Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə19/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   15   16   17   18   19   20   21   22   ...   112

Hey dor Əliyev siyasoti: TOLERANTLIQ
ZƏVVARLARIN  HƏCC  ZİYARƏTİNDƏN 
QAYITMASI  MÜNASİBƏTİLƏ  KEÇİRİLƏN 
MƏRASİMDƏ NİTQ
Sattarxan adma maşınqayırma zavodu 
20 may 1995-ci il
Hörmətli bacılar və qardaşlar!
Hörmətli həmvətənlərimiz!
Mən bu gün burada, Səttarxan adma maşınqayırma zavodunda 
sizinlə  görüşməyimdən  çox  məmnunam.  Hamınızı  səmimi  qəlb­
dən salamlayır, sizə xoşbəxtlik və səadət arzu edirəm.
Bizim bu gün buraya toplaşmağımızın əsas səbəblərindən biri 
Azərbaycandan  Məkkəyə  və  Mədinəyə  getmiş,  İslam  aləminin 
müqəddəs  yerlərini  ziyarət  etmiş,  Həcc  ziyarətindən  qayıtmış 
vətəndaşlarımızla  görüşməkdir.  Müstəqil  Azərbaycan  dövləti­
nin həyatında çox əlamətdar haldır ki, xalqımız dininə öz müna­
sibətini sərbəst ifadə edir və uzun illərin həsrətindən sonra ölkə­
mizin istənilən vətəndaşı tamamilə sərbəst olaraq İslam aləminin 
müqəddəs yerlərini ziyarət edə bilər. Son illərdə Azərbaycandan 
həmin yerləri  çoxlu  adam  ziyarət  etmişdir.  Bu,  bizim  müstəqil­
liyimizin  və mənəviyyatımızın  dirçəlməsi  rəmzidir.  Bu  il də beş 
yüz nəfər Azərbaycan  vətəndaşı  Məkkəyə  və Mədinəyə  getmiş, 
Kəbəni,  İslamın  müqəddəs  yerlərini  ziyarət etmiş,  müsəlmanlıq 
borclarını  vermiş  və  öz  arzularına  çatmışdır.  Həmin  şəxslərin 
böyük bir qrupu indi buradadır. Əziz hacılar, əziz həmvətənləri­
miz, sizi bu mübarək işinizə və çox gözəl ziyarətinizə, müqəddəs 
yerləri ziyarət edib mənəviyyatca daha da saflaşdığınıza və yük­
səldiyinizə görə təbrik edirəm, hamınıza cansağlığı və xoşbəxtlik 
arzu edirəm.
İslam  bu  dinə  itaət  edənləri  həmişə  mənəvi  saflığa,  ədalətə, 
düzlüyə,  bütün  müsbət  keyfiyyətləri  özündə  toplamağa  dəvət 
edir.  Müqəddəs  kitabımız  Qurani-Kərimin  ayələri,  surələri  və
8 6
H w dar Əliyev 
s
İ
k i m
İ
i

TOLERANTLIQ
bütün  yazılarının  hamısı  İslam  aləminin  nə qədər böyük  mənə­
vi  potensiala  malik  olduğunu  göstərir.  Əsrlərdən-əsrlərə  keçən 
adət-ənənələr İslam  dininin  insanlar üçün  əhəmiyyətli  və zəruri 
olduğunu  sübut  edir.  Hesab  edirəm  ki,  müqəddəs  Quranımız­
dan və İslam dininin tələblərindən hər bir şəxs, hər bir müsəlman 
bəhrələnəcək,  cəmiyyətdə layiqli  yer tutacaq,  Vətəninə,  xalqına, 
insanlara  gərəkli  xidmət  edəcək  və şübhəsiz  ki,  arzularının  ha­
mısına çatacaqdır.
Buna  görə  də  İslam  dünyasının  müqəddəs  yerlərini  ziyarət 
edib  Azərbaycana  qayıdan  soydaşlarımızla  bu  gün  görüşərkən 
fürsətdən  istifadə edərək  bütün  vətəndaşlarımıza,  Azərbaycan­
dakı bütün müsəlmanlara bir daha müraciət edirəm ki, bu əxlaqi 
normalara, adət-ənənələrə hər kəs riayət və hörmət etsin, ona sa­
diq  olsun.  Ən  çətin  dövrlərdə  bu,  həmin  adamları  hifz  edəcək, 
onları qoruyacaq, hər bir insana xoşbəxtlik bəxş edəcəkdir. Ancaq 
bunlara  həqiqətən  sidq  ürəkdən  riayət etmək  lazımdır.  Güman 
edirəm ki, biz ilbəil öz mənəvi dəyərlərimizə, adət-ənənələrimizə 
qayıdaraq,  hər  yerdə  milli,  dini  ənənələrimizi  bərqərar  edərək 
ölkəmizdə, cəmiyyətimizdə buna nail  ola biləcəyik.  Əminəm ki, 
din  xadimləri  də,  möminlər  də,  o  cümlədən  Həcc ziyarəti  edən 
şəxslər də bu məsələlərdə fəal  iştirakçı  olacaq,  xalqımızın mənə­
vi cəhətdən saflaşmasına, yüksəlməsinə, mətinləşməsinə öz səy­
lərini göstərəcəklər.
Bu,  bizim  üçün  çox  lazımdır.  Çünki  bilirsiniz  ki,  Azərbaycan 
artıq  yeddi  ildir  Ermənistan  tərəfindən  təcavüzə  məruz  qalmış­
dır.  Bunun nəticəsində Azərbaycana böyük  fəlakətlər üz  vermiş, 
çoxlu itkilərimiz olmuşdur. Şəhid olanlarımız vardır. Ərazimizin, 
torpaqlarımızın  təxminən  20  faizi  Ermənistan  silahlı  qüvvələri 
tərəfindən  işğal  olunubdur.  Elimizin-obamızın  o  gözəl  yerlərin­
dən  vətəndaşlarımız  didərgin  düşmüş,  dağlarımızın  qoynunda, 
bulaqlanmızm başında əsrlər boyu yaşamış soydaşlarımız qaçqın 
və köçkünə çevrilib, ağır şəraitdə yaşayırlar.
İqtisadiyyatımızda,  sosial  həyatımızda  çətinliklərimiz  var. 
Bunlar həm  müharibə,  həm  də  bir sistemdən  başqa  sistemə  ke-
87


çidlə  əlaqədardır.  Yəni  cəmiyyətimiz,  ölkəmiz,  xalqımız  öz  ta­
rixinin  çətin  mərhələsini  yaşayır.  Belə  bir dövrdə  hər  kəs  gərək 
çalışsın  ki,  cəmiyyətə,  ölkəyə  mümkün  qədər  çox  fayda  versin. 
Öz qonşusunu  da,  həmkarını da, dostunu və qardaşını da bu işə 
cəlb  etsin.  Dinə  xidmət  edən,  Həcc  ziyarəti  etmiş  adamlar,  İsla­
ma həqiqətən sadiq olan insanlar bu baxımdan nümunəvi olaraq 
cəmiyyətimizdə mənəvi saflığı  təmin etməlidirlər.
Hesab edirəm  ki,  indi cəmiyyətimizdə belə müsbət hallar ək­
səriyyət təşkil edir.  Mənfi  hallar az olsa  da, ancaq vardır.
Bu  mənfi  hallar  cəmiyyətimizin  ümumi  mühitinə,  əhval-ru­
hiyyəsinə bəzən çox zərər vurur. Bunların qarşısını almaq lazım­
dır. Güman  edirəm  ki,  din  xadimlərimiz bu  sahədə indən  sonra 
da öz fəaliyyətlərini artıracaqlar.
Din  xadimlərimiz,  Həccə getmiş adamlarımız gərək xalqımızı, 
xüsusən  gənclərimizi  Vətənə  sədaqət,  vətənpərvərlik  ruhunda 
tərbiyə  etsinlər,  onları  Vətəni  qorumaq  üçün  hazırlasınlar.  İndi 
buna  çox  böyük  ehtiyac  vardır.  Çünki  iqtisadi-sosial  çətinliklər 
insanları bəzən yolundan çıxardır, çaşbaş qoyur, mənfi təsirlər al­
tına  salır.  Buna  görə  də  mənəviyyatca  saf  insanlar,  dinə  xidmət 
edən adamlar İslam dininin hər bir şəxs üçün, hər bir fərd üçün nə 
qədər gözəl töhfə verdiyini anlatmalı, onları mənəvi saflığa dəvət 
etməli və buna nail olmalıdırlar. Bu, indi bizə çox lazımdır.
Təəssüf  olsun  ki,  İslamın  təbliğində,  dinin  təbliğində  bəzən 
əyintilərə yol verilir. Mən bu gün burada, din xadimlərinin, Həc­
cə  getmiş  adamların  qarşısında  bu  sözləri  deməyi  zəruri  hesab 
edirəm.  Dinimizdən bəzən  sui-istifadə,  öz  məqsədləri  üçün isti­
fadə etmək istəyənlər də var. İslam dinindən bəzən ölkəmizdə sa­
bitliyi pozmaq, aranı qarışdırmaq, insanları bir-biri ilə vuruşdur- 
maq, onları qarşı-qarşıya qoymaq üçün istifadə etmək istəyənlər 
də  vardır.  Bəzən  içərimizə  təxribat  salmaq  istəyənlər də  var.  İs­
lam  dini  Azərbaycan  Respublikasının  dinidir.  Respublikamızda 
yaşayan  əhalinin  əksəriyyəti  İslam  dininə etiqad  edir.  Ancaq bu 
din  birdir  və  onu  parçalamaq  olmaz.  Ayn-ayrı  adamlar  dindən
Heydər Əliyev sivasoli: TOLERANTLIQ 
____________ ________________________
8 8
Heydər Əliyev siyasəti: TOLERANTLIQ
istifadə etməyə çalışmamalıdır.  Din vasitəsilə bizim ölkəyə hara- 
dansa  kənardan kiminsə təsir etməsinə yol  vermək olmaz.
Dindən  ancaq  xeyirxahlıq,  insanları  ağır  vəziyyətdən  çıxar­
maq,  onları  mənəvi  saflığa  yönəltmək  üçün  istifadə  etmək  la­
zımdır.  Başqa  məqsədlər  üçün  yox.  Təəssüf  ki,  belə  hallar var. 
Əgər belə hallar olmasaydı,  mən bunu deməzdim. Buna görə də 
güman edirəm ki, hamımız çalışmalıyıq cəmiyyətimizdə hər kəs 
öz yerini tutsun, öz işi ilə məşğul olsun və onlar da çalışsınlar ki, 
birlik,  bərabərlik, milli həmrəylik və vətəndaş həmrəyliyi yaran­
sın.  Güman edirəm ki, biz buna nail olacağıq.
Son  illərdə,  respublikamızın  ağır dövründə  Ermənistanın  tə­
cavüzü  ilə  yanaşı,  ölkəmizi  daxildən  parçalamaq,  Azərbaycanı 
dağıtmaq cəhdləri də olubdur. Bunları siz bilirsiniz. Allaha şükür 
olsun  ki, Allahın köməyi ilə biz bunların qarşısını almışıq. İndən 
sonra  da  bunu etməyə  qadirik.  Bu  gün  mən sizə deməliyəm  ki, 
son  illərdə  xalqımız  bir neçə  fəlakətdən,  bir  neçə  xətadan  xilas 
olubdur.  1993-cü  ilin  iyun  ayını  yada  salın.  Artıq  həmin  vaxt­
dan iki  il keçir.  1994-cü  ilin oktyabrını  xatırlayın.  Burada  dövlət 
çevrilişinə cəhd  etdilər.  Bunun qarşısı alındı. Xalq ayağa  qalxdı, 
öz  qüdrətini  göstərdi.  Xalqımız göstərdi  ki,  cəmiyyətimizdə bu 
cinayətkarlara  yer  ola  bilməz.  Cinayətkarların  bir  qismi  cəmiy­
yətdən  təcrid olunub. Onlar ədalət məhkəməsi  qarşısında  dura­
caqlar.  İndi  istintaq  gedir.  Bəziləri  qaçıb gizləniblər.  Bəziləri də 
öz  günahlarını  gəlib  etiraf etdiklərinə  görə bağışlandılar.  Lakin 
bəziləri  bunlardan  özləri  üçün  ibrət  dərsi  götürmədi,  ötən  ilin 
oktyabrında başlanan  hərəkəti  davam etdirməyə və bu  ilin  mar­
tında  Azərbaycanda  böyük  bir  faciə  törətməyə çalışdılar.  Təəs­
süflər olsun ki, bir çox qüvvələr birləşib, Azərbaycan gənclərinin 
bir  qismini  -   onların  arasında  cinayətkarlar  da  var,  bəziləri  də 
yollarım  azmış  adamlardır  -   pis  istiqamətə  yönəltdilər,  dövlət 
çevrilişinə cəhd göstərməyə sövq etdilər.
Bunun  da  qarşısı  alındı.  Cinayətkarlar cəzalandı,  onların  bə­
ziləri  məhv  oldu,  bir  qismi  həbs  edildi,  yenə  də  başqa  bir  qis­
89


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə