Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə20/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   16   17   18   19   20   21   22   23   ...   112

mi  isə öz  səhvlərini başa  düşdü,  müraciət etdi,  bağışlandı,  indi 
azad-asudə yaşayırlar.
Bu  barədə  də  istintaq  gedir.  İstintaq  orqanlarımız  çox  ciddi 
işlər aparırlar. Güman  edirəm ki,  həmin  bu  cinayətkarlar -  həm 
oktyabr ayında, həm də mart ayında cinayət etmiş adamlar Azər­
baycanın ədalət məhkəməsi  qarşısında  duracaqlar.  Bu  lazımdır, 
bu zəruridir. Çünki xalqımızı artıq bu bəlalardan xilas etməliyik. 
Artıq  bəsdir!  Azərbaycan  yeddi  ildir  ki,  Ermənistanın  təcavüzü 
nəticəsində şəhidlər, itkilər verir.  Respublikamızın torpaqlarının 
bir qismi  itirilibdir.  İndi biz onların geri qaytarılmasına çalışırıq. 
Axı  daxilimizdə  bu  hərəkətləri  edən  adamlar  nə  məqsədə  xid­
mət edirlər?  Ona  görə oktyabr ayında  da,  mart ayında  da Azər­
baycan vətəndaşları birinci olaraq öz dövlətini, öz müstəqilliyini 
qorumaq  əzmini  bildirdilər.  Digər  tərəfdən  isə  müstəqil  Azər­
baycan  dövləti  öz  qüdrətini,  öz  dövlətçiliyini  qorumağa  qadir 
olduğunu göstərdi  və bu dövlətin yaşamağa  haqqı olduğunu bir 
daha dünyaya nümayiş etdirdi.
Biz müstəqil Azərbaycan dövlətini qururuq. Biz dövlətimizi çox 
mürəkkəb, çətin  proseslər içərisində, ancaq əzmlə, inamla, böyük 
ümidlə qururuq. Biz bunu edəcəyik. Müstəqil Azərbaycan dövləti 
yaşayacaqdır. Müstəqil Azərbaycan dövləti erməni təcavüzündən 
xilas  ediləcəkdir.  Müstəqil  Azərbaycan  dövləti  bütün  torpaqla­
rının sahibi  olacaqdır və  xalqımız bu  ağır  bəlalardan  çıxacaqdır. 
Mən  buna  inanıram.  Mən buna  əminəm.  Siz  də  arxayın  olun  ki, 
mən  bir  Prezident  kimi  həyatımı  məhz  buna  həsr  etmişəm,  bü­
tün imkanlarımı  bundan  sonra  da  bu  işə  sərf edəcəyəm.  Bu  işdə 
mənəviyyat  bizim  üçün  ən  böyük  silahdır.  Mənəviyyata  malik 
olan insanlar, İslam dininin saflığını özündə cəmləşdirən adamlar 
bizim  silahdaşlarımızdır  və  bizimlə  bir  yerdədirlər.  Hamı  çalış­
malıdır ki, bütün bu imkanlarımızdan istifadə edək.
Bu  gün  mən  əmin  olduğumu  bildirmək  istəyirəm  ki,  din  xa­
dimlərimiz Azərbaycanın müstəqilliyinə, ölkəmizin ərazi bütöv­
lüyünün  təmin  olunmasına,  cəmiyyətimizdə  mədəni  əhval-ru- 
hiyyə yaratmağa,  hüquqi  dövlət qurulmasına, ölkəmizdə vətən­
Hovdur Əliyev siyasoti: TOLERANTINIQ______ ___________________________________ _________
90
Heydər Əliyev siyasəti: TOLERANTLIQ
daş  həmrəyliyinin,  milli  həmrəyliyin  və  birliyin  bərqərar  olun­
masına xidmət edəcəklər, din xadimlərimiz cəmiyyətimizi mənfi 
hallardan təmizləmək üçün bizim mübarizəmizin ön sıralarında 
gedəcək, bizimlə birlikdə olacaqlar və bu işdə öz nüfuzlarını, im­
kanlarını əsirgəməyəcəklər.
Bu  gün  biz  Səttarxan  adma  maşınqayırma  zavodundayıq. 
Mən  bu  zavodda  dəfələrlə  olmuşam.  60-cı  illərdə,  hələ  respub­
likaya  rəhbərlik  etmədiyim  dövrdə  də  mən  bu  müəssisəyə  gəl­
mişdim. Azərbaycana  rəhbərlik etməyə başladığım  dövrdə -  bu 
yaxınlarda  26  il  olacaqdır  -   1969-cu  ildə  də  burada  olmuşam. 
Mən  bu  zavodun  keçmişini  bilirəm.  Bu  müəssisənin  çox  gözəl 
tarixi  var. Ötən il biz bu zavodun  100  illik yubileyini qeyd etdik. 
Bu  müəssisənin  gözəl  ənənələri  var.  Onlar  nəsillərdən-nəsillərə 
keçibdir. Bu zavod Azərbaycan xalqı üçün, ölkəmizin müstəqilliyi 
üçün  çox  işlər  görübdür.  Ancaq  70-ci  illərdə  bu  zavodun  görkə­
minin tamamilə dəyişdiyini də qeyd etməliyik. Siz görürsünüz ki, 
bizim  toplaşdığımız bu  yer çox gözəl bir sexdir. O vaxtlar bu  sex 
yox idi. Burada, eləcə də digər sexlər 70-ci illərdə qurulub, 1981-ci 
ildə istifadəyə verilmişdir. Bu zavodun görkəminin dəyişdirilmə­
sinə böyük əmək və vəsait sərf etmişik.  Çox böyük əzab-əziyyət­
lərə qatlaşdıq ki,  müəssisə yeni texnologiya və avadanlıqla təchiz 
olunsun,  müasir tələblərə cavab verən  cihazlar,  qurğular istehsal 
edilsin.  Biz  bunlara  nail  olduq.  Bu  nəhəng müəssisənin  yenidən 
qurulması prosesi mənim gözümün qarşısında baş vermişdir. Bü­
tün bunlar mənim həyatımdan keçən proseslərdir.
Ona görə də mən bu gün buraya gəlməyimə çox sevindim.
Əminəm  ki,  bu zavod və onun kollektivi müstəqil Azərbaycan 
üçün hələ çox işlər görəcək, böyük xidmət göstərəcəkdir.
Bu  zavodun  keçmişinə  hamımız  böyük  hörmətlə  yanaşırıq. 
Mən  bu  müəssisənin  ənənələrinə  və  bu  gününə  böyük  hörmət 
edirəm.
Bu  müəssisənin  ən  gözəl  xüsusiyyətlərindən  biri  də  ondan 
ibarətdir  ki,  məhz  bu  zavodun  fəhlələri,  mühəndisləri,  burada 
çalışan  insanlar  Ermənistanın  Azərbaycana  qarşı  təcavüzü  baş-
91


lavarkən  öz  sözünü  dedilər,  xalqımız  ilk  dəfə  səsini  buradan 
qaldırdı.  Bu  zavodun  kollektivi ayağa  qalxdı  və Azərbaycanın  o 
dövrdəki hakimiyyət dairələrini  sınağa  çəkdi  ki,  respublikamızı, 
torpaqlarımızı  qorumaq  lazımdır.  Qarabağı  müdafiə  etməliyik. 
Bu səslər ilk dəfə bu kollektivdən eşidildi.  Bunu bizim cəmiyyəti­
miz bilir.  Bu, bizim tariximizə həkk olunubdur.
O  illərdə  ölkəmizdən  kənarda  yaşamağıma  baxmayaraq, 
bunu  mən  də  bilirəm.  Bunu  hamı  bilir.  Zavodun  bu  ənənəsi  də 
böyük  hörmətə  layiqdir.  Milli  azadlıq  hərəkatına  addımlar  bu 
zavoddan  atılıbdır.  Bu  zavodda  respublikamızın  müstəqilliyi 
üçün  çıxışlar  olubdur.  İnsanlar  meydanlara  buradan  çıxıblar. 
Hakimiyyət orqanlarına ittihamlar buradan verilibdir. Bunlar da 
Azərbaycan tarixinin çox gözəl səhifələridir.
Ona görə də Həcc ziyarətindən qayıtmış vətəndaşlarımızın bu 
zavoda  gəlməsi  bu  müəssisənin  keçmişinə,  xidmətlərinə,  bura­
nın  kollektivinə  olan  hörmətdir.  Mən  də bu hörmət  naminə  bu 
gün buraya gəlmişəm.  Buna görə də mən bir daha zavodun kol­
lektivinə  öz  hörmət  və  ehtiramımı,  daxilimdən  gələn  ən  gözəl 
duyğularımı  çatdırıram.  Əmin  ola  bilərsiniz  ki,  mən  həmişə  si­
zinləyəm və bu kollektivlə birlikdə Azərbaycanın həyatının çətin 
mərhələsini yaşayıb keçəcəyik.
Səttarxan  adına  zavod  Azərbaycanın  maşınqayırma  sənayesi­
nin  bayraqdandır.  Respublikamızda  maşınqayırma  sənayesi  bu 
müəssisədən  başlanıbdır.  Müəssisə  bu  gün  də  öz  mövqeyini  əl­
dən verməyibdir. Azərbaycanda neft sənayesi üçün maşm və ava­
danlıq  istehsalı  geniş  inkişaf etmişdir.  Səttarxan adma  zavoddan 
başqa, digər zavodlarımız da neft maşınqayırması  ilə məşğuldur. 
Həmin  zavodlar  da  70-80-ci  illərdə  təkmilləşdirilib  və  yenidən 
qurulubdur.  Bizim  gördüyümüz  tədbirlər  nəticəsində  bu  müəs­
sisələr  müasir  səviyyəyə  gəlib  çıxıbdır.  Ancaq  indi  sənayemiz, 
eləcə  də  neft maşınqayırması  çətin dövr keçirir.  Bunun  səbəbləri 
məlumdur. Biz müstəqillik əldə etmişik. Əgər biz bunları tərəziyə 
qoyub  çəksək  və  baxsaq  ki,  hansı  bizim  üçün  əhəmiyyətlidir,  -  
dövlət müstəqilliyimizi  əldə etmək,  yaxud  da  müstəqil  olmayay­
Heydər Əliyev siyasəti: TOLERANTLIQ 
________________ ________________________________
92
Hoydar Əliyev sivasoti: TOLERANTLIQ
dıq  və zavod  və ya sənaye yenə də başqa yerlərlə bağlı olaydı  və 
işləyəydi, -  hesab edirəm ki, müstəqillik bizim üçün daha əhəmiy­
yətlidir.  Çünki  biz  müstəqillik  qazanmaq  üçün  çoxlu  qurbanlar 
vermişik. Bu olmalı idi, çünki  müstəqillik Azərbaycan xalqı üçün 
əsrlərdən-əsrlərə keçmiş arzu və istəkdir. Biz buna nail olmuşuq.
Bu  dövrdə  biz  şübhəsiz  ki,  yeni  bir  ictimai-siyasi  cəmiyyət ya­
radırıq,  yeni  dövlət  qururuq.  İqtisadiyyatımız yeni  formalarla  ya­
şayır,  yeni  iqtisadi  münasibətlər  bərqərar  olur.  Bu  yolu  biz  keç­
məliyik.  Şübhəsiz ki,  bu  sahədə  müəyyən  çətinliklərlə  rastlaşırıq. 
Bunlar təbiidir. Çünki ziddiyyət təşkil edən bir sistemdən digərinə 
keçid asan olmur. Ona  görə də bu yoldakı çətinliklərin  təbii  oldu­
ğunu nəzərə alaraq onlara dözməliyik. Ancaq bu, o demək deyildir 
ki,  biz oturub gözləməliyik ki,  nə vaxtsa yaxşı işləyəcəyik.  Mən  o 
mənada dözmək deyirəm ki, bu həm də döyüşmək, həm də vuruş­
maq, həm də çalışmaq deməkdir.
Mən  may  ayının  əvvəlində Nazirlər  Kabinetində  çıxış  edərkən 
ölkəmizin  sənayesi  barədə  öz  fikirlərimi  söylədim.  Göstəriş  ver­
dim ki, hər bir fabrik, zavod və digər müəssisə indiki şəraitə uyğun 
olaraq hansı yolla istehsalı qaldıra bilərsə, bu barədə öz təkliflərini 
hazırlasın və təqdim etsin, biz onlarm həyata keçirilməsinə kömək 
edək. Bu dövrdə sizin zavodun da imkanları böyükdür, ona görə də 
bunlardan  istifadə edilməlidir.  Bu, imkanlardan nə qədər səmərə­
li istifadə olunarsa,  keçid  mərhələsi  bizim  üçün o qədər qısa olar. 
Mən bilirəm ki, indi zavod tam gücü ilə işləmir, kollektivin iqtisadi 
vəziyyəti də keçmişdəki kimi deyildir.
İqtisadi sahədə çətinliklərimiz var. Bu, təkcə sizin zavodda deyil, 
digər müəssisələrdə də belədir. Bunların hamısını mən bilirəm. Bu 
problemlər sənayemizdə və bütün iqtisadiyyatımızda mövcuddur. 
Eyni zamanda, bu zavod kimi nəhəng potensiala malik bir müəssisə 
əvvəlki  kimi  olmasa  da,  müəyyən bir səviyyədə,  indikindən yük­
sək səviyyədə işləyə bilər və işləməlidir. Bunu  zavodun  rəhbərliyi, 
mütəxəssisləri, mühəndisləri və bütün kollektivi birləşib birlikdə et­
məlidirlər. Biz bu prosesi keçməliyik. Hesab edirəm ki, siz bu işlərlə 
daha ciddi məşğul olmalısınız. Qarşılaşdığımız çətinliklərə dözməli
93


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə