Hevdor Əlivcv siyasoti: TOLERANTLIQ
İKİ MÜQƏDDƏS ŞƏHƏRİN XADİMİ
SƏUDİYYƏ ƏRƏBİSTANININ KRALI
FƏHD BİN ƏBDÜLƏZİZ ƏL-SƏL'DA
Mərhəmətli, rəhmli Allahın adı ilə!
İki müqəddəs şəhərin möhtərəm xadimi!
Zati-alinizə - əziz dostuma və qardaşıma səmimi salamlarımı
və xoş arzularımı yetirməkdən çox məmnunam.
1994-cü ilin iyul ayında qardaş ölkənizdə olarkən Sizinlə keçir
diyim görüşü və səmərəli danışıqları daim xatırlayıram. Həmin
səfər günlərində şəxsən mənə və məni müşayiət edən nümayən
də heyətinə göstərilən böyük qonaqpərvərlik, diqqət və qayğı
zati-alinizin və qardaş Səudiyyə Ərəbistanı xalqının Azərbaycan
xalqına hörmət və məhəbbətinin gözəl təzahürü idi. Bunu xalqı
mız da məhz belə qəbul etdi.
Azərbaycan vətəndaşlarından 250 nəfərə bu il Zül-hiccə ayın
da Zati-alinizin qonağı kimi Səudiyyə Ərəbistanına getmək və
həcc ziyarəti ibadətlərini etmək imkanı vermək haqqındakı qə
rarınız ölkəmizdə böyük razılıq və sevinc hissi ilə qarşılandı.
Erməni təcavüzü nəticəsində respublikamızın ərazisinin 20 fa
izi işğal olunduğu və bir milyondan artıq vətəndaşının qaçqın
və köçkün vəziyyətinə düşərək çadırlarda ağır şəraitdə yaşadığı
bir dövrdə qəbul etdiyiniz bu qərar İslam dinimizin humanist
prinsipləri ilə səsləşən nəcib bir addımdır. Bu işi qısa müddət
də həyata keçirmək üçün Səudiyyə Ərəbistanı krallığının İslam
Məsələləri və Vəqflər nazirinin müavini cənab Tofiq Sudeyrinin
başçılığı ilə Azərbaycana nümayəndə heyəti göndərməyiniz Za
ti-alinizin həmin məsələyə verdiyi əhəmiyyətə dəlalət edir. Mən
buna görə şəxsən öz adımdan, Azərbaycan müsəlmanları adın
dan Zati-alinizə dərin minnətdarlıq bildirməyi özümə borc he
sab edirəm. Ümidvaram ki, indiki həcc mövsümündə atdığınız
bu addım gələcək illərdə ənənəyə çevriləcək və iki qardaş müsəl
174
Heydar Əliyev siy.ısoli: TOLERANTLIQ
man xalqı arasındakı əlaqələrin daha da möhkəmlənməsi işinə
xidmət edəcəkdir.
Fürsətdən istifadə edərək qarşıdan gələn mübarək Qurban
bayramı münasibətilə Zati-alinizi ürəkdən təbrik edir, Sizə möh
kəm cansağlığı, işlərinizdə böyük uğurlar və qardaş Səudiyyə
Ərəbistanı xalqına xoşbəxtlik və tərəqqi arzulayıram.
Sizə salamlar, Allahın mərhəməti və xeyir-bərəkəti olsun!
Dərin hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şıhari, 30
mart 1998-ci il;
1 ziil- Ыссз 1418-ci il
175
I Icyıkv < )Iİ\.'\ sıy.ıs.Hı: TOl.EKAVIL IQ
QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ
AZƏRBAYCAN XALQINA TƏBRİK
Əziz bacılar və qardaşlar!
Sizi bütün dünya müsəlmanlarının müqəddəs Qurban bayra
mı münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Bu bayram günündə hamımız ulu Tanrıdan doğma vətənimizin
ərazi bütövlüyünün bərpa edilməsini, ölkəmizdə sülhün, əmin-
amanlığın bərqərar olmasını, xalqımızın xoşbəxt və firavan həyata
qovuşmasını diləyirik. Xalqımızın vətənpərvərliyi, qurub-yarat
maq əzmi, öz milli, dini dəyərlərinə, tarixinə, mədəniyyətinə bağlı
lığı niyyətlərimizin çin olacağına möhkəm inam yaradır.
Böyük Xaliqin bəxş etdiyi bu minnətdarlıq bayramında Məkkə
ziyarətində olan zəvvarlarımızın, bütün Azərbaycan müsəlman
larının duaları xalqımızın haqq işinin qalib gəlməsinə, Ermənis
tan-Azərbaycan münaqişəsinin və Dağlıq Qarabağ probleminin
dinc yolla həll olunmasına yönəlmişdir.
Bu əziz gündə şəhidlərimizin xatirəsini yad edərək əmin oldu
ğumu bildirirəm ki, onların ruhlarının şad olacağı, torpaqlarımı
zın erməni qəsbkarlarının tapdağından azad ediləcəyi, qaçqın və
köçkün həmvətənlərimizin öz doğma yurdlarına qayıdacağı an
uzaqda deyildir. Müsəlmanların qardaşlıq rəmzi olan mübarək
Qurban bayramında arzu edirəm ki, bütün dünya azərbaycanlı
larının qarşılıqlı qayğı və məhəbbəti artsın, onların Azərbaycan
la əlaqələri güclənsin, soydaşlarımız arasında həmrəylik hissləri
möhkəmlənsin.
Allah-Təalanın İslamı bir din kimi tamamlayıb insanlar üçün
hidayət yolu seçdiyi bu əziz gündə sizin hamınıza can sağlığı,
səadət və əmin-amanlıq arzulayıram.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 aprel 1998-ci il
176
Heydar Əliyev siyjwti: TOLERANTLIQ
QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ
MİRMÖVSÜM AĞANIN ZİYARƏTGAHINDA
KEÇİRİLƏN GÖRÜŞDƏ NİTQ
8 aprel 1998-ci il
Hörmətli dostlar, hörmətli qardaşlar, ağsaqqallar, bacılar!
Mən sizin hamınızı bizim əziz və müqəddəs Qurban bayramı
münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, hər birinizə
səadət, xoşbəxtlik, uzun ömür arzu edirəm və bütün xalqımıza,
Azərbaycan millətinə, vətəndaşlarına sülh və əmin-amanlıq ar
zulayıram.
Biz, bizim nəsil xoşbəxtik ki, nəhayət, bu günlərə gəlib çıxmışıq
və öz milli-dini adət-ənənələrimizi - əziz əcdadlarımızdan, ulu
babalarımızdan bizə gəlib çatan ənənələrimizi, bayramlarımızı
ürəyimiz istədiyi kimi qeyd edirik. Bu, böyük xoşbəxtlikdir.
Xalqımızın çoxminillik tarixi var və çox əsrlərdir ki, İslam di
ninə itaət edirik. İslam dini bizim doğma dinimizdir. Xalqımızın
milli mənəvi dəyərləri, dinimizin adət-ənənələri və
dini dəyərləri
- hamısı birlikdə bizim milli sərvətimizdir. Biz fəxr edə bilərik ki,
xalqımız çox dəyanətli xalqdır və zaman-zaman, əsrlər boyu cür
bəcür məhrumiyyətlərə məruz qalaraq bütün bu adət-ənənələ
ri unutmayıbdır. Nə vaxt ki, rəsmi dairələr bunu qadağan edib,
yaxud da
buna mənfi münasibət göstərib, insanlar bunu qəlbində,
öz ailəsində, evində yaşadıblar. Hətta
bizim bəzi fədakar insanlar
bu adət-ənənələrimizi yaşatdıqlarına görə çox əziyyətlər çəkiblər,
bəzən də məhrumiyyətlərə, cəzalara məhkum olublar.
Bu onu göstərir ki, bizim ənənələrimiz, mənəvi, milli, dini
dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır. Biz, bi
zim nəsil, hamımız birlikdə - indi yaşayan insanlar xoşbəxtdir
lər ki, bu günə gəlib çatmışıq, bizim müstəqil ölkəmiz, müstəqil
dövlətimiz var, öz taleyimizin sahibiyik, dini, mənəvi, milli
adət-ənənələrimizi bərpa etmişik və daha da geniş təbliğ edirik.
177