Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə26/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   22   23   24   25   26   27   28   29   ...   112

xalqına,  Gürcüstan  dövlətinə  və  Prezidentinə Azərbaycan  xalqı 
adından öz təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Bir  daha  deyirəm,  siz  Gürcüstanın  vətəndaşlarısınız  Gürcüs­
tanın  bütün  qanun-qaydaları  həyatınızın  qanun  və  qaydalarıdır. 
Sizin də borcunuz Gürcüstanda hörmətli Eduard Şevardnadzenin 
rəhbərliyi altında görülən bütün  tədbirlərdə fəal  iştirak etməkdir. 
Gürcüstanın  dövlətçiliyinin,  müstəqilliyinin  möhkəmləndirilmə­
sinə  çalışmaq  və  Gürcüstanda  bu  ağır  vəziyyətdən  çıxmaqdan 
ötrü  aparılan  tədbirlərdə  iştirak  etmək,  ona  dəstək  vermək sizin 
vətəndaşlıq borcunuzdur.
Mən çox məmnunam ki, siz burada azad, sərbəst yaşayırsınız, 
öz hüquq və azadlıqlarınızdan istifadə edə bilirsiniz. Ancaq, eyni 
zamanda,  əmin  olduğumu  bildirmək  istəyirəm  ki,  Gürcüstanda 
yaşayan  azərbaycanlılar bundan sonra  da bütün  hüquqlarından 
istifadə  edə  biləcək,  Gürcüstanın  bərabər  hüquqlu  vətəndaşları 
kimi  yaşayıb-yaradacaq  və Gürcüstan  Respublikasının,  dövləti­
nin  möhkəmləndirilməsi  üçün öz səylərini əsirgəməyəcəklər.
Gürcü  xalqı  ilə  Azərbaycan  xalqı  arasında  olan  dostluq,  qar­
daşlıq  əlaqələri  çoxəsrlik  tarixə  malikdir.  Onlar  sarsılmazdır  və 
biz  də  bu  günlərdə  bundan  sonra  da  bu  dostluq  əlaqələrinin 
möhkəmlənməsi  üçün çalışmışıq, çalışacağıq.
Mən  sizin  hər birinizə bütün  işlərinizdə  müvəffəqiyyətlər ar­
zulayıram. Gürcüstanda yaşayan hər bir azərbaycanlını bağrıma 
basıram, öpürəm, hər birinizə cansağlığı, xoşbəxtlik arzulayıram. 
Gürcüstan  Respublikasına,  Gürcüstan  dövlətinə  qarşıda  duran 
vəzifələrin uğurla  həyata  keçirilməsini  arzulayıram.  Sağ olun.
Buraya  gəlişim  münasibətilə mən Qurani-Kərimi  Azərbaycan 
dilində öz adımdan sizə təqdim edirəm ki, onu öz dilimizdə oxu­
ya  biləsiniz.  Sizin  məscidə  mənim  hədiyyəm  olan  xalçanı  qəbul 
edin  və yadigar kimi saxlayın. Sağ olun.
Hoyıtof Əliyev sivasotı: TOLERANTL IQ ________________ ________________________________ _
114
Heydor Əliyev siyosoli: TOLERANTLIQ
ÜMUMDÜNYA İSLAM  XALQ RƏHBƏRLİYİ 
İDARƏ  HEYƏTİNİN  NÖVBƏTİ TOPLANTISI 
İŞTİRAKÇILARINA
Mərhəmətli, rəhmli Allahın adı  ilə!
Hörmətli  toplantı iştirakçıları!
Sizi -  nüfuzlu Beynəlxalq  İslam Təşkilatının nümayəndələrini 
bütün Azərbaycan xalqı adından səmimi qəlbdən salamlayıram.
Dünyanın  tanınmış  din  xadimlərinin  müstəqil  Azərbaycanın 
paytaxtı  Bakıda  keçirilən  bu  ilk böyük  toplantısı  İslam aləminin 
ayrılmaz bir hissəsi olan ölkəmizin həyatında əlamətdar hadisə­
dir.  Məlumdur  ki,  qonşu  Ermənistan  Respublikasının  təcavüzü 
nəticəsində Azərbaycan  səkkiz ildir ki,  ağır müharibə şəraitində 
yaşayır.
Bu  müharibədə  Azərbaycan  20  mindən  artıq  şəhid  vermiş, 
yüz  minə  qədər  azərbaycanlı  yaralanmış,  torpaqlarımızın  20 
faizdən  çoxu  işğal  olunmuş,  milyondan  artıq  vətəndaşımız 
yurd-yuvasından  didərgin düşmüşdür.  İşğal olunmuş torpaqlar 
viran  olmuş,  evlər,  məktəblər,  sosial  və  inzibati  binalar,  təsər­
rüfat  obyektləri,  məscidlər  və  məbədlər  dağıdılmış,  müsəlman 
qəbiristanlıqları  təhqirə  məruz  qalmış,  Qurani-Kərim  nüsxələ­
ri  yandırılmış,  qədim  İslam  mədəniyyəti  abidələri  yerlə  yek­
san  edilmişdir.  Təbii  ki,  xalqımızın  belə  ağır  gündə  müsəlman 
qardaşlarının,  bütün  xeyirxah  insanların  yardımına  və  mənəvi 
dəstəyinə böyük ehtiyacı vardır. Buna görə də toplantınızı Azər­
baycanda  keçirdiyiniz  üçün  sizə  öz minnətdarlığımı  bildirirəm. 
Ümidvaram  ki,  respublikamızda  olduğunuz günlər ərzində  hər 
şeyi  öz  gözlərinizlə  görüb  real  vəziyyətlə  tanış  ola  biləcəksiniz 
və  xalqımızın  haqq  işinin  beynəlxalq  miqyasda  müdafiə  olun­
ması yolunda əlinizdən gələni əsirgəməyəcəksiniz.
Sizin bu toplantınız xalqımızın gözəl bayramlarından biri olan 
Novruz  bayramı  günlərində keçirilir.  Mən  şadam  ki,  sosial-iqti­
115


H eydir Oliycv siy.ısoti: TOLERANTLIQ
sadi  vəziyyətin  ağırlığına  baxmayaraq  müstəqil  Azərbaycanın 
gələcəyinə böyük inam və nikbinliklə baxan xalqımızın bu Bahar 
bayramı  şənlikləriııdəki sevincinə siz də şərik olacaqsınız.
Azərbaycan xalqı  bütün  çətinliklərə və əngəllərə baxmayaraq 
öz  dini  dəyərlərini  qoruyub  saxlamış,  yüksək  İslam  ideallarına 
sədaqətini daim  nümayiş etdirmişdir.  O,  ürəklərimizi bir-birinə 
birləşdirərək  bizə  qardaşlıq  nemətini  bəxş  etmiş  yenilməz  qüv­
vət və hikmət sahibi Allahın  bu  fəzilətini  həmişə əziz tutmuş və 
bütün müsəlmanların qardaşlığı naminə əlindən gələni etmişdir. 
Əminəm  ki,  sizin  bu  toplantınız  da  müsəlman  xalqlarının  qar­
daşlığı  və həmrəyliyi  işinə öz layiqli  payını  verəcəkdir.
Əziz toplantı  iştirakçıları!
Sizi  və  sizin  şəxsinizdə  bütün  müsəlman  qardaşlarımızı  bir 
daha  salamlayır,  Allah-Təaladan  sizə  cansağlığı,  xoşbəxtlik  və 
nəcib işlərinizdə böyük uğurlar diləyirəm.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti 
24 m a rtl9 9 6 -cı  il
116
Hevtbr Əliyev siyasali: TOLERANTLIQ
PASXA BAYRAMI  MÜNASİBƏTİLƏ 
RESPUBLİKANIN  PRAVOSLAV 
XRİSTİANLARINA TƏBRİK
Əziz həmvətənlər!
Sizi müqəddəs dini bayram -  Pasxa münasibətilə ürəkdən təb­
rik edir, hamınıza xoşbəxtlik, şəxsi həyatınızda nailiyyətlər arzu­
layıram.
Tarixən  Azərbaycanda  dünya  dinləri  dinc yanaşı  və  qarşılıq­
lı  hörmət  şəraitində  fəaliyyət  göstərmişlər.  Azərbaycan  dövləti 
bu  gün  də  öz  ənənələrinə  sadiqdir.  Vicdan  azadlığı,  dini  etiqad 
sərbəstliyi  cəmiyyətimizin  mənəvi  sərvətlərindəndir.  Müstəqil, 
demokratik  respublikamızda  bütün  konfessiyalar  cəmiyyətdə 
əxlaqi  dəyərlərin,  əmin-amanlığın,  dostluğun  və vətəndaş həm­
rəyliyinin  bərqərar  olması,  insanların  ilahi  kəlama  tapınması 
üçün öz nəcib vəzifələrini  həyata  keçirirlər.  Bu  işdə Rus Pravos­
lav Kilsəsinin də layiqli  xidməti  vardır.
Qoy  bu  bayram Azərbaycanda  yaşayan  bütün  xalqları  bir-bi­
rinə daha da yaxınlaşdırsın, hər birinizin evinə sevinc, şadlıq  və 
bərəkət gətirsin.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti 
15 aprel  1996-cı il
117


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə