Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Heydər Əliyev siyasəti: TOLERANTLIQ



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə32/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   28   29   30   31   32   33   34   35   ...   112

Heydər Əliyev siyasəti: TOLERANTLIQ
RAMAZAN  BAYRAMI  MÜNASİBƏTİLƏ 
AZƏRBAYCAN  XALQINA TƏBRİK
Əziz həmvətənlərim!
Sizi  -   Azərbaycanın  bütün  müsəlman  əhalisini  İslam  dünya­
sının  müqəddəs  Ramazan bayramı  münasibətilə ürəkdən  təbrik 
edir, ən səmimi arzu  və diləklərimi yetirirəm.
Müqəddəs  kitabımız  Qurani-Kərimin  nazil  olunduğu  mü­
barək  Ramazan  ayı  xeyirxah  niyyətlər,  mənəvi  zənginlik,  fizi- 
ki-ruhi  kamillik  və  əxlaqi  saflıq  ayıdır.  Bu  bayram  xeyrin  şər, 
mənəvi  ucalığın  nəfs üzərində təntənəsinin bayramıdır.
Azərbaycan  xalqı  həmişə  Tanrıya  tapınan,  qəlbində  daim 
iman  və  inam  gəzdirən  xalqdır.  Öz  tarixi  köklərinə,  milli-dini 
keçmişinə sadiq olan  xalqımızın mərd oğul  və qızlarının yüksək 
vətəndaşlıq qeyrəti,  Vətənə,  torpağa  bağlılığı,  milli müstəqilliyi­
miz uğrunda sarsılmaz mübarizə əzmi də məhz belə ülvi  mənəvi 
dəyərlərdən qaynaqlanır.
Bu  gün  suveren,  demokratik  Azərbaycan  dövlətində  dini 
etiqad  və  vicdan  azadlığı  bərqərar edilmişdir.  Mütərəqqi  İslami 
dəyərlərə qayıdış,  milli-dini  ənənələrin dirçəldilməsi  cəmiyyəti­
mizin əxlaqi-mənəvi  yüksəlişində,  xalqımızın  bütövlüyü  və bir­
liyində misilsiz rol oynayan  amillərdəndir.
Əziz müsəlman qardaş və bacılarım!
Orucluq  Allah  üçündür  və  müqəddəs  dinimiz  qarşısında 
mənəvi  borcdur.  Siz  mübarək  Ramazan  günlərini  böyük  məm­
nunluq  və  fərəh  hissləri  ilə başa  vurursunuz.  İnanıram  ki, Allah 
və  din  yolunda  cəfakeşliyiniz  və  Azərbaycanın  əmin-amanlığı, 
tərəqqisi,  torpaqlarımızın  düşmən  tapdağından  azad  edilməsi, 
dövlət  müstəqilliyimizin  əbədi  olması  naminə  etdiyiniz  dualar
138
Heydar Əliyev siyasati: TOLERANTLIQ
sayəsində  Böyük  Yaradan  öz  mərhəmətini  xalqımızdan  əsir­
gəməyəcəkdir.
Bu əziz bayram günündə hamınıza firavanlıq, ailələrinizə xoş­
bəxtlik, evlərinizə xeyir-bərəkət arzulayıram.
Allah orucunuzu qəbul etsin!
Heydər Əliyev, 
Azərbaycan  Respublikasının Prezidenti 
Bakı şəhəri,  7 fevral 1997-ci il
139


Heydər Əliyev siyasəti: TOLERANTLIQ
QURBAN  BAYRAMI  MÜNASİBƏTİLƏ 
AZƏRBAYCAN  XALQINA TƏBRİK
Mərhəmətli,  rəhmli Allahın adı ilə!
Əziz bacılar və qardaşlar!
Ulu Tanrının  İslamı bir  din  kimi  tamamlayıb insanlar üçün hi­
dayət yolu seçdiyi  bu əziz Qurban bayramı günündə hamınızı sə­
mimi-qəlbdən təbrik edirəm.
Bütün  müsəlmanların  həmrəylik  və  qardaşlıq  rəmzi  olan  mü­
barək  Qurban  bayramının  ölkəmizdə  rəsmi  qeyd  olunması  həm 
müstəqilliyimizin  dönməzliyini,  həm  də  Azərbaycan  xalqının  öz 
milli,  dini ənənələrinə sadiq olduğunu dünyaya nümayiş etdirir.
İnanıram  ki,  bu  müqəddəs  bayram  günlərində  böyük  xalqın 
bəxş  etdiyi  nemətlərə  görə  minnətdarlığınızı  bildirməklə  yanaşı 
Azərbaycanın  suverenliyinin  möhkəmləndirilməsi,  ərazi  bütöv­
lüyünün  bərpa  edilməsi,  xalqımızın  xoşbəxt  həyata  qovuşmasını 
diləyirsiniz.  Əminəm  ki,  arzu  və  diləkləriniz  Allahın  köməyi  və 
xalqımızın qeyrəti ilə həyata keçəcəkdir.  Xalqımızın haqq işi qalib 
gələcəkdir. Şahid balalanmızm ruhlarının şad olacağı gün -  Vətən 
torpağının  mənfur  düşmən  tapdağından  tamamilə  azad  ediləcə­
yi  və  taleyinə  qaçqınlıq,  köçkünlük  düşmüş  həmvətənlərimizin 
öz doğma  yerlərinə  qayıdacaqları  gün  uzaqda  deyildir. Azərbay­
can-Ermənistan  münaqişəsinin  dinc yolla  həlli  uğrunda  apardığı­
mız  ardıcıl  siyasət  və  tutduğumuz  qətiyyətli  mövqe,  gənc  ordu­
muzun günü-gündən artan döyüş qüdrəti bu inam üçün möhkəm 
zəmindir.
Qurban bayramı  insanlar arasında mehribanlıq və qardaşlıq tel­
lərinin  möhkəmləndirilməsi  üçün  ən  gözəl  vasitədir.  Qoy  bu  ilki 
Qurban  bayramı  da  bütün  azərbaycanlıların,  o  cümlədən  xaricdə 
yaşayan soydaşlarımızın  bir-birinə qayğı  və diqqətinin  artmlması, 
cəmiyyətdə  milli  həmrəyliyin  daha  da  möhkəmləndirilməsi  işinə 
öz töhfəsini versin!
140
Heydor Əliyev sivasali: TOLERANTLIQ
Əziz bayram münasibətilə Allah-Təaladan hər birinizə cansağlığı 
və xoşbəxtlik arzulayır, xalqımıza müstəqil Azərbaycanın tərəqqisi 
naminə daha böyük əzmkarlıq və hünər diləyirəm!
Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şdharı,  16 aprel  1997-ci il
141


Heydər Əliyev siyasəti: TOLERANTLIQ
QURBAN  BAYRAMI  GÜNÜ  LERİK Lİ  FERM ER 
XANIŞ  ŞAHIYEVLƏ GÖRÜŞDƏ ÇIXIŞ
18 aprel  1997-ci il
Heydər  Əliyev:  Səııi  və  Lerik  camaatım  Qurban  bayramı  mü­
nasibətilə təbrik edirəm. Qurban bayramı xalqımızın, millətimizin 
milli, dini bayramıdır, əziz bayramımızdır. Bu gün bütün xalqımız 
bayram edir. Bir zəhmət adamı, əsl Azərbaycan vətəndaşı  kimi bu 
bayramı  həm öz evində qeyd etmisən, həm də qurban kəsib gətir­
misən ki, onu səninlə birlikdə paylayaq, camaatın bu bayramı yaxşı 
keçirməsinə kömək edək. Çox sağ ol,  təşəkkür edirəm.
Səninlə  artıq  birinci  dəfə deyil  ki,  görüşürük.  Sən  mənim  dos­
tumsan,  mən  də  sənin dostunam.  Mən  həmişə  dostluğa  sədaqətli 
olmuşam.  Həmişə arzu etmişəm ki,  mənimlə dostluq edən  adam­
lar  sədaqətli  olsunlar.  Düzdür,  həyatımda  sədaqətsizliyə  də  rast 
gəlmişəm. Ancaq bu böyük, uzunmüddətli həyatımda mən xalqın 
sədaqətini  həmişə hiss etmişəm və ona yüksək qiymət vermişəm. 
Bu  ağır  dövrlərdə  məni  yaşadan,  bütün  bu  çətinliklərin  öhdəsin­
dən  gəlməyimə  imkan  verən  xalqın  sədaqəti,  xalqın  zəhmətimə 
verdiyi qiymət olubdur. Mənim ən böyük dayağım xalqdır. Xalqın 
da ən görkəmli nümayəndələrindən biri sənsən.
142
Lerik Azərbaycanın dağ, ucqar rayonudur. İndi sən dedin ki, Le- 
rikdə 64 min əhali yaşayır. Orada gözəl insanlar, zəhmətkeş adam­
lar, qəhrəman insanlar yaşayır.  Bu  qəhrəmanlardan biri də sənsən 
və doğrudan da nümunəsən. Həm əməkdə, həm həyatda, həm də 
Vətənə sədaqətində  qəhrəmansan.  Oğlun  şəhid  olubdur,  övladla­
rın  ölkəmizə  sədaqətlə  xidmət  edirlər.  Məni  sevindirən  odur  ki, 
indi sən bildirdin, iki oğlunu orduya xidmətə göndərmisən.
Gördüyün  işlər,  zəhmətin,  qazandığın  hörmət  ailənlə  birlikdə 
sənin xalqa, millətimizə göstərdiyin böyük xidməti sübut edir. Ona 
görədə mən sənə təşəkkür edirəm. Xahiş edirəm, mənim salamımı, 
bayram təbriklərimi bütün Lerik camaatına çatdırasınız. Mən lerik- 
lilərlə  əbədi  dostam.  Bu  dostluq  çox  böyük sınaqlardan  keçibdir. 
Bu  dostluğun  ən  gözəl  nümunəsi  isə  mənim  səninlə  dostluğum­
dur.  Bu  gün  sən  gözəl  sözlər danışdın.  Bilirsiniz,  mən  keçən  dəfə 
də demişəm,  -  alimlərimiz,  yazıçılarımız,  şairlərimiz,  mədəniyyət 
xadimlərimiz  hesab  edirlər ki,  dəyərli  sözləri  onlar  deyə  bilərlər. 
Ancaq xalqımızın çoxəsrlik tarixində dəyərli, müdrik sözləri müd­
rik insanlar deyiblər.  Müdriklik  təkcə o insanların elmi biliyi,  təh­
sili  ilə bağlı deyildir.  Müdriklik insanın fitri istedadıdır, müdriklik 
həm  də insanın həyatı dərk etməsi,  gedən proseslərə düzgün qiy­
mət verə bilməsi və ondan özü üçün lazımi faydalar götürməsidir.
Sən  dağda  yaşayan,  təsərrüfatla,  heyvandarlıqla  məşğul  olan 
bir şəxssən.  Azərbaycanm  xarici  siyasəti  haqqında  nə  gözəl,  ağıl­
lı,  dəyərli  sözlər  deyirsən.  Lissabon  Zirvə  görüşündə  dünyanın 
54 dövlətinin başçılarının  toplandığı  mötəbər beynəlxalq  tədbirdə 
Azərbaycan Respublikasının siyasətinin əldə etdiyi nailiyyəti, qələ­
bəni  tamamilə doğru, düzgün qiymətləndirirsən, bu qələbəyə sən 
qurban kəsmisən.
Xanış  Şahıyev:  Cənab  Prezident,  bayaq  da  dedim,  mən  Sizin 
keçirdiyiniz bütün tədbirlərə, səfərlərinizə televiziya vasitəsilə çox 
böyük  maraqla  tamaşa  edirəm.  Bu  gün  mən  buraya  155-dən  çox 
qurban  kəsib gətirmişəm.  Mənim  üçün Sizinlə dostluq  etməkdən 
böyük xoşbəxtlik yoxdur. Siz mənim gözəl prezidentimsiniz.
Bu,  gözəl  arvadımdır,  bu  da  mənim  nəvəmdir.  Kişi  gərək  ki­
şinin  ayağı  altında  ölsün,  namərdin  yox.  Mən  Allahdan  həmişə
Heydor Əliyev siyasali: TOLERANTLIQ
143


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə