15
məğlub olmamaq üçün tarix bizə olduqca az vaxt imkanı verib: Bu imkandan
maksimum sürət və səfərbərliklə yararlanmasaq, çox şey itirə bilərik. Deməli,
burada kiçikli-böyüklü hər vasitədən, amma öz milli ləyaqətimizə uyğun istifadə
etməklə, birinci növbədə, düşmən təbliğatının yüzillərdən bəri düzüb-qoşduğu
saxta, əsli olmayan “həqiqət”lərini bir neçə il ərzində alt-üst etməli, özümüzü, kim-
liyimizi dünyaya göstərməliyik. Məhz burada, ən azı bu işin başlanğıcında idmanın,
beynəlxalq aləmdə idman uğurlarının rolu əvəzsizdir. Əlbəttə, dövlət quruculuğu,
iqtisadi-hərbi, sosial quruculuqla paralel və eyni zamanda onlara arxalanmaqla.
Heydər Əliyevin böyük siyasətçi olduğunu, zənnimizcə, indi daha qatı
opponentləri də inkar etməzlər. Peşəkar siyasətçi-yazarların dili ilə desək, naşı
publisist deyildi ki, bütün ürəyindəkiləri açıb qoysun ortalığa. Axı, onun dediklərini
xarici dost-düşmənlər diqqətlə izləyirdilər. Bu səbəbdən o, çox vaxt daxi-
li auditoriyaya məsələni, məqsədi qısa bir eyhamla, atmaca ilə çatdırırdı. Başa
düşən düşür, düşməyən isə - o deyimin gizli mənasını nəticə ortaya çıxanda
anlayırdı. Ulu öndərin 2000-ci ilin 18 oktyabrında, Sidney qaliblərini qəbul edib
mükafatlandırarkən işlətdiyi və bizim epiqraf yerində verdiyimiz o bircə cümlədə
olduğu kimi...
Tarixi keçmişə qısa bir nəzər
və ya ön söz əvəzi
18
10 il öncə başlanan yol
Beləliklə, idman sahəsində məqsəd və vəzifələr ümumi şəkildə aydınlaşdı. Bəs
bunları kimlər, hansı qurumlar həyata keçirməli idi? Onların biri, həm də birincisi
artıq fəaliyyətdəydi. Lakin bu, kifayət etmirdi. İkincisi də olmalı idi və prezident
onu da yaratdı. 1994-cü il 26 iyul fərmanı ilə Azərbaycan Gənclər və İdman Na-
zirliyi formalaşdırıldı. Bununla bağlı tək onu qeyd etməklə kifayətlənək ki, belə
bir nazirliyi yaradıb düzgün istiqamətləndirməklə, Heydər Əliyev bir gedişlə iki
məsələnin həllinə yol açdı. İdman işlərinin həllində lazım olan ikinci təşkilatın si-
masında bundan daha böyük, daha önəmli, həm də daha mürəkkəb və keçid
dövrü üçün həyati vacib bir işi görməli (pərakəndə gənc qüvvələri vahid ümumi
məqsədlər ətrafında birləşdirməli, onları epoxal, ümumdövlət əhəmiyyətli strateji
vəzifələrin həllinə yönəltməli) qurumun əsasını qoymuş oldu.
İndi qayıdaq, Milli Olimpiya Komitəsinə. Beynəlxalq miqyasda böyük nüfuz,
imkan və söz sahibi olan olimpiya təşkilatının Azərbaycandakı milli qurumu o vaxt
çox gənc idi; MOK-un yaranışı, demək olar, respublikamızın müstəqillik qazanması
ilə eyni vaxta təsadüf edirdi. Lakin Komitənin təsis edildiyi tarixindən daha çox,
1997-ci ildən başladığı
yol diqqəti cəlb edir, yaddaşlara yazılır.
Həmin il iyulun 31-də qurumun İcraiyyə Komitəsi nizamnaməyə uyğun ola-
raq, səsvermə yolu ilə Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti
İlham Əliyevi özünə prezident seçdi. Qeyd edək ki, idman ictimaiyyətinin bu
təşəbbüsünə və seçkidən bir neçə gün öncə edilmiş təklifə İlham Əliyev məhz
həmin gün müsbət cavab verdi. Və açığı, bu razılıq əksəriyyət üçün əməlli-başlı
sensasiya oldu. Əvvəla, o mənada ki, ARDNŞ vitse-prezidenti nəyə görə MOK
prezidentliyi təklifinə - onun bacarıq və imkanları ilə müqayisədə çox da diqqət
çəkməyən, o vaxtkı durumunda isə hətta ümumi diqqətdən kənar təsiri oyadan
Bakı Olimpiya İdman Kompleksinin açılış
mərasimində prezident Heydər Əliyevə
kompleksin rəmzi açarı təqdim edilir
19
bu məsuliyyəti daşımağa razı oldu? Az keçmiş, səbəb (qismən) və vəziyyət ay-
dınlaşdı. İlham Əliyev lap uşaqlıqdan idmana böyük həvəs göstərib. Uşaq fut-
bolunda, voleybolda, bunlardan da artıq - üzgüçülükdə böyük məharət sahibi
olub. Hətta 1974-cü ildə o vaxtkı ADR-də (onda bu dövlət dünyada su idmanının
liderlərindən idi) uşaqlar arasında keçirilən üzgüçülük yarışlarının qalibi olub, qızıl
medala layiq görülüb. Ümumiyyətlə, Azərbaycanın dönməz fanatı, onun gələcək
böyük qələbələrinin coşğun xəyalpərvəri olub. İndinin özündə də vaxt tapanda
üzgüçülüklə məşğul olur.
Başqa bir səbəb olimpiya növlərinin, olimpiya mükafatlarının digər idman
növlərinə nisbətən daha qiymətli, önəmli tutulması ola bilərdi. Yəni mərhum Con
Kennedinin epiqraf kimi verdiyimiz fikrində də aşkar “oxunan” və elə ümumən
də dünya ictimai fikrində - düşüncəsində bu sahənin “idmanın şahı” sayılmasıdır.
Əlbəttə, bir də belə bir şöhrətli, ölkəyə yüksək imic qazandıra biləcək cəhətin
Azərbaycanda ağır durumda olması İlham Əliyevi narahat etməyə bilməzdi.
Lakin gələcək dövlət başçısı MOK prezidentliyinə dəvəti tək deyilənlərə görə
qəbul etməyib: hadisələrin sonrakı gedişi göstərdi ki, burada daha ciddi, sanballı,
nisbətən uzaq və çoxgedişli səbəb və məqsədlər də yer alıb. Yəqin, diqqətli oxu-
cunun yadında olar ki, on il əvvəlki həmin təklifin göndərilməsi ilə İlham Əliyevin
müsbət cavabının arası bir neçə gün çəkmişdi. Düşünüb, götür-qoy etmiş, özünün
Azərbaycan idmanına verə biləcəyi töhfələrlə bərabər, MOK prezidentliyi digər
ciddi şəxsi və ictimai-siyasi məqsədlərə nə dərəcədə uyuşa bilər? Bu sahədəki
gələcək şəksiz uğurlar digər mümkün variantlarla müqayisədə necə ölçülə bilər?
Və bu analitik hesablamaların nəticəsi göstərir ki, bu seçimdə həm MOK, həm də
bütövlükdə Azərbaycan idmanı çox şeyə nail olub.
Bəli, İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Elə ilk günlər,
anlar sübut etdi ki, bu seçimdə nə MOK səhv edib, nə də onun yeni prezi-
denti. Xüsusən, MOK-un, idmanımızın bu işdə daha çox qazandığı tezliklə aydın
oldu. Gözlənildiyi kimi, yeni prezident fəaliyyətə coşğun enerji və işə bələdliklə,
mövcud durumu maksimum düzgün qiymətləndirməklə, idmanımızı dirçəltməyin
yol və vasitələrini dəqiq müəyyən edib, imkan daxilində bunları dərhal hərəkətə
gətirməklə başladı. İdmançılarla, idman mütəxəssisləri ilə dalbadal, kollektiv və
fərdi görüşüb, söhbətləşib, fikir mübadiləsi apardı. Həm də ilk görüşdəki çıxı-
şındaca ortaya əməli plan və proqram qoydu. Bildirdi ki, idmanımızın sovetlər
dağıldıqdan sonrakı geriləməsinin əsas səbəbi - sahibsizlik, iqtisadi-maliyyə imkan-
sızlığı, maddi təminatın və lazımi maddi-texniki bazanın olmamasıdır. Bu cəhətdən
dövlətin öz vəziyyəti də ürəkaçan olmadığından, hələ ondan çox az şey gözləmək
olar. Əsas çarə qalır sponsor axtarışlarına, idman sahəsinə fərdi investisiyalar cəlb
olunmasına, imkanlı insanların, sa- hibkarların himayəsinə. O, söz verdi ki, bü-
tün şəxsi əlaqə və tanışlıqlarını bu məsələnin həllinə yönəldəcəkdir. Və indi bilirik
ki, MOK prezidenti öz vəd və məqsədlərinə az vaxt ərzində nail oldu.
Məhz həmin görüş və çıxışlarında o, idman sahəsinə rəhbərliyin necə olmalı və
nə demək olduğunu hər kəsə əməli şəkildə göstərdi; hərçənd məqsədi heç də
bu deyildi. Sadəcə o, belə işləməyə vərdiş edib. Yeni prezident o dövrdəki çıxışları
və işi ilə ortaya təkcə MOK-un deyil, bütövlükdə ölkə idman qurumlarının geniş
fəaliyyət prinsiplərini qoydu. Nədən ibarət idi bu rəsmi və qeyri-rəsmi prinsiplər,
onların əsas tərkib hissələri?
Ən əsası ayrı-ayrı idmançılar, məşqçilər, federasiya və komanda rəhbərləri
ilə mehriban, səmimi, şəxsi dostluq-yoldaşlıq münasibətləri yaratmaq, imkan
daxilində onlara kömək etmək, əl tutmaq idi. Bununla bağlı, yüzlərlə hadisə və
fakt sadalamaq olar. Amma buna ehtiyac duymuruq, ona görə ki, idmanla ma-
raqlanan hər kəs mətbuatdan, elektron informasiya vasitələrindən hər gün bu
Şəki Olimpiya İdman Kompleksinin açılış
mərasimində idmançılar prezident
Heydər Əliyevi alqışlayırlar
10 il öncə başlanan yol...