hesab edirom ki, yaxşı, müsbət nəticə əldə etdik. Bu nəticə də on
dan ibarətdir ki, biz Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təş
kilatında ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyünü təsdiq
edər, və Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll
olunmasına əsas yaradan bir sənədin qəbul edilməsinə nail olduq.
Əgər televiziyanı, radionu izləmisinizsə, bilirsiniz ki, bu danışıq
lar nə qədər gərgin, çətin, dramatik vəziyyətdə keçmişdir. Ancaq
yəqin siz televiziya verilişlərindən onu da görüb hiss edə bilmi-
siniz ki, Azərbaycan nümayəndə heyəti, Azərbaycan Prezidenti
xalqımızın milli mənliyini, onun müstəqil bir millət, ölkəmizin
müstəqil bir dövlət olduğunu orada bütün dünyaya nümayiş et
dirə bildi.
Orada biz öz tələblərimizi irəli sürdük. Lissabon Zirvə görü
şünün son sənədinin qəbul olunması məsələsində çox gərgin və
təhlükəli bir vəziyyət yarandı. Biz məsələni belə qoyduq: bizim
tələblərimiz qəbul olunmalıdır, əgər belə olmasa, Azərbaycan
dövlətinin nümayəndə heyəti bu təşkilatın qanuna görə olan öz
hüququndan istifadə edərək zirvə görüşünün yekun sənədinin
qəbul olunmasının qarşısını alacaqdır.
Şübhəsiz ki, bu, çox mürəkkəb bir vəziyyət yaratdı. 55 döv
lətin başçılarının iki ildə bir dəfə bir araya gəlməsi, məsələləri
müzakirə etməsi və son nəhayətdə heç bir qərar qəbul etməmə
si, şübhəsiz ki, hər bir ölkə, dövlət üçün beynəlxalq aləmdə çox
ağır bir nəticə ola bilərdi. Ancaq biz milli mənafeyimizin təmin
olunmasını əsas şərt kimi qoyaraq həmin o hüququmuzdan çox
cəsarətlə, deyə bilərəm, böyük risklə istifadə etdik. Məhz bunun
nəticəsində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının
Lissabon Zirvə görüşü bizim istədiyimiz bəyannaməni, bəyana
tı qəbul etdi. Bu bəyannamə, bəyanat ondan ibarətdir ki, Zirvə
görüşündə təmsil olunan bütün dövlətlər, - Ermənistan istisna
edilməklə, - hamısı təsdiq etdi ki, Azərbaycanın ərazi bütövlüyü
dəyişilməzdir, toxunulmazdır və o, təmin olunmalıdır. Məsələ
nin sülh yolu ilə həll olunması üçün Dağlıq Qarabağa yalnız və
yalnız Azərbaycan Respublikasının tərkibində yüksək muxtariy
yət statusu verilə bilər.
Hey dor Əliyev siyasəti: TOLERANTLIQ
______________ __________ ________
134
Bu bəyannamə, bəyanat, sənəd çox tarixi bir sənəddir. Demək,
ATƏT-ə, yəni Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına
daxil olan ölkələrin hamısı, ən böyük ölkələrdən başlamış - Ame
rika Birləşmiş Ştatları, Böyük Britaniya. Rusiya, Fransa,
Almaniya,
Türkiyə və başqaları, lap kiçik dövlətlərə qədər, hamısı yekdil ol
dular ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Azər
baycanın işğal edilmiş torpaqları azad olunmalıdır. Bu məsələnin
sülh yolu ilə həll edilməsi ancaq bu prinsiplər əsasında ola bilər.
Biz buna nail ola bildik.
Hesab edirəm ki, apardığımız sülhsevər siyasətdə bu sənədin
qəbul olunması indi bizim üçün böyük bir mərhələ, imkanlar
açır. Biz çalışacağıq ki, bu imkanlardan səmərəli istifadə edib,
Azərbaycan Respublikasını, nəhayət, bu bəladan qurtaraq, işğal
olunmuş torpaqlarımızı azad edək və Azərbaycan torpaqlarının
hamısının üzərində öz hakimiyyətimizi bərpa edək.
Bir-iki gün bundan əvvəl ictimaiyyət nümayəndələri ilə görü
şümdə mən bu barədə çox geniş məlumat vermişəm. O məlumat,
mənim o çıxışım qəzetlərdə dərc olunubdur. Güman edirəm ki,
siz mənim dediyim o sözlərlə, həmin o yazılarla ətraflı tanış ol
musunuz. İnanıram ki, hərəniz sahənizdə bu siyasətimizin, təd
birlərimizin aparılmasında bizə dayaq, kömək, bizimlə həmrəy
olacaqsınız.
Respublikamızı bu ağır vəziyyətdən çıxarmaq üçün xalqımız
daha da sıx birləşməlidir, həmrəy olmalıdır, millətimiz bir ol
malıdır. Millətimizin içində cürbəcür, bəlkə də nadürüst, nalayiq
qüvvələr hələ ki var. Ancaq mən bu gün məmnuniyyət hissi ilə
qeyd edirəm ki, xalqımızın tam əksəriyyəti, millətimizin, res
publikamızın vətəndaşlarının tam əksər hissəsi Azərbaycanın bu
doğru, düzgün yolunu, dövlətçilik, müstəqillik prinsiplərimizə,
yüksək milli-mənəvi, dini amallarımıza uyğun olan bu yolu
bəyənir, dəstəkləyir və bu yolda hamımızın bir yerdə getməsi
üçün əlindən gələni edir.
Ona görə də mən bu gün məlumatları verərək bir daha sizi,
bütün Azərbaycan xalqını, müsəlmanları, vətəndaşlarımızı bir
__________________________________________________ Heydər Olivev siyasəti: TOLERANT1.IQ
135