Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə30/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   26   27   28   29   30   31   32   33   ...   112

Heydar Əliyev sivasoli: TOLERANTLIQ
MƏBƏS  BAYRAMI -  MƏHƏMMƏD 
SALAVATULLAHA PEYĞƏMBƏRLİK 
VERİLƏN GÜN  MÜNASİBƏTİLƏ 
KEÇİRİLƏN  MƏRASİMDƏ NİTQ
T xopir məscidi,  9 dekabr  1996-cı il
Hörmətli  həmvətənlər!
Əziz müsəlmanlar!
Bu  gün  mən bizim  üçün  müqəddəs olan  bu  bayram günü  bu­
rada -  Allahın evində, Təzəpir məscidində sizinlə birlikdə olma­
ğımdan həddindən ziyadə şadam.
Bu  gün  Məhəmməd  aleyhissəlamın  peyğəmbərliyə  yetişdiyi 
gündür. Onun Allah-Təala  ilə bilavasitə danışdığı gündür,  meh­
rab günüdür.  Bu gün bütün  müsəlmanların  böyük bayramıdır.
Mən sizi  bu bayram münasibətilə  təbrik edirəm və Allah-Təa­
ladan xalqımıza, millətimizə, bütün dünya müsəlmanlarına sülh, 
əmin-amanlıq arzulayıram. Biz müsəlmanlar Allah-Təalanın bu­
130
Hevdor Əliyev siyasəti: TOLERANTLIQ
yurduğu,  peyğəmbər Məhəmməd  aleyhissəlamın  bizə göstərdi­
yi  yolla,  müqəddəs  kitabımız  Qurani-Şərifin  verdiyi  tövsiyələr 
yolu  ilə əsrlər boyu getmişik, bu gün  da bu yolla  gedirik.  Bu  yol 
sülh  yoludur,  bu  yol  mehribanlıq,  dostluq,  əmin-amanlıq  yolu­
dur.  Bu yol insanlara səadət gətirən yoldur.  Mən  fəxr edirəm  ki, 
Azərbaycan müsəlmanları öz müqəddəs dininə itaət etmək, dini 
ayinlərə,  qanun-qaydalara  riayət etmək  üçün  indi  geniş  imkan­
lar əldə ediblər.
Qurani-Şərifin  bizə  verdiyi  tövsiyələr,  dərs,  göstərdiyi  yollar 
insanları  paklığa,  düzlüyə,  doğruluğa,  sədaqətə,  qəhrəmanlığa, 
cəsarətə,  cəsurluğa  dəvət edən  tələblərdir,  tövsiyələrdir.  Müsəl­
manlar öz müqəddəs dininə sadiq olaraq əzab-əziyyətlər çəkmiş, 
ancaq böyük xoşbəxtliklərə də çıxmış və öz dininin,  məsləyinin 
hər bir insan  nə qədər böyük  bir nemət  olduğunu  daim  hiss et­
mişlər və bundan bəhrələnmişlər.
Azərbaycan  dövlət  müstəqilliyini  əldə  edəndən  sonra  xalqı­
mızın  mənəvi  dəyərləri  canlanıb,  bərpa  edilibdir,  hər  bir  azər­
baycanlı  müsəlmanın  həyat  tərzinin  əsas  qanunu  olubdur.  Bu, 
bizim  üçün  böyük  bir  tarixi  hadisədir  və  biz  bunu  yüksək  qiy­
mətləndirməliyik,  xalqımızı,  millətimizi,  gənc  nəsli,  bütün  cə­
miyyətimizi  İslamın bu yüksək mənəvi dəyərləri əsasında yaşat­
malı,  tərbiyə etməliyik,  həyatımızı  bu  mənəvi  dəyərlər əsasında 
qurmalıyıq. Mən məmnunam ki, müstəqil Azərbaycan Respubli­
kasında, ölkəmizdə dinimiz -  İslam dini xalqımızı sıx birləşdirir, 
həmrəy edir, dövlətimizin  möhkəmlənməsinə, yüksəlməsinə ça­
lışır və düşdüyü bu ağır bəlalardan, əzab-əziyyətdən qurtarmaq­
da xalqımıza kömək edir.
Biz  bir daha  dərk  etməliyik  ki,  bunlar  hamısı  xalqımızın  İsla­
mın mənəvi dəyərlərinə olan hörmət və ehtiramı, sədaqəti ilə bağ­
lıdır.  Xalqımız əsrlər boyu  çox böyük sınaqlarla üzləşərək,  şərəfli 
yol  keçibdir.  Ancaq  tarix boyu qurbanlar da  veribdir.  Verdiyimiz 
o  qurbanlar  da  bizim  dinimizə,  məsləyimizə,  mənəviyyatımıza 
olan sadiqliyimizin təzahürüdür, nümunəsidir.
131


Heyddf Əliyev sivasati: TOLERANTLIQ
Son illər Azərbaycan xalqının başına bəlkə indiyə qədər görün­
məmiş misilsiz bir bəla gəlmişdir. O da  Ermənistanın Azərbayca­
na səkkiz il bundan öncə başladığı hərbi  təcavüzdür. Bu təcavüz 
nəticəsində,  məhz bizim içimizdə olan ayrı-ayrı qüvvələrin  məs- 
ləvimizə,  mənəviyyatımıza  və  milli  dəyərlərimizə,  ruhumuza 
xəyanət  etdiklərinə  görə  biz  itkilər  vermişik,  böyük  çətinliklərlə 
qarşılaşmışıq, torpaqlarımızın bir qismi  işğal olunubdur, qəsbkar 
Ermənistan  silahlı  qüvvələrinin  tapdağı  altındadır.  İşğal  olun­
muş  torpaqlarda  Azərbaycan  xalqının  varidatı  viran  olub,  dağı­
lıb,  bizə  böyük  zərbələr  dəyibdir.  İşğal  edilmiş  torpaqlarımızda 
milli  abidələrimiz,  İslam  abidələri, müqəddəs məbədlərimiz,  qə­
birlərimiz, ocaqlarımız dağıdılıbdır,  viran olunubdur.
Bunlar  xalqımıza  vurulan  böyük  mənəvi  zərbələrdir.  Şəhid­
lər  vermişik,  Azərbaycanın  qəhrəman  övladları  Vətənimizin, 
torpağımızın  müdafiəsi  yolunda  özlərini  qurban  veriblər.  Onlar 
əbədiyyətə  qovuşublar.  Onlar  milli-mənəvi  dəyərlərimizə  sadiq 
qalaraq,  həyatlarını  qurban  verərək  özlərinə  behiştdə  daimi  yer 
tapıblar.
Bunlar  hamısı  bizim  itkilərimizdir.  Eyni  zamanda,  xalqımı­
zın  öz  milli  dəyərlərinə,  dininə,  mənəviyyatına  sədaqətinin  nü­
munəsidir.  Bildiyiniz  kimi,  iki  il  yarımdan  çoxdur  ki,  biz  atəşi 
dayandırmışıq.  Artıq  qan  tökülmür,  övladlarımız  tələf  olmur. 
Sülh  şəraiti  yaratmışıq.  Bunu  da  məhz  ona  görə  yaratmışıq  ki, 
məsələlərin  sülh yolu  ilə həll edilməsinə nail olaq.
Bu  da  bizim  milli,  dini  dəyərlərimizin  üzərində  qurulmuş si­
yasətdir.  İslam  həmişə  insanları  sülhə,  barışığa  dəvət  edibdir. 
Biz dinimizin  bütün qanunlarına sadiqik. Amma eyni  zamanda, 
İslam  dini  heç  vaxt  başqa  dinlərə  düşmənçilik  göstərməmiş  və 
göstərmir.  Ona  görə də biz bu  milli,  mənəvi  dəyərlərimizə əsas­
lanaraq  məsələlərin  sülh yolu  ilə həll edilməsinə çalışırıq.
Bildiyiniz  kimi,  atəşkəs  əldə  olunandan  indiyədək  ardıcıl 
surətdə,  mütəmadi  olaraq  biz  bu  işlərlə  daim  məşğuluq.  Ümid­
varam  ki,  bu  sülhsevər  yolumuz  öz  müsbət  nəticəsini  verəcək 
və biz işğal olunmuş torpaqlarımızı azad edə biləcəyik,  müstəqil
132
Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa edə biləcə­
yik, öz ərazimizin,  torpaqlarımızın  tam  sahibi olacağıq.  İndi  ağır 
vəziyyətdə  yaşayan,  həyatını  çadırlarda  keçirən  çoxlu  bacı-qar­
daşlarımız öz yerlərinə-yurdlarına qayıdacaqlar.
Mən bu gün,  bu  müqəddəs gündə torpaqlarımızın, Vətənimi­
zin müdafiəsi uğrunda canlarını qurban vermiş şəhidlərimizə Al­
lahdan  rəhmət  diləyirəm.  Onların  valideynlərinə,  qohum-əqrə­
balarına Allahdan səbir diləyirəm.
Mən  yerindən-yurdundan  didərgin  düşmüş,  ağır  şəraitdə  ya­
şayan,  bir  neçə  ildir  ki,  həyatını  çadırlarda  keçirən  vətəndaşları­
mıza  bu  gün,  bu  müqəddəs gündə səbir,  dözümlülük  diləyirəm. 
Bu  müqəddəs  bayram  günü  dəyanətə,  dözümlüyə  görə  onlara 
təşəkkürümü,  hörmət  və  ehtiramımı  bildirirəm.  Bilməlidirlər  ki, 
onlar  Azərbaycan  dövlətinin,  Prezidentin  daim  qayğısı  altında­
dırlar.  Bilirlər və bilməlidirlər ki,  bütün Azərbaycan xalqı,  vətən­
daşlarımız  onların  bu  dərdlərinə  şərikdirlər  və  onlarla  həmişə 
bərabərdirlər,  həmrəydirlər,  onların  bu  vəziyyətdən  çıxmasım 
Allah- Təaladan arzu edirlər və buna dua edirlər.
Bütün bu məsələlərin həll edilməsi üçün son illər gördüyümüz 
işlərin demək olar ki, zirvəsi dekabr ayının 2-3-də Portuqaliyanın 
Lissabon şəhərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təş­
kilatına daxil olan ölkələrin dövlət başçılarının Zirvə görüşü idi. 
İki ildən bir Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının 
görüşü  keçirilir.  Belə bir görüş iki  il  bundan əvvəl  Macarıstanın 
paytaxtı  Budapeşt şəhərində keçirilmişdir. Biz orada Azərbayca­
nın  mövqelərinin  təmin olunması  üçün dəyərli  işlər görmüşdük 
və yaxşı nəticələr əldə etmişdik.
Bundan sonra  iki  il  müddətində atəşkəsin saxlanması  və sül­
hün  əldə edilməsi  üçün aparılan geniş miqyaslı  danışıqlar məhz 
iki  il  bundan  öncə  Macarıstanda,  Budapeştdə  qəbul  edilmiş  bu 
qərarın əsasında olmuşdur.
İndi  isə  biz  bundan  sonra  da  sülh  danışıqlarını  müvəffəqiy­
yətlə  həyata  keçirmək,  bu  danışıqların  əsas  prinsiplərini  təsdiq 
etmək  məqsədi  ilə  Lissabonda  çox  gərgin  mübarizə  apardıq  və
____________________________________________Heydor Əliyev siyasəti: TOLERANTLIQ
133


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə