Hovdor Əlivev sivasotı: TOLERANTLIQ
səviyyəli tədbirin məhz Azərbaycanda, Bakı şəhərində keçirilmə
si müstəqil Azərbaycana, onun bugünkü imkanlarına və Azər
baycanın dövlətçiliyinə göstərilən diqqət və ehtiram əlamətidir.
Buna görə mən bütün din xadimlərinə, İslam aləminin mötəbər
insanlarına, Qafqaz müsəlmanlarına təşəkkürümü bildirirəm və
sizi əmin edirəm ki, həm konfransın, həm də qurultayın müvəf
fəqiyyətlə keçməsi üçün Azərbaycanın hökuməti, hakimiyyət
orqanları əlindən gələni edəcəklər.
Əmin ola bilərsiniz ki, Azərbaycanın ciddi problemlərlə və
çətinliklərlə rastlaşmasına baxmayaraq, siz bu günlər böyük qo
naqpərvərlik, mehribanlıq, dostluq münasibətləri görəcəksiniz.
Bu, Azərbaycan xalqının mənəvi xüsusiyyətlərindən, mənəvi
dəyərlərindən biridir. Bizim xalqımız həmişə dostluğu, qardaşlı
ğı, mehribanlığı möhkəmləndirməyə cəhd göstərmiş, insanların
dini mənsubiyyətindən asılı olmayaraq onların arasında sülh və
əmin-amanlıq, mehribanlıq əlaqələrinin olmasına çalışmışdır.
Ümid edirəm ki, siz bu günlər Azərbaycan xalqının bu mənəvi
dəyərlərinin şahidi olacaqsınız. Beynəlxalq Konfrans həqiqətən
tək İslam aləmimiz üçün yox, bütün müasir dünya üçün də va
cib bir məsələnin müzakirəsinə həsr edilibdir. XX əsrin sonunda
bəşəriyyət böyük təhlükələrlə, böyük münaqişələrlə, çətinlik
lərlə rastlaşıbdır. Dünyada gedən ictimai-siyasi proseslər, dün
yanın əksər ölkələrində demokratiyanın inkişafı, dünyanın ək
sər ölkələrində insanlara bütün azadlıqların verilməsi və insan
haqlarının qorunması sahəsində görülən işlər və xüsusən 1948-ci
ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş İnsan
Hüquqları Haqqında Ümumi Bəyannamənin 50 illiyi tamam
olan bir ildə müsbət cəhətlərlə yanaşı, dünyada gedən proseslər
içərisində mənfi cəhətlər, mənfi meyillər də mövcuddur.
Bunların çoxu da insanın mənəviyyatı ilə bağlıdır. Ona görə
də müasir dünyada dini-mənəvi dəyərlərdən səmərəli istifadə
olunması hər bir ölkə üçün, hər bir xalq üçün, hər bir din üçün
çox əhəmiyyətlidir.
2 1 0
Məlumdur ki, bütün dinlər dünyada yüksək mənəviyyatı təb
liğ edirlər. O da məlumdur ki, bəşər tarixində insanlar öz şüuru
nu, adət-ənənələrini və cəmiyyətlərdə yaranan qanun-qaydaları
əsasən dini dəyərlərdən, dinin insanlara bəxş etdiyi keyfiyyətlər
dən götürüblər.
Bu gün biz keçmiş tariximizə baxaraq böyük məmnuniyyətlə
qeyd etməliyik ki, din çoxminillik bəşər tarixində həmişə müstəs
na, böyük rol oynamışdır və insanlara həmişə səadət, sülh və
əmin-amanlıq gətirmişdir. İslam dini yüksək mənəvi dəyərlərə
malik olan bir dindir. İslam dininin bəşər mədəniyyətinə, bəşər
sivilizasiyasına verdiyi töhfələr və xüsusən mənəvi dəyərlər
əvəzsizdir, misilsizdir. Biz müsəlmanlar fəxr edirik ki, mənsub
olduğumuz İslam dini dünyanın böyük bir hissəsini əhatə edir
və bəşər tarixi boyu insanların mənəvi cəhətdən yüksəlməsinə və
dünyada inkişafa, sülhün, əmin-amanlığın yaranmasına həmişə
xidmət etmişdir. Ona görə də mən inanıram ki, bu gün burada
işə başlayan beynəlxalq konfrans İslam dininin mənəvi dəyərlə
rindən müasir həyatda səmərəli istifadə olunması üçün müvafiq
tövsiyələr irəli sürəcək və beləliklə, biz ölkəmizin və buraya top
laşan nümayəndələrin ölkələrinin həyatında olan çətinliklərin,
problemlərin həll edilməsinə nail ola biləcəyik.
Bu konfransın xüsusən keçmişdə Sovetlər İttifaqına mənsub
olan, indi müstəqil dövlət kimi yaşayan ölkələr, dövlətlər üçün
çox böyük əhəmiyyəti vardır. Çünki məlumdur ki, biz 70 il kom
munist ideologiyası altında tərbiyələnərək dinimizdən və dinin
bizə bəxş etdiyi mənəvi dəyərlərdən məhrum olmuşduq.
Kommunist ideologiyasının bəşəriyyətə vurduğu zərbələrdən
ən böyüyü 70 il müddətində dinə qarşı aparılmış təbliğat və xü
susən dinin qadağan olunması və dinin təhrif edilməsi olmuş
dur. Ancaq, eyni zamanda, bu tarix onu da göstərir ki, din və o
cümlədən bizim mənsub olduğumuz İslam dini o
qədər qüdrətə
malikdir ki, o qədər gücə malikdir ki, heç bir ideologiya, heç bir
hakimiyyət, heç bir hökmdar onunla bacara bilməz və 70 illik
tarix də göstərdi ki, bunu bacara bilmədi.
__________________________________________________ Heydər Əliyev siyasoıi; TOLERANTI.IQ
211
Doğrudur, kilsələri, məscidləri partlatdılar, dağıtdılar, dinin
əleyhinə müntəzəm təbliğatlar apardılar. O dövrdə doğulmuş,
həyata atılmış insanlar bəzən dinin nə olduğunu da bilmədilər
və onlara təsir gücü xüsusən artıq oldu. Amma bunlara baxma
yaraq insanlar, o cümlədən müsəlmanlar dini öz qəlbində yaşat
dılar. Hər bir ailədə, hər bir evdə, hər bir ocaqda din yaşadı və
dinin insanlara bəxş etdiyi adət və ənənələr, qanun və qaydalar
yaşadı və onlar o hakimiyyət dövründə tətbiq edilən qanunlar
dan və yeni yaranan adət-ənənələrdən hətta güclü oldu. Çünki
din və xüsusən bizim İslam dini çoxəsrlik tarixi boyu özündə elə
gözəl xüsusiyyətlər formalaşdırmışdır ki, bizim üçün müqəddəs
olan Qurani-Kərim, Həzrət Məhəmməd peyğəmbərin müsəl
manlara göstərdiyi yol və verdiyi tövsiyələr insanların daxili
mənəviyyatına o qədər uyğun olmuşdur, insanlar üçün o qədər
faydalı olmuşdur və insanların həyatında o qədər müsbət rol
oynamışdır, insanları o qədər səadətə çatdırmışdır ki, bu adət-
ənənələr, bu dini qanun-qaydalar nəsildən-nəslə yaşamış və heç
bir məhdudiyyət bunun qarşısını ala bilməmişdir.
Təsəvvür edin, o dövrdə Azərbaycanda məscidlər məhv oldu,
Azərbaycan dövlət müstəqilliyini əldə edən zaman ölkəmizdə
cəmi 18 məscid var idi. Azərbaycanın dövlət müstəqilliyinin hələ
7 yaşı tamam olmayıbdır. Yəni tarixi nöqteyi-nəzərdən biz dövlət
müstəqilliyi, milli azadlıq şəraitində kiçik bir zaman yaşamışıq.
Ancaq Azərbaycan xalqı öz milli azadlığını qazanandan sonra,
özünün dövlət müstəqilliyini
elan edəndən sonra, öz dövlətini, öz
quruluşunu özü istədiyi kimi qurandan sonra qısa bir zamanda
indi Azərbaycanda 1000-dən artıq məscid var. Demək, insanların
hamısının qəlbində məscid intizarı, məscid arzusu, - məscid Allah
evidir, məscid
dini məbəddir, dini m ərkəzdir-o qədər yaşayıbdır
ki, qısa bir zamanda heç bir hökumətin, dövlətin köməyi, vəsai
ti olmadan məscidlər tikilib yaradılıbdır. Bu, mənim dediklərimə
əyani sübutdur. Mən bu il böyük sevinc hissi ilə Bakıda müqəd
dəs yer adlanan Bibiheybot məscidinin yerində yeni bir məscidin
yaradılmasına nail oldum və onun açılışında iştirak etdim.
Hey dor Əliyev siyasoti: TOLERANTLIQ
__________ ______________ _______________________
212
Heydor Əliyev siya»ti: TOLERANTLIQ
Təsəvvür edin, o yer müqəddəs yerdir. Orada VII əsrdən Həz
rət Hökümənin qəbri olmuşdur. İmam Museyi-Kazımın qızı,
imam Rzanın bacısı Həzrət Hökümənin qəbri üzərində vaxtilə
insanlar məscid qurmuşdular və ora ziyarətgaha çevrilmişdi.
Ancaq o müqəddəs yer, o insanların, tək Azərbaycandan yox,
dünyanın bir çox yerlərindən də gələn müsəlmanların ziyarət
etdiyi müqəddəs yer 1933-cü ildə partladılmışdır, dağıdılmışdır.
Məscidi partladıblar, dağıdıblar, yerlə yeksan ediblər, amma in
sanlar ayağını o yerdən çəkməyiblər. Həmişə Bibiheybot piri
- bizdə ona pir deyirlər - müsəlmanların ziyarət yeri olubdur,
müsəlmanlar gedib orada o yerə öz ehtiramını bildiriblər, nəzir
lərini veriblər və o yeri yaşadıblar.
Biz dövlət müstəqilliyini əldə edəndən sonra, 1994-cü ildə mən
piri ziyarət edən kimi orada yeni, ondan da gözəl bir məscidin
tikilməsi haqqında qərar verdim və məscid bu ilin may ayında
açıldı. Ancaq tikilmiş o məscid daha da genişlənəcək
və böyük bir
ibadət, ziyarət yerinə çevriləcəkdir. Bu, mənim Azərbaycan Pre
zidentinin etdiyi işdir. Amma qalan bütün məscidləri insanların
özləri tikiblər, dövlətin heç vəsaiti ayrılmadan. Bu onu göstərir ki,
bizim İslam dininə insanlar nə qədər bağlıdır, buna nə
qədər itaət
edirlər və İslam dini nə qədər güclüdür.
Buna görədəhesabedirəm ki, konfransın mövzusu-"Müasirlik
və dini-mənəvi dəyərlər" - bir-biri ilə bağlanmalıdır. Dini-mənə
vi dəyərlərdən biz müasir həyatımızın daha da genişlənməsi və
inkişaf etməsi üçün istifadə etməliyik. Dini mənəvi dəyərlər bizi
geriyə çəkməməlidir, irəli aparmalıdır və mütləq belə olmalıdır.
Çünki İslam dininin mənəvi dəyərləri insanları həmişə inkişafa
aparmışdır, insanlara həmişə qarşıdakı uzaq və işıqlı yolu göstər
mişdir və insanları daha da irəli getməyə, daha da savadlanmağa,
mədəniyyətə daha da qovuşmağa, müasir həyatın bütün vasitələ
rindən öz həyatını, öz millətinin həyatını, xalqının həyatını daha
da yaxşılaşdırmaq üçün, maddi və mənəvi vəziyyətini yaxşılaş
dırmaq üçün daha da səmərəli istifadə etməyə yönəldilmişdir.
Mən güman edirəm ki, siz məsələləri məhz bu istiqamətdə müza
213