Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 333,04 Kb.
Pdf görüntüsü
səhifə23/112
tarix04.11.2017
ölçüsü333,04 Kb.
#8264
1   ...   19   20   21   22   23   24   25   26   ...   112

Heydir Əliyev sivasoti: TOLERANTUQ___________ ___________________________________
Xoşbəxtliyimiz ondan ibarətdir ki, Azərbaycan xalqı uzun əsr­
lər boyu  istədiyi, arzu etdiyi, həsrəti ilə yaşadığı milli azadlığını, 
dövlət  müstəqilliyini  nəhayət  əldə  edib.  Azərbaycan  xalqı  indi 
özü  öz  taleyinin sahibidir və müstəqil  dövlət qurub, yaradıb ya­
şaya bilir. Bu, xalqımızın tarixlər boyu yaşadığı bütün dövrlərdə 
ən  yüksək səviyyəyə  çatdığımız  bir dövrdür,  bizim üçün  ən bö­
yük xoşbəxtlikdir. Xalqımız sərbəstdir, azaddır, dövlət müstəqil­
liyini  əldə  edib  və  biz  müstəqil  dövlət  kimi,  dünyanın  bütün 
dövlətləri ilə bərabərhüquqlu bir dövlət kimi yaşayırıq.
Xoşbəxtliyimiz  ondan  ibarətdir  ki,  uzun  illərin  məhrumiy­
yətindən  sonra  biz  dinimizə  sahib olmuşuq,  İslam  dininə  sahib 
olmuşuq.  İslam  dini  bütün  qadağanlardan,  bütün  məhrumiy­
yətlərdən  qurtarıb,  Azərbaycan  müsəlmanlarının  hər  biri  üçün 
onun  ürəyinin  istədiyi  kimi  mənəviyyatını  yaradan,  mənəviy­
yatını  quran  bir  mənbə  olubdur.  Bu,  böyük  nailiyyətdir,  böyük 
xoşbəxtlikdir.  İndi  artıq  məscidlərimizin  də  qapısı  açıqdır.  Gü­
nü-gündən  yeni-yeni  Allah  evləri,  məscidlər  də  açılır.  Xalqımız 
öz dininə  qayıdır,  dinini  qiymətləndirir,  İslam  dininin  xalqımız 
üçün nə qədər əhəmiyyətli  olduğunu  dərk edir.  Bu, böyük nail- 
liyy ətdir.
Ona  görə də  mən  bu  gün Allaha  itaət edərək,  İslam  dinimizə 
itaət  edərək  Həzrət  Məhəmməd  peyğəmbərin  Mövlud  günü 
məhz buraya, Allah evinə, məscidə gəlmişəm. Sizin hüzurunuza 
gəlmişəm  ki,  bu  xoşbəxtliyimizi,  bu  nailiyyətimizi,  bu  bayramı­
mızı sizinlə birlikdə qeyd edək.
Eyni  zamanda,  yaşadığımız  tarixi  dövrün  böyük  çətinlikləri, 
ağırlıqları  var,  bizi  kədərləndirən  cəhətləri  var.  Bu  da bizim  hə­
yatımızın  gerçəkliyidir.  Bu  dövrü  biz  yaşamalıyıq,  çətinliklərin, 
ağırlıqların öhdəsindən gəlməliyik,  bu  kədərlərdən xilas olmalı­
yıq. Bu kədərlər də ondan ibarətdir ki, xalqımıza, millətimizə, di­
nimizə düşmən olan qüvvələr tərəfindən,  Ermənistan tərəfindən 
yeddi  il  öncə ölkəmizə, Azərbaycana  hərbi  təcavüz baş veribdir. 
Yeddi ildir ki,  bu hərbi  təcavüz davam edir.
102
tİL-yd.ır Oliycv sivasjli: TOLERANTUQ
Təəssüflər olsun ki, xalqımızın ağır dövründə ona lazımi rəhbər­
lik  olmadığına  görə  biz  torpaqlarımızın  bir  qisminin  Ermənistan 
silahlı qüvvələri tərəfindən işğal edilməsinə imkan vermişik. Azər­
baycanın ərazi bütövlüyü  pozulub, torpaqlarımızın iyirmi faizi er­
məni silahlı qüvvələri  tərəfindən  işğal edilibdir. O torpaqlarda  əs­
rlər boyu  yaşamış,  yaratmış, özünə yurd-yuva qurmuş, el-obasını 
qorumuş, saxlamış azərbaycanlılar, müsəlmanlar zorla öz yerlərin­
dən  qovulublar,  didərgin salınıblar,  qaçqın  vəziyyətinə  düşüblər. 
Azərbaycana qarşı yeddi  il  davam edən  hərbi təcavüz nəticəsində 
övladlarımız  şəhid  olub,  qanlar  tökülübdür.  Müsəlmanlığımıza, 
azərbaycanlılığımıza  böyük zərbələr vurulubdur.  Bu, həyatımızın 
kədərli cəhətidir, çətin, ağır cəhətidir.
Ancaq  biz gələcəyə  inanırıq.  İnanırıq ona  görə  ki,  biz ədalətli 
bir  xalqıq,  sülhsevər bir  millətik,  müsəlman  dünyasının  bir  his­
səsiyik. Biz inanırıq ki, bu bəlalardan çıxacağıq və torpaqlarımız 
azad  olacaq,  işğalçılar  qovulacaq,  ərazi  bütövlüyümüz  təmin 
ediləcəkdir.  Ancaq  bu  o  qədər  də  asan  deyil.  Buna  nail  olmaq 
üçün çox işlər görmək lazımdır və biz bunu görürük. Məhz buna 
nail  olmaq  üçün  biz  keçən  ilin  mayında  atəşkəs haqqında  saziş 
əldə  etdik.  Artıq  on  beş  aydır  ki,  atəş kəsilibdir.  Biz  bu  atəşkəs 
rejimini  saxlaya  bilirik,  ona  riayət  edirik.  On  beş  aydır  ki,  öv­
ladlarımız  həlak  olmur,  güllə  atılmır,  müharibə  getmir,  qan  tö­
külmür,  şəhidlər gəlmir.  Bilirsiniz ki, əvvəlki illərdə biz hər gün 
şəhid  qəbul  edirdik.  Siz  də,  biz  də -  hamımız bir yerdə  matəm 
mərasimlərində olurduq,  şəhidləri  dəfn  edirdik,  ağlayırdıq,  göz 
yaşı  tökürdük.  Hələ  indi  də  göz  yaşımız  qurumamışdır.  Çünki 
şəhidlərin  xatirəsini  heç  vaxt  unuda  bilmərik.  Onların  qəhrə­
manlığı,  şəhidliyi  onları  əbədiyyətə  qovuşdurmuşdur.  Onların 
xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Ancaq  fərq  ondan  ibarətdir  ki,  indi  artıq  müharibə  yoxdur, 
yeni  şəhidlər  gəlmir,  yeni  matəm  mərasimləri  qurulmur.  Şü­
bhəsiz  ki,  bu,  bizim  son  nailiyyətimiz  deyil.  Bu,  sadəcə  olaraq, 
vasitədir, şəraitdir ki,  biz bu  imkanlardan istifadə edərək  bütün 
siyasətimizi  fəallaşdırıb,  dünyanın  bütün  imkanlarından,  sülh-
103


Heydər Əliyev siyasəti: TOLERANTLIQ
sevər  dairələrindən  istifadə  edib  müharibəyə  son  qoyaq,  ərazi 
bütövlüyümüzü  təmin edək,  işğal  olunmuş  torpaqlarımızı  azad 
edək,  müsəlmanlarımız,  azərbaycanlılar,  vətəndaşlarımız öz ye­
rinə-yurduna qayıtsın. Güman edirəm ki, biz buna nail olacağıq. 
Mən buna əminəm.
Ancaq bizim dərdimiz, çətinliyimiz,  kədərimiz təkcə bu deyil. 
Əgər belə olsaydı, dərd yarı  idi. Dərdimiz bir də ondan ibarətdir 
ki,  bütün  bu  dövrdə,  Ermənistanın  Azərbaycana  təcavüzünün 
davam etdiyi yeddi il ərzində xalqımız daxili çaxnaşmalar içində 
yaşayır,  daxili  qarşıdurma  şəraitində  yaşayır,  daxili  ədavət,  de- 
di-qodu  içərisində  yaşayır.  Bəzi  qüvvələr,  bəzi  adamlar  müsəl­
manlığını  da  itirib,  vicdanını  da  itirib,  namusunu,  şərəfini  də 
itirib,  xalqımızın  bu  ağır dövründən öz  şəxsi  məqsədlərinə nail 
olmaq üçün istifadə etməyə cəhd göstərirlər. Ona görə də cürbə­
cür  təxribatlara  əl  atırlar,  xalqımızı  parçalamaq,  dağıtmaq  istə­
yirlər. Ağır vəziyyətdə yaşayan xalqımızı daha da ağır vəziyyətə 
salmaq  istəyirlər.
Bu  tariximiz sizin gözünüzün qabağındadır. Mən bu gün bun­
ların  hamısına  bir  daha  təfsilatı  ilə  qayıtmaq  fikrində  deyiləm. 
Ancaq onu bildirmək istəyirəm ki, bizim dərdimizin üstünə dərd 
gəlir.  Adətən  ölkə,  xalq,  millət  xarici  düşmənin  basqınına  mə­
ruz qalanda daha da sıx olur, daha da birləşir, əl-ələ verir, bütün 
kin-küdurəti  unudur  ki,  ümumi  düşmənin  qarşısına  bir  yerdə 
çıxsınlar. Ancaq  təəssüf ki, bizim  içərimizdəki düşmən qüvvələr 
Azərbaycan xalqına bəlkə də xarici düşmənlərdən daha çox zər­
bə  vurublar.  Onlar  xalqımızı  parçalayıblar,  cürbəcür  qruplara, 
tayfalara  bölüblər  və  ölkəmizi,  müstəqil  Azərbaycanı  parçala­
mağa  cəhd ediblər.  Bunların nəticəsində də biz məğlubiyyətlərə 
uğramışıq,  bunların  nəticəsində də  Ermənistan  silahlı  qüvvələri 
torpaqlarımızı işğal edibdir.
Gəlin  açıq  danışaq,  Azərbaycan  xalqı  qəhrəman  xalqdır,  cə­
sur xalqdır. Azərbaycan xalqı aciz xalq deyil ki, erməni işğalçıla­
rı  gəlib  bizim  torpaqlarımızı  zəbt edə bilsinlər.  Mən heç də  razı 
ola  bilmərəm  belə  hesab  edək  ki,  xalqımız  zəif  olubdur,  onlar
104
Hvvdar Əliyev siyasoti: TOLERANTLIQ
isə güclü.  Yox!  Biz  özümüzü  içimizdən yemişik,  içəridən  parça­
lamışıq.  Bununla  da  daxili  düşmənlərimiz  erməni  işğalçılarına 
kömək edib, yardım edib və xalqımıza onlardan da çox düşmən­
çilik ediblər.
Allaha  şükürlər  olsun  ki,  son  iki  ildir sizin  gözünüzün qaba­
ğında apardığımız siyasət və tədbirlər nəticəsində biz daxilimiz­
də  olan  təxribatçı  qüvvələri  bir-bir  ifşa  edirik,  sıradan  çıxarırıq 
və  cəmiyyətimiz,  ölkəmiz  belələrindən  təmizlənir.  Ancaq  biz 
bu  təmizliyi  nə  qədər  aparırıq,  xarici  düşmənlərimiz,  ayrı-ayrı 
ölkələrdə  Azərbaycanın  müstəqilliyinin  əleyhinə  olan  adamlar 
satqınlıqdan,  xəyanətkarlıqdan  o qədər  istifadə edərək ölkəmizi 
yenə  də  diz  üstə çökdürməyə  çalışırlar.  Onlar  müstəqilliyimizi 
boğmağa,  əldən almağa çalışırlar, bizi  yenə də müstəmləkə,  qul 
etmək istəyirlər.
Yox!  Mən bu gün sizə deyirəm və bu Allah evində and içirəm 
ki, biz bundan sonra heç vaxt müstəqilliyimizi əldən verməyəcə­
yik!  Hər bir azərbaycanlı bunu anlamalı, bilməlidir. Biz bir daha 
müstəmləkə  ola  bilmərik,  bir  daha  qul  ola  bilmərik.  Biz  azad 
olmuşuq,  Azərbaycan  xalqı azad yaşamalıdır.  Ancaq  ölkəmizin 
daxilində  olan  ayrı-ayrı  xəyanətkarlar,  satqınlar öz şəxsi  məna­
felərini  xalqın  mənafeyindən,  milli  mənafeyimizdən,  ənənələri­
mizdən  üstün  tutaraq  yenə  də  müstəqilliyimizi  dağıtmaq  istə­
yirlər.  Biz buna  yol  verməyəcəyik!  Son  iki  ildə  gedən  proseslər 
gözünüzün  qabağındadır,  görürsünüz  ki,  biz  bunun  qarşısını 
alırıq və bundan sonra da alacağıq.
Bu  dövrdə Azərbaycanı  neçə  dəfə  dağıtmaq  istədilər.  1993-cü 
ilin  iyun  ayında  Azərbaycan  artıq  parçalanmışdı,  siz  bunun  şa­
hidisiniz, Azərbaycanı dağıtmışdılar,  vətəndaş müharibəsi başla­
mışdı. Təsəvvür edin, bir tərəfdən erməni silahlı qüvvələri hücum 
edirdi,  ikinci  tərəfdən Azərbaycanda  vətəndaş müharibəsi  başla­
mışdı.  Azərbaycan  belə  bir şəraitdə  yaşaya  bilərdimi?  Biz  xalqı­
mızı  xilas  etdik.  Keçən  ilin  oktyabrında  yeni  bir  çevriliş  etmək 
istədilər,  onun qarşısını aldıq.  Təşkilatçıların bəzisi  həbs olundu, 
bəzisi qaçdı. Amma yenə də əl  çəkmədilər. Qaçıb biri bir ölkədə,
105


Yüklə 333,04 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə