Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə11/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   7   8   9   10   11   12   13   14   ...   112

Eyni  zamanda,  son  illərdə  həm  Ciddədə,  həm  də  Məkkədə  və 
Mədinədə  iki  müqəddəs  şəhərin  xadiminin  bu  müqəddəs yerləri 
abadlaşdırmaq,  genişləndirmək  və  dünya  müsəlmanlarının  iba­
dətinə şərait yaratmaq  üçün  nə qədər işlər gördüyünün  şahidi  ol­
dum. Burada tikilmiş, yaradılmış məscidlər,  məbədlər, ziyarət yer­
ləri məni heyran etdi  və bir müsəlman  kimi məndə böyük  hörmət 
və ehtiram  hissi  doğurdu.  Dost  və  qardaş ölkəni  tərk  edərkən  İki 
müqəddəs şəhərin  xadimi, Səudiyyə Ərəbistanının maliki,  mənim 
dostum  və  qardaşım  Fəhd  ibn  Əbdül  Əziz  əl-Səud  cənablarına 
xüsusi  təşəkkürümü  və  minnətdarlığımı  bildirirəm.  İslam  aləmi 
üçün  gördüyü  işlərə  görə  ona  təşəkkür  edirəm.  Bu  fürsətdən  is­
tifadə edib Səudiyyə  Ərəbistanının  xalqına,  bütün  əhalisinə sevgi 
v'ə məhəbbətimi bildirirəm. Onları bir daha ürəkdən salamlayıram 
və bu qardaş xalqa  səadət və xoşbəxtlik arzulayıram.  Cənab əmir, 
Mədinədə  olduğum  vaxt  mənə göstərdiyiniz  diqqətə görə şəxsən 
Sizə təşəkkür edirəm.
Heydər Əliyev siyasəti: TOLERANTLIQ 
______________________ ___ _____________
50
Heydor Əliyev siyasəti: TOLERANTLIQ
SƏUDİYYƏ  ƏRƏBİSTANINA -  MÜQƏDDƏS 
MƏKKƏ VƏ  MƏDİNƏ ŞƏHƏRLƏRİNƏ 
ZİYARƏTDƏN SONRA BAKIDA TƏZƏPİR 
MƏSCİDİNDƏ  DİN  XADİMLƏRİ  İLƏ 
GÖRÜŞDƏ ÇIXIŞ
29 iyul 1994-cii il
Hörmətli  qardaşlar, hörmətli həmvətənlər!
Sizin  hamınızı  və  sizin  simanızda  İslam  dininə  etiqad  edən­
ləri,  bütün  azərbaycanlıları,  müsəlmanları  səmimi  qəlbdən  sa­
lamlayır, hər birinizə, müstəqil Azərbaycanımıza bu ağır dövrdə 
dözüm,  dəyanət arzulayıram.  Sizin  hamınıza  həyatda  səadət  və 
xoşbəxtlik diləyirəm.
Mətbuat,  televiziya  və  digər  informasiya  orqanları  vasitə­
silə  sizə  məlumdur  ki,  mən  Səudiyyə  Ərəbistanının  məliki,  İki 
müqəddəs şəhərin xadimi Fəhd ibn Əbdül Əziz əl-Səud  cənabla­
rının dəvəti  ilə bu ölkədə rəsmi səfərdə olmuşam və həmin ölkə­
dəki  müqəddəs yerləri  ziyarət etmişəm,  respublikamız üçün çox 
əhəmiyyətli  olan  danışıqlar  aparmışam.  Müsəlman  aləmində, 
ərəb dünyasında, ümumən dünyada görkəmli  yer tutan Səudiy­
yə  Ərəbistanı  ilə Azərbaycan  arasında  əlaqələr yaranması  üçün 
lazımi işlər görmüşəm.
Azərbaycan  Respublikası  öz  müstəqilliyinin  ilk  addımlarını 
atır.  Respublikamız öz müstəqilliyini  tam  möhkəmləndirmək  və 
gələcəkdə də öz müstəqilliyinin sahibi olmaq üçün dünya dövlət­
ləri ilə qarşılıqlı surətdə faydalı əlaqələr qurmağa çalışır. Bilirsiniz 
ki,  Azərbaycanın  Prezidenti  kimi  bu,  mənim  xarici  siyasətimin 
əsas  istiqamətidir.  Bu  baxımdan  Səudiyyə  Ərəbistanı  məlikinin, 
İki  müqəddəs  şəhərin  xadiminin  məni  bu  ölkəyə  rəsmi  səfərə 
dəvət etməsini  məmnuniyyətlə  qəbul  etdim  və  həmin  səfəri,  zi­
yarəti həyata  keçirdim.
51


! fcydar Əliyev siywih TOLERANTLIQ
Bu  səfərim  başqa  ölkələrə səfərlərimdən  xeyli  fərqlənir.  Fərq 
ondan ibarətdir ki, Səudiyyə Ərəbistanı dünya birliyində özünə- 
laviq nüfuzlu yer tutur, bu ölkənin İslam aləmində görkəmli yeri 
var,  dünya  siyasətinə  təsiri  böyükdür.  Azərbaycanın  belə  bir 
dövlətlə  əməkdaşlıq  etməsi,  həm  siyasi,  iqtisadi  sahələrdə,  həm 
də elm,  mədəniyyət sahəsində əlaqələr qurması  respublikamızın 
beynəlxalq aləmdə mövqeyinin  möhkəmlənməsində böyük əhə­
miyyətə malikdir.
Bu  səfəri  fərqləndirən  digər  cəhət  ondan  ibarətdir  ki,  həmin 
ölkədə müsəlmanların müqəddəs ziyarətgahları yerləşir: Məkkə, 
Kəbə,  Mədinə,  Həzrət  Məhəmməd  peyğəmbərin  qəbri  və  məs­
cidi  hər  bir  müsəlman  üçün  olduqca  əziz  və  müqəddəsdir.  Bu 
müqəddəs  yerlərdə  Azərbaycanın  bu  günü  və  gələcəyi  haqqın­
da  arzuları  bəyan etmək,  indiki  ağır dövrdə Allahdan xalqımıza 
rəhm və kömək diləmək mənim üçün böyük şərəf idi.
52
Səfər çox səmərəli  olmuş və onun  ən böyük nəticəsi  budur ki, 
Azərbaycan dövləti  ilə Səudiyyə Ərəbistanı  kimi nüfuzlu bir ölkə 
arasında,  habelə  Səudiyyə  Ərəbistanının  maliki  ilə  Azərbaycan 
Prezidenti  arasında  çox  yaxşı  əlaqələr yaranmışdır.  Biz  çalışaca­
ğıq ki, bu  əlaqələri  genişləndirək,  inkişaf etdirək.  Əminəm ki,  bu 
əlaqələr gələcəkdə Azərbaycan Respublikası iqtisadiyyatının, mə­
dəniyyətinin inkişafı üçün çox səmərəli, əhəmiyyətli olacaqdır.
Səfərin əhəmiyyəti bir də ondan ibarətdir ki, mən və məni mü­
şayiət edən şəxslər müsəlmanların müqəddəs yerlərini ziyarət et­
dik.  Mən  Məkkədə,  Kəbənin  önündə  müsahibə verərkən  demiş­
dim və bunu bir daha  təkrar edirəm ki,  müqəddəs yerləri ziyarət 
etmək,  özümü  o yerlərlə  bağlamaq  mənim  illərlə,  on  illərlə  ürə­
yimdə gəzdirdiyim  ən böyük arzum  idi. Ona  görə də bu  ziyarət 
mənim üçün çox böyük əhəmiyyət kəsb edir.
Biz  Məkkədə  müsəlmanların  ən  müqəddəs  yerlərini  ziyarət 
edə bildik. Məkkə şəhəri  özü  müqəddəs bir yerdir.  Bilirsiniz ki, 
Məkkənin  girəcəyinə  hələ  50  kilometr  qalmış  möhkəm  yoxla- 
nış məntəqələri var və qeyri-müsəlman şəxs bu şəhərə daxil ola 
bilməz.
Kəbəni  görmək,  müqəddəs Qara  daşı öpmək,  ona  toxunmaq, 
onu  ziyarət etmək,  Kəbənin  içərisinə daxil  olmaq,  orada  namaz 
qılmaq, dua etmək mənə nəsib oldu.
Müqəddəs adət-ənənələrə görə biz Kəbənin ətrafına dolandıq, 
iki dağ arasında olan məsafəni qət etdik. Biz ziyarətin əsrlərdən- 
əsrlərə  keçən  bütün  qaydalarına  riayət etdik.  Əlbəttə,  bu,  məc­
buri  deyil.  Lakin  bu,  şəxsən  mənim  illərlə qəlbimdə yaşatdığım 
arzular idi.  Bu  arzular həm  o  yerləri  görməkdən,  həm  də adət- 
ənənələrə  uyğun  olaraq  ibadət  etməkdən  ibarət  idi.  Çox  xoş­
bəxtəm  ki,  bunların  hamısı  mənə nəsib oldu.  Mən  orada namaz 
qıldım, dua etdim, qəlbimdə olan arzularımı bəyan etdim.
Bildiyiniz  kimi,  Mədinə şəhərində də olmaq,  oranı  ziyarət et­
mək hər bir müsəlman üçün müqəddəs bir işdir.  Mən Mədinədə 
Həzrət Məhəmməd peyğəmbərin qəbrini ziyarət etdim. Peyğəm­
bərin  namaz  qıldığı  məbədin  qarşısında  namaz  qıldım,  onun
___________ Heydər Əliyev siyasəti: 
TO LERANTLIQ
53


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə