Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Heydor Əliyev siyasoli: TOLERANTLIQ



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə24/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   20   21   22   23   24   25   26   27   ...   112

Heydor Əliyev siyasoli: TOLERANTLIQ
o  birisi  başqa  ölkədə,  çoxu  Moskvada  toplaşdılar.  Yenidən  güc 
toplayıb bu  ilin  martında  Azərbaycanda  bir daha  dövlət çevrilişi 
etmək istədilər, Azərbaycan Prezidentini məhv etməyə, terror et­
məyə çalışdılar. Onun da qarşısını aldıq.
Bilirsiniz  ki,  qaçmış,  gizlənmiş  həmin  düşmənləri  biz  son 
vaxtlar həbs etmişik,  üzə çıxarmışıq.  Respublikamıza qəsd edən, 
Azərbaycanın  müstəqilliyini  dağıtmaq  istəyən  adamların  ha­
mısının  artıq  iç  üzü  açılıbdır  və  hamısı  ədalət  məhkəməsi  qar­
şısında  duracaqdır.  Onların  hamısı  tapılıbdır.  Bir qismi hələ  ələ 
keçməyib, onlar da  ələ keçəcəklər. Amma o qaçıb gizlənənlər ələ 
keçiblər,  ifşa  olunublar  və  xalqın  ədalət  məhkəməsi  qarşısında 
cavab verəcəklər.
Mart  ayındakı  çevriliş  cəhdinin  qarşısını  alandan,  onlan  da­
ğıdandan  sonra cəmi  bir ay  keçməmiş,  həmin  qüvvələr yeni  bir 
çevriliş  hazırlamağa  başladılar.  Bir  həftə  bundan  qabaq  biz  bir 
qrup  yüksək  rütbəli  zabiti  -  generalları,  zabitləri  həbs  etmişik. 
Onlar Azərbaycanda  yenidən  çevrilişə  cəhd  göstərmək  yolu  tu- 
tublar.  Onlar  -   general  Vahid  Musayev,  general  Rafiq  Ağayev, 
general  Şahin  Musayev,  bir sıra  polkovniklər  və  başqaları  artıq 
ifşa olunublar.
Bu  əməlləri  edənlər  kimlərdir?  Özlərinin  cürbəcür  şəxsi 
məqsədləri üçün həmin bu daxildə olub,  müxalifətdə  duran  qü­
vvələr,  Azərbaycandan  qaçıb  orda-burda  gizlənənlər -   Mütəlli­
bovdur,  Rəhim Qazıyevdir, Surət Hüseynovdur, onların əlaltıla- 
rıdır. Ancaq onlar da gedib ayrı-ayrı ölkələrdə satılırlar, qul olur­
lar,  xalqını  sataraq,  necə  deyərlər,  onlara  xidmət  edirlər,  xalqı 
ağır vəziyyətə salmaq istəyirlər.
Eşitdiniz ki. Sabunçu rayonundakı körpünü dağıtmaq istəyir­
dilər.  Bilirsiniz,  fürsətdən  istifadə edib demək istəyirəm ki, mən 
keçən dövrdə Azərbaycanda rəhbər işləyərkən bizim bütün inşa­
atçıları bir  il  yarım  səfərbər etdim  ki,  o körpünü  tikək.  Sabunçu 
rayonundakı  körpünü  nə üçün  tikdik?  Yaşlı  adamların  yadında 
olar, hava  limanına gedən  yolu həmişə oradan keçən elektrik qa­
tarı  kəsirdi.  Yadınızdadırım?  Şübhəsiz  ki,  bu  da  yolun  təhlükə­
106
Heydar Əliyev siyjşjli. TOLERANTLIQ
sizliyinə  mane  olurdu.  Yol  hərəkətini  nizama  salmaq  üçün  biz 
oraya  böyük vəsait qoyduq. O körpiinü  tikdirən  də, yaradan  da 
mənəm.  Onun əsasını  qoyan  da,  axıra  çatdıran  da  mənəm.  Mən 
bunu  xalqım  üçün,  Bakı  üçün,  Bakının  vətəndaşları  üçün  et­
mişəm.  Körpünün uzunluğu  600 metrdir.  İndi gətirib onun altı­
na o qədər partlayıcı maddələr qoyublar ki, körpünü də, ətrafda 
olan  binaları  da  dağıtsınlar,  insanları  da  məhv  etsinlər.  Nə  var, 
nə var ki,  Heydər Əliyevi məhv eləyəcəklər.
Görürsünüz,  xəyanətin  bundan  da  artıq  dərəcəsini  təsəvvür 
etmək  mümkün  deyil.  Görürsünüz,  xəyanətin  sərhədi nə  qədər 
böyükdür.  Bunun  da  qarşısı  alındı.  Yenə də deyirəm,  təxribatçı, 
çevriliş etmək istəyən terrorçu yeni bir qrupun  da qarşısı  alındı, 
alınır və alınacaq. Siz onu bilin, xalqımız, bütün vətəndaşlarımız 
da bilsin: biz haqq və ədalət yolu ilə gedirik. Biz xalqımızı bu bə­
lalardan qurtarmaq istəyirik. Mən bir Prezident kimi bütün səyi­
mi, qüvvələrimi buna sərf edirəm və həyatımın son dəqiqələrinə 
qədər sərf edəcəyəm.  Heç bir terrorçu,  heç bir təxribatçı,  heç bir 
cinayətkar, heç bir xəyanətkar bizi bu yoldan çəkindirə bilməyə­
cəkdir!
Axı  mən  də insanam, həyatım  var, yaşayıram,  canlı  adamam. 
Bəzən düşünürəm ki, əcəba, bu mənim həyatımda bir belə nədir? 
Məni öldürmək istəyən də olub, mənə qarşı terror etmək istəyən 
də,  batırmaq  istəyən də olub.  Mənim  həyatım,  tərcümeyi-halım 
sizə  məlumdur.  1987-ci  ildə  Moskvada  böyük  çaxnaşmalardan, 
mən  istefaya  gedəndən  sonra  başıma  nə  bəlalar  gəldi.  Orada 
məni əzmək, həbs etmək istədilər, boğmaq istədilər, boğa bilmə­
dilər. Gəldim buraya, burada boğmaq istədilər, boğa bilmədilər. 
Getdim  ucqar  bir yerdə,  Naxçıvanda  üç  il  yaşadım,  orada  boğ­
maq  istədilər,  boğa  bilmədilər.  Xalqın  iradəsi  ilə  iki  ildir  bura­
ya  gəlmişəm.  Mən  buraya  özüm  gəlməmişəm,  xalqın  iradəsinə 
görə  gəlmişəm.  Əcəba,  nə  cür  olur  ki,  bir  belə  xəyanətkar,  bir 
belə terrorçu, bir belə qəsd edənlər öz istəklərinə nail ola bilmir­
lər? Allah qoruyur {Yerdm  soshr: Əziz Prezident, sizi Allah qoruyur, 
bundan sonra da qoruyacaqdır.  Heydər Əliyev, xalq sizin arxanızdadır.
107


Siz
,7
  qəsd  elm ək  istəyənlərə  ar  olsun!  Xəyanətkarlara,  satqınlara  ar 
olsıııı).
Mənim  əzizlərim, ona görə də mən arxayınam. Arxayınam  ki, 
əməli  salehliyimə,  xalqıma sədaqətimə,  mənəviyyatıma  görə Al­
lah-Taala  məni  qoruyub,  qoruyur  və  axıra  qədər  qoruyacaqdır! 
Mən  də  sizə,  xalqıma,  Azərbaycan  müsəlmanlarına  xidmət  et­
məyi özümə ən böyük, şərəfli vəzifə hesab edirəm.  Mənim həya­
tımın  mənası budur.  Həyatımın başqa  mənası yoxdur.  Mən belə 
yaşamışam,  belə yaşayıram,  belə yaşayacağam!
Mən  dedim  ki,  tarix  boyu  azərbaycanlıların,  müsəlmanların 
həyatına İslam dini həmişə dayaq olubdur, bu gün də, gələcəkdə 
də  dayaqdır.  Bu  gün,  Həzrət Məhəmməd  peyğəmbərin  Mövlud 
günü  sizi  təbrik edərək  əmin  olduğumu  bildirmək  istəyirəm  ki, 
biz  həmişə  bu  dayağa  istinad  edəcəyik.  Ancaq  respublikamızın 
bu  dövründə  hamı  çalışmalıdır  ki,  xalqımız  birləşsin,  xalqımız 
daha  da  bərabər,  sıx  olsun.  Biz azərbaycanlılar,  biz Azərbaycan 
müsəlmanları  dərk  etməliyik  ki,  həyatımızın  ən  mürəkkəb  və 
həlledici  bir mərhələsini yaşayırıq.  Ona  görə də  həm  xarici  düş­
mənlərin qarşısını  almaq üçün, ölkəmizin  müstəqilliyini əlindən 
almaq  istəyən  qüvvələrin qarşısını  almaq  üçün,  həm  də onların 
kölələrini, qullarını, Azərbaycanın içərisində satqınlıq edib onla­
ra xidmət edənləri ifşa etmək üçün hamımız birləşməliyik, hamı­
mız əl-ələ verməliyik.
Məhəmməd  peyğəmbərin  bu  Mövlud  günü  mən  Azərbaycan 
xalqını,  bütün Azərbaycan  vətəndaşlarını  birliyə,  vəhdətə dəvət 
edirəm  və sizin hamınıza səadət, xoşbəxtlik arzu  edirəm!
Heydər Əliyev siyasəti: T O L E R A N T L I Q _________________
108
Heydor Əliyev siyasoti: TOLERANTLIQ
AZƏRBAYCAN YƏHUDİ  İCMASINA
Əziz həmvətənlər!
Respublikamızın bütün yəhudi  vətəndaşlarını  Roş-Ha-Şaııa yə­
hudi təqvimi ilə təzə il münasibətilə ürəkdən təbrik edirəm. Bu qə­
dim bayram dünya yəhudiləri üçün təkcə yeni ilin başlanğıcı deyil, 
həm də insanların etiraf və tövbə, paklaşma və yeniləşmə çağıdır.
Bu bayram münasibətilə yəhudi qardaş və bacılarımıza cansağ­
lığı,  xoşbəxtlik,  səadət diləyir,  ölkəmizdə  milli  həmrəyliyin  daha 
da  möhkəmləndirilməsi,  doğma  evimiz -  suveren  Azərbaycanın 
çiçəklənməsi naminə hamılıqla səyləri artırmağı arzulayıram.
Allah eləsin -  təzə  il əmin-amanlıq,  şad  xəbərlər,  gerçəkləşən 
xoş arzular ili olsun!
Heydər Əliyev,
Azərbaycan  Respublikasının  Prezidenti 
25 sentyabr 1995-ci il
109


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə