Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə17/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   13   14   15   16   17   18   19   20   ...   112

Heydər Əliyev siyasəti: TOLERANTLIQ
yət yaranmasına çalışacağam  ki, Azərbaycanın  hər bir vətəndaşı, 
o cümlədən  ruslar -  pravoslavlar,  slavyanlar Azərbaycanda  ma­
lik olduqları  hüquqların  hamısını  mütləq saxlasınlar.  Daim  əmin 
olsunlar  ki,  özləri,  uşaqları  və  nəvələri  bu  gün  də,  gələcəkdə  də 
Azərbaycanda  normal  şəraitdə  yaşayacaqlar,  rifahdan  və  bütün 
hüquqlardan  bəhrələnəcək,  özlərini  müstəqil  Azərbaycan  Res­
publikasının tamhüquqlu vətəndaşları hiss edəcəklər.
Azərbaycan  əhalisinin  çoxmilli  tərkibi  bizim  sərvətimiz,  üs­
tünlüyümüzdür.  Biz bunu qiymətləndiririk və saxlayacağıq. Ça­
lışacağıq ki, bu sərvətimiz əbədi olsun.
Sizə  cansağlığı,  firavanlıq,  xoşbəxtlik,  sülh  və  əmin-amanlıq 
arzulayıram.  Müqəddəs  gün -  Milad  bayramı  münasibətilə  sizi 
bir daha təbrik edirəm.
76
Heydər Əliyev siyasəti: TOLERANTLIQ
RAMAZAN  BAYRAMI  MÜNASİBƏTİLƏ 
AZƏRBAYCAN  XALQINA TƏBRİK
Mərhəmətli,  rəhmli Allahın  adı  ilə!
Əziz  bacı  və  qardaşlar!  Müqəddəs  kitabımız  Qurani-Kərimin 
insanlar  üçün  nazil  edildiyi  mübarək  Ramazan  ayının  başa  çat­
ması və İslam  dünyasının ən əziz bayramlarından olan Ramazan 
bayramının başlanması  münasibətilə sizi ürəkdən təbrik edirəm.
Xalqımız  Ramazan  bayramını  mürəkkəb  bir  şəraitdə,  lakin 
gələcəyə inamla qeyd edir. Bu, öz azadlığına qovuşaraq müstəqil 
inkişaf yoluna qədəm qoymuş xalqın gələcəyə inamıdır.
Azərbaycanın  müstəqilliyinə  qarşı  çıxan  qüvvələr xalqımızın 
azadlıq əzmini imtahana çəkir. Lakin bütün bunlar əbəs cəhdlər­
dir.  Əminəm ki,  torpaqlarımızda sülh və əmin-amanlıq bərqərar 
olacaqdır.  Xalqımızın düşmüş olduğu  ağır vəziyyətdən çıxması 
üçün  mübarək  Ramazan  ayında  edilmiş  niyyət  və  diləklər  Al­
lah-Təalanın  köməyi  ilə,  xalqın  iradəsi  və  əzmi  ilə  tezliklə  ger­
çəkləşəcəkdir.
Əziz  Ramazan  bayramı  münasibətilə  hamınıza  cansağlığı, 
xoşbəxtlik, Vətənin azadlığı  və tərəqqisi yolunda  böyük uğurlar 
arzulayıram.
Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti 
mart 1995-ci il
77


Hey dor Əliyev siyasəti: TOLERANTLIQ
RAMAZAN  BAYRAMI  MÜNASİBƏTİLƏ 
KEÇİRİLƏN  MƏRASİMDƏ ÇIXIŞ
"Gülüstan" sarayı,  3  mart  1995-ci il
Hörmətli  bacılar, qardaşlar, gənclər, əziz balalarımız, 
Azərbaycanın əziz övladları!
Biz bu  gün Ramazan bayramını  qeyd edirik. Ramazan bayramı 
dünya müsəlmanlannın, o cümlədən azərbaycanlıların ən müqəd­
dəs, ən böyük bayramıdır. Azərbaycan xalqı bu bayramı dərd-qəm 
içərisində qeyd edir. Burada deyildiyi kimi, respublikamız altı ildən 
artıqdır ki,  Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmışdır. 
Azərbaycan  böyük  itkilər  vermişdir,  respublikamızın  qəhrəman 
vətəndaşları  torpaqlarımızı  müdafiə edərək,  vətəni  qoruyaraq  şə­
hid  olmuşlar,  həlak  olmuşlar.  Ərazimizin  bir qismi  işğal  edilmiş,
78
Heydor Əliyev siyasoli: TOLERANTLIQ
əhalimizin bir milyondan çoxu yerindən-yurdundan didərgin düş­
müşdür, qaçqın, köçkün vəziyyətində yaşayır, ağır şəraitdədir.
Ümumiyyətlə,  xalqımız,  respublikamız  ağır  şərait  içərisində- 
dir. Biz bayramı belə bir dövrdə qeyd edirik. Eyni zamanda, Azər­
baycan  xalqı  Ramazan  bayramını  öz  müstəqil  dövlətinin  bayrağı 
altında  keçirir.  Xalqımız  üç  ildən  çoxdur  ki,  milli  azadlığa  çıxıb, 
Azərbaycan  öz  müstəqilliyini  əldə  edib,  müstəqil  bir  dövlətdir. 
Müstəqillik,  milli  azadlıq  yolu  asan,  hamar  olmayıb,  çox  əzab- 
əziyyətli olub.  Həmin yol bundan sonra da çətin olacaqdır. Ancaq 
itkilərimizlə bərabər, əldə etdiyimiz dövlət müstəqilliyi, suveren­
liyi, milli azadlıq bizi sevindirir, hamımızda qürur hissi yaradır və 
bu bayramı böyük nikbinliklə qeyd etməyə imkan verir.
Xalqımız əsrlər boyu  yaşamaq, yaratmaq üçün  mübarizə apa­
rıb, milli azadlıq uğrunda vuruşub, qurbanlar verib, öz torpağın­
da  milli  ənənələri,  tarixi  kökləri  əsasında,  öz  dini,  mənəviyyatı 
əsasında müstəqil dövlət qurmaq arzusunda  olub.  İndi xalqımız 
bunlara  nail  olub.  Dediyim  kimi,  bu  yolda  itkilər də olub,  bu  da 
təbiidir.  Biz bundan sonra da şübhəsiz ki,  çətin  yolla  gedəcəyik, 
böyük  maneələrlə  rastlaşacağıq.  Ancaq  ən  əhəmiyyətlisi  ondan 
ibarətdir  ki,  əsrlər  boyu  həsrətində  olduğumuz  müstəqil  Azər­
baycan  dövləti  mövcuddur.  Biz  əsrlər boyu  həsrətində  olduğu­
muz milli  azadlığa gəlib çıxmışıq.
İndi  hər  şey  bizim  əlimizdədir,  yəni  Azərbaycan  xalqının, 
vətəndaşlarının  əlindədir.  Hər  şey  bizim  hamımızdan  asılı­
dır.  Biz  bu  nailiyyətləri  lazımi  qədər  qiymətləndirə  bilsək,  onu 
əlimizdə  saxlayıb  əbədiləşdirəcəyik.  Bu  bayram  günü  mən  bir 
daha  tam  əmin  olduğumu  bildirmək  istəyirəm  ki,  Azərbaycan 
xalqında belə inam var. Azərbaycan xalqında artıq belə möhkəm 
mənəviyyat mövcuddur, xalqımız bu  tarixi  nailiyyətləri  bundan 
sonra  heç vaxt əlindən  verməyəcəkdir.
Bunun  üçün  şübhəsiz  ki,  biz  çox  iş  görməliyik,  xalqımızın 
mənəvi  birliyini  təmin  etməliyik.  Gücümüzün  hamısını  bir yerə 
toplamalıyıq. Biz vətəndaş həmrəyliyini, milli  həmrəyliyi, xalqın 
bütün  təbəqələrinin  həmrəyliyini  bir  məqsəd  üçün  -   Azərbay­
79


Hcyctar Əlivov sivasoti: TOLERANTLIQ
canın  müstəqilliyini  qoruyub  saxlamaq,  respublikamızı  bu  ağır 
vəziyyətdən  çıxarmaq  üçün  təmin  etməliyik,  Bu  gün  sizə  bə­
yan  edirəm  ki,  Azərbaycanın  dövləti,  hakim  dairələri,  o  cümlə­
dən  Prezident  kimi  mən  bunu  qarşıma  məqsəd  qoymuşam,  bu 
məqsədə  nail  olmaq  üçün  əlimdən  gələni  etmişəm  və  bundan 
sonra  da  əlimdən gələni  əsirgəməyəcəyəm.
Qeyd etdiyim kimi, biz bu bayramı çətin şəraitdə, ancaq böyük 
nikbinlik  əhval-ruhiyyəsi  ilə  keçiririk.  Bu  nikbinlik  də Azərbay­
canın  hər  bir  vətəndaşının  qəlbində  olan  vətənpərvərlik  hissin­
dən,  Vətəninə,  torpağına,  xalqına,  tariximizə  bağlılıq  hissindən 
doğur. Ona görə də mən  inanıram  ki, biz bu birliyi əldə edə bilə­
cək,  onu  möhkəmləndirəcək  və  nailiyyətlərimizi  birlikdə  qoru­
yub saxlayacağıq.
Azərbaycan  xalqının  yaxşı  yaşaması  üçün  ölkəmizin  böyük 
imkanları  -   təbii  sərvətləri,  iqtisadi  potensialı,  gözəl  ərazisi,  iq­
limi,  ənənələri  və çox  zəngin  tarixi,  mədəniyyəti  var.  Bunlar ha­
mısı  bizim  milli  sərvətlərimizdir.  Bunlar  əsas  verir  bu  gün  bir 
daha  deyək  ki,  Azərbaycanın  çox  gözəl,  xoşbəxt,  işıqlı  gələcəyi 
var.  Bu  gələcəyə  biz  hamımız  birlikdə,  hamımız  əl-ələ  verərək 
getməliyik.  Əgər bu  məqsədə nail  olmaq üçün hamı öz sahəsin­
də  namusla,  qeyrətlə  çalışsa,  biz  bu  gələcəyə  çatacağıq.  Güman 
edirəm  ki,  biz buna  nail olacağıq.
Bu  gün Azərbaycanın  hər yerində  Ramazan bayramı  qeyd  olu­
nur. Hər bir müsəlman azərbaycanlı bu bayramı kimi evində, kimi 
qonşusu  ilə,  qohum-əqrəbası  ilə qeyd  edir.  Eyni  zamanda,  şəhər­
lərdə,  rayonlarda,  qəsəbələrdə,  kəndlərdə  yerli  icra  hakimiyyəti 
orqanları,  ictimai  və  xeyriyyəçi  təşkilatlar,  cəmiyyətlər  bu  bayra­
mın geniş  miqyasda  keçirilməsi  üçün  fəaliyyət  göstərirlər.  Ehsan­
lar  verilir,  şəhidlərin  ruhuna  dua  oxunur.  Beləliklə,  bizim  milli, 
dini  ənənələrimiz bayram  günündə də, matəm  günündə də bərpa 
olunur,  cəmiyyətdə,  qəlbimizdə öz yerini  tutur və güman  edirəm 
ki, bu, ən müsbət hallardan biridir.
Bununla əlaqədar olaraq biz bu  gün  "Gülüstan" sarayına top­
laşmışıq.  Bu  saray  çox  böyük  mərasimlər  görüb.  Azərbaycan
80
dövlətinin  bu  sarayda  böyük  görüşləri,  mərasimləri,  ziyafətlə­
ri  olub.  Ancaq  burada,  artıq  deyildiyi  kimi,  bu  mərasimlərdə, 
görüşlərdə,  adətən  respublikamızın  rəhbər  vəzifəli  şəxsləri, 
hörmətli  adamlar,  tanınmış  ziyalılar  iştirak  edirlər.  "Gülüstan" 
sarayı  şübhəsiz  ki,  xalqın  üzünə  açıqdır.  Adi  adamlar  da  gəlib 
burada  bayramlarını,  şənliklərini,  toylarını  qeyd  edirlər.  Bu  da 
təbiidir.
Ancaq  bu  gün  burada  əvvəlkilərin  hamısından  fərqli  olan 
bir  məclis  toplaşıb.  Əsas  fərq  ondan  ibarətdir  ki,  müqəddəs  bay­
ramımız  -   Ramazan  bayramı  Azərbaycanın  ən  möhtəşəm  sarayı 
olan  "Gülüstan"da qeyd  olunur.  Digər fərq ondan  ibarətdir ki, bu 
gün buraya  toplaşanlar əvvəlki  mərasimlərin  iştirakçıları  deyillər. 
Çoxları  bəlkə  də  bu  qapıdan  ilk  dəfə  giriblər,  buraya  addımları­
nı  atıblar,  bu  masaların  arxasında  oturublar,  bu  bayramı  burada 
qeyd  edirlər.  Bu dəvət olunanlar şəhid ailələridir. Xocalı faciəsinin 
dəhşətlərini görənlərdir. Xocalıda həlak olanların balalarıdır, uşaq­
larıdır,  qohum-əqrəbalandır.  Vətən  yolunda  şəhid  olanların  ailə 
üzvləridir. Vətən yolunda vuruşub xəsarət alanlardır -  sadə insan­
lardır. Ola bilər ki, əksəriyyəti özləri üçün bu gün belə süfrə düzəlt­
məyə imkanı olmayan adamlardır. Ancaq eyni zamanda, bu salona 
toplaşanlar  Azərbaycan  xalqının,  respublikanın  dəyərli,  hörmətli 
insanlarıdır.  Onlar  vətənpərvər,  təmiz  qəlbə  malik,  əzab-əziyyət 
içərisində  olduqlarına  görə  hörmətli,  dəyərli  insanlardır.  Mənim 
yanımda  oturan  balaca  Murad  Xocalıda  valideynlərini  itirib,  Sa­
mirə  Xocalıda  itkilər  verib.  Başqaları  da  belədir.  Burada  oturan­
ların  əksəriyyəti  əhalimizin  bu  təbəqəsindən  olanlardır.  Güman 
edirəm,  toplaşanların  mənəvi haqqı  var ki,  bu  gün Ramazan  bay­
ramını  məhz burada  keçirsinlər, bir yerdə qeyd  etsinlər,  bir-birilə 
görüşsünlər,  ünsiyyətdə  olsunlar,  həyat  nə  qədər  çətin  keçsə  də, 
heç olmasa  bu  çətin həyatın bir neçə saatının xoş anlarını yaşasın­
lar. Amma eyni zamanda, hesab edirəm ki, biz heç vaxt bədbinliyə 
qapılmamalıyıq. Həyat həmişə inkişafdadır. Ona görə də nə qədər 
ağır itkilərimiz,  nə qədər çətinliklərimiz olsa da biz həmişə nikbin
________________________________________ _ 
Heydor Əliyev siyasəti: TOLERANTUQ
81


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə