Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 13,33 Mb.
Pdf görüntüsü
səhifə22/112
tarix08.07.2018
ölçüsü13,33 Mb.
#53836
1   ...   18   19   20   21   22   23   24   25   ...   112

H tvdar Əliyev siy.ı-.'lı: 
1
OEERANTLIQ
98
Hcydor Oliyev sivasjli: TOLERAN'TUQ
AŞURA GÜNÜ  İLƏ ƏLAQƏDAR 
KEÇİRİLƏN  MƏRASİMDƏ ÇIXIŞ
Tazapir mascidi, 9 iyun  1995-a' il
Hörmətli bacılar,  qardaşlar!
Azərbaycanın  əziz övladları!
Bu  gün  müsəlmanlar  üçün  matəm,  Aşura  günüdür.  Bu  gün 
biz dinimizə, adət-ənənələrimizə sadiq olaraq Təzəpir məscidinə 
toplaşmışıq və haqq-ədalət yolunda şəhid olan Həzrət Hüseynin 
xatirəsini  yad  edirik.  Bu  münasibətlə  mən  sizə,  bütün  Azərbay­
can  müsəlmanlarına  başsağlığı  verirəm  və  hamınıza  səbir dilə­
yirəm. Allahdan onu diləyirəm ki, hər bir azərbaycanlıya, hər bir 
müsəlmana səbir versin.
Bu gün biz haqq yolunda şahidliyin müqəddəs olduğunu qeyd 
edirik. Xalqımız əsrlər boyu özünün yaşaması,  torpağının qorun­
ması,  haqq,  ədalət  üçün  şəhidlər  vermişdir.  Son  illərdə də  Azər­
baycan xalqı şəhidlər verir. Vətən,  torpaq yolunda  şəhid olan hər 
bir  Azərbaycan  vətəndaşı,  müsəlman  əbədiyyətə  qovuşur,  necə 
ki,  bizim  müqəddəs  imamlarımız  əbədiyyətə  qovuşublar.  Ona 
görə də biz bu  tarixi günü  qeyd edərkən, eyni  zamanda, şəhidlə­
rin müqəddəsliyini qeyd edirik və onlara dua oxuyuruq.
Son illər xalqımız Ermənistanın təcavüzü ilə əlaqədar olaraq çox 
şəhidlər verib. Azərbaycanın qəhrəman övladları -  oğlanları, qızla­
rı həyatlarını qurban veriblər, şəhid olublar. Biz bu gün onların ru­
hunu yad edirik. Onlar bizim bu günümüzün, gələcək nəsillərimi­
zin həyatı  üçün, Vətənimizin,  torpaqlarımızın qorunması üçün şə­
hid olublar. Biz bu gün onların ruhuna dua oxuyuruq. Mən bu gün 
bütün  şəhid  ailələrinə  Allahdan  səbir  diləyirəm,  Allahdan  biitün 
şəhidlərə rəhmət diləyirəm.  Əmin olduğumu bildirmək istəyirəm 
ki,  Azərbaycanın  ərazi  bütövlüyü,  torpaqlarımızın  bütövlüyü  uğ- 
runda mübarizəmiz müvəffəqiyyətlə sona çatacaq, şəhidlərimizin.
99


Heydər Əliyev siyasəti: TOLERANTLIQ
verdiyimiz qurbanlarm xatirəsi qəlbimizdə əbədi yaşayacaq, ölkə­
mizin  ərazi  bütövlüyü  təmin  olunacaq,  işğal  olunmuş  torpaqları­
mız azad ediləcək, həmin torpaqlardan qaçqm düşmüş bacı və qar­
daşlarımız öz obasına, evinə, yerinə-yurduna qayıdacaqlar.
Bu  gün,  bu  müqəddəs  gündə  siz  də,  biz  də,  Allahdan  bunu 
diləyirik. Bu gün şəhidlərin xatirəsini yad edərək Allaha dua edi­
rik  ki,  xalqımıza  daha  da  səbir,  güc,  qüdrət  versin  ki,  torpaqla­
rımızın azad  olunmasına,  müstəqil  Azərbaycan Respublikasının 
ərazi bütövlüyünün təmin edilməsinə nail olaq, ölkəmiz azad bir 
dövlət kimi yaşasın.
İndi  dinimiz azaddır.  Hər bir azərbaycanlı,  hər bir müsəlman 
öz dininə  itaət etməkdə sərbəstdir.  Bu  Məhərrəmlik ayında,  xü­
susən son günlərdə dinimizə itaət, etiqad,  məscidlərdə, o cümlə­
dən  bu  gün Təzəpir  məscidində  keçirilən mərasim  onu  göstərir 
ki,  müstəqil  dövlətimizdə  din  azaddır  və hər kəs öz  vicdanının 
hökmünü,  istəyini  ifadə edə bilər.  Xalqımızın  belə azad,  sərbəst 
şəraitdə yaşaması  bizim  üçün böyük əsasdır.
Bu  gün  burada,  sizin qarşınızda  bir daha  deyirəm  ki,  biz Azər­
baycanın  müstəqilliyi yolunda  bundan  sonra  da  çalışacağıq  və  var 
qüvvəmizi  əsirgəməyəcəyik.  Ölkəmizin  ərazi bütövlüyünün təmin 
olunması üçün bütün qüvvələrimizi cəmləyib müstəqil Azərbaycanı 
yaşadacaq, onun ərazi bütövlüyünü təmin edəcəyik. Müstəqil Azər­
baycan  Respublikası  şəhidlərin,  verdiyimiz  qurbanlann  həyatının, 
yəni onlann xatirəsinin əbədi olması üçün yaşamalıdır. Azərbaycan 
Respublikasının  ərazi  bütövlüyü  təmin  olunmalıdır.  Biz  bunlann 
hamısını edəcəyik. Bunlara nail olmaq, bunları əldə etmək üçün biz 
Allaha dua edərək,  bu  gün öz müsəlmanlıq borcumuzu  yerinə ye­
tirərək, eyni zamanda, birləşməli, əl-ələ verməliyik, xalqımızın birli­
yini, həmrəyliyini təmin etməliyik.
Allahdan  bir  daha  rəhm  diləyirəm.  Allah  şəhidlərə  rəhmət  elə­
sin.  Mən  Azərbaycanda  xalqımızın,  hər  bir  müsəlmanın  dinə  sər­
bəst  etiqad  etməsi  imkanlarından  məmnun  olduğumu  bildirmək 
istəyirəm.
Allah  rəhmət eləsin!
100
Hevdjr Olivcv siyas.Mİ: TOLERANTLIQ
DİNDARLARLA GÖRÜŞDƏ ÇIXIŞ
Təzəpir məscidi,  18 nvqıtst 1995-ci il
Əziz və hörmətli həmvətənlər, bacılar və qardaşlar!
Sizi, bütün Azərbaycan xalqını, bütün Azərbaycan müsəlman­
larını  bu  bayram  -   Həzrət  Məhəmməd  peyğəmbərin  Mövlud 
günü münasibətilə təbrik edirəm! Bütün Azərbaycan müsəlman­
larına səadət,  xoşbəxtlik,  firavanlıq arzulayıram!
Həzrət Məhəmməd  peyğəmbərin  Mövlud günü  bizim  böyük 
bayramımızdır.  Çünki  biz  müsəlmanlar  həyatımızın  başlanğı­
cını  Allah  tərəfindən  göndərilmiş  Məhəmməd  peyğəmbərin  və 
onun  yaratdığı  Qurani-Şərifin  əsasında  görürük.  Xalqımızın, 
müsəlmanların  Allahın  göstərişi  ilə  Məhəmməd  peyğəmbərin, 
Qurani-Şərifin qoyduğu yolla getdiyi illər, əsrlər biz müsəlman­
ları  daim  yaşadıb,  çətinliklərdən  çıxarıb,  xoşbəxt  günlərə  gəti­
rib, bizə xoşbəxtlik,  səadət bəxş edibdir. Ona görə də bu bayram 
bizim  üçün  ən  böyük  bayramdır.  Bu,  səadət,  xoşbəxtlik,  mənə­
viyyat  bayramıdır.  Biz  bu  bayramı  böyük  iftixar  hissi  ilə  qeyd 
edirik. Ona görə ki, bizim müqəddəs Qurani-Şərif kimi kitabımız 
var. Ona görə ki, biz müsəlmanlar Allahın qoyduğu yol ilə, Həz­
rət Məhəmməd peyğəmbərin qoyduğu yol ilə gedərək nailiyyət­
lərdən nailiyyətlərə çatmışıq.
Bu günlər biz bir daha Qurani-Şərifə, Məhəmməd  peyğəmbə­
rin  qoyduğu  yola  sədaqətimizi,  hörmətimizi,  ehtiramımızı  bil­
diririk.  Bir daha  dua edirik ki,  bütün gələcək nəsillər də  bu  yol­
la  getsinlər.  Həyatımızda  rastlaşdığımız  çətinliklərdən  çıxmaq 
üçün  Allah-Təala,  müqəddəs  İslam  dinimiz  bizə  dayaq  olsun, 
kömək olsun!
Müstəqil  Azərbaycan Respublikası öz tarixinin  mürəkkəb bir 
dövrünü  yaşayır.  Bu  dövrün  çox  müsbət,  xoşbəxt cəhətləri  var. 
Eyni zamanda, ağır, çətin, kədərləndirici cəhətləri var.
101


Yüklə 13,33 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə