçkilərindən iki gün öncəki icla-
sında onun: “Əgər oktyabrın 15-də Azərbaycan xalqı mənə etimad göstərərsə, 
yenə  də  idmandan  ayrılmayacağam.  Əgər  idmançılar  tərəfindən  razılıq  olarsa, 
mən bundan sonra da bu vəzifəmi saxlayacağam” deməsi, idman ictimaiyyətinin 
böyük sevincinə səbəb oldu. Çünki çoxları İlham Əliyevin dövlət başçısı seçiləcəyi 
təqdirdə MOK prezidentliyindən imtina edəcəyini düşünürdü. Amma idmandan, 
idmançılardan ayrı qalmağı düşünmədiyini bəyan edən İlham Əliyev bununla ha-
mının nigarançılığına son qoymuş oldu.
Həmin iclasdakı çıxışında ölkəmizdə idmanın inkişaf tempindən razı qaldığını 
vurğulayan İ.Əliyev deyirdi: “Hazırda ölkəmizdə olimpiya hərəkatı geniş vüsətlə 
inkişaf edir. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları medal-
ların sayı ildən-ilə artır. 1997-ci ildən bu günə qədər bütün beynəlxalq yarışlarda - 
dünya, Avropa çempionatlarında, olimpiya oyunlarında, rəsmi yarışlarda mindən 
çox medal qazanılmışdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan idmanı inkişaf 
edir, respublikamız dünyanın aparıcı idman ölkəsinə çevrilir. Bunu nəinki biz deyi-
rik, bütün beynəlxalq idman qurumları nailiyyətlərimizi təsdiqləyir”.
İdmançılarımızın 2004-cü il Yay Olimpiya Oyunlarına səmərəli hazırlığına şərait 
yaradılması üçün böyük işlər görən MOK prezidenti İlham Əliyev artıq həm də 
dövlət  rəhbəri  kimi  onların  problemlərini  vaxtında  həll  etməklə,  əslində,  Afina 
uğurlarının əsasını yaratdı. Avqustun 4-də Zuğulbadakı “Gənclik” Beynəlxalq Tu-
rizm Mərkəzində, XXVIII Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan id-
mançılarının  yolasalma  mərasimində  o,  məhz  bunlardan  geniş  danışmaqla,  öz 
növbəsində,  olimpiyaçılarımızın  da  xalqımızı,  vətənimizi  sevindirməli  olduqlarını 
Otüstü hokkeyçilərin xatirə hədiyyəsini 
yığma komandanın kapitanı 
Zeynəb Nuriyeva MOK prezidentinə 
təqdim edir
İdmançıların ən yaxın dostu


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə