Heydor Əliyev siyasəti: TOLERANTLIQ
ümumbəşəri dəyərlərin xalqımız üçün və milli mentalitetimiz,
mənəviyyatımız üçün uyğun cəhətlərini götürüb tətbiq edərək
heç vaxt dinimizdən, dini adət-ənənələrimizdən ayrıla bilmərik
və imtina da edə bilmərik.
Ona görə burada ziddiyyət yoxdur. Əksinə, çox qarşılıqlı müna
sibətlər var. Bu baxımdan, Azərbaycanın Prezidenti kimi mən Azər
baycanda dinin inkişafını təmin etmək üçün nə lazımdır edirəm və
bımdan sonra da edəcəyəm. Dinimizin bizə tövsiyə etdiyi və qoy
duğu bütün adət-ənənələrdən səmərəli surətdə, həyatımızı daha da
inkişaf etdinnək üçün istifadə etməliyik.
Buna görə də indi ocaqların yaranması, onlann daha da abad
laşdırılması işini, lazımi tədbirlərin görülməsini əhəmiyyətli
hesab edirik. Çoxunu xalq özü, xeyriyyəçi insanlar edir, amma
dövlət də bir tərəfdən buna dəstək verir, digər tərəfdən də imka
nı dairəsində nə lazımdır edir. Məsələn, Bibiheybət məscidinin
bərpası bizim üçün tarixi əhəmiyyəti olan bir hadisədir. Çünki Bi
biheybət ziyarətgahının Azərbaycanın və bütün İslamın tarixində
hansı yer tutduğunu siz yaxşı bilirsiniz.
Şübhəsiz ki, vaxtilə təkcə xalqımıza qarşı yox, bütün İslam
dünyasına qarşı böyük bir cinayət edilib - o məscid partladılıb,
dağıdılıb və o ziyarətgah pozulubdur. Amma buna baxmayaraq,
insanlar Bibiheybət ziyarətgahını heç vaxt unutmayıblar. Doğ
rudur, qadağan olduğuna görə oraya əvvəlki kimi ziyarətlər ol
mayıb, ancaq o, müqəddəs bir yer kimi yaşayıb və yaşayacaqdır.
İndi isə bizim vəzifəmiz Bibiheybət məscidini bərpa etmək, daha
da inkişaf etdirmək və oranı - əsrlərdən bəri yaşamış ziyarətgahı
yenidən əvvəlki, bəlkə ondan da yuxarı səviyyəyə qaldırmaqdır
ki, təkcə Azərbaycan xalqı, müsəlmanları üçün yox, həqiqətən
bütün dünya müsəlmanları üçün ziyarətgah olsun.
Ona görə də məscidin bərpası üçün mənim dövlət tərəfindən
vəsait ayırmağım təsadüfi bir şey deyildir. Mən lazım olan vəsaiti
ayırmışam, açıq deyirəm, əgər lazım gəlsə, bundan sonra da ayı
racağam ki, Bibiheybət məscidi bərpa olunsun. Mənə söz verib
lər ki, iyun ayında hazır olacaqdır. Şübhəsiz, sonra onu lap yük
182
Heydor Əliyev siyasjli: TOLERANTLIQ
sək səviyyəyə qaldırmaq üçün əlavə nə işlər görmək lazımdırsa,
bunu edəcəyik. Mən elan etmişəm, bu, mənim şəxsi himayəm
altındadır. Mən də bunu həm Azərbaycanın Prezidenti, həm də
bir müsəlman, vətəndaş kimi özümün vəzifəm hesab edirəm və
yerinə yetirəcəyəm.
Şüvəlan, Mərdəkan Azərbaycanın gözəl guşələrindən biridir.
Burada çox gözəl insanlar yaşayır. Bu insanların ən böyük xüsu
siyyətlərindən biri də odur ki, onlar bizim milli, dini ənənələrimi
zi həmişə yaşadıblar. Bu, bu yerlərin xüsusiyyətidir. Bəzi yerlər
də bəlkə bu xüsusiyyət belə deyil, amma Şüvəlan, Mərdəkan bu
barədə çox fərqlənir. Ümumiyyətlə, bura Azərbaycanda təbiətin
gözəl, mənzərəli yeridir, çox fədakar insanları var. Ona görə də
təkcə burada yaşayanlar yox, bizim hamımız, o cümlədən mən də
bu yerləri sevirik. Ümumiyyətlə, indi Əzizbəyov rayonu deyilən
ərazini əhatə eləyən bütün bu yerlər - ya qəsəbədir, yaşayış yeri
dir, ya kənddir, fərqi yoxdur, adını nə cür deyəcəksən, - Azərbay
canın həqiqətən gözəl yerləridir. Məsələn, indi mənə "Əli ayağı"
nm medalını təqdim etdilər, çox məmnunam. Oraya ziyarətimi
çox məmnuniyyətlə xatırlayıram. Təəssüf edirəm ki, bunu gedib
orada ala bilməmişəm, burada təqdim etdiniz. Amma sizə söz
verirəm ki, oranı bir daha ziyarət edəcəyəm, mütləq gələcəyəm.
Nardaran pirinə də mütləq gedəcəyəm. Bütün bu yerlər bizim
üçün - müsəlmanlar, azərbaycanlılar üçün çox əziz yerlərdir.
Bundan sonra bizim də vəzifəmiz ondan ibarətdir ki, bu yerləri
mühafizə edək, saxlayaq, abadlaşdıraq, inkişaf etdirək ki, insan
lar bu yerlərdən daha da səmərəli istifadə edə bilsinlər.
Burada hörmətli dostlarım respublikamızın həyatına aid olan
bəzi məsələlər haqqında da öz fikirlərini dedilər. Çox sağ olun,
mənim fəaliyyətim, gördüyüm işlər haqqında dediyiniz müsbət
sözlərə görə sizə təşəkkür edirəm. Mən çox məmnunam və bir
daha sizə bildirmək istəyirəm ki, həyatımın mənası və məqsədi
xalqa xidmət etməkdir. Bilirsiniz, Allah hər adama bir qismət ve
rir. Biri görürsən istedadlı olur, yazıçılıqla məşğul olur, biri bəstə
karlıq edir, biri başqa sənəti seçir, biri alimlik edir. Allah mənə
183
də bu işi qismət eləyib, yəni xalqın qayğısına qalmaq. Bilirsiniz,
məsələn, dövlət işi, yaxud da siyasət - bunlar hamısı birlikdə elə
bir şeydir ki, əgər həqiqətən insan özünü belə bir peşəyə, işə həsr
edirsə, bunlar bir peşə kimi insanın özünü yaşatmaq məqsədi da
şımır. Demək, əgər sən böyük dövlət işinə, böyük siyasətə girişir
sənsə, bundan öz şəxsi məqsədin üçün istifadə edəcəksənsə, bu,
nəticəsiz olacaqdır. Amma bu addımı xalqa xidmət etmək, xalqın
qeydinə qalmaq, xalqa qayğı göstərmək üçün, Vətəninin prob
lemlərini həll etmək üçün atırsansa, onda şübhəsiz ki, müvəffəq
ola bilərsən.
Allah mənim də həyatımı belə gətirib, tale belə gətirib ki, gənc
vaxtlarımdan bu işlərlə məşğul olmuşam. Bu da mənim həyatı
mın həm mənasıdır, həm də məqsədidir. Görünür, mənim başqa
bir sənətim ola bilməyəcək, həyatımın sonuna qədər bununla
məşğul olacağam. Xüsusən, Azərbaycan dövlət müstəqilliyini
əldə edəndən sonra bu, daha da çox lazımdır. Azərbaycan üçün
dövlət müstəqilliyini əldə etmək, - o şəraitdə ki, bunu əldə etdik,
- elə bir çətin şey deyildi. Çünki Sovetlər İttifaqı dağıldı və o da
ğılanda respublikalar istəsə də, istəməsə də müstəqil olmalı idi.
Bəzi respublikalar istəmirdilər müstəqil olsunlar, amma məcbur
oldular. Bəziləri deyirdi "Yox, biz Moskvasız yaşaya bilmərik",
amma müstəqil olmağa məcbur oldular. Bir var ki, məsələn, han
sısa bir xalq hansısa istibdaddan, müstəmləkəçidən xilas olmaq
üçün döyüşür, mübarizə aparır, qan tökür və xilas olur, - belə
hallar tarixdə çoxdur. Bir də var ki, tarixin prosesləri, dünyada
gedən ictimai-siyasi proseslər nəticəsində bu xoşbəxtlik bizə nə
sib olubdur.
Bu, böyük nemətdir, - biz bunu qiymətləndirməliyik, - şübhə
siz ki, tarixi hadisədir. Əgər son bir neçə əsrlik tariximizi təhlil
etsək, bu, yeganə haldır. 1918-ci ildə də istiqlal bəyannaməsi ve
rildi, biz müstəqillik elan etdik və Xalq Cümhuriyyəti yarandı, 23
ay fəaliyyət göstərdi. Bu da nədən oldu? O vaxtlar, Birinci Dünya
müharibəsindən sonra, ümumiyyətlə, dünyada və xüsusən Avro
pada və Rusiyada vəziyyət çox qarmaqarışıq oldu. Bunların nə
Heydər Əliyev siyasəti: TOLERANTLIQ_______________________________________
184
Hcvdjr Əliyev sıyjsotı TOLERANTLIQ
ticəsində 1917-ci ilin fevral inqilabında Rusiyada 300 il hakimiy
yətdə olan Romanovlar sülaləsi, Romanovlar evi dağıldı. Bundan
sonra, 1917-ci ilin Oktyabr inqilabında isə bolşeviklər hakimiyyə
ti ələ keçirdilər, yeni bir ideologiya əsasında yeni quruluş yaradıl-
mağa başlandı. Bu zaman Rusiyada vəziyyət o qədər qarmaqa
rışıq idi ki, onun ayrı-ayrı regionlarında proseslər daha əvvəlki
kimi çar istibdadı tərəfindən idarə oluna bilmirdi.
Bu fürsətdən istifadə edib Zaqafqaziyada Azərbaycan, Gürcüs
tan, Ermənistan əvvəl istədilər bir Zaqafqaziya dövləti yaratsınlar,
çox mübahisə apardılar. Azərbaycan nümayəndələri də tərəfdar
idilər ki, müstəqil Zaqafqaziya dövləti yaratsınlar. Ancaq sonra
bir yola gələ bilmədilər və Gürcüstan öz müstəqilliyini bəyan etdi.
Ondan sonra Ermənistan və Azərbaycan da öz müstəqilliyini bə
yan etdilər. Yəni biz o vaxt da öz müstəqilliyimizi keçmiş Rusiya
nın, çar Rusiyasının ərazisində gedən ictimai-siyasi proseslər və
cürbəcür hərbi münaqişələr nəticəsində əldə etməyə imkan tap
dıq. Xalq Cümhuriyyətini yaradan insanlar o vaxt bu fürsətdən is
tifadə etdilər və onların bu fəaliyyəti çox yüksək qiymətə malikdir.
Ona görə də, siz bilirsiniz ki, mən fərman vermişəm və bu il may
ayının axırına qədər tədbirlər gedir, ilk Azərbaycan Demokratik
Respublikasının - Xalq Cümhuriyyətinin 80 illik yubileyini qeyd
edəcəyik. Bu, bizim üçün tarixi hadisədir. Mən yenə də deyirəm,
1920-ci ildə müstəqillik əldən getdi və 1991-ci ilin sonunda Sovet
lər İttifaqı dağılarkən biz yenidən müstəqillik əldə etdik.
Bəli, müstəqillik bizim üçün böyük nemətdir, bizə Allah-Təa
la tərəfindən bəxş edilmiş böyük sərvətdir, biz bunu qorumalı,
saxlamalıyıq. Ancaq bunu qoruyub saxlamaq asan deyil, çox çə
tindir, çox mürəkkəbdir. Bizim üçün xüsusən ona görə çətindir
ki, əgər keçmiş Sovetlər İttifaqına daxil olmuş başqa respublika
lar müstəqillik alandan sonra onlann içərisində böyük bir hadisə
yoxdursa, bizdə hələ müstəqilliyi almamış, 1988-ci ildə Ermənis
tan Azərbaycana hücum edərək Dağlıq Qarabağı
əlimizdən almaq
istəyib və müharibə gedibdir. Bunun nəticəsində torpaqlarımızın
20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilibdir. İş
185