Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə13/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   9   10   11   12   13   14   15   16   ...   112

İnsan hər bir səfərdən, ziyarətdən qayıdarkən bir töhfə gəti­
rir. Oradan gələn ən böyük töhfə mənə verilmiş Qurani-Kərim ­
dir. Xoşbəxtəm ki, orada mənə Qurani-Kərimin çox nüsxələrini 
bağışladılar.  Mən bunları  gətirmişəm  və  Şeyxülislama  təqdim 
edirəm  ki, Azərbaycanın məscidlərinə paylasın. Gətirdiyim  bu 
Quranı  və çox gözəl  səslə oxunan  Quran  ayəsi  yazılmış  kaset­
ləri şəxsən Təzəpir məscidinə hədiyyə edirəm. Yəni müqəddəs 
yerdə  mənə  verilmiş bu  hədiyyələri  gətirib buraya çatdırmağı 
özümə borc bilirəm.  Mən  oradan,  müqəddəs Kəbənin  müqəd­
dəs  "Zəm -zəm "  suyundan  da  bir  qədər  gətirm işəm ,  onu  da 
Təzəpir məscidinə  verirəm. Güman edirəm  ki,  bu gün Təzəpir 
məscidinə  toplaşanlar mənim  Kəbədən, Məkkədən  gətirdiyim 
"Zəm -zəm " suyundan  istifadə edəcəklər.
Səfərimizin  bir  cəhəti  də  ondan  ibarətdir  ki,  Səudiyyə  Ərə­
bistanının  məliki,  İki  müqəddəs  şəhərin  xadimi  Fəhd  ibn  Əb­
dül Əziz əl-Səud cənabları mənim üçün və məni müşayiət edən 
şəxslər üçün şərait yaratdı  ki, bütün yerlərdə televiziya, foto çə­
kilişi  aparılsm.  Son  günlər siz o əzəmətli,  möhtəşəm  məscidlə­
ri, məbədləri, gözəl sarayları televiziyada gördünüz. Gördünüz 
ki,  Səudiyyə Ərəbistanında  müsəlman  dinini  qoruyan  müqəd­
dəs  adamlar,  o  cümlədən  Səudiyyə  Ərəbistanının  indiki  məli­
ki,  İki  müqəddəs  şəhərin  xadimi  Fəhd  ibn  Əbdül  Əziz  əl-Səud 
son  illərdə  Kəbənin  ətrafında,  Həzrət  Məhəmməd  peyğəmbə­
rin  qəbrinin  ətrafında  olan  məscidləri  nə  qədər  genişləndirib, 
tikinti  işləri  aparıb,  gözəlləşdiriblər,  ziyarətə,  Həccə  gedənlər, 
müsəlmanlar  üçün  nə  qədər gözəl  şərait  yaradıblar.  Siz  bunla­
rın  hamısını  televiziyada  gördünüz  və  mən  belə hesab  edirəm 
ki,  bu  da  səfərimizin  Azərbaycan  müsəlmanları  üçün  nəticələ­
rindən biridir.
Mən  bir daha  sizi  salamlayıram.  Hamınıza  səadət,  xoşbəxt­
lik  arzulayıram.  Bu  gün  buraya  gəldiyimə,  sizinlə  görüşdü­
yümə  görə  özümü  çox  məmnun  hiss  edirəm.  Çox  sağ  olun. 
Təşəkkür edirəm.
Heydor Əliyev siyasoti: T OLERANTLIQ  ________________________________________________
58
Heydor Əliyev siyasali: TOLERANTLIQ
MÖVLUD  BAYRAMI  MÜNASİBƏTİLƏ 
BAKIDA TƏZƏPİR  MƏSCİDİNDƏ 
TƏNTƏNƏLİ  MƏRASİMDƏ ÇIXIŞ
26 avqust 1994-cii  il
Əziz  həmvətənlər,  möhtərəm  dünya  və  Azərbaycan  müsəl­
manları!  Bu  gün  bizim  üçün  müqəddəs  gün  -   Məhəmməd 
peyğəmbərin  mövlud  günüdür.  Bu  münasibətlə  sizi  və  bütün 
müsəlmanları  təbrik  edir,  Qurani-Şərifin  tövsiyələrinin  həyata 
keçirilməsində hamınıza uğurlar arzulayıram.
İslam  dini  əsrlər boyu  bizim  mənəviyyatımızın  əsasını  təşkil 
etmiş,  müsəlmanların  dünyada  layiqli  yer  tutmasını  təmin  et­
mişdir.  Qurani-Kərimin  bütün  kəlamları  bu  gün  Azərbaycanda 
Allahın  yolu  ilə getməyimiz üçün məşəldir.  Biz bu yolla gedirik 
və bundan sonra da gedəcəyik.
59


Son  illor  dinimizə  qayıtmağımız,  müstəqil  Azərbaycan  Res­
publikasında  İslam  dininin  öz  yerini  tutması  tarixi  hadisədir. 
Əsrlər  boyu  xalqımız  bu  dinə  bağlı  olaraq,  ondan  bəhrələnərək 
yaşayıb-yaratmışdır.  Dinimizin  yasaq  edildiyi  son  70  il  ərzində 
də  hər  bir  etiqadlı  adam  onu  öz  qəlbində  yaşatmışdır.  İndi  isə 
müstəqil  Azərbaycan  Respublikası,  İslama  etiqad  edən  azərbay­
canlılar  müsəlman  aləminin  və  ümmətinin  tərkib  hissəsidir.  Bu 
da  əsrlər  boyu  yaşamış  və  bizim  üçün  böyük  dayaq  olan  milli, 
dini,  mənəvi  ənənələrimizin  bərpa  və  inkişafının,  möhkəmlən­
məsinin təzahürüdür. Güman edirəm ki, biz azərbaycanlılar -  bu, 
sonradan gələcək bütün nəsillərə də tövsiyə olu n u r- heç vaxt ina­
mımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələri­
mizdən istifadə edərək gələcəyimizi quracağıq.
Azərbaycan müstəqil dövlətdir. Azərbaycan xalqı öz milli azadlı­
ğına, müstəqilliyinə nail olmuşdur. Bu, milli, mədəni, dini ənənələ­
rimizin  bərpasına  şərait  yaratmışdır.  Biz bu  şəraitin  möhkəmlən­
məsi üçün  bundan  sonra  da  çalışacağıq  və əmin  ola  bilərsiniz ki, 
Prezident kimi mən bu yolda əlimdən gələni əsirgəməyəcəyəm.
İslam dini həmişə insanları saflığa, təmizliyə, ülvi mənəviyya­
ta dəvət etmişdir. Qurani-Kərim insanları düzlük, mənəvi paklıq 
ruhunda  tərbiyə edir.  Müstəqil  Azərbaycan  Respublikasının  bu 
ağır, çox çətin, keşməkeşli dövründə bütün bunların bizdən ötrü 
böyük əhəmiyyəti var. Ölkəmiz altı ildir ki, müharibə şəraitində­
dir.  Ermənistanın  silahlı  təcavüzü  nəticəsində  Azərbaycan  əra­
zisinin  iyirmi  faizi  işğal  edilmişdir,  bir  milyondan  artıq  vətən­
daşımız  qaçqm  vəziyyətində  yaşayır.  Xalqımız  bu  müharibədə 
qəhrəmanlıq  nümunələri  göstərmişdir.  Cəsur  oğullarımız  öz 
torpağına, Vətəninə, milli ənənələrinə, dininə, inamına sadiq qa­
laraq  Azərbaycanın  ərazi  bütövlüyünü,  müstəqilliyini  qorumaq 
naminə fədakarlıqla vuruşmuş və canlarından keçmiş,  şikəst ol­
muşlar.  Biz bu gün  də torpaqlarımızın müdafiəsində,  Vətənimi­
zin  keşiyində durmuşuq.
Bu  altı  ildə  Azərbaycanın  daxilində  çox  çətin,  ağır,  mürək­
kəb  proseslər  getmiş,  qarmaqarışıqlıq  olmuşdur.  Azərbaycan
Heydər Əliyev siyasəti: TOLERANTLIQ 
________________________________________
60
) iı  vıi.ır C)liyev 
:  I’OI.ERANTLIQ
müstəqil  olduğuna,  keçmiş  sosial-iqtisadi,  siyasi  sistemdən  yeni 
sistemə  keçdiyinə  görə  bu  dövrdə  çox  böyük  çətinliklərlə  üz­
ləşmişdir.  Əl-ələ  verərək  bu  çətinliklərdən  çıxmaq  əvəzinə,  bəzi 
qüvvələr,  qruplar  Azərbaycanın  belə  ağır  dövründə  yalnız  öz 
mənafelərini güdmüşdür.  Buna  görə  və eyni  zamanda,  Ermənis­
tan  silahlı  qüvvələrinin  ayrı-ayrı  mənbələrdən  aldıqları  yardım­
lar  nəticəsində  Azərbaycan  öz  torpaqlarının  müdafiəsində  bəzi 
məğlubiyyətlərə uğramışdır.
Məhz bu dövrdə hər bir azərbaycanlı, hər bir müsəlman ilk növ­
bədə İslam dininin tövsiyələrindən istifadə edərək öz mənəviyya­
tını  yüksəltməlidir.  Mənəviyyatımız  nə  qədər  yüksək  olarsa,  biz 
insanlarda, hər bir azərbaycanlıda, müsəlmanda Vətənə,  öz amal­
larına  sədaqət,  mənəvi  saflıq  əhval-ruhiyyəsi  tərbiyə  edə  bilsək, 
Azərbaycan bu  ağır böhran dövründən,  çətinliklərdən  tezliklə  və 
müvəffəqiyyətlə çıxacaqdır. Sizi əmin edirəm ki, Azərbaycan döv­
ləti,  Prezident kimi  şəxsən  mən  bu  istiqamətdə,  bu  yollarla Azər­
baycan  xalqının  çətin  vəziyyətdən  çıxması  üçün  lazımi  tədbirlər 
görürük və bundan sonra da görəcəyik.
Bu  gün  biz Məhəmməd  peyğəmbərin  mövludu  gününü  bay­
ram  kimi  qeyd  edərkən,  eyni  zamanda,  dərdlərimizi açıq-aşkar 
deməliyik  və Azərbaycanın  tam  bütövlüyünü  və  müstəqilliyini 
təmin etmək üçün hər bir kəsi fəaliyyət göstərməyə çağırmalıyıq.
Bildiyiniz kimi, son vaxtlar apardığımız siyasi danışıqlar nəti­
cəsində üç ay yarımdır ki, cəbhədə atəş dayandırılmışdır.  Ermə­
nistanla Azərbaycan  arasında  gedən altı  illik  müharibə  ərzində, 
demək olar, ilk dəfədir ki,  belə uzunmüddətli atəşkəs rejimi ya­
ranmışdır  və  davam  edir.  Mən  bunu  böyük  nailiyyət  sayıram. 
Çünki  Azərbaycanı  ağır  bəladan  qurtarmaqdan  ötrü  bütün  im­
kanlardan istifadə etməliyik. Şübhəsiz ki, əsas vəzifəmiz ordunu 
gücləndirməkdən,  adamlarda  vətənpərvərlik  ruhunu  daha  da 
yüksəltməkdən,  hər  bir  vətəndaşın,  hər bir  azərbaycanlının  öz 
Vətənini müdafiə etməyi ən müqəddəs vəzifə saymasına nail ol­
maqdan,  torpaqlarımızı azad etmək əzmindən ibarət olmalıdır.
61


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə