Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə31/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   27   28   29   30   31   32   33   34   ...   112

hesab edirom  ki, yaxşı, müsbət nəticə əldə etdik.  Bu  nəticə də on­
dan  ibarətdir ki, biz Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təş­
kilatında  ilk  dəfə olaraq Azərbaycanın  ərazi  bütövlüyünü  təsdiq 
edər, və  Ermənistan-Azərbaycan  münaqişəsinin sülh yolu ilə həll 
olunmasına əsas yaradan bir sənədin qəbul edilməsinə nail olduq. 
Əgər televiziyanı,  radionu  izləmisinizsə,  bilirsiniz ki,  bu  danışıq­
lar nə qədər gərgin,  çətin,  dramatik vəziyyətdə keçmişdir. Ancaq 
yəqin  siz  televiziya  verilişlərindən  onu  da  görüb  hiss  edə  bilmi- 
siniz  ki,  Azərbaycan  nümayəndə  heyəti,  Azərbaycan  Prezidenti 
xalqımızın  milli  mənliyini,  onun  müstəqil  bir  millət,  ölkəmizin 
müstəqil  bir dövlət olduğunu  orada  bütün  dünyaya  nümayiş et­
dirə bildi.
Orada  biz  öz  tələblərimizi  irəli  sürdük.  Lissabon  Zirvə  görü­
şünün  son sənədinin  qəbul olunması  məsələsində çox  gərgin  və 
təhlükəli  bir  vəziyyət yarandı.  Biz  məsələni  belə qoyduq:  bizim 
tələblərimiz  qəbul  olunmalıdır,  əgər  belə  olmasa,  Azərbaycan 
dövlətinin  nümayəndə  heyəti  bu  təşkilatın qanuna  görə olan  öz 
hüququndan  istifadə  edərək  zirvə  görüşünün  yekun  sənədinin 
qəbul olunmasının  qarşısını alacaqdır.
Şübhəsiz  ki,  bu,  çox  mürəkkəb  bir  vəziyyət  yaratdı.  55  döv­
lətin  başçılarının  iki  ildə  bir  dəfə  bir  araya  gəlməsi,  məsələləri 
müzakirə etməsi  və son  nəhayətdə heç bir qərar qəbul  etməmə­
si,  şübhəsiz  ki,  hər bir ölkə,  dövlət  üçün  beynəlxalq  aləmdə çox 
ağır bir  nəticə ola  bilərdi.  Ancaq  biz milli  mənafeyimizin  təmin 
olunmasını  əsas şərt  kimi  qoyaraq həmin o  hüququmuzdan  çox 
cəsarətlə,  deyə bilərəm, böyük risklə istifadə etdik.  Məhz bunun 
nəticəsində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının 
Lissabon  Zirvə görüşü  bizim  istədiyimiz bəyannaməni,  bəyana­
tı  qəbul  etdi.  Bu  bəyannamə,  bəyanat  ondan  ibarətdir  ki,  Zirvə 
görüşündə  təmsil  olunan  bütün  dövlətlər,  -   Ermənistan  istisna 
edilməklə, -  hamısı  təsdiq etdi ki, Azərbaycanın ərazi bütövlüyü 
dəyişilməzdir,  toxunulmazdır  və  o,  təmin  olunmalıdır.  Məsələ­
nin sülh  yolu  ilə  həll  olunması  üçün  Dağlıq Qarabağa  yalnız və 
yalnız Azərbaycan Respublikasının tərkibində yüksək muxtariy­
yət statusu  verilə bilər.
Hey dor Əliyev siyasəti: TOLERANTLIQ 
______________ __________ ________
134
Bu  bəyannamə, bəyanat, sənəd çox  tarixi bir sənəddir.  Demək, 
ATƏT-ə, yəni Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına 
daxil olan ölkələrin hamısı, ən böyük ölkələrdən başlamış -  Ame­
rika Birləşmiş Ştatları, Böyük Britaniya. Rusiya, Fransa, Almaniya
Türkiyə və başqaları,  lap kiçik dövlətlərə qədər,  hamısı yekdil ol­
dular  ki,  Azərbaycanın  ərazi  bütövlüyü  bərpa  edilməlidir,  Azər­
baycanın işğal edilmiş torpaqları azad olunmalıdır.  Bu məsələnin 
sülh  yolu  ilə həll  edilməsi  ancaq bu  prinsiplər əsasında  ola  bilər. 
Biz buna  nail ola bildik.
Hesab  edirəm  ki,  apardığımız sülhsevər siyasətdə bu  sənədin 
qəbul  olunması  indi  bizim  üçün  böyük  bir  mərhələ,  imkanlar 
açır.  Biz  çalışacağıq  ki,  bu  imkanlardan  səmərəli  istifadə  edib, 
Azərbaycan  Respublikasını,  nəhayət,  bu  bəladan  qurtaraq,  işğal 
olunmuş  torpaqlarımızı  azad  edək  və Azərbaycan  torpaqlarının 
hamısının  üzərində öz hakimiyyətimizi bərpa edək.
Bir-iki gün bundan əvvəl  ictimaiyyət nümayəndələri  ilə görü­
şümdə mən bu barədə çox geniş məlumat vermişəm. O məlumat, 
mənim  o  çıxışım  qəzetlərdə dərc olunubdur.  Güman  edirəm  ki, 
siz  mənim  dediyim  o sözlərlə, həmin  o yazılarla  ətraflı  tanış ol­
musunuz.  İnanıram  ki,  hərəniz sahənizdə bu  siyasətimizin,  təd­
birlərimizin  aparılmasında  bizə  dayaq,  kömək,  bizimlə  həmrəy 
olacaqsınız.
Respublikamızı bu  ağır vəziyyətdən  çıxarmaq  üçün  xalqımız 
daha  da  sıx  birləşməlidir,  həmrəy  olmalıdır,  millətimiz  bir  ol­
malıdır. Millətimizin içində cürbəcür, bəlkə də nadürüst, nalayiq 
qüvvələr  hələ ki  var. Ancaq  mən bu  gün  məmnuniyyət hissi  ilə 
qeyd  edirəm  ki,  xalqımızın  tam  əksəriyyəti,  millətimizin,  res­
publikamızın vətəndaşlarının tam əksər hissəsi Azərbaycanın bu 
doğru,  düzgün  yolunu,  dövlətçilik,  müstəqillik  prinsiplərimizə, 
yüksək  milli-mənəvi,  dini  amallarımıza  uyğun  olan  bu  yolu 
bəyənir,  dəstəkləyir  və  bu  yolda  hamımızın  bir  yerdə  getməsi 
üçün əlindən gələni edir.
Ona  görə  də  mən  bu  gün  məlumatları  verərək  bir  daha  sizi, 
bütün  Azərbaycan  xalqını,  müsəlmanları,  vətəndaşlarımızı  bir­
__________________________________________________ Heydər Olivev siyasəti: TOLERANT1.IQ
135


Heydar Əliyev siyasəti: TO LERANTLIQ
liyə,  homroyliyə dəvət edirəm.  Azərbaycan dövlətinin  müstəqil­
liyinin  yaşaması  və  möhkəmlənməsi  naminə,  respublikamızın 
ərazi  bütövlüyünün  bərpa  olunması  naminə,  işğal  edilmiş  tor­
paqlarımızdan Ermənistan silahlı qüvvələrinin çıxarılması və bu 
torpaqların  azad  olunması  naminə  hamınızı  birliyə,  həmrəyliyə 
dəvət edirəm.
Mən  əminəm  ki,  siz,  xalqımızın  hamısı  mənim  bu  səsimə səs 
verəcək,  siz  bu  ağır  günləri,  illəri  birlikdə  .keçib  gedəcəyik  və 
Azərbaycanın  xoşbəxt  gələcək  günlərini  görəcəyik.  Bu  bayram 
münasibətilə mən  sizi  bir daha  təbrik edirəm.  Bizim  Lissabonda 
əldə  etdiyimiz  bu  nailiyyətlər  xoşbəxt  bir  günlərə  təsadüf  edir 
-   Məhəmməd  peyğəmbərin  peyğəmbərliyə  yetişməsi  gününə, 
onun Allah-Təala ilə bilavasitə danışması, Merac gününə təsadüf 
edir.  Bunun  özü  də  böyük  bir xoşbəxtlikdir.  Bu  da  onu  göstərir 
ki,  bizim  amalımız safdır,  pakdır,  ülvidir.  Bu  amallar bizi  uğur­
lara, xoşbəxt günlərə gətirəcəkdir.
Sizin  hamınıza,  bütün  Azərbaycan  müsəlmanlarına  cansağlı­
ğı,  xoşbəxtlik,  rifah  arzu  edirəm.  Müstəqil Azərbaycan  Respub­
likasına günü-gündən möhkəmlənmək, yüksəlmək arzu edirəm. 
Sağ olun.
136
Heydor Əliyev slyasati: TOLERANTLIQ
AZƏRBAYCANIN  PRAVOSLAV XRİSTİANLARINA
Hörmətli  həmvətənlərim!
Müqəddəs  Milad  bayramı  -   İsa  peyğəmbərin  mübarək  möv­
ludu  münasibətilə sizi -  Azərbaycanın bütün  pravoslav xristian­
larını  ürəkdən  təbrik edir,  bu əziz gündə hamınıza  xoş ovqat və 
səadət arzulayıram.
Milad  bayramı  Uca  yaradana  tapman,  qəlbində İlahi  kəlamın 
nurunu  gəzdirən  insanların  bayramıdır.  Dilindən,  dinindən, 
milli  mənsubiyyətindən  asılı  olmayaraq  hər bir  şəxs  məhz  belə 
yüksək  mənəvi-etik  dəyərlərin  sayəsində  vətən  qarşısında  öv­
ladlıq  borcunu  dərk  edir  və  yaşadığı  ölkənin  layiqli  vətəndaşı 
olur.  Qeyd  etmək  xoşdur  ki,  Azərbaycanda  yaşayan  pravoslav 
xristianlar da ölkədə gedən demokratik yeniləşmə və dövlət qu­
ruculuğu  prosesində  əsl  vətəndaş  məsuliyyəti  ilə  yaxından  işti­
rak edir,  müstəqil  respublikamızın  parlaq  gələcəyi  naminə  əllə­
rindən gələni  əsirgəmirlər.
Qoy  bu  bayram  ailələrinizə sevinc,  süfrələrinizə  bərəkət,  hə­
yatınıza  firavanlıq və əmin-amanlıq gətirsin.
Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəlwri, 5 yanvar 1997-ci il
137


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə