Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə34/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   30   31   32   33   34   35   36   37   ...   112

Keytter Oliyov siy.ıwti: TOLERANTLIQ
İSLAM  DİNİNİN  BANİSİ  HƏZRƏT 
MƏHƏMMƏD ƏLEYHİSSƏLAMIN 
MÜQƏDDƏS  MÖVLUD GÜNÜNDƏ  BAKININ 
SIX  KƏNDİNDƏ  BİBİHEYBƏT  MƏSCİDİNİN 
BƏRPASINA BAŞLANMASI  MƏRASİMİNDƏ ÇIXIŞ
23  iyul  1997-ci il
Hörmətli  Şeyxülislam!
Hörmətli müsəlmanlar, bacılar,  qardaşlar!
Mən  sizi  Həzrət  Peyğəmbər  aleyhissəlamın  Mövlud  günü 
münasibətilə  təbrik  edir,  sizə,  bütün  Azərbaycan  xalqına,  bü­
tün  dünya  müsəlmanlarına  sülh,  əmin-amanlıq,  səadət  arzula­
yıram.
Bu  gün bizim  üçün,  müsəlmanlar üçün çox əziz gündür,  əsr­
lər boyu  müsəlmanların  itaət etdiyi  İslam  dininin banisi Həzrət 
Məhəmməd  peyğəmbərin  Mövlud  günüdür.  Bu,  bizim  böyük 
bayramımızdır.  Həzrət Məhəmməd peyğəmbərə nazil olan Qu- 
rani-Şərif,  Qurani-Kərim neçə əsrlərdir ki,  dünya  müsəlmanla­
rının  həyat yolunu  müəyyən edib, onları yaşadıb, onların bəşə­
riyyətdə özünəməxsus yer tutmalarını  təmin  edibdir.
Bu gün biz bu  əlamətdar bayrama  toplaşarkən  tariximizi yad 
etməli  və  tariximizə  minnətdar  olmalıyıq.  İslam  dini  yaranan­
dan  indiyə  qədər  Kürreyi-ərzin  insanlarının  çox  bir  hissəsini 
düz yola,  ədalətə,  saflığa,  paklığa,  yüksək mənəviyyata yönəlt­
miş  və onların  belə  yaşamasını  təmin etmiş  müqəddəs bir  din­
dir.  İslam  dini  bəşər tarixində  misilsiz xidmətlər göstərmiş,  in­
sanların,  müsəlmanların  yüksək  mənəvi-əxlaqi  dəyərlərə  nail 
olmasını  təmin etmiş  və  bu  dinə  itaət edən  insanları  dünyanın 
bütün  əzab-əziyyətlərindən,  kəşməkəşlərindon  keçirib  onların 
yaşayışını  təmin etmiş,  onları  yaşatmışdır.
Biz bu gün müqəddəs bir yerdə toplaşmışıq. Məhz bu müqəd­
dəs  yerdə  Həzrət  Məhəmməd  əleyhissəlamın  Mövlud  gününü
148
Hcydar aiiyov siy.ıs.ılı; TOLERANTLIQ
qeyd  etmək  həm  bu  günə  bizim  hörmət-ehtiramımızın  təzahü­
rüdür, həm də İslam  dininin  yaratdığı  abidələrə,  mənəvi dəyər­
lərə  hörmət-ehtiramımızın,  etiqadımızın,  sabitliyimizin  təzahü­
rüdür.  Biz fəxr edə bilərik ki, İslam dini kimi yüksək mənəvi-əx­
laqi dəyərlərə mənsub olan dinimiz var, müsəlmanları yaşamaq, 
yaratmaq, mübarizə aparmaq, öz həyatını qurmaq, azadlığını  tə­
min etmək, torpağını qorumaq yolları ilə məhz İslam dini aparıb­
dır,  onun  qanunları,  tövsiyələri,  Qurani-Şərifin  ayələri,  surələri, 
kəlamları aparıbdır.
Ona  görə  də  bu  gün  Azərbaycan  müsəlmanlarının  uzun 
müddət məhrumiyyətlərdən,  çətinliklərdən  sonra  öz İslam  di­
nindən  istədiyi  kimi  istifadə  etmək  imkanı  əldə  etməsi  tarixi 
bir  hadisədir.  Eyni  zamanda,  biz  bu  gün  tariximizdə  olan  iki 
faciəvi  hadisəni  də  yad  edirik.  Birincisi,  Həzrət  imam  Muse- 
yi-Kazimin  qızı  Hökümə xanımın  qətlə  yetirilməsi,  ikincisi  isə 
onun  xatirəsinə  müsəlmanlar  tərəfindən  qurulub  yaradılmış 
Bibiheybət məscidinin yetmiş il bundan öncə partladılmasıdır.
149


Hevdor Əliyev sivasoti: TOLERANTLIQ
Görürsünüz,  tarix  nə  cür  qəribə  hadisələr  meydana  çıxarır. 
Bu  da  onu göstərir ki,  bizim  İslam  dinimiz  və  onun aparıcıları, 
onu  qoruyub saxlayanlar heç də asan yol  keçməyiblər.  Dinimi­
zi,  mənəviyyatımızı,  mənəvi-dini  adət-ənənələrimizi  qoruyub 
saxlamaq  üçün  müsəlmanlar  əsrlər  boyu  nə  qədər  qurbanlar, 
şəhidlər veriblər. Ancaq bunların heç birisi bizi Həzrət Məhəm­
məd  peyğəmbərin  qoyduğu  yolla  getməkdən  çəkindirə bilm ə­
yibdir.  Doğrudur,  tarixin  bəzi  mərhələlərində  məhrumiyyətlər 
də,  faciələr də, əzab-əziyyətlər də olubdur. Ancaq görün, bizim 
müqəddəs  İslam  dininin  gücü  nədən  ibarətdir  ki,  heç  bir  şey, 
heç bir qüvvə,  güc onu  məğlub edə bilməyibdir.
Əgər vaxtilə allahsız hökmdar burada  Hökümə xanımı  qətlə 
yetiribsə,  İslama  sadiq  olan  insanlar bu  yeri  müqəddəs ibadət- 
gaha  çeviriblər.  Neçə  əsr  müsəlmanlar  buraya,  bu  müqəddəs 
yerə ziyarətə gəlib ibadət ediblər,  buradan  mənəvi qida alıblar, 
öz həyatlarını qurmaq üçün, yaşamaq üçün güc alıblar və İslam 
dininə sadiq olduqlarını göstəriblər.
Görürsünüz, bəzən faciə ondan sonra, o  faciədən sonra  mey­
dana çıxan böyük bir abidə doğurur, böyük bir müqəddəs ocaq, 
ibadətgah,  ziyarətgah  doğurur.
Bu  məscidi,  müqəddəs  yeri,  bu  ibadətgahı  yetmiş  il  bundan 
öncə  dağıdanlar böyük  cinayət  ediblər.  Ancaq  hamımız  bilirik 
-   əgər  məscid  də  dağılmışdısa,  dini  də  qadağan  etməyə  çalış­
mışdılarsa  və  etmişdilərsə,  insanlar öz  məsləyindən,  əqidəsin­
dən,  dinindən,  əxlaqından  dönməmişlər.  Burada  məscid  olma­
mışdır, amma  Bibiheybət  ibadətgahı,  müqəddəs ocaq  yaşamış­
dır.  İnsanlar  buraya  cürbəcür  arzularla  gəlib  -   kimi  düşdüyü 
bəladan  xilas  olmaq  üçün  ziyarət  edib,  nəzir  verib  və  təskin­
lik  alıbdır.  Allahdan  kömək  alıbdır.  Kimi  başına  gələn  faciəni 
aradan  qaldırmaq  üçün  buraya gəlibdir.  Kimi  həyatını  xoşbəxt 
görmək üçün buradan xeyir-dua almaq  və əxlaqi dəyərləri mə­
nimsəmək  üçün  gəlibdir.  Buraya  gələnlərin  hamısı  məhz  bu 
yerə inandıqlarına görə gəliblər. Görürsünüz, neçə vaxtdır -  70
150
Hcydor Əliyev siyas.Mi: TOLERANTLIQ
il  öncə  dağılmış bu  məscid  heç  də  dağılmayıbdır.  Bina  dağıdı­
lıb, amma müqəddəs yer dağıdıla bilməyibdir.  Keçmiş əsrlərdə 
də belə olub,  bu  gün də belədir,  gələcəkdə də belə olacaq -  heç 
bir qüvvə İslamın mənəvi dəyərlərini dağıda, poza bilməz. Mü­
vəqqəti  çətinliklər,  məhrumiyyətlər  çoxəsrlik  tarixdə  kiçik  bir 
dövrdür.
Bax,  bunlara  görə də  bu  gün,  bu  müqəddəs  gündə,  Məhəm­
məd  peyğəmbərin  Mövlud  günündə məhz buraya  toplaşmağı­
mız, bu müqəddəs yerdə bu bayramı qeyd etməyimiz bütün bu 
fikirlərdən  irəli  gələn  ən  gözəl  təşəbbüsdür.  Ona  görə  mən  çox 
məmnunam  ki,  biz bu gün burada  toplaşmışıq. Siz də,  mən də, 
hamımız  buraya  bir  amalla,  bir  fikirlə  gəlmişik.  Burada  dini­
mizə,  müqəddəs ocağımıza  və Məhəmməd  peyğəmbərin  Möv­
lud  gününə öz hörmət-ehtiramımızı  bildiririk.
Son  illər  Azərbaycanın  dövlət  müstəqilliyinin  möhkəmlən­
dirilməsində,  qorunub  saxlanmasında,  Azərbaycanın  başına 
gələn  bəlaların  aradan  götürülməsində,  işğal  olunmuş  torpaq­
larımızın azad  edilməsi üçün  apardığımız işlərdə,  bütün  başqa 
işlərdə bizim  milli-mənəvi  dəyərlərimiz -  Azərbaycan  xalqının 
milli-mənəvi  dəyərləri,  Azərbaycan  xalqının  mənsub  olduğu 
İslam  dininin  mənəvi  dəyərləri  bizim  üçün  həmişə  dayaq,  il­
ham  mənbəyi  olmuş,  bizə həmişə güc vermişdir.
Bildiyiniz kimi,  son illər Azərbaycanın  həyatı  çox  mürəkkəb 
bir dövrdür. Azərbaycan  Ermənistan  tərəfindən hərbi  təcavüzə 
məruz  qalıb,  ərazimizin  bir  qismi  işğal  olunub,  işğal  olun­
muş  torpaqlardan  bir  milyondan  artıq  vətəndaşımız  didərgin, 
qaçqın  düşübdür,  ağır  vəziyyətdə yaşayır.  Azərbaycanın  başı­
na başqa  bəlalar da  gəlmişdir.  1990-cı  ilin Qanlı  Yanvar  faciəsi, 
sovet imperiyasının Azərbaycan  xalqına  qarşı  ən dəhşətli  hərbi 
təcavüzü  və  tökülən  qanlar,  xalqımızın  verdiyi  qurbanlar,  şə­
hidlər Azərbaycan  xalqının  qəlbinə  vurulan  böyük  bir yara  ol­
muşdur.
Bunlarla  yanaşı,  Azərbaycanın  xarici  və  daxili  düşmənləri 
Azərbaycanın  müstəqil  dövlət  kimi  yaşamasının  qarşısını  al-
151


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə