Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Hcvd.tr Əliyev siy.is.iti: TOLERANTLIQ



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə16/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   12   13   14   15   16   17   18   19   ...   112

Hcvd.tr Əliyev siy.is.iti: TOLERANTLIQ
zərərə baxmayaraq, biz sülhə və sabitliyə nail olmaq naminə əli­
mizdən gələni edirik.
Bu  il  sentyabrın  20-də  biz  Xəzər  dənizinin  Azərbaycan  sek­
torundakı  neft yataqlarının  birgə işlədilməsi  üçün  dünyanın  bir 
sıra  iri şirkətləri  ilə müqavilə imzalamışıq.  Bu, Azərbaycanın  xa­
rici  investisiyalar,  iqtisadi  əməkdaşlıq  və  dünya  iqtisadiyyatına 
inteqrasiya  üçün  açıq  olduğunu  nümayiş  etdirir.  Müharibə  ilə 
əlaqədar  yaranmış  ağır  şəraitə  baxmayaraq,  biz  islahatlar  apar­
maq,  bazar  münasibətlərinə  əsaslanan  iqtisadiyyat  yaratmaq 
yolu ilə əzmlə irəliləyirik, xalqımızın güzəranını yaxşılaşdırmağa 
çalışırıq.
Zati-aliləri!
Öz  çıxışımda  mən  xalqımın  ağrı-acılaıından  və  iztirablarından 
danışdım.  Bununla  yanaşı,  Bosniya  və  Herseqovinada,  Kəşmirdə, 
Fələstində,  dünyanın  bütün  qaynar  nöqtələrində  milliyyətindən 
və dinindən asılı olmayaraq başqa  xalqlarm da dərdi və iztirabları 
məni  narahat  edir.  Bosniya  və  Herseqovinada  son  vaxtlar  yaran­
mış vəziyyət xüsusi təşviş və ürək ağrısı doğurur. Orada qırğın və 
dağıntılar dəhşətli  miqyas almışdır. Ona  görə də biz qanlı qırğının 
dərhal  dayandırılması  üçün  və  bu  münaqişənin  ədalətlə  aradan 
qaldırılmasına nail olmaq üçün bütün imkanlarımızdan istifadə et­
məliyik, var qüvvəmizi sərf etməliyik.
Nitqimi  bitirərək,  mən  aramızdakı  həmrəyliyə,  İslam  Konf­
ransı  Təşkilatının  prinsiplərinə  və  məqsədlərinə  sadiq  olduğu­
mu  bildirirəm,  sülh,  sabitlik və tərəqqi  naminə hamını öz səylə­
rini birləşdirməyə çağırıram.  Mən sizin hamınıza və xalqlarınıza 
səadət və əmin-amanlıq arzulayıram.
Diqqətinizə görə təşəkkür edirəm.
72
Heydor Əliyev siyasoti: TOLERANTLIQ
MİLAD  BAYRAMI  MÜNASİBƏTİLƏ  BAKIDAKI 
KAMERA MUSİQİSİ  SALONUNDA KEÇİRİLƏN 
MƏRASİMDƏ  RESPUBLİKANIN  PRAVOSLAV 
XRİSTİANLARINA MÜRACİƏT
yanvar  1995-ci il
Hörmətli xanımlar və cənablar, bacılar və qardaşlar, Azərbay­
can  vətəndaşları!  Sizi  müqəddəs gün -  İsa  Məsihin  Milad günü 
münasibətilə  ürəkdən  təbrik edir,  sizə  və  sizin şəxsinizdə Azər­
baycanın bütün xristian vətəndaşlarına xoşbəxtlik, firavanlıq, se­
vinc, sülh  və mərhəmət arzulayıram.
Bu müqəddəs gün hamımızı sülhə, əmin-amanlığa, başqa din­
lərə  münasibətdə dözümlü olmağa  çağırır.  Bu gün həm  xristian 
pravoslavlar,  həm  də  Azərbaycanda  hamı  üçün  eyni  dərəcədə 
müqəddəs  və  xoş  gündür.  Bu  gün Azərbaycanda  hamıya  əziz­
73


dir.  Bu  anda  biz  tarixi  köklərimizə  müraciət  edirik.  İslam  dini, 
Məhəmməd  peyğəmbərə,  İsa  peyğəmbərə  ehtiramla  yanaşmış­
dır.  Molum olduğu kimi,  İslamın müqəddəs kitabı Qurani-Kəri­
min  surələrindən  biri  xristianlığa,  İsa  Məsihaya  həsr edilmişdir. 
Başqa  sözlə,  bizim  tarixi  köklərimiz  dərinlərə  gedib  çıxır,  dost­
luğumuz  və  qardaşlığımız  hələ  dinlərimizin  meydana  gəldiyi 
vaxtdan başlayır.  Biz də buna sadiq olmalıyıq.
Azərbaycanın  bütün  vətəndaşları  bərabər  hüquqlardan  isti­
fadə edirlər.  Xristian  dininə  sitayiş  edən  vətəndaşlara  da  bizdə 
həmişə ehtiram  göstərilmiş və onlar digər vətəndaşlarla bərabər 
hüquqlardan istifadə etmişlər.  Azərbaycanda  xristian  pravoslav 
icmasının  iki  yüz  illik  tarixi  var.  Müxtəlif  dinlərə  mənsub  olan 
xalqlarımız  iki  əsr ərzində  vahid  dostluq  ailəsinə  qovuşmuşlar, 
onların  kədəri  də,  sevinci  də  bir  olmuşdur.  Azərbaycanda  bey­
nəlmiləlçilik  hissi,  bir-birinə  qarşı  dözümlü  olmaq,  Azərbaycan 
xalqının  başqa  xalqlara,  xristianlara  hörməti  həmişə  nümunəvi 
xarakter daşımışdır.
Biz  də,  siz  də  yaxın  keçmişi  xatırlayır  və  iki  əsrlik  tariximizi 
-  birgə ömür,  dostluq tariximizi, xoş həyat,  sülh  və əmin-aman­
lıq  uğrunda  mübarizə  tariximizi  yaxşı  bilirik.  İndi,  Azərbaycan 
müstəqil dövlət olduğu bir vaxtda dilindən, dərisinin rəngindən, 
dinindən, siyasi əqidəsindən asılı olmayaraq bütün vətəndaşların 
hüquq  bərabərliyi Azərbaycan  dövləti  üçün,  bir Prezident  kimi 
məndən ötrü  birinci  dərəcəli  əhəmiyyətə malikdir.  Mən dəfələr­
lə demişəm  və bu  müqəddəs gündə bir daha  deyirəm:  Azərbay­
canın bütün vətəndaşları qəti əmin ola bilərlər ki, onların hüquq­
ları eyni  dərəcədə qorunacaq,  onlar müdafiə ediləcəklər.
Azərbaycan  Prezidenti  kimi  mən  dilindən  və  dinindən  asılı 
olmayaraq  hər  bir  adamın,  hər  bir  vətəndaşın  hüquqlarının  tə­
minatçısıyam.
Bugünkü  bayram  bizi  həqiqətən  sülhə  səsləyir.  Leonid  ata­
nın  haqlı  olaraq  dediyi  kimi,  qoy  sülh  hər  birimizin  ürəyində, 
qəlbində olsun.  Bəli,  indi  bu,  çox  lazımdır, çünki  biz tariximizin 
çox mürəkkəb, ağır dövrünü yaşayırıq. Biz bu mərhələni birlikdə
Heydər Əliyev siyasəti: TOLERANTLIQ
74
Heydor Əliyev siyasoti: TOLERANTLIQ
keçməliyik.  Bundan  ötrü  isə  hər birimizdə sülh  hissi,  başqasına 
hörmətlə yanaşmaq hissi  gərək həmişəkindən daha  çox olsun.
Bilirsiniz  ki, Azərbaycan  altı  ildən  artıqdır Ermənistan  tərəfin­
dən  təcavüzə  məruz qalmışdır.  Biz böyük itkilər  vermişik.  Azər­
baycan  ərazisinin  iyirmi  faizindən  çoxu  erməni  qəsbkarları  tərə­
findən  işğal  edilmişdir.  İyirmi  mindən  artıq  vətəndaşımız  həlak 
olmuş, yüz mindən çoxu yaralanmış, xəsarət almışdır. Onların bir 
qismi  həmişəlik  əlil,  şikəst  olmuşdur.  Bir  milyondan  artıq  saki­
nimiz  doğma  yurdunu  tərk etməyə  məcbur olmuşdur  və  qaçqın 
kimi Azərbaycanın başqa  regionlarında  yaşayır.  Onların  bir çoxu 
bu ağır qış dövründə çadırlarda yaşayır, böyük məşəqqət çəkir.
Təbii  ki,  bütün bunlar Azərbaycanda keçid dövrü ilə əlaqədar 
onsuz da  mürəkkəb olan vəziyyəti daha da çətinləşdirir.  Belə bir 
şəraitdə xeyirxahlıq, sülh, bir-birinə hörmətlə yanaşmaq, qardaş­
lıq,  dostluq  hissləri  çox  böyük  əhəmiyyət  kəsb  edir.  Ona  görə 
ki,  biz  tariximizin  bu  ağır  mərhələsindən  daha  uğurla,  nisbətən 
az ağrı-acı  ilə çıxa  bilək,  davam gətirə bilək,  hamımız birləşərək 
Azərbaycanın  ərazi  bütövlüyünü,  müstəqil  dövlətimizin  suve­
renliyini  təmin edə bilək.  Biz buna nail olmalıyıq.
Bilirsiniz  ki,  doqquz  aya  yaxındır  döyüşlər  getmir,  atəşkəsə 
nail  olmuşuq.  Biz  atəşkəs  rejiminə  sadiqik,  gələcəkdə  də  buna 
çalışacağıq.  Lakin  bizə  uzunmüddətli  möhkəm  sülh  lazımdır, 
sülh  haqqında  böyük siyasi  saziş imzalanmalıdır.  Biz buna  çalı­
şırıq.  Lakin  buna  nail  olmaq  üçün çox  iş görülməlidir.  Biz bu  işi 
görürük.  Bu  mürəkkəb dövrdən  hamımızın birlikdə çıxmağımız 
üçün  daha  sıx  birləşməli,  bir-birimizə  daha  çox  hörmət  etməli­
yik, sülh və dostluq hisslərinə əsaslanmalıyıq.
Bu  müqəddəs,  işıqlı  gündə,  bu  xoş  bayram  günündə sizi  sül­
hə,  həmrəyliyə,  dini  dözümlülüyə,  dostluğa  və  qardaşlığa  ça­
ğırıram.  Azərbaycan  çoxmillətli  dövlətdir  və  belə dövlət olaraq 
qalacaqdır.  Biz  hər  şeyi  edəcəyik  ki,  hər  hansı  millətdən  olan 
Azərbaycan vətəndaşları özlərini nəinki bərabərhüquqlu  hiss et­
sinlər,  həm  də özlərinin bu  günü, sabahı  üçün  həqiqətən arxayın 
olsunlar.  Əmin  ola  bilərsiniz,  bir  Prezident  kimi  mən  elə  vəziy­
75


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə