Cover press ucun



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə44/62
tarix21.06.2018
ölçüsü4,8 Kb.
#50741
1   ...   40   41   42   43   44   45   46   47   ...   62

179
layihəsini hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etsin;
-  həmin  Qanunun  22-ci  maddəsində  nəzərdə  tutulmuş  bədən  tərbiyəsi  və 
idmanın inkişafına sponsorluğun əsasları və qaydası barədə təkliflərini Azərbaycan 
Respublikasının Prezidentinə təqdim etsin;
-  Olimpiya  Oyunlarının  mükafatçılarına  və  iki  dəfədən  artıq  olimpiya  növləri 
üzrə dünya və qitə çempionatlarının qaliblərinə həmin Qanunun 28-ci maddəsinin 
ikinci hissəsində nəzərdə tutulmuş güzəştli pensiyaların müəyyən edilməsi qaydası 
barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
-  Nazirlər  Kabinetinin  və  müvafiq  mərkəzi  icra  hakimiyyəti  orqanlarının 
normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu 
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 
18-ci maddəsinin ikinci hissəsində və 25-ci maddəsinin ikinci hissəsində nəzərdə 
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının  Qanunundan  irəli  gələn  digər  məsələləri  öz  səlahiyyətləri 
daxilində həll etsin.
2. Müəyyən edilsin ki:
- “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 
18-ci maddəsinin ikinci hissəsində və 25-ci maddəsinin ikinci hissəsində nəzərdə 
tutulmuş  “müvafiq  icra  hakimiyyəti  orqanı”nın  səlahiyyətlərini  Azərbaycan  Res-
publikasının Nazirlər Kabineti həyata keçirir;
-  həmin  Qanunun  4-cü  maddəsinin  dördüncü  hissəsinin  beşinci  abzasında, 
5-ci maddəsinin üçüncü hissəsində, 17-ci maddəsinin birinci, ikinci və dördüncü 
hissələrində  və  20-ci  maddəsində  nəzərdə  tutulmuş  “müvafiq  icra  hakimiyyəti 
orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi 
həyata keçirir;
- həmin Qanunun 8-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mü-
vafiq  icra  hakimiyyəti  orqanları”nın  səlahiyyətlərini  Azərbaycan  Respublikasının 
Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Mətbuat və İnforma-
siya Nazirliyi və Dövlət Televiziya və Radio Verilişləri Şirkəti həyata keçirirlər;
-  həmin  Qanunun  10-cu  maddəsinin  üçüncü  hissəsində  nəzərdə  tutulmuş 
“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikası-
nın Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyi həyata keçirirlər;
- həmin Qanunun 15-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müva-
fiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək 
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;
-  həmin  Qanunun  15-ci  maddəsinin  üçüncü  hissəsində  nəzərdə  tutulmuş 
“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikası-
nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi və Gənclər və 
İdman Nazirliyi həyata keçirirlər;
-  həmin  Qanunun  17-ci  maddəsinin  üçüncü  hissəsində  nəzərdə  tutulmuş 
“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının 
Səhiyyə Nazirliyi həyata keçirir;
-  həmin  Qanunun  13-cü  maddəsində,  14-cü  maddəsinin  ikinci  hissəsində 
və  24-cü  maddəsinin  birinci,  ikinci  və  üçüncü  hissələrində  nəzərdə  tutulmuş 
“müvafiq icra hakimiyyəti orqanı”nın və “müvafiq icra hakimiyyəti orqanları”nın 
səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
3.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinə  tapşırılsın  ki,  Azərbaycan 
Respublikasının Prezidentinə aşağıdakıların icrası barədə məlumat verməklə:
- bədən tərbiyəsi və idmanın inkişafının dövlət proqramını üç ay müddətində 
təsdiq etsin; 
- “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 
11-ci maddəsinin birinci hissəsində nəzərdə tutulduğu kimi, hərbi qulluqçuların və 
İdmana dövlət qayğısının bariz nümunəsi 
olan fərman və sərəncamlar


180
10 il öncə başlanan yol
hüquq-mühafizə orqanlarının şəxsi heyətinin fiziki hazırlığının normativlərini bir ay 
müddətində təsdiq etsin.
4.  Azərbaycan  Respublikasının  Təhsil  Nazirliyi  Gənclər  və  İdman  Nazirliyi  ilə 
birlikdə, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanunu-
nun 10-cu maddəsinin altıncı hissəsində nəzərdə tutulduğu kimi uşaqların, şagird 
və tələbələrin illik fiziki hazırlıq testlərinin keçirilməsi üçün dövlət normativlərini bir 
ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə 
məlumat versin.
5.  Azərbaycan  Respublikasının  Gənclər  və  İdman  Nazirliyinə  tapşırılsın  ki, 
“Bədən  tərbiyəsi  və  idman  haqqında”  Azərbaycan  Respublikası  Qanununun 
həyata keçirilməsi üçün öz səlahiyyətləri daxilində lazımi tədbirləri görsün.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 1998-ci il

“İdman tədbirləri, o cümlədən futbol oyunları zamanı 
zorakılığın və xuliqanlığın qarşısının alınması haqqında”
 Avropa Konvensiyasına qoşulmaq barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikası “İdman tədbirləri, o cümlədən futbol oyunları za-
manı zorakılığın və xuliqanlığın qarşısının alınması haqqında” 1985-ci il 19 avqust 
tarixli Avropa Konvensiyasına qoşulsun.
2. Bu qanun imzalandığı gündən qüvvəyə minir.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 oktyabr 1999-cu il

F.Z.Həsənovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Faiq Zülfüqar oğlu 
Həsənov “Şöhrət” ordeni ilə təltif edilsin.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 12 aprel 2000-ci il

Avstraliyanın Sidney şəhərində keçirilən 
XXVII Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə 
mükafatların müəyyən edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə