Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə33/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   29   30   31   32   33   34   35   36   ...   112

Hevdar Əliyev sivjsoti: TOLERANTLIQ
arzu  edirəm  ki,  Sizin  kimi  kişinin  avağı  altmda  ölüm.  Bu,  mənim 
üçün bəsdir.  Elə bil ki, gedib Kərbəlanı ziyarət edirəm. Lissabonda 
dünyanın bütün ölkələrinin başçıları  Sizin sözünüzü eşitdi. Siz bu 
qələbəni  əldə etdiniz.  Qoy xalq  da  bilsin  ki,  əgər Siz  hər hansı bir 
işdə mənə kömək etsəniz, mən dostluğu pozaram. Bu mənə bəsdir 
ki,  mən Heydər Əliyev kimi böyük bir şəxsiyyətlə dostluq edirəm. 
Mən tamahkar adam deyiləm. Adam var ki, vəzifə dostudur, adam 
var, ehtiyac dostudur. Amma mən ürək dostuyam, bir gün də mək­
təbə getməmişəm.
Heydər Əliyev: Sən vəzifəli adam deyilsən. Amma nə qədər bö­
yük məktəblər qurtarandan da çox ağıllı sözlər danışırsan.
Xanış Şahıyev: Mən uşaq deyiləm ki, Prezidentin dostuyam.
Heydər Əliyev: Prezidentin dostu olmaqla yanaşı, sənin əməllə­
rin, həyatrn var.
Xanış Şahıyev: Mən boş-boş danışan adamları sülhə, Preziden­
tin  ətrafında  birləşməyə çağırıram.  Cənab  Prezident,  rayonumuz­
da işlər çox yaxşı gedir. Əkin də yaxşı gedir. İndi yaylaqdan Lerikə 
yeni  su  kəməri  çəkilir.  Bu  su  yayda  gəlib Lerikə  çalacaqdır.  Yaxşı 
işə Siz də, biz də qiymət veririk.
Heydər  Əliyev:  Müdriklik  insanın  kökündə,  əməllərindədir. 
Mən də səni öz dostum, müdrik bir adam kimi qəbul edirəm. Müd­
rik, ağıllı adamsan. Sənin bu təşəbbüsün Azərbaycanda bütün zəh­
mət adamları,  saf,  pak  insanlar  üçün böyük  nümunədir.  Çox  sağ
ol.  Təşəkkür edirəm. Sən bu  qədər qoyun kəsib gətirirsən. Lerikdə 
camaat yaxşı yaşayır, yoxsa yox?
Xanış Şahıyev: Mən Prezidentə yalan danışa bilmərəm, çətinlik 
var. Amma Allahın köməyi ilə ötən il payız Lerikdə çox yaxşı keç­
di.  Camaat necə  lazımdır,  elə  də  əkib.  Allahm  köməyi  ilə  gələn  il 
leriklilər taxıl satacaqlar.
Heydər Əliyev: Mən Lerikdə gedən islahat haqqında soruşmaq
istəyirəm.
Xanış Şahıyev: Mənə elə gəlir ki, heç bir rayonda Lerikdəki kimi 
islahat  getmir.  Lerikdə  mal-qara,  qoyun  nəzarət  altmda  camaata 
verildi.  Rayonda islahatlar çox yaxşı gedir.
144
Heydar Əliyev siyaşoli: TQLERANTI.1Q
Heydər Əliyev: Biz islahatlann gedişi vəziyyəti haqqında müşa­
virə keçirdik. Sən ona qulaq asdm?
Xanış  Şahıyev:  Sizin  tədbiriniz olanda  mən işimi-gücümü atıb 
həmin gün televizorun qarşısmda oturub bunlara qulaq asıram.
Heydər Əliyev: Sən  müşavirədə gedən müzakirələri bəyəndin- 
mi?  Demək  istəyirəm  ki,  islahatlarla  əlaqədar  görülən  işlər  doğ­
ru-düzgün işlərdimi?
Xanış  Şahıyev:  Bəli,  bunlar  çox  düzgün  işlərdir.  Xalq  bütün 
bunlan çox yaxşı qarşılayır. Fəhlə onsuz da fəhlədir, qoy o boş-boş 
danışanlar da işə qoşulsunlar.
Heydər  Əliyev:  Biz  istəyirik  ki,  camaatın  malı,  mülkü  olsun, 
adamlar sahibkar olsunlar, hərə öz mülkünün sahibi olsun.
Xanış  Şahıyev:  Bunlar mənim  ata-babamdan  qalma  malımdır. 
Əgər təsərrüfatım yaxşı olmasaydı, bunları bura gətirə bilməzdim. 
Gərək  camaat  da  çalışsın,  işləsin,  öz  xüsusi  malına,  əkininə  yaxşı 
baxsın.
Heydər Əliyev: Lerikdə torpaq camaata paylanıbdırmı? Camaat 
bundan razıdırım?
Xamş  Şahıyev:  Bəli,  paylanıb,  camaat  da  bundan  çox  razıdır. 
Ağsaqqal  olduğuma görə  məni  islahat  komissiyasının  sədri  təyin 
ediblər. Hər iş razılıqla görülür, hamı bu təşəbbüsü bəyənir.
Heydər Əliyev: Çox sağ ol. Mən sənə təşəkkür edirəm, səni təb­
rik  edirəm.  Çox  yaxşı  ki,  bu  dəfə xanımını  da  gətirmisən.  De gö­
rüm, bu sənə neçə övlad bəxş edibdir?
Xanış Şahıyev: 17 uşaq anasıdır. Onların 16-sı oğlandır. Bu uşaq­
lardan ikisi şəhid olubdur.
Hörmətli Prezident!
Mənim  ailə  üzvlərim  ilə  mehribanlıqla  görüşdüyünüzə  görə 
Sizə bir daha öz dərin  minnətdarlığımı bildirirəm.
Heydər  Əliyev:  Mən  sənin  ailənlə  görüşümdən,  xüsusən  17 
uşaq anası olan, Qəhrəman ana Səmərqənd xanımla görüşdən çox 
məmnun  oldum. Mən sənin nəvəni bağrıma  basıram və deyirəm: 
sağ ol, oğlum, sən böyüyüb baban kimi olacaqsan, işləyəcəksən və 
xalqımıza baban kimi xidmət göstərəcəksən.
145


Heydar Əliyev sivasoti: TOLERANTLIQ
PASXA BAYRAMI  MÜNASİBƏTİLƏ 
RESPUBLİKANIN  PRAVOSLAV 
XRİSTİANLARINA TƏBRİK
25 aprel  1997-ci il
Əziz həmvətənlər!
Müqəddəs Pasxa bayramı münasibətilə sizi -  respublikamızın 
bütün pravoslav xristianlarını ürəkdən təbrik edir, ən səmimi ar­
zularımı yetirirəm.
İnsanların  mənən  yeniləşməsində  və  saflaşmasında,  cəmiy­
yətdə əxlaqi  dəyərlərin, dostluq və humanizm prinsiplərinin ol­
masında  dinin mühüm  rolu  vardır.  Bu  xeyirxah niyyətlərin ger­
çəkləşməsi, müstəqil demokratik Azərbaycanda əmin-amanlığın 
və  vətəndaş  həmrəyliyinin  qorunub  saxlanması  işində  başqa 
konfessiyalarla yanaşı, ölkəmizdə fəaliyyət göstərən Rus Pravos­
lav Kilsəsi də yaxından iştirak edir. Əminəm ki, dilindən, dini və 
etnik  mənsubiyyətindən  asılı olmayaraq  respublikamızın  bütün 
vətəndaşları doğma Vətənimiz Azərbaycana müqəddəs övladlıq 
borcunu  bundan  sonra  da  ləyaqətlə yerinə  yetirəcək,  ölkəmizin 
daha da çiçəklənməsi  və tərəqqisi, dövlət müstəqilliyimizin əbə­
di olması naminə var qüvvə ilə çalışacaqlar.
Bu  əziz  bayram  günündə  uca  Tanrıdan  hamınıza  xoş  ovqat, 
ailə sevinci və firavan həyat arzulayıram.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri,  25 mart  1997-ci il
146
Heydar Əliyev siyasati: TOLERANTLIQ
AZƏRBAYCAN  RESPUBLİKASININ 
YƏHUDİ  İCMASINA
Əziz həmvətənlər!
Hər  il  mütərəqqi  bəşəriyyət  Yəhudi  Xalqının  Müsibəti  Gü­
nünü  -   İkinci  Dünya  müharibəsi  zamanı  soyqırımı  siyasətinə 
məruz qalmış günahsız qurbanlann xatirəsini  dərin  hüznlə  yad 
edir.  Həmin  dəhşətli  müharibədə  yəhudi  millətinə  mənsub  altı 
milyon mülki əhali alman faşizmi tərəfindən xüsusi amansızlıqla 
qətlə yetirilmişdir.
Belə milli faciələr Azərbaycan xalqının həyatından da yan keç­
məmişdir.  Beş il əvvəl xalqımızın tarixinə qanlı səhifə kimi daxil 
olmuş  Xocalı  soyqırımı  ağlasığmaz  erməni  vəhşiliklərinin  miq­
yasına  görə  Kiyevdəki  Babiy  Yarda,  Varşava  və  Krakov  gettola- 
rında faşistlərin törətdikləri kütləvi  insan qırğınları ilə bir sırada 
durur.
Yəhudilərin  milli  hüzn  günündə  Azərbaycan  xalqı  adından 
böyük  kədərinizə  şərik  olduğumu  bildirir,  soyqırım  siyasətinin 
bütün günahsız qurbanlarına Allahdan rəhmət diləyirəm.
Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 3 тар 1997-ci il
147


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə