Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Hevıtar Əliyev siyasəti: TOLERANTLIQ



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə12/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   8   9   10   11   12   13   14   15   ...   112

Hevıtar Əliyev siyasəti: TOLERANTLIQ
qəbri  üzəriııdo o  dövrdə  tikilmiş  məsciddə oldum,  orada  ibadət 
etdim,  Peyğəmbərin  namaz  qıldığı  minbərin  pilləsində  oturub, 
Quranı öpüb gözümə, alnıma basdım. Mədinədəki bütün ziyarət 
yerlərini  ziyarət etdim.
Orada  müxbirlər  hansı  hisslər  keçirdiyimi,  ürəyimdə  hansı 
arzular olduğunu  məndən tez-tez soruşurdular. O zaman da de­
mişdim, sizin qarşınızda da deyirəm ki, mən orada indiyə qədər- 
ki  həyatımda  ən  yüksək  mənəvi  hisslər keçirdim,  qəlbim  sevin­
di,  ruhum  şadlandı.  Çünki  mən  anadan  müsəlman  kimi  doğul­
muşam,  müsəlman  kimi  yaşamışam.  Nəhayət,  müsəlman  üçün 
müqəddəs olan bu yerləri ziyarət etmək mənim ən böyük arzum 
idi. İndi bu arzuma, bu niyyətimə çatmışam. Orada dua edərkən 
Allahdan  bir  arzum  olmuşdur  ki,  Azərbaycanın  müstəqilliyi­
ni  daimi  etsin,  respublikamızı  bugünkü  bəlalardan  xilas  etsin. 
Azərbaycanın  ərazi bütövlüyünü  təmin  etmək  üçün  bizə  yardı­
mını  əsirgəməsin, Azərbaycanın sərhədlərinin  toxunulmazlığını 
daim  təmin etməkdə  həmişə  bizə köməkçi  olsun,  Azərbaycanın 
müharibə  vəziyyətindən  çıxması,  müharibəyə  son  qoyulması 
üçün  həyata  keçirdiyimiz  tədbirlərin  müvəffəqiyyətlə  başa  çat­
masına  kömək etsin.
Bilirsiniz ki,  indi  respublikamız ağır vəziyyətdədir,  insanları­
mızın  həyat şəraiti  çətindir,  ağırdır. Ancaq Azərbaycanın  iqtisa­
di,  elmi,  mədəni,  mənəvi  potensialı  çox  böyükdür.  Azərbaycan 
bu  müharibədən,  Ermənistan silahlı qüvvələrinin  təcavüzündən 
xilas ola  bilsə,  öz ərazilərinin  tam  sahibi  ola  bilsə,  sərhədlərinin 
tam hakimi ola bilsə, xalqımızın yaşayış tərzi qısa müddətdə xey­
li dəyişəcəkdir. Əminəm ki, Azərbaycan xalqı öz müstəqil dövlə­
tində,  ölkəsində  maddi  və  mənəvi  mənbələrindən  bəhrələnərək 
firavan və xoşbəxt yaşayacaqdır. Mən həmin məqsədlərə çatmaq 
üçün bu  müqəddəs yerlərdə dua etdim, öz arzularımı  bildirdim.
O müqəddəs yerlərdə arzularımdan  biri  də bu  oldu  ki,  vətən, 
torpaq  yolunda, Azərbaycanın  müstəqilliyi  yolunda  şəhid  olan­
lara Allah  bir daha  rəhmət eləsin (Yerdin səslər: Amin).  Bir arzum 
da  bu  oldu  ki, şəhidlərin ailələrinə,  qohum-əqrəbasına Allah  sə­
54
Heydər Əliyev siyasəti: TOLERANTLIQ
bir versin, onlara bundan sonra da edəcəyimiz köməyin daha çox 
olmasına  şərait  yaratsın.  (Yerdən  səslər: Amin).  Mənim  Allahdan 
arzum, diləyim bu oldu ki, vətən yolunda yaralanmış, xəsarət al­
mış, əlil olmuş adamların sağalmasına kömək etsin, onların gələ­
cəkdə sağlam  yaşamasının  təmin  olunmasına  yardım  etsin (Yer­
dən səslər: Amin).  Mən o müqəddəs yerlərdə Allah-Təaladan arzu 
etdim ki, Azərbaycan xalqını hifz etsin, xalqımızın bundan sonra 
heç vaxt heç bir bəlaya düçar olmasına yol verməsin (Ycrd.m səs­
hr: Amin).  Azərbaycan xalqı  öz ölkəsində,  öz müstəqil  dövlətin­
də daim şən və firavan yaşaya bilsin (Yerdən səslər: Amin). Güman 
edirəm  ki,  əməlisaleh  olduğumuza  görə  bizim  bu  dualarımız, 
arzularımız  qəbul  olunacaq  (Yerdən  səslər:  İnşallah)  və  güman 
edirəm ki,  biz hamımız birlikdə Azərbaycanın  bu ağır vəziyyət­
dən çıxmasına çalışacağıq (Yerdən səslər: İnşallah).
Mən müqəddəs yerləri ziyarətdən bir neçə gün bundan qabaq 
qayıtmışam.  İş yerimdən  kənara  ilk  addımım  buraya  -  Təzəpir 
məscidinə  olub.  Ziyarətdə də biz Allahın  birinci  evində,  müsəl­
manların  evi  Kəbədə,  Məkkədə,  Mədinədə  olmuşuq.  Respubli­
kamızda  da  mən  ilk addımı Allah evinə,  məscidə atmışam,  sizin 
qarşınızda çıxış edirəm. Bir sizin qarşınızda yox, bütün Azərbay­
can xalqı qarşısında öz fikirlərimi deyirəm.
Belə bir şəraitdə, dövrdə bu duyğularla, hisslərlə yaşamalıyıq. 
Bu  ağır  vəziyyətdən  çıxmaq  üçün  xalqımıza  dözüm,  dəyanət 
lazımdır.  Mən  bunu  Allahdan  arzu  etmişəm.  İndi  üzümü  sizə, 
xalqa  tutub  müraciət edirəm:  Xalqımız  dözümlü,  dəyanətli,  cə­
sarətli olsun ki, biz düşmənin təcavüzünün qarşısını ala bilək.
Bizim  siyasətimiz  sülhsevər  siyasətdir.  Müharibəyə  son  qoy­
maq istəyirik, müharibəni sülhlə qurtarmaq istəyirik. Ancaq sülh 
ədalətli olmalıdır. Ədalət də ondan ibarətdir ki, Azərbaycanın iş­
ğal  olunmuş  bütün ərazisi  Ermənistan  təcavüzkarlarından azad 
edilməli,  Azərbaycan  xalqı  bütün  ərazisinin  hakimi  olmalıdır, 
Azərbaycan  Respublikasının  sərhədləri  toxunulmaz  olmalıdır. 
Biz bu  şərtlər əsasında  sülh  danışıqları  aparırıq,  məsələnin sülh 
yolu ilə başa çatdırılmasına çalışırıq. Güman edirəm ki,  biz buna 
nail olacağıq (Yerdən səslər: Amin).
55


Hevdər Əliyev siyasəti: TOLERANTLIQ
Biz müstəqil dövlətik. Müstəqil dövlətin özünəməxsus qüdrəti 
olmalıdır.  Bu qüdrətin əsasını xalq və onun bir hissəsi  olan ordu 
təşkil edir. Bizim güclü ordumuz olmalıdır. Güclü ordu ona görə 
lazımdır ki,  biz sülh  danışıqlarını  cəsarətlə  apara bilək.  Qüdrətli 
ordumuz olmalıdır ki, biz ərazimizin təhlükəsizliyini daim qoru­
ya bilək, öz torpaqlarımızı, ölkəmizi müdafiə edək. Bizim qüdrət­
li, möhkəm ordumuz olmalıdır, ona görə ki, müstəqil Azərbaycan 
dövləti daim qüdrətli olsun. O müqəddəs yerlərdə mənim Allah­
dan arzum bu olub ki, müstəqil Azərbaycan dövlətinin qüdrətini 
daha da artırsın {Yerdən səslər: Amin). Biz bu  işə bütün səylərimizi 
qoymuşuq və qoyacağıq. Ancaq bizə ilahinin gücü  lazımdır.  Gü­
man edirəm  ki,  bizdə bu güc olacaqdır. Allah ordumuzu güclən­
dirsin, onun qüdrətini artırsın (Yerdən səslər: Aınin).
Bu gün bu müqəddəs Allah evindən ordumuza, əsgərlərimizə, 
zabitlərimizə  müraciət  edirəm  və  əmin  olduğumu  bildirmək 
istəyirəm  ki,  onlar  Azərbaycanın  müstəqilliyinin,  ərazi  bütövlü­
yünün  keşiyində  daim  cəsarətlə  duracaq  və  müstəqil  dövlətimi­
zin  qüdrətini  daha  da  gücləndirəcək,  artıracaqlar  (Yerdən  səslər: 
Amin).
Müstəqilliyimizi daimi etmək, ərazilərimizi bütün təcavüzlər­
dən -  bugünkü  və gələcək  təcavüzlərdən qorumaq üçün cəmiy­
yətimizə,  xalqımıza,  ölkəmizə  milli  birlik,  mənəvi  həmrəylik, 
vətəndaş həmrəyliyi lazımdır.
Ölkəmiz demokratiya yolu ilə gedir. Mən bunu Səudiyyə Ərə­
bistanında  da  bəyan etmişəm.  Ölkəmiz bütün  dünya  üçün  açıq­
dır.  Bizim  dövlətimiz,  ölkəmiz  öz  milli,  mənəvi,  dini  dayaqlar 
üzərində qurulub və bundan sonra da yaşayacaqdır. Amma  bun­
ların  hamısını  təmin  etmək  üçün  gərək  hər bir vətəndaşımız öz 
vətəndaşlıq  borcunu  yerinə  yetirsin,  öz  vətəndaşlıq  məsuliyyə­
tini  dərk  etsin.  Əgər hər bir  vətəndaş,  hər bir  azərbaycanlı  dərk 
edə  bilsə  ki,  müstəqil  Azərbaycanın  yaşaması,  qalib  gəlməsi  və 
gələcəyə  uğurla  getməsi  onun  kiçik  fəaliyyətindən  də  asılıdır,  o 
bunu edəcəkdir. Sizin də, bizim də borcumuz ondan ibarətdir ki, 
hər bir vətəndaşı -  gəncləri də, yaşlı adamları da, sizin kimi müd­
56
rik ağsaqqalları  da,  dindarları  da -  hammı agah edək ki,  bu  ağır 
dövrümüzdə hər bir vətəndaşın, hər bir azərbaycanlının mövqe­
yindən,  fəaliyyətindən, cəmiyyətə göstərdiyi xidmətdən  dövləti­
mizin, cəmiyyətimizin müqəddəratı, bu günü və gələcəyi asılıdır.
Son  illər  respublikamızda  cürbəcür  qarışıqlıqlar  olur.  Bunla­
ra  son  qoymaq  lazımdır.  Ayrı-ayrı  qüvvələrdən  biri  ordan  ha­
kimiyyətə  gəlmək  istəyir,  biri  burdan  müxalifətdə  durur.  Kim 
müxalifətdə  durursa-dursun,  ancaq  Vətəninə,  xalqına,  mənə­
viyyatına,  məsləkinə  müxalifətdə  durmasın.  Ayrı-ayrı  adamlar, 
qruplar öz şəxsi, bəzən də çirkin niyyətlərinə,  məqsədlərinə nail 
olmaq üçün Vətənimizi  də,  torpağımızı da,  mənəviyyatımızı  da 
qurban verməyə çalışırlar və qurban verməyə hazırdırlar. Belələ­
ri bizim  içərimizdə yaşamamalıdır. Biz belələrini ifşa etməliyik.
Respublikamızda  son illər gedən  proseslər cürbəcür ziddiyyət­
lər yaradır. Bəzi adamlarda bir-birinə qarşı kin-küdurət, ədavət, qi­
sasçılıq hissləri  yaranıb.  Bunların  hamısını  kənara  qoymaq  lazım­
dır.  Allah  da  belə  buyurub,  Qurani-Kərim  də  bunu  bizdən  tələb 
edir.  Dinimizin  əsasını  qoyan  və  mənim  bu  günlərdə  məbədini 
ziyarət  etdiyim  Həzrət  Məhəmməd  peyğəmbər  də  bizə  bu  yolu 
göstərir. Ona görə də mən həm sizə, bütün dindarlara, həm də bü­
tün azərbaycanlılara müraciət edirəm. O müqəddəs yerləri ziyarət 
edəndən  sonra  bir daha  mənəvi  cəhətdən  özümü  hüquqlu  hesab 
edərək  xalqa müraciət edirəm  ki,  xalq birləşsin.  Cəmiyyətimizdə, 
xalqımızın içində olan, ölkəmizin bu gününə, gələcəyinə zərər vu­
ran adamlar kənara çəkilsinlər, onlara yol verilməsin.
Biz  nə  qədər  bir  olsaq,  bir-birimizin  əllərindən  nə  qədər 
möhkəm  tutsaq,  bir-birimizə  nə  qədər  yaxın  olsaq,  müstəqil 
Azərbaycanın  yaşamasına  o  qədər  çox  nail  olacaq,  xalqımız 
onun  başına  gələn  bugünkü  bəlalardan  xilas  olacaq,  torpaq­
larımız  Ermənistanın  işğalından  azad  olacaq,  Azərbaycanda 
əsrlərdən-əsrlərə keçmiş milli,  mənəvi  dəyərlərimiz möhkəm­
lənəcək, daha  dərin kök salacaq,  inkişaf edəcək və Azərbaycan 
xalqı dünya xalqları içərisində ləyaqətli səviyyəyə qalxacaqdır.
Heydər Əliyev siyasəti: TOLERANTLIQ
57


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə