Hevddr Əliyev siyjsAti: TOLERANTLIQ
VƏHL Dİ XALQININ MÜSİBƏTİ GÜNÜ
MÜNASİBƏTİLƏ AZƏRBAYCANIN
YƏHUDİ İCMASINA MÜRACİƏT
Hər il yəhudi xalqının müsibəti günü dərin hüznlə yad edilir.
Yəhudi xalqı İkinci Dünya müharibəsi zamanı amansız ay
rı-seçkiliyə və soyqırımı siyasətinə məruz qalmışdır. Altı milyon
günahsız insan yalnız etnik mənsubiyyətinə - yəhudi olduğuna
görə faşizmin qanlı irticasının qurbanına çevrilmişdir.
Azərbaycan xalqı tarixən bəşəri humanizmə və insanpərvər
təbiəti etibarilə hər cür ayrı-seçkiliyə qarşı olmuş, başqa xalq
ların müsibətinə seyrçi və etinasız münasibət bəsləməmişdir.
Bunu respublikamızda yaşayan bütün xalqlar, o cümlədən yü-
zillər boyu müxtəlif səbəblərdən ölkəmizə pənah gətirərək məs
kunlaşmış yəhudi əhalisi də yaxşı bilir.
Yəhudi xalqının müsibəti günündə bütün günahsız qurbanla
rın əziz xatirəsini yad edərək xatırlatmaq istəyirəm ki, belə mil
li faciələr Azərbaycan xalqının taleyindən də yan keçməmişdir.
Son iki əsrdə xalqımıza qarşı ardıcıl soyqırımı və etnik təmiz
ləmə siyasəti yeridilmiş, amansız kütləvi qırğınlar törədilərək
azərbaycanlılar indi Ermənistan adlandırılan tarixi dədə-baba
torpaqlarımızdan deportasiya edilmişdir. 1988-ci ildən başlaya
raq Qarabağda erməni vəhşəti və vandalizmi bu günümüzün acı
gerçəkliyidir. Belə oxşar tarixi tale xalqlarımızı dərd ortağına çe
virmiş və bir-birinə daha da yaxınlaşdırmışdır.
Bu hüznlü gündə kədərinizə ürəkdən şərik olduğumu bildirir,
dünyanın bütün sülhsevər qüvvələrini və mütərəqqi bəşəriyyəti
indi də davam edən faşizmə, irqçiliyə, hər cür soyqırımı aktına
qarşı qəti mübarizəyə çağırıram.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 aprel 1998-ci il
194
BİBİHEYBƏT MƏSCİD-ZİYARƏTGAH
KOMPLEKSİNİN AÇILIŞI MƏRASİMİNDƏ NİTQ
12 iyul 1998-ci il
---------------------------------------------------------------------- Heydor Olivev siya^ati: TOLERANTLIQ
Əziz bacılar, qardaşlar, həmvətənlər!
Əziz azərbaycanlılar, müsəlmanlar!
Mən sizi bu bayram - böyük peyğəmbər Həzrət Məhəmməd
əleyhissəlamın mövlud günü münasibətilə təbrik edirəm, sizin
hamınıza cansağlığı, Azərbaycan xalqına, müsəlmanlarına, bii-
tiin dünya müsəlmanlarına sülh, əmin-amanlıq və səadət arzu
layıram.
Bu gün - bizim üçün əziz olan bu bayram günü Azərbaycan
Respublikasının, məmləkətinin, xalqının həyatında tarixi hadisə
baş verir. Biz bu gün XIII əsrdə - 700 il bundan əvvəl müqəddəs
liyə çevrilmiş bu yerdə toplaşmışıq. Bu müqəddəs yer Həzrət
195
Hevdor Əhvev siv.ısoti: TOLERANTLIQ
İmam Museyi-Kazimin qızı, Həzrət İmam Rzanın bacısı Həzrət
Hökümənin torpağa verildiyi, onun məzarı olan yerdir. Bu yer o
vaxtdan indiyə qədər müsəlmanlar üçün müqəddəs yerə çevril
mişdir. Müsəlmanlar bu yeri əsrlər boyu ziyarət etmiş, burada
özlərinə ümid, pənah axtarmışlar, dinimizə, Allaha, peyğəm
bərə dua etmişlər, özlərini yaşatmışlar, İslam dininə sadiq ol
duqlarını nümayiş etdirmişlər.
Biz fəxr edirik ki, İslam aləmində İslamı təmsil edən müqəd
dəs yerlərdən Azərbaycanda da vardır. Bu müqəddəs yerlərdən
ən əzizi bu gün bizim toplaşdığımız yer - Həzrət Hökümənin
qəbri, bu qəbrin üzərində vaxtilə ucaldılmış məscidin olduğu
yerdir. Allaha, İslama sadiq olan insanlar 700 il bundan öncə
bu yerdə böyük məscid qurub-yaradıblar və bura Allah evi, İs
lam məbədi kimi daha da geniş vüsət alıbdır, ziyarətgah olub
dur. Müsəlmanlar, azərbaycanlılar 700 il həmin məsciddə, bu
müqəddəs yerdə Allaha dua ediblər, mənəvi arzularını yerinə
yetiriblər, öz dininə, əxlaqına, mənəviyyatına sadiq olduqlarını
nümayiş etdiriblər. İslam dini insanlarda ən yüksək keyfiyyətlə
ri tərbiyə etməyə, formalaşdırmağa çalışıbdır.
1
%
Heydor Oliyt-y 4 v.is.il, TOLERANTLIQ
197
Hevdor Əliyev siyasəti: TOLERANTLIQ
İslam dininin dəyərləri ən yüksək mahiyyətə malik olan
mənəvi dəyərlərdir. Bu dəyərləri yaşatmaq, insanları bu uca,
ülvi, yüksək mənəvi dəyərlər səviyyəsində tərbiyə etmək Al
lahın buyruğudur, Məhəmməd peyğəmbərin qoyduğu yoldur.
Mən böyük iftixar hissi ilə deyirəm ki, Azərbaycan xalqı bütün
çətinliklərdən, bəlalardan, məhrumiyyətlərdən, zillətlərdən
keçərək öz dininə, mənəvi dəyərlərinə daim sadiq olmuşdur və
heç bir hakimiyyət, hökmdar bunların məhv edilməsinə nail ola
bilməmişdir.
Burada, bu müqəddəs yerdə vaxtilə ucaldılmış məscid 60 il
bundan öncə vəhşicəsinə partladılmışdır, dağıdılmışdır. Bizim
mənəviyyatımıza, mənəvi dəyərlərimizə, İslam dininə böyük
zərbə vurulmuşdur. Xalqımız, millətimiz bu zərbəni almış, ya
ralanmış, əzilmiş, ancaq məhv, məğlub olmamış, bu zərbələrə,
yaralara, əziyyətlərə dözməyə məcbur olmuşdur. Lakin bütün
bunlara dözərək, bu müqəddəs yerə olan sevgisini, məhəbbəti
ni, inamını qəlbində yaşatmış və bu müqəddəs yerdən heç vaxt
ayrılmamışdır.
Təsadüfi deyildir ki, bu məscid dağılandan sonra da və bu
rada Həzrət Hökümənin qəbri bərbad olunandan sonra da in
sanlar bu yeri özləri üçün daim nicat, ümid yeri etmişlər. Bu yer
bir ziyarətgah kimi öz mənasını heç vaxt itirməmişdir. İnsanlar
buraya daim ziyarətə gəlmişlər, burada öz arzularını yerinə ye
tirmişlər, yaşamaq, yaratmaq üçün bu müqəddəs yerdən dayaq,
mənəvi güc, dəstək almışlar.
Bunlar hamısı Azərbaycan xalqının tarixidir. Bizim böyük və
qədim tariximizin şanlı, şöhrətli, uğurlu səhifələri ilə yanaşı, fa
ciəvi səhifələri də vardır. Bunlar hamısı bizimdir. Biz uğurları-
mızla, qəlabələrimizlə, xalqımızın tarix boyu nailiyyətləri ilə fəxr
etmişik. Bunlar xalqımızı yaşadıb, irəliyə aparıb, inkişaf etdirib.
Ancaq biz tariximizin əziyyətli, əzablı, faciəvi səhifələrinə, mər
hələlərinə isə dözmüşük. Bizim qeyrətli, namuslu ata-babaları-
mız, əcdadlarımız bütün bunlara dözüblər, ancaq sınmayıblar,
198
Hevdor Əliyev siyasjıi; TOLERANTLIQ
sarsılmayıblar, iradələrini itirməyiblər, ümidlə yaşayıblar. Bizim
mənəvi, İslami dəyərlərimiz nəsillərdən-nəsillərə keçib, yaşayıb,
gəlib bu günlərə çatıb. Bunlar bu gün də xalqımızın, millətimizin
ən böyük mənəvi sərvətidir.
Biz bu müqəddəs yerdə abadlıq işləri aparılmasına və vax
tilə dağıdılmış məscidin bərpa edilməsinə bir neçə il bundan
öncə başlamışıq. Xalqımız bu məscidin bərpa edilməsini daim
istəyibdir. Xüsusən sovet hakimiyyəti dağılandan, Azərbaycan
da dövlət müstəqilliyi əldə edildikdən, dinimizə - İslam dininə
azadlıq veriləndən sonra insanlarda bu istək, arzu daha da art
mışdır. Bu gün bizim üçün böyük tarixi hadisə, böyük xoşbəxt
likdir ki, bu arzularımızı artıq yerinə yetirə bilmişik. Burada, bu
müqəddəs yerdə gözəl, bu müqəddəs yerə, İslamiyyətə, milləti
mizə, xalqımıza layiq bir məscid tikib yarada bilmişik. Bu, tarixi
hadisədir. Bu bayram günü biz buraya bu məscidin yenidən do
ğulması, dünyaya gəlməsi münasibətilə toplaşmışıq. Bu, Azər
baycan müsəlmanları, güman edirəm, bütün İslam aləmi üçün
ikiqat bayramdır. Məhəmməd peyğəmbərin mövlud günü Həz
rət Hökümənin, Həzrət imamlarımızın övladlarının, qohumla
rının qəbirləri üzərində əzəmətli bir məscidin açılması ikinci bir
bayramdır.
Əziz bacılar və qardaşlar, mən bu tarixi hadisə münasibətilə
sizi, bütün Azərbaycan xalqını, İslam aləmini təbrik edirəm.
Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu məscid bundan
sonra daha da genişlənəcək, böyüyəcək və xalqımıza, İslamiy
yətə ədəbi, sonsuz olaraq öz xidmətini göstərəcəkdir.
Mən bu məscidə, binaya baxarkən həddindən artıq sevinirəm.
Azərbaycanda böyük memarlıq abidələri vardır. Bu abidələri
xalqına, millətinə əsrlər boyu xidmət edən insanlar yaradıblar.
Azərbaycanda - Bakıda və respublikamızın başqa şəhərlərində,
yaşayış məntəqələrində son onilliklərdə böyük və gözəl me
marlıq abidələri yaradılmışdır. Bu məscid öz xüsusi mənası və
məqsədi ilə bərabər, xalqımızın böyük, dəyərli və gözəl memar
lıq abidəsidir. Beləliklə, bu məscid Azərbaycanın mədəniyyət,
199
Dostları ilə paylaş: |