Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Hey dor Əliyev siyosoti: TOLERANTLIQ



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə25/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   21   22   23   24   25   26   27   28   ...   112

Hey dor Əliyev siyosoti: TOLERANTLIQ
AZƏRBAYCANIN  PRAVOSLAV XRİSTİANLARINA
Hörmətli həmvətənlər!
Sizi -  respublikanın bütün pravoslav xristianlarını Milad bay­
ramı  münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan  tarixən  ауп-ауп  dinlərin  qarşılıqlı  hörmət  şə­
raitində  dinc  yanaşı  yaşamasına  nümunə  olan  bir  ölkə  kimi  ta­
nınmışdır.  Hazırda  demokratiya  və  tərəqqi  yolu  ilə  irəliləyən 
respublikamızda  bütün  konfessiyaların  inkişafı  üçün  bərabər 
imkanlar yaradılmış,  vətəndaş həmrəyliyi  daha  da  möhkəmlən­
mişdir.  Dini etiqadından,  dilindən,  milli mənsubiyyətindən asılı 
olmayaraq ölkəmizin bütün vətəndaşları hüquqi, demokratik cə­
miyyət  quruculuğunda  və Azərbaycanın  dövlət  müstəqilliyinin 
möhkəmləndirilməsində yaxından iştirak edirlər. Bu ümummilli 
işdə Azərbaycanın  pravoslav  xristianları  da  öz səylərini  əsirgə­
mirlər.
Əziz  qardaş  və  bacılar,  bayram  günündə  sizə  möhkəm  can­
sağlığı  arzulayır,  hər birinizə xoşbəxtlik və doğma Azərbaycanı­
mızın çiçəklənməsi naminə uğurlar diləyirəm.
Heydər Əliyev, 
Azərbaycan  Respublikasının Prezidenti 
yanvar 1996-cı il
110
Heydor Əliyev siyasoti: TOLERANTLIQ
ORUCLUQ  BAYRAMI  MÜNASİBƏTİLƏ 
XALQA TƏBRİK
Mərhəmətli, rəhmli Allahın adı  ilə!
Əziz müsəlman bacı və qardaşlarım!
Sizi  İslamın  ən böyük bayramlarından  biri  olan Orucluq bay­
ramı  münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Müqəddəs  kitabımız Qurani-Kərimin  nazil  edildiyi  mübarək 
Ramazan ayı günlərindən respublikamızın müsəlmanları Allaha 
iman,  Vətənə  və  xalqa  sədaqətlərini  biı  daha  nümayiş etdirmiş­
lər.  Azərbaycanın  dövlət  müstəqilliyinin  möhkəmləndirilməsi, 
hüquqi,  demokratik  cəmiyyət  quruculuğu  işində  onların  əzm- 
karlığı  daha  da  artmışdır.  Ramazan ayının sınağından  ləyaqətlə 
çıxmış  hər  bir  müsəlmanın  indi  bayram  etməyə,  öz  müqəddəs 
borcunu  yerinə  yetirməkdən  doğan  rahatlıq,  sevinc  və  fərəh 
hisslərini  bildirməyə  tam  haqqı  vardır.  Xalqımız öz tarixinin  ən 
şərəfli,  həm  də  mürəkkəb dövrlərindən  birini  yaşayır.  Müstəqil 
Azərbaycanımızın  çiçəklənməsi,  respublikanın  suverenliyinin 
qorunub  möhkəmləndirilməsi,  ərazi  bütövlüyünün  təmin  edil­
məsi,  öz  torpaqlarından  didərgin  düşmüş bacı  və  qardaşlarımı­
zın  ev-eşiklərinə  qaytarılması  xalqın  ən  böyük  arzularıdır.  Mən 
əminəm ki, bu mübarək Ramazan günlərindəki ibadətlərdə edil­
miş  dua  və  niyyətlərin  böyük  əksəriyyəti  də  bu  arzularla  bağlı 
olmuşdur.  Böyük Allahın  köməyi  və xalqın  iradəsi ilə həmin ar­
zuların həyata  keçəcəyinə tam  inanıram.
Bu əziz Orucluq bayramında doğma Azərbaycanımızın çiçək­
lənməsi naminə xalqıma möhkəm iradə və sıx həmrəylik, hər bi­
rinizə cansağlığı, xoş əhval-ruhiyyə və uğurlar arzulayıram.
Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti 
17 fevral 1996-cı  il
111


Hevdor Əliyev 
siv.iSAli: 
TOLERANTLIQ
Əziz bacılar və qardaşlar!
Əziz dostlar!
Azərbaycan  Respublikasının  Prezidenti  kimi  mən  Gürcüs­
tan  Prezidenti  F.duard  Şevardnadzenin  dəvəti  ilə  buraya  rəsmi 
səfərə  gəlmişəm.  Biz  iki  gündür  ki,  gürcü  xalqının  qonaqpər­
vərliyi  ilə  əhatə  olunmuşuq  və burada  gürcü  xalqı  ilə  Azərbay­
can  xalqı  arasında  və  respublikalarımız  arasında  olan  dostluq 
əlaqələrinin  möhkəmlənməsi  və  inkişaf etməsi  üçün  lazımi  təd­
birlər görürük.
CÜMƏ  MƏSCİDİNDƏ  MÖMİN 
SOYDAŞLARI MIZLA GÖRÜŞDƏ ÇIXIŞ
Tbilisi şəhəri,  9 mart  1996-cı il
112
Hwdor Oliycv siyjsolı: TQ
1
.EHANTI.
1
Q
Mən  buraya  Azərbaycanın  böyük  şəxsiyyətləri  Mirzə  Fətəli 
Axundov,  Mirzə  Şəfi  Vazeh  və  Fətəli  xan  Xoyskinin  qəbirlərini 
ziyarət  edəndən  sonra,  Azərbaycanın  böyük  şəxsiyyəti,  Azər­
baycanın  ilk  demokratik  respublikasının  Baş  naziri  Fətəli  xan 
Xoyskinin  qəbri  üzərindəki  abidənin  açılması  mərasimindən 
sonra  gəlmişəm.
Bura Azərbaycan  müsəlmanlarının  məscididir.  Bu,  Allah  evi­
dir,  müqəddəs evdir.  Məscidə gəlmək,  Allaha  itaət etmək,  Alla­
hın  əmrlərini  yerinə  yetirmək  hər bir  insanın,  müsəlmanın  bor­
cudur.  Mən  çox  məmnunam  ki,  Gürcüstan  torpağında,  Tbilisi 
şəhərində  azərbaycanlıların  belə  bir  ibadət  yeri  var,  özlərinin 
məscidi  var.  Bu  məsciddə  hər  bir  azərbaycanlı,  hər  bir  müsəl­
man  gəlib  Allaha  ibadət edir,  dua  edir,  öz  müsəlmanlıq  borcu­
nu  yerinə yetirir.  Bu, böyük nemətdir.  Eyni zamanda,  bu,  gürcü 
xalqının Azərbaycan xalqına və bütün xalqlara nə qədər xoş mü­
nasibəti  olduğunu  göstərir.  Bu, gürcü xalqının başqa dinlərə çox 
dəyərli münasibətini göstərir. Mən bunu  çox qiymətləndirirəm.
Siz,  Gürcüstanda  yaşayan  azərbaycanlılar  Gürcüstanın  vətən- 
daşlarısınız.  Gürcüstanın  həyatının  bütün  sahələrində  öz  fəaliy­
yətinizi  göstərirsiniz  və  bundan  sonra  da  göstərəcəksiniz.  Məm­
nuniyyətlə qeyd edə bilərəm ki, mənim dostum, hörmətli Eduard 
Şevardnadze  Gürcüstana  başçılıq  edəndən  sonra  Gürcüstanda 
yaşayan  azərbaycanlıların  vəziyyəti  yaxşılaşıb,  Gürcüstanda  ya­
şayan  azərbaycanlılar,  doğrudan  da,  bütün  hüquqlarına  malik 
olublar və bu  hüquqlardan  istifadə etmək  imkanı  qazanıblar. Si­
zin  bu  hüquqlarınızdan  biri  də  vicdan,  din azadlığınızdır.  Bizim 
Azərbaycanda da və Gürcüstanda da indi bütün insan azadlıqları 
bərqərar  olubdur  və  o  cümlədən  din,  vicdan  azadlığı  tamamilə 
bərqərar olubdur.
Siz  burada  -   Gürcüstan  torpağında  azərbaycanlı,  müsəlman 
kimi  öz  dininizi  indiyədək  qoruyub  saxlamısınız,  bu  günlərdə 
isə  dininizi  yaşatmaq,  inkişaf etdirmək  üçün  daha  da  geniş  im­
kanlar əldə etmisiniz. Bu, indi Gürcüstanda hökm sürən demok­
ratiyanın,  azadlığın  parlaq  nümayişidir.  Buna  görə  mən  gürcü
113


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə