Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Heydor Əliyev şivasdti: TOLERANTLIQ



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə39/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   35   36   37   38   39   40   41   42   ...   112

Heydor Əliyev şivasdti: TOLERANTLIQ
Mənim son qərarım təsadüfi bir qərar deyildir. Mən son illər, son 
zamanlar respublikamızda baş vermiş müsbət dəyişikliklərlə əlaqə­
dar bəzi  mənfi  hadisələrin, meyillərin də meydana çıxdığını  müşa­
hidə edirdim. Bu, məni narahat edirdi. Məsələn, spirtli içkilərdən is­
tifadə olunmasının yayılması, onların istehsalının artırılması, yaxud 
da  narkotik  maddələrdən  istifadə edilməsinin  yayılması  məni  çox 
narahat  edirdi.  Bunlardan  sonra  son  vaxtlar  respublikamızda  ka- 
zinolann,  qumarxanaların  açılması,  qanuni,  qanunsuz,  gizli,  qey­
ri-leqal  şəkildə  ayn-ayn  gecə  klublarının  açılması  -   bunlar  hamısı 
xalqımızın  mənəviyyatına zidd  olan, onun  mənəviyyatını,  xüsusən 
gənclərimizin,  gənc qız-qadınlarımızın  tərbiyəsini  pozan  hallardır. 
Bunlar məni çox narahat edirdi.
Mən  hakimiyyət,  təhsil  orqanlarına,  gənclər  təşkilatına,  ictimai 
təşkilatlara  və  hüquq-mühafizə  orqanlarına  dəfələrlə  göstəriş  ver­
mişdim ki, bunların qarşısı alınmalıdır, belə hallara qarşı mübarizə­
ni  gücləndirmək  lazımdır.  İndiyə  qədər  aparılan  tədbirlərin  istə­
nilən nəticəni  verməyəcəyini  hiss edəndən sonra  mən bu  məsələni 
respublika  Təhlükəsizlik  Şurasının  müzakirəsinə  çıxarıb  müzakirə 
etməyə məcbur oldum. Bu məsələ Təhlükəsizlik Şurasında bir neçə 
saat müzakirə edildi.  Mən öz fikirlərimi,  narahatçılığımı, mövqeyi­
mi  tamamilə  açıq-aydm bildirdim.  Mən  bunların  nəticəsində  artıq 
elan olunmuş sərəncamı qəbul etdim.
Çox məmnunam ki,  mənim gördüyüm bu  tədbirlər,  atdığım bu 
addımlar ictimaiyyət, xalqımız tərəfindən bəyənilir və hörmətlə, rəğ­
bətlə qarşılanır. Şübhəsiz ki, bizim din xadimlərimizin, dindarların, 
ağsaqqallann bu məsələyə münasibəti mənim üçün çox qiymətlidir. 
Bunlan mənə çatdırdınız, sizin mənə təqdim etdiyiniz məktubda da 
bunlar öz əksini tapıbdır.
Mən çox təşəkkür edirəm. Məmnunam ki, bizim bu barədə fikir­
lərimizin hamısı -  yəni  tarixi, dini,  mənəvi ənənələrimiz,  ulu baba- 
lanmızdan bizə qalmış nemətlər, dəyərlər barədə, həm də dünya ilə 
bugünkü münasibətlərimizə və ictimaiyyətdə gedən proseslərə aid 
olan anlayışımız üst-üstə düşür və eyni istiqamətdədir.
170
Heydor Əliyev siyasoti: TOLERANTLIQ
Şübhəsiz ki, biz Azərbaycanda dünyəvi dövlət qururuq. Biz ölkə­
mizi,  vətəndaşlarımızı  cürbəcür  fanatizm  əhval-ruhiyyəsinə  qa­
pılmağa  heç  vaxt  dəvət etmirik  və  buna  imkan  da  verməyəcəyik. 
Bizdə  dinə,  mənəvi  dəyərlərimizə,  eyni  zamanda,  ümumi,  bəşəri 
dəyərlərə hörmət var. Biz ümumbəşəri dəyərləri, yəni tarixin sınaq­
larından  keçmiş  və  yüksək  mədəniyyəti,  mənəviyyatı  əks  etdirən 
ümumbəşəri  dəyərləri  öz xalqımıza  aşılamalıyıq,  xalqımızı  həmin 
ümumbəşəri  dəyərlər  əsasmda  da  tərbiyələndirməliyik.  Ancaq  öz 
milli-mənəvi  dəyərlərimizdən  də ayrılmamalıyıq.  Biz bu  prosesdə 
əxlaqsızlığın  inkişaf etməsinə,  yayılmasına,  mənəviyyatsızlığın ya­
yılmasına yol verə bilmərik.
Qumarxanalar,  gecə  klubları,  kazinolar, cürbəcür spirtli  içkilərə 
insanların  çox  aludə  olması  şübhəsiz  ki,  bizim  mənəviyyatımıza 
ziddir.  Ona görə də hesab edirəm ki,  mənim qəbul etdiyim bu  qə­
rar, verdiyim sərəncam, bu tədbirlər həyata keçirilməlidir və bunun 
üçün də uzunmüddətli iş görmək lazımdır.
Bunu bəyəndiyinizə və bu işlərdə mənə dəstək verdiyinizə görə 
təşəkkür edirəm.  Ancaq  mən  istərdim  ki,  siz mənim  bu  tədbirləri­
min  əməli  surətdə  həyata  keçirilməsində  də  fəal  iştirak  edəsiniz, 
beləliklə,  biz  mənəviyyatımıza  zidd  olan  hallan  aradan  qaldıraq. 
Ancaq  təkcə  bunun  aradan  qaldırılmasından  söhbət  getmir.  Biz 
gərək  mənəviyyatımızın  keşiyində  daim  duraq.  Çünki  ola  bilər, 
bunu bir müddət aradan qaldıraq, ancaq diqqət yetirməsək, qısa bir 
vaxtdan sonra onlar yenə də bizim cəmiyyətimizə soxulacaqlar. Bu, 
təbii bir şeydir. Ona görə də bu, bizim üçün daimi, yəni kampaniya 
xarakterli deyil, daimi işlərdir. Biz bu işlərimizi daim aparmalıyıq.
Mən əminəm ki, bu barədə siz öz sahənizdə, cəmiyyətdə, insanlar 
arasında tutduğumuz bu dəst-xəttin və apardığımız tədbirlərin hə­
yata keçirilməsində fəal iştirakçı olacaqsınız.
171


Heydər Əliyev siyasəti: TOLERANTLIQ
HƏCC  ZİYARƏTİNƏ GEDƏN  ZƏVVARLARIN 
BİR QRUPU  İLƏ GÖRÜŞDƏ ÇIXIŞ
Prezident sarayı,  28 mart  1998-ci il
Mən  elə  bilirəm  ki,  hər birinizin  deməyə  sözünüz  vardır.  Bu 
təbiidir.  Ancaq siz  mənə  inanın,  bu  gün  mən bir  neçə  görüş  ke­
çirmişəm. Sizinlə bu görüşdən sonra isə Fransadan gəlmiş böyük 
bir nümayəndə heyətini qəbul etməliyəm. Onlar indi məni gözlə­
yirlər. Mən sizinlə bir neçə saat söhbət etmək arzusundayam. Gü­
man  edirəm ki, biz vaxt  tapıb bunu  edəcəyik.  Ancaq siz indi yol 
üstündəsiniz, mənimsə sizdən sonra daha bir görüşüm vardır.
Xoşbəxt  adamlarsınız  ki,  Məkkə  və  Mədinəni  ziyarət  etmək 
sizə  nəsib  olubdur.  Bu,  hər  bir  müsəlmanın  həyatdakı  arzusu­
dur.  Bilirsiniz  ki,  keçmiş  zamanlarda  bizim  ulu  babalarımız  nə 
qədər çətinliklərin  öhdəsindən  gələrək,  piyada,  o vaxtkı  nəqliy­
yat vasitələrindən istifadə edərək,  neçə aylar vaxt sərf edərək ge­
dib  Məkkəni,  Mədinəni  ziyarət edirdilər.  Hər  bir  müsəlman  bu 
ziyarəti  edəndən  sonra  onda  böyük  bir  dəyişiklik  əmələ  gəlir. 
Sizə belə bir xoşbəxtlik qismət,  nəsib olubdur. Mən bundan ötrü 
çox şadam.
Bizdə hər il həcc ziyarətinə gedənlər var. Hərə öz imkanından 
istifadə edir. Ancaq  siz, Azərbaycanın böyük bir qrup vətəndaş­
ları  iki  müqəddəs  şəhərin  xadimi,  Səudiyyə  Ərəbistanının  kralı 
Fəhd  ibn Əbdüiəziz əl-Səudun Azərbaycana göstərdiyi qayğının 
nəticəsində, onun hesabına bu ziyarəti edəcəksiniz. Mən Səudiy­
yə  Ərəbistanı  kralının  nümayəndəsinə  öz  təşəkkürümü  bildir­
dim, bir daha sizinlə birlikdə ona təşəkkür edirəm. Ümid edirəm 
ki,  bu,  ənənəyə  çevriləcəkdir,  gələn  illərdə  də  bizim  ölkəmizə, 
Azərbaycana  bu  qayğı  göstəriləcəkdir.  Siz bu  imkandan  birinci 
istifadə edirsiniz.  Yolunuz uğurlu  olsun!
172
Mən  də vaxtilə çox illər Məkkəni,  Mədinəni  ziyarət etmək ar­
zusunda  olmuşam.  Əziz  dostum,  qardaşım  kral  Fəhd  ibn  Əb­
düləziz  əl-Səudun  dəvəti  ilə  mən  1994-cü  ildə  Səudiyyə  Ərə­
bistanında  rəsmi  səfərdə  olmuşam.  O  zaman  mənə  bütün  bu 
müqəddəs  yerləri  ziyarət  etmək  imkanı  verilibdir.  Şeyxülislam 
həzrətləri burada qeyd etdi. Səudiyyə Ərəbistanında Kəbənin də 
qapısını mənim üzümə açdılar. Mənimlə olan adamlar da böyük 
bir xoşbəxtlik hissi keçirdilər ki, biz Kəbəyə də daxil ola bildik.
Bu  mənim  həyatımda  çox  böyük  bir  hadisə  olmuşdur.  Mən 
bunu  heç vaxt unutmayacağam. Şübhəsiz ki,  imkan olanda  mən 
bunu  təkrar  da  etmək  istərdim.  Ancaq  uzun  illər həsrətində  ol­
duğum  Məkkəni,  Mədinəni  ziyarət  etmək  mənim  üçün  böyük 
bir  səadət  olmuşdur.  Mən  bunu  heç  vaxt  unutmaram.  İndi  bu, 
sizə də nəsib,  qismət olubdur.
Güman  edirəm  ki,  sizin  həcciniz  qəbul  olunacaqdır,  sağ-sa­
lamat  gedib  gələcəksiniz,  bu  ziyarəti  edəndən  sonra  ölkəmizə, 
Vətənimizə, dövlətimizə daha  da çox xidmət edəcəksiniz. Çünki 
bu  ziyarət  insanları  çox  şeylərə dəvət  edir.  İnsanlar  bu  ziyarət­
dən  sonra  çox  şeyləri  daha  da  doğru-düzgün  dərk edirlər.  Gü­
man edirəm, siz özünüz bunu hiss edəcəksiniz.
Mən sizə yaxşı yol arzulayıram. Sağ-salamat gedib gələsiniz. Siz 
həmişə belə gözəl işlərlə məşğul olasınız. Sağ olun. Yaxşı yol!
___________________________________________________ Heydor Əliyev siyasoli: TOLERANTLIQ
173


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə