kirə edəcəksiniz. Əminəm ki, beynəlxalq konfrans İslam aləmin
də tarixi bir hadisəyə çevriləcəkdir və biz dövlət olaraq, dövlət
işləri ilə məşğul olan insanlar Azərbaycanda, tək Azərbaycanda
yox, bütün ölkələrdə sizin konfransın verdiyi tövsiyələrdən istifa
də edərək cəmiyyətimizdə mənəviyyatı daha da yüksəltməyə nail
ola biləcəyik.
Azərbaycan müstəqil dövlət olaraq demokratiya yolu ilə ge
dir. Biz öz müstəqilliyimizi əldə edəndən sonra Azərbaycanda
demokratik, hüquqi, dünyəvi dövlət qurmaq yolunu tutmuşuq
və bu yolla da gedirik. Hesab edirəm ki, Azərbaycan xalqı üçün,
Azərbaycan dövləti üçün bu,
yeganə və ən düzgün, ən doğru yol
dur. Demokratik, hüquqi dövlət insanlara bütün azadlıqları ve
rir və bunlar Azərbaycanın 1995-ci ildə qəbuletdiyi ilk demokra
tik Konstitusiyasında öz əksini tapıbdır. Dövlətimiz, Azərbaycan
Konstitusiyası insanlara bütün azadlıqları verərək, o cümlədən
vicdan azadlığını, din azadlığını öz siyasətinin əsas hissəsi hesab
edir. Konstitusiya din azadlığını, vicdan azadlığını elan etmişdir,
biz isə dövlət kimi bunun təmin olunmasının qarantıyıq, bunu
öz üzərimizə götürmüşük. Bəli, ona görə də bizim dövlətimiz
dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik. Din ilə dövlət
arasında sıx əməkdaşlıq var və hesab edirik ki, Azərbaycanda
İslam dini özünün gözəl mənəvi dəyərlərini Azərbaycan vətən
daşlarına aşılayaraq, Azərbaycan vətəndaşlarını İslam dininin
bu gözəl mənəvi dəyərləri əsasında tərbiyələndirərək Azərbay
can cəmiyyətini mənəviyyatca daha da yüksəldəcək və insanlar
bu demokratiyanı, bütün azadlıqları doğru-düzgün başa düşə
cək, onlardan səmərəli istifadə edəcəklər.
Bu, çox lazımdır, çünki ayrı-ayrı insanlar, yaxud qruplar,
dəstələr demokratiyanın insanlara verdiyi bütün bu azadlıqları
bəzən özbaşınalıq,
qanuna itaətsizlik, qanunu pozmaq, hərc-mərc
lik, hətta tərbiyəsizlik kimi anlayırlar, yaxud da ki, bu cür anlamaq
istəyirlər. Demokratiya yüksək mədəniyyət deməkdir. Demokra
tiya yüksək mənəviyyat deməkdir. Bu yüksək mənəviyyatı, yük
Heydor Əliyev siyasoti: TOLERANTLIQ
_____________ _ __________________________ __
214
Heydor Əliyev sivasati: TOLERANTLIQ
sək mədəniyyəti hər bir Azərbaycan vətəndaşında
yaratmaq üçün,
gənc nəsli bu əsaslarda tərbiyələndirmək üçün və böyütmək üçün
İslam dininin mənəvi dəyərləri çox gərəklidir.
Bu münasibətlə Qafqaz müsəlmanlarının X qurultayının
keçirilməsini də mən çox əhəmiyyətli hesab edirəm. Qafqaz
həqiqətən bir-biri ilə bağlı olan dövlətlərin, ölkələrin, xalqların
ümumi evidir. "Ümumqafqaz evi" şüarı çox gözəl şüardır, mən
bunu dəstəkləyirəm. Cəsarətlə deyə bilərəm ki, dünyanın bəlkə
heç bir guşəsində, heç bir regionunda Qafqaz kimi çoxmillətli,
çoxdinli və rəngarəng bir region, bir bölgə tapmaq mümkün de
yildir. Bizim Qafqaz ərazi cəhətdən kiçik bir yerdir. Bizim o qə
dər böyük ərazimiz yoxdur. Ancaq eyni zamanda, Qafqaz gözəl
təbiətə, çox yüksək məğrur dağlara, gözəl çaylara, bulaqlara,
gözəl meşələrə, dünyada təbiətin yaratdığı ən böyük
gözəlliklərə
malik olan yerdir. Qafqazın xüsusiyyəti bir də ondan ibarətdir
ki, burada əsrlər boyu müxtəlif millətlərə, müxtəlif dillərə mən
sub olan insanlar bir ailədə yaşamışlar.
Doğrudur, keçmişdə də münaqişələr olmuş, davalar olmuşdur,
ancaq keçmiş tariximizin əsas hissəsi sülh və əmin-amanlıq şərai
tində keçmişdir. Ona görə də Qafqazı parçalamaq, Qafqaz xalqla
rının içərisində təfriqə yaratmaq, iğtişaş yaratmaq cəhdləri bizim
hamımızı narahat edir və məlumdur ki, bu, "Ümumqafqaz evi"
üçün zərərlidir və bundan heç bir xalq xeyir götürməyəcəkdir.
Eyni zamanda, o da məlumdur ki, Qafqazda olan xalqların,
millətlərin, insanların əksəriyyəti İslam dininə mənsubdur və
İslam dini Qafqazda böyük mənəvi gücə malikdir, İslam dini
Qafqazda böyük hörmətə malikdir. Qafqazın adət-ənənələrin
dən biri ondan ibarətdir ki, Qafqazda həmişə ağsaqqala hörmət
olubdur. Bu, bizim İslam dininin xüsusiyyətlərindən biridir.
Cəmiyyətdə seçilən adama, cəmiyyətdə mötəbər din xadiminə,
özündə yüksən mənəvi dəyərləri cəm edən insana, müdrik insa
na, dünyagörmüş insana, ağsaqqal insana həmişə hörmət olub,
ehtiram olub və onun da sözünə həmişə baxıblar. Xüsusən gənc
215