Cover press ucun



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə42/62
tarix21.06.2018
ölçüsü4,8 Kb.
#50741
1   ...   38   39   40   41   42   43   44   45   ...   62


İdmana dövlət 
qayğısının bariz 
nümunəsi olan
fərman və 
sərəncamlar
İdman, bədən tərbiyəsi müstəqil Azərbaycanın 
həyatında dövlət qayğısı ilə əhatə olunaraq, eyni 
zamanda, həm gənclər üçün, həm də bütün 
cəmiyyətimiz üçün zəruri bir sahəyə çevrilibdir.
Heydər Əliyev


174
10 il öncə başlanan yol


175
1997-ci  ildən,  yəni  İlham  Əliyevin  Milli  Olimpiya  Komitəsinə  prezident 
seçilməsindən  sonra  MOK  öz  işini  dövlətlə  sıx  əməkdaşlıq  şəraitində  qurmuş 
və bu əlaqələri ilbəil, daha da genişləndirməyə müvəffəq olmuşdur. Təsadüfi 
deyil ki, məhz bu cür qarşılıqlı anlayış şəraitində, birgə fəaliyyət, hər bir prob-
lemin vaxtında həllinə öz təsirini göstərmişdir. Elə buna görə də istər müvafiq 
dövlət qurumları, istər MOK, istərsə də idman federasiyaları arasında yaranan isti 
münasibətlər son nəticədə, ölkədə mehriban bir idman ailəsinin formalaşmasına 
və bu sahənin tərəqqisinə yol açmışdır.
Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, eləcə də federasiyalar və 
idman cəmiyyətlərinin vahid bir komanda kimi fəaliyyət göstərdiyini, belə sağ-
lam, alqışa layiq əməkdaşlığın dünyada nadir hallarda olduğunu dəfələrlə qeyd 
edən Prezident İlham Əliyev qazanılan uğurlarda bu amilin təsirinin olduğunu 
xüsusi vurğulamışdır.
Məhz bu cür əməkdaşlığın nəticəsidir ki, bu gün ölkəmizdə təltifolunma ilə 
bağlı ən çox fərman və sərəncamların imzalandığı sahə demək olar ki, idman-
dır. Diqqət yetirsək görərik ki, 1997-ci ildən bu günədək ölkəmizdə prezident 
tərəfindən imzalanmış, idmanla bağlı fərmanların, sərəncamların, hüquqi baza-
nın möhkəmlənməsinə xidmət edən qanunların, dövlət proqramlarının və digər 
sənədlərin  sayı  60-dan  çoxdur.  Sevindirici  haldır  ki,  bunların  çoxu  idmançı  və 
mütəxəssislərin  sosial  müdafiəsini  və  onların  dövlət  mükafatları,  fəxri  adlarla 
təltif  edilməsini  əks  etdirir.  Təkcə  onu  qeyd  etmək  kifayətdir  ki,  son  10  ildə 
Azərbaycan Prezidentinin fərman və sərəncamları ilə 24 nəfərə “Şöhrət” ordeni, 
40 nəfərə “Tərəqqi” medalı, 8 olimpiya çempionumuza Azərbaycan Respubli-
kası Prezidentinin xüsusi olimpiya təqaüdü, 24 nəfərə fərdi təqaüdü, 21 nəfərə 
“Əməkdar müəllim”, 35 nəfərə isə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” 
fəxri adları verilmişdir.
Bu  təltiflərin  hər  biri  idman  ictimaiyyəti  tərəfindən  böyük  rəğbət  və  ruh 
yüksəkliyi ilə qarşılanıb. Tam məsuliyyətlə demək olar ki, bu gün Azərbaycanın 
dünyanın aparıcı idman ölkələrindən birinə çevrilməsində, dövlət qayğısını əks 
etdirən bu fərman və sərəncamların çox böyük rolu olmuşdur.
İdmana dövlət qayğısının bariz nümunəsi 
olan fərman və sərəncamlar


176
10 il öncə başlanan yol
M.H.Dadaşovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan  idmanının  inkişafındakı  xidmətlərinə  görə  Muxtar  Hüseyn  oğlu 
Dadaşov “Şöhrət” ordeni ilə təltif edilsin.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 19 fevral 1998-ci il

XXVII Yay Olimpiya Oyunlarına hazırlıq haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
2000-ci  ildə  Avstraliyanın  Sidney  şəhərində  keçiriləcək  XXVII  Yay  Olimpiya 
Oyunlarına milli yığma komandalarımızı yüksək səviyyədə hazırlamaq və hazırlıq 
mərhələsində onların rəsmi beynəlxalq yarışlarda iştirakını təmin etmək məqsədilə 
qərara alıram:
1. Avstraliyanın Sidney şəhərində keçiriləcək XXVII Yay Olimpiya Oyunlarına 
hazırlıq üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
Təşkilat Komitəsinin sədri
Artur Rəsizadə - Azərbaycan Respublikasının Baş naziri
Təşkilat Komitəsinin üzvləri 
Elçin Əfəndiyev - Azərbaycan Respublikası Baş nazirinin müavini;
Fatma Abdullazadə - Azərbaycan Respublikası Prezident Aparatının Humani-
tar Siyasət Şöbəsinin müdiri;
Rəfael Allahverdiyev - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı;
Səfər Əbiyev - Azərbaycan Respublikasının müdafiə naziri;
Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri;
Fikrət Yusifov - Azərbaycan Respublikasının maliyyə naziri;
Əli İnsanov - Azərbaycan Respublikasının səhiyyə naziri;
Əbülfəs Qarayev - Azərbaycan Respublikasının gənclər və idman naziri;
Əhməd Abdinov - Azərbaycan Respublikasının təhsil nazirinin müavini;
Nizami  Xudiyev  -  Azərbaycan  Respublikasının  Dövlət  Teleradio  Verilişləri 
Şirkətinin sədri;
İlham Əliyev - Milli Olimpiya Komitəsinin prezidenti;
Səttar  Mehbalıyev  -  Azərbaycan  Həmkarlar  İttifaqları  Konfederasiyasının 
sədri;
Ağacan Əbiyev - Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun rektoru;
Namiq Abdullayev - Atlanta-96 Olimpiya Oyunlarının gümüş mükafatçısı.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
-  Milli  yığma  komandaların  XXVII  Yay  Olimpiya  Oyunlarına  hazırlığı  mərhə-
ləsində təlim-məşq toplanışlarının keçirilməsini və rəsmi beynəlxalq yarışlarda iş-
İlham Əliyevin MOK prezidentliyi dövründə 
imzalanmış  fərman və sərəncamlar


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə