Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Heydər Əliyev siyasəti: TOLERANTLIQ



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə37/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   33   34   35   36   37   38   39   40   ...   112

Heydər Əliyev siyasəti: TOLERANTLIQ
tökülüb,  çoxlu  insan  tələf  olubdur.  Azərbaycanın  ərazisinin  20 
faizi  Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilibdir.  İşğal 
olunmuş  torpaqlardan bir milyondan çox Azərbaycan vətəndaşı 
didərgin  düşübdür.  Onlar  öz  yerlərindən-yurdlarından  qovu­
lublar,  indi əksəriyyəti çadırlarda  ağır vəziyyətdə yaşayır.
Biz  bu  münaqişəyə  son  qoymaq  istəyirik.  Atəşin  dayandırıl­
ması  haqqında  üç il bundan əvvəl saziş imzalanıbdır.  Üç ildir ki, 
sülh, yəni atəşkəs var. Biz daimi sülh əldə etmək üçün danışıqlar 
aparırıq.  Mən ümid edirəm  ki, biz məsələnin sülh yolu ilə həllinə 
nail olacağıq.
Münaqişənin  sülh  yolu  ilə  həll  edilməsi  ilə  ATƏT-in  Minsk 
qrupu  məşğul  olur.  Minsk  qrupunun  həmsədrləri  indi  üç  bö­
yük  ölkədir -  ABŞ,  Rusiya  və  Fransadır.  Təəssüflər olsun  ki,  bu 
münaqişə  haqqında  dünyada,  o  cümlədən  Amerika  Birləşmiş 
Ştatlarında  doğru-düzgün  məlumat  azdır.  Amerika  Birləşmiş 
Ştatlarında  olan çoxsaylı  erməni  diasporu bu  məsələni  ictimaiy­
yətə  tamamilə  təhrif  edilmiş  şəkildə  çatdırır.  Ona  görə  də  mən 
bu  günlər burada bu  münaqişə barədə geniş danışıqlar aparaca­
ğam.  Mən  xüsusən  Konqresdə bu  barədə geniş  danışıqlar apar­
maq fikrindəyəm. Çünki erməni diasporunun  təklifi  və təşəbbü­
sü  ilə  1992-ci  ildə ABŞ  Konqresi  Azərbaycana  qarşı  ədalətsiz bir 
qanun  qəbul  edibdir.  Amerika  Birləşmiş  Ştatlarından  Azərbay­
cana yardım  göstərilməsinə embarqo qoyulubdur.  Bizim qonşu­
larımız -   Ermənistan,  Gürcüstan,  Orta  Asiya  ölkələri  və  keçmiş 
SSRİ-yə mənsub olan başqa ölkələr hər il Amerikadan  külli miq­
darda maliyyə və maddi yardım alırlar. Ancaq biz bu yardımdan 
məhrumuq.
Qəribə  bir  paradoks  yaranıbdır:  biz  Azərbaycanda  Amerika 
Birləşmiş Ştatlarının  iqtisadi  marağını  geniş  təşkil  edirik,  amma 
Amerika  Birləşmiş  Ştatları  hökumətinin  Azərbaycana  yardım 
göstərməyə ixtiyarı  yoxdur.
Bu  ədalətsizlik  aradan  götürülməlidir.  Mən  məmnuniyyətlə 
bildirirəm  ki,  Nyu-Yorkdan  Konqresdə  nümayəndə  olan  konq­
resmen  cənab  Kinq  907-ci  maddənin  ləğv  olunması  üçün  bu
162
Heydor Əliyev siyasəti: TOLERANTLIQ
günlərdə  bir  qərar  layihəsi  təqdim  edibdir.  Mən  cənab  Kinqi 
görmək,  ona  təşəkkür etmək istəyirəm.  Mən onunla  tanış olmaq 
istəyirəm.  Amerika  Birləşmiş  Ştatlarında  belə  ədalətli  insanlar 
çoxdur.  Bizim  belə dostlarımız artdıqca Amerika  Birləşmiş Ştat­
larında Azərbaycana qarşı ədalətsizlik edən erməni diasporunun 
da  qarşısını ala bilərik.
Bizim  Amerikada  lobbimiz  yoxdur.  Amma  ermənilərin  çox 
güclü  lobbisi  vardır.  Mən  Amerika  Birləşmiş  Ştatlarının  dövlət 
adamları  ilə  danışarkən  onlar  bəzən  deyirlər  ki,  burada  ermə­
nilərin  güclü  lobbisi  var,  onlar  səsvermədə  iştirak  edirlər,  ona 
görə  də  biz  onlarla  hesablaşmalıyıq.  Mən  isə deyirəm  ki,  bizim 
günahımız  nədir  ki,  burada  lobbimiz yoxdur? Amma  bizim  bu­
rada  lobbimiz  olacaqdır.  Bizim  lobbimiz  dostlarımız  olacaq,  o 
cümlədən Amerika  Birləşmiş  Ştatlarındakı  yəhudi  icmaları,  siz­
lər bizim  lobbimiz olacaqsınız.  Mən buna  çox  ümid bəsləyirəm. 
Güman edirəm ki,  siz mənim bu fikirlərimlə razı olarsınız.
Mən  sizin  vaxtınızı  çox  aldım.  Ancaq  siz  məni  düzgün  başa 
düşün.  Birincisi,  mən  çox  sevinirəm  və  sizə  daha  çox  məlumat 
vermək  istəyirəm.  İkincisi  də  dərdim  çoxdur.  İnsan  öz  dərdini 
kiməsə  deməlidir.  İnsanlar,  adətən,  öz  dərdlərini  inandıqları 
adamlara,  öz  dostlarına  deyirlər.  Mən  sizi  Amerika  Birləşmiş 
Ştatlarında  Azərbaycanın  və  şəxsən  özümün  dostlarım  hesab 
edirəm.  Ona  görə  də  sizə  öz  dərdimi  açıqca  deyirəm.  Amma 
ümidvaram  ki,  biz bu dərdlərdən xilas olacağıq.
Azərbaycan  xalqı  sülhsevər xalqdır.  Azərbaycanın  bölgəmiz­
də, Qafqazda çox mühüm yeri və əhəmiyyəti vardır. Bunu bilmək 
və onunla  hesablaşmaq,  ondan  istifadə etmək  lazımdır.  Güman 
edirəm  ki,  Azərbaycan  bir sülhsevər dövlət,  xalq  kimi bütün  re­
gionumuzda sülhün bərqərar edilməsi üçün çox işlər görəcəkdir. 
Ümid edirəm ki, bu işlərdə siz bizə yardım göstərəcəksiniz.
Mən  sizə,  bütün  dünyada  yaşayan  yəhudilərə  sülh,  əmin- 
amanlıq, səadət arzulayıram. Amerika Birləşmiş Ştatlarının bütün 
vətəndaşlarına səadət, əmin-amanlıq arzulayıram.  Badələri bizim 
dostluğumuzun şərəfinə qaldırmağı  təklif edirəm. Sağ olun.
163


• k wi.v  ölıyov 
sıyos.Mi: 
TOLERANTLIQ
ROMA PAPASI  II  İOHANN  PAVEL İLƏ 
GÖRÜŞDƏ  SÖHBƏTDƏN
Vatikan,  "Palasio Kastel Qondolfo" 
26 sentyabr 1997-ci il
II  İohann  Pavel:  Hörmətli  cənab  Prezident  Əliyev,  Sizi səmi­
miyyətlə  salamlayıram  və  dəvətimi  qəbul  edib  mənimlə görüşə 
gəldiyinizə görə Sizə təşəkkürümü bildirirəm.
Cənab  Prezident  bizə  məlumdur  ki,  Siz  görkəmli  dövlət  xa­
dimisiniz və müstəqil  Azərbaycan  Respublikası  məhz Sizin rəh­
bərliyiniz  sayəsində  son  illər  Dünya  Birliyində  layiqli  yer  tut­
muşdur  və  bildirirəm  ki,  ölkənizdə  hüquqi  dövlət  quruculuğu, 
iqtisadi  islahatların uğurla  həyata keçirilməsi  sahəsində görülən 
işləri  biz diqqətlə izləyirik və onları  dəstəkləyirik.
Heydər Əliyev:  Möhtərəm Zati-müqəddəsləri  Papa  II İohann 
Pavel, Vatikana dəvətə, qonaqpərvərliyə və xoş sözlərə görə Sizə 
minnətdarlığımı bidirirəm və vurğulayıram ki, İtaliya Prezidenti 
cənab Skalfaro, Baş nazir cənab Prodi ilə və ölkənin digər yüksək
164
Heydjr Olivın  муаыИ: TOI ERANI LIQ
vəzifəli  şəxslərilə  çox  səmərəli  danışıqlarımız  olmuşdur  və  bir 
sıra hər iki ölkə üçün qarşılıqlı  faydalı sənədlər imzalanmışdır.
Bildirirəm  ki,  yeni müstəqillik qazanmış,  bazar münasibətləri 
yolunu  seçmiş,  hüquqi  demokratik  dövlət  quran  Azərbaycanın 
ilk demokratik konstitusiyası ilə vətəndaşlara geniş hüquqlar ve­
rilmiş, ölkəmizdə söz və vicdan azadlığı  təmin olunmuşdur.
Vurğulayıram  ki,  ölkəmizdə  müxtəlif dini  konfessiyalar sərbəst 
fəaliyyət göstərir, Azərbaycanda insan hüquqları möhkəm qorunur, 
demokratik cəmiyyət quruculuğu prosesi böyük uğurla həyata keçi­
rilir, siyasi plüralizmə, mətbuat azadlığına geniş yer verilir.
Bir  daha  nəzərə  çatdınram  ki,  Azərbaycanda  dövlət  quruculu­
ğu, islahatların həyata keçirilməsi sahəsində böyük nailiyyətlər əldə 
edilmiş, Dünya  Birliyi ilə əlaqələrin möhkəmləndirilməsi  üçün bö­
yük  işlər görülmüşdür.  Ölkəmiz nə lazımdırsa edir ki, Azərbayca­
nın müstəqilliyi əbədi və sarsılmaz olsun.
Ermənistan  1988-ci  ildən  bəri  Azərbaycana  qarşı  əsl  təcavüz 
yoluna  qədəm  qoymuşdur.  İldən-ilə  genişlənən,  öz  amansızlığı 
və  qəddarlığı  ilə  fərqlənən  bu  təcavüz  nəticəsində  Ermənistan 
silahlı  qüvvələri  ölkəmizin  torpaqlarının  20  faizini  işğal  etmiş, 
bir  milyondan  çox  vətəndaşımız  yerindən-yurdundan  didərgin 
düşmüş,  çadırlarda  ağır  vəziyyətdə  yaşayır.  Azərbaycanın  işğal 
altında olan ərazilərində xalqımızın  maddi mədəniyyət abidələ­
ri,  dini  ocaqları,  məktəb, xəstəxana binaları, bütün varidatı  vəh­
şicəsinə dağıdılmış, viran edilmişdir.
Bütün bu  ağır zərbələrə baxmayaraq Azərbaycan  münaqişəni 
sülh  yolu  ilə həll  etməyə  üstünlük  vermişdir.  Müharibədə  üç  il 
bundan əvvəl atəşkəs əldə edilmiş, bu münaqişənin sülh yolu ilə 
aradan qaldırılması sahəsində ATƏT-in Minsk qrupu çərçivəsin­
də aparılan danışıqlarda Böyük Sülh müqaviləsinin hazırlanma­
sı prosesində fəal  iştirak etmişdir.
ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılannm 1996- 
cı ilin dekabrında Lissabonda keçirilmiş görüşündə Ermənistan-Azər­
baycan  münaqişəsinin  sülh  yolu  ilə aradan  qaldmlması  üçün  əsas 
prinsiplər qəbul edildi.  Biz münaqişənin 53 dövlət tərəfindən  təsdiq
165


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə