Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Heyıior Əliyev  >ıyjs.v,i- TOLEKANTLIQ



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə27/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   23   24   25   26   27   28   29   30   ...   112

Heyıior Əliyev  >ıyjs.v,i- TOLEKANTLIQ
QURBAN  BAYRAMI  MÜNASİBƏTİLƏ 
AZƏRBAYCAN  XALQINA TƏBRİK
Mərhəmətli, rəhmli Allahın adı  ilə!
Əziz bacılar və qardaşlar!
Allah-Təalanın  İslamı  bir  din  kimi  tamamlayıb  insanlar üçün 
seçdiyi bu əziz Qurban bayramı günündə hamınızı ürəkdən təb­
rik edir,  sizə cansağlığı və xoşbəxtlik arzulayıram.
Böyük Xaliqin bəxş etdiyi nemətlərə görə bu  minnətdarlıq gü­
nündə etdiyiniz dua  və niyyətlərin çoxu doğma Azərbaycanımı­
zın  suverenliyinin,  ərazi  bütövlüyünün  qorunmasına,  xalqımı­
zın əmin-amanlıq içində, xoşbəxt və firavan həyata qovuşmasına 
yönəlmişdir.  Əminəm  ki,  sizin  bütün  arzu  və  diləkləriniz  Alla­
hın  köməyi  və xalqımızın iradəsi ilə həyata keçəcəkdir.
Bütün  müsəlmanların  həmrəylik  və  qardaşlıq  bayramı  olan 
mübarək  Qurban  bayramı  günündə  hamınızı  xalqımızın  haqq 
işinin  təntənəsi,  müstəqil  respublikamızın  çiçəklənməsi  naminə 
daha sıx birlik və əzmkarlıq nümayiş etdirməyə çağırıram.
Bu müqəddəs bayram günlərində ölkəmizin hər tərəfində sülh 
və  əmin-amanlığın,  hər  bir evdə  xoş  əhval-ruhiyyənin  bərqərar 
olmasını Allahdan diləyirəm!
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti 
19 aprel  1996-cı il
118
Hoy.l.ır Əliyev siyasali: TOLERANTLIQ
QURBAN  BAYRAMI  MÜNASİBƏTİLƏ 
“QIZILQUM” SANATORİYASINDA 
MÜVƏQQƏTİ  YERLƏŞMİŞ ŞUŞA, XOCALI,  LAÇIN, 
AĞDAM  QAÇQINLARI  İLƏ GÖRÜŞDƏ ÇIXIŞ
28 aprel 1996-cı il
Əziz bacılar və qardaşlar, əziz həmvətənlər!
Müsəlman  dünyasının  bir  hissəsi  kimi,  bu  gün  Azərbaycan 
xalqı  bizim  üçün  müqəddəs  olan  Qurban  bayramını  qeyd  edir. 
Azərbaycanda  Qurban  bayramının  bu  qədər  geniş  və  bu  qədər 
təmtəraqlı qeyd olunması onu göstərir ki,  xalqımız artıq öz doğ­
ma köklərinə,  ənənələrinə qayıdır və bunlara sadiqdir.
Bu bayram qədim bayramdır. Bizim əcdadlarımız, ulu babala­
rımız onu müqəddəs bayram kimi həmişə qeyd ediblər. Təəssüf­
lər olsun ki, XX əsrin çox hissəsində, 70 ildən artıq bir müddətdə 
belə  bayramlar,  yəni  millətimizə,  xalqımıza,  dinimizə  aid  olan 
bayramlar o  vaxt  tərkibində yaşadığımız dövlət  və ictimai-siva-
119


Hoydor Əliyev siv.ısoti: TOLERANTLIQ
ГУРБАН-ВЗ  КҮЗӘРДНЫНДДН ЙРТЫГ 
:tJ*
  M
flI1 в ә 
пуля
 сяниб 
олян 
һзр
 т ш ш  & < ш
si sistem  tərəfindən qadağan  olunmuşdu, yaxud  da  buna  imkan 
verilmirdi. Ona görə də biz həmin bayramları bu qədər əziz, hör­
mətlə qeyd edə bilmirdik.
Amma  onu  da  bildirmək  lazımdır ki,  biz bu  bayramı  heç vaxt 
unutmamışdıq.  Xalqımız  onu  həmişə  qeyd  etmişdir.  Hərə  öz 
qəlbində, evində-ocağında qeyd etmişdir.  İndi  isə o, kütləvi xalq 
bayramı, milli bayram,  dini  bayramımız kimi  böyük bayram gü­
nünə çevrilibdir.  Bu  bayram  münasibətilə sizi -  bu  salona  topla­
şan  bacı  və  qardaşlarımı,  sizin  simanızda  Azərbaycanın  bütün 
vətəndaşlarını  ürəkdən  təbrik edir,  sizə cansağlığı,  səadət,  gələ­
cək  işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Bu  gün  ölkəmizin hər bir guşəsində  bu  bayram  qeyd  olunur. 
Minlərlə  qurban  kəsilir,  insanlar  bir-birini  təbrik  edir,  bir-bi­
rinə  qonaq  gedir.  Bu  gün  bu  salonda  -   Pirşağı  qəsəbəsindəki 
"Qızılqum"  sanatoriyasının  binasında  da  yerindən-yurdundan 
didərgin  düşmüş  və  burada  məskunlaşmış  bacı-qardaşlarımız 
bayram  mərasiminə toplaşmışlar. Şübhəsiz ki,  mən də bu gün ya 
öz evimdə bayram edə bilərdim,  yaxud  Azərbaycanın  hər hansı
120
НеуЈдг Əliyev siy.ısnli: TOLERANTLIQ
bir guşəsinə gedə bilərdim və güman edirəm ki, hər yerdə vətən- 
daşlarınıızla birlikdə bayramı çox gözəl qeyd edə bilərdik.
Ancaq  mən  bu  gün  buraya,  sizin  yanınıza  gəlmişəm,  bu  bay­
ramı sizinlə birlikdə qeyd etmək istəyirəm. Ona görə ki, siz Azər­
baycanın  bütün  başqa  vətəndaşlarından  fərqli  olaraq  daha  ağır, 
çətin günlər keçirmisiniz və bu gün də belə günlər içərisindəsiniz. 
On-on  beş  gündən  sonra  Şuşanın  Ermənistan  silahlı  qüvvələri 
tərəfindən  işğal  edilməsinin  dörd  ili  tamam  olacaqdır.  Eyni  za­
manda,  may  ayında  Laçının  işğalının  dörd  ili  tamam  olacaqdır. 
Fevral  ayında  biz  Xocalı  soyqırımının  dördüncü  ilini  qeyd  etdik. 
Kəlbəcərin  işğalının  ildönümü ilə əlaqədar mart ayında mən  kəl­
bəcərlilərin  nümayəndələri  ilə  görüşdüm,  söhbət  etdim.  Bunlar 
bizim  tariximizin  acı,  dəhşətli  səhifələridir,  faciəli,  qara  səhifələ­
ridir.  Ancaq  siz,  biz  bu  səhifələri  yaşamışıq  və  bunları  heç  vaxt 
unutmayacağıq.  Ona  görə  unutmayacağıq  ki,  xalqımıza,  onun 
köksünə böyük zərbələr vurulubdur,  millətimiz yaralanıbdır. Şu­
şanın,  Laçının Ermənistan silahlı qüvvələri  tərəfindən  işğal  olun­
ması  Azərbaycan  millətini  yaraladı,  başqa  ərazilərimizin də işğal 
edilməsinə geniş yol açdı.  Bunlar hamısı  bizim faciəmizdir.
Burada çıxış edən şuşalı qardaşım dedi ki, biz aciz deyilik, bəs­
dir dözdük, torpaqlarımızı azad etməliyik.  Mən də bu fikirlə razı­
yam. Biz torpaqlarımızın işğal altında qalmasına heç vaxt razı ola 
bilməyəcəyik. Ölsək də, ola bilər hamımız məhv olsaq da, torpaq­
larımızın Ermənistan silahlı qüvvələrinin işğalı altında qalmasına 
dözə bilməyəcəyik. Dözməyəcəyik və şübhəsiz ki, torpaqlarımızı 
azad edəcəyik.  Buna heç bir şübhəniz olmasın.
Ancaq  məlumdur  ki,  Şuşa  qalasını  əsrlər  boyu  qoruyanlar 
dörd  il  bundan  öncə  də  qoruya  bilərdilər.  Şuşa  qalasını  qoru­
maq  o,  işğal  olunandan  sonra,  dörd  ildən  sonra  geriyə  almaq­
dan,  azad  etməkdən  çox-çox  asan  idi.  Ancaq  təəssüf  ki,  satqın­
lar,  xainlər,  Azərbaycanın  daxilindən  olan  düşmənlər  bizi  belə 
bir  faciəli  vəziyyətə  gətirib  çıxardılar.  Mən  heç  vaxt  razılaşa 
bilmərəm  ki,  Azərbaycan  xalqı  kimi  qəhrəman  bir  xalq  Şuşa 
qalasını,  Laçın  dağlarını  qoruya,  saxlaya  bilməyəydi.  Yox,  bu,
121


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə